Məhkəmə qərarları › İş №2(103)-3945/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3945/2025

11.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3945/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1867/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1867/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3945/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə onun apellyasiya icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, hazırki mülki iş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmaqla baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (361.1.3); şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (361.1.4); şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (361.1.5); şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (361.1.6) göstərilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşin materiallarından göründüyü kimi hazırkı iş üzrə İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-390/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti işə əlavə edilərək baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş şikayətin, ümumiyyətlə, onun əlavə edildiyi işə aidiyyəti müəyyən edilmir. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, şikayət yanlış olaraq tərtib olunmuş və hazırkı işə əlavə olunmuşdur. Yaranmış vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, hazırki vəziyyətdə şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və yol verilmiş yanlışlığın aradan qaldırılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair mülki işə əlavə edilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Hazırki mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1867/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3945/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılsın və mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar