Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-395/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xalilovnaya qarşı, İddiaçı Cavabdeh Xalilovnanın cavabdeh İddiaçı qarşı tələblər üzrə (Açar sözlər: mənzilə köçürülmə; kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xalilovnanın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-86/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xalilovnanın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində istifadədə olan 0,01967 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 97,4 kv.m yaşayış, 105.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh 2 otaq, X2 2 otaq, X7 1 otaq y/s 9,1 kv.m., X8 2 otaq adlarına qeydiyyata alınmışdır.
2. İş materiallarında olan DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 nömrəli evdə qeydiyyatdadır.
3. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin cavabdehlər İddiaçı və X11 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilmiş, cavabdeh X9 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınin xx.xx.2023-cü il tarixli, 2(102)-495/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Təqdim olunmuş LEX FORİ Hüqüq və Qiymətləndirmə şirkəti MMC-nin xx.xx.2023-cü il tarixli, LF13 №-li rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi 31 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 50 kv.m sahənin 1(bir) aylıq icarə dəyəri 12 may 2023cü il üçün 240 (iki yüz qırx) manat təşkil edir.
6. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli MB 16/1606 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi 31 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı 50 kv.m sahədən ibarət mənzilin 1(bir) aylıq kirayə dəyəri rəyin tərtib edildiyi tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı və X14 Cavabdeh Xalilovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırmışlar ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. R. Quliyev Cavabdehnin oğludur və anadan olduğu 1973-c ildən qeyd olunan ünvanda yaşamışdir. İddiaçı 2015-ci ilin may ayına kimi ailəsilə birgə - həyat yoldaşı Əliverdiyeva Nigar, oğlu Fərid və qızı Xalidə ilə birlikdə bu evdə yaşamışlar. Lakin aşağıda qeyd olunan səbəblərə görə məcbur olub ailəsilə birlikdə həmin evdən çıxaraq kirayə evə köçmüşlər. Anası Cavabdeh xasiyyətinə görə yalnız özünü düşünən, eqoist qadın olduğuna və gəlini Əliverdiyeva Nigar ilə yola getmədiyinə görə, eyni zamanda evdə körpə uşaq olduğundan ailədə tez-tez mübahisələr, davadalaşlar baş vermiş və bir müddət sonra bir yerdə yaşamaq qeyri-mümkün olmuşdur. Bundan başqa, Əliverdiyeva Nigar işlədiyinə görə körpə uşağına baxmaq üçün dayənin xidmətlərindən istifadə edirdi. Lakin Cavabdeh baxmayaraq ki, dayə onun xalası oğlunun həyat yoldaşıdır, ona maneələr yaradırdı, uşağa baxmağa qoymurdu. Eyni zamanda İddiaçı anası ilə üz-üzə gəlmək, ana-bala arasında olan pərdənin götürülməsini istəmirdi və anasının sağlamlığının daha da pozulmasından ehtiyat edirdi. Bundan başqa, ailədəki bu gərgin və əsəbi mühit cavabdehin iki uşağının tərbiyəsinə və sağlamlığına pis təsir edirdi. Bu ailə münasibətləri zəminində İddiaçı nevroz xəstəliyinə tutulmuşdu və hətta boğulmaqla müşaiyət olunan tutmaları da olurdu. Bu səbəbdən 2016-cı ildə İddiaçı xəstə olanda anası 1 aylıq onu öz evinə götürmüş, səhhəti yaxşı olanadək ona baxmışdır. İddiaçı 2-3 yaşı olanda anası atasından boşanmışdır. 1997-ci ildən onun Təhməz Abbasov adlı birisi ilə münasibətləri olmuşdur və tez-tez həmin şəxs onlara gedib-gəlirmiş. Bu hal da R. Quliyevi əsəbiləşdirirdi və evdə ailəsilə birgə sakit yaşaya bilmirdi. İddiaçı bacısı qızı X6 2013-cü ildə Mahaçqaladan nənəsigilə köçdü və o vaxtdan nənəsilə birlikdə yaşayır. Kamillanın 2015-ci ildə 17-18 yaşı olardı. O, Oleq adlı bir oğlanla görüşürdü, saatlarla vaxtını evdə keçirirdi. Qeyd olunanlardan görünür ki, İddiaçı yaşadığı evdən öz arzusu ilə deyil, göstərilən xoşagəlməz halların təsiri altında məcbur olub ailəsilə evdən çıxmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh həmişə oğlunun ailə işlərinə qarışırdı, onun Əliverdiyeva Nigarla münasibətlərini pozmağa çalışırdı. Bu səbəbdən 2009-cu ilin sentyabr ayında onların nikahları məhkəmə qaydasında pozulmuşdur. 2015-ci ildən 2017ci İlədək nikahları pozulmuş halda İddiaçı və Əliverdiyeva Nigar kirayədə birgə yaşadığı müddətdə də Cavabdeh oğlunun ailə münasibətlərinə yenə də müdaxilə edir, oğlunu yoldan çıxararaq Mahaçqalaya qızının yanına aparmışdır. Bundan sonra onların faktiki ailə münasibətləri tamamilə pozulmuşdur. 2019-cu ildən sonra N.Əliverdiyeva öz adına aldığı evə köçmüş, İddiaçı isə kirayədə və tanışların evində yaşamağa başlamışdır. xx.xx.2022ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilmişdir ki, X14 cavabdehin nəvəsi -14 mart 2003-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır: o da anadan olduğu ildən nənəsinin evində 12-13 yaşınadək yaşamışdır. Atası nənəsi ilə mübahisə etdiyinə görə o, ailəsilə birgə evdən çıxmışdır. O, atası xəstə olduğuna görə və onunla yaxşı anlaşdığı üçün atası ilə birlikdə kirayə evdə yaşayır, mənzil kirayələməyə pul olmayanda atası ilə dostların və qohumların evində qalır. Atası tikintidə usta işləyir, xəstədir, əsəbləşəndə nəfəs almaqda çətinliyi olur. Bu səbəbdən axır zamanlar onunla birlikdə yaşayır. Nəzərə alınmalıdır ki, hal-hazırda Əliverdiyeva Nigar, İddiaçı qızları Xalidənin saxlanılması üçün alimentin tutulması məqsədilə məhkəməyə müraciət etmişdir. Bu tələblə bağlı başlanılmış 2(009)- 1886/2022 saylı iş Səbail rayon məhkəməsinin icraatındadır. İddiaçı aliment tutulanda onun maddi vəziyyəti daha da pisləşəcək yə kirayədə qalmaq imkanını heçə endirəcəkdir. Hal-hazırda Cavabdeh məhkəməyə müraciət edərək çavabdehlər İddiaçı, X9 və X3 yetkinlik yaşına çatmayan övladı X12 ilə birlikdə ünvan 1 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin çavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas heşab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı və X9 qeydiyyatda olduğu evindən başqa yaşamağa yeri yoxdur, belə ki, onların adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. Bu səbəbdən ona qarşı olan iddia təmin olunduğu halda evsiz-eşiksiz çöldə qalmış olacaqdır. Hazırda İddiaçı yaşayış yerinə ehtiyacı var. Diqqətə alınmalıdır ki, mübahisə predmeti olan ev ikimərtəbəlidir: aşağıdakı otaqda kirayənəşinlər yaşayır, ayrıca giriş-çıxışı olan ikinci mərtəbədə isə Cavabdeh yaşayır. İddia təmin olunduğu halda iddiaçılar birinci mərtəbədə, yaşaya bilərlər. Əvvəllər evin sahəsi daha böyük olmuşdur, həmin ünvanda əvvəllər 2 ev yerləşirdi. Cavabdeh dəfələrlə evi müxtəlif hissələrə bölmüş və başqa şəxslərə satmışdır. İddiaçı anasına çox hörmət etdiyi və inandığı üçün evlə bağlı məsələlərə həmişə razılıq vermişdir. Artıq evdən ayırıb satmağa heç nə qalmamışdır. Hal-hazırda da Cavabdeh məqsədi oğlunun və nəvəsinin istifadə hüquqlarının məhkəmədə itirilmiş hesab etdirdikdən sonra evi satmaqdır. İddiaçı cavabdehin oğlu kimi və Quliyev Fərid cavabdehin nəvəsi kimi ünvan 1 ünvanda 2015- ci ilin may ayına kimi yaşadıqları üçün AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişlər. 2015-cı ildə göstərilən səbəblərə görə məcbur olaraq, Cavabdehnm təkidilə onlar kirayədə yaşamaq üçün evdən çıxmışlar. Halhazırda onların həmin yaşayış sahəsinə ehtiyacı var, bu yaşayış sahəsindən başqa onların yaşamağa digər mənzili və ya evii yoxdur. Bu səbəbdən İddiaçı və X9 ünvan 1 ünvandakı evə köçürülməsi zəruridir.
9. xx.xx.2023-cü il tarixdə Cavabdeh Xalilovna cavabdehlər İddiaçı və X11 qarşı kompensassiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına 5400 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və İddiaçı və X9 ilkin iddialarının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı və X14 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəmənin 2(009)-2046/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, X11 və X4 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdehnm kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirmədən saxlanılmışdır. Nəticədə məhkəmə tərəfindən 2(009)-86/2023-saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək icraat təzələnmiş xx.xx.2023-cü il tarixinə, saat 11:10-a təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ailə üzvlərinin hamısı, o cümlədən hazırki iddia üzrə iddiaçılardan biri olan X9 da istifadə hüququnun olmadığı qənaətinə gəlinərək, yalnız İddiaçı istifadə hüququ saxlanılmışdır. Onun da uzun illərdən (2012-ci ildən) bəri onun mənzilində yaşamadığını və valideyn kimi onun yaşayışından xəbərdar olmadığını, həmçinin mənzildə ikisinin yaşamasına şərait olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı istifadə hüquqlarına xitam verilməlidir. Qeyd edir ki, mənzil iki otaqdan və zəif təmirdən ibarətdir. Mənzilin aylıq kirayə dəyərini müəyyən etmək üçün mənzilə rieltor dəvət edib dəyərini müəyyənləşdirmdir. Mənzilin aylıq kirayə haqqı 150 manat təşkil etməkdədir. Ümumi məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqının əvəzi olan 5400 (150*36) manat məbləğində pul vəsaitini İddiaçı verərək onun ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verdirmək niyyətindədir.
11. 15.05.2023-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 1 ünvandakı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-1886/2022 saylı qətnaməsilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci ildən başlayaraq cavabdeh İddiaçı hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Hal-hazırda məhkəmə qərarının icrası Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən həyata keçirilir. Bu səbəbdən İddiaçı maddi vəziyyəti daha da pisləşmiş və kirayə haqqını ödəməyə heç bir imkanı yoxdur. Cavabdeh məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı, X9 və X3 yetkinlik yaşına çatmayan övladı X12 ilə birlikdə Baki şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia tələbi cavabdehlər İddiaçı və X10 qarşı hissədə təmin edilməmişdir. Həmin iddia üzrə uzun müddət məhkəmə araşdırmaları aparılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-495/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamə ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilmiş, cavabdeh X9 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. İddia ərizəsində göstərilən bütün hallar qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarında öz təsdiqini tapmışdır: İddiaçı Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Reyestr Xidmətinin 24 avqust 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qərarlarının nətisə hissələrində müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan anası Cavabdeh ilə birgə yaşayan ailə üzvü kimi mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallara görə, cavabdeh İddiaçı mübahisəli mənzildən digər yaşayış sahəsinə köçüb getməsini və ya onun özünə məxsus başqa yaşayış sahəsinin olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Bundan başqa, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh keçmiş ailə üzvü - oğlu İddiaçı özünü ayrıca yaşayış sahəsi ilə təmin etməyə imkanı yoxdur, bu səbəbdən onun həmin yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə qanuni əsasları vardır. Nəzərə alınmalıdır ki, İddiaçı qeydiyyatda olduğu evindən başqa yaşamağa yeri yoxdur, yuxarıda göstərildiyi kimi onun adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. Hazırda İddiaçı yaşayış yerinə ehtiyacı var. Diqqətə alınmalıdır ki, mübahisə predmeti olan ev ikimərtəbəlidir: aşağıdakı otaqda kirayənişinlər yaşayır, ayrıca giriş-çıxışı olan ikinci mərtəbədə isə Cavabdeh yaşayır. İddia təmin olunduğu halda iddiaçı birinci mərtəbədə yaşaya bilər. Əvvəllər evin sahəsi daha böyük olmuşdur: həmin ünvanda 2 ev yerləşirdi. Cavabdeh dəfələrlə evi müxtəlif hissələrə bölmüş və başqa şəxslərə satmışdır. İddiaçı anasına çox hörmət etdiyi və inandığı üçün evlə bağlı məsələlərə həmişə razılıq vermişdir. Artıq evdən ayırıb satmağa heç nə qalmamışdır. Beləliklə, İddiaçı Cavabdeh oğlu kimi ünvan 1 ünvanda 1973-cü ildən 2015ci ilin may ayına kimi yaşadığı üçün AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişlər. 2015-ci ildə göstərilən səbəblərə görə məcbur olaraq, Cavabdeh təkidilə o, ailəsi ilə birgə kirayədə yaşamaq üçün evdən çıxmışdır. Hal-hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı var, bu yaşayış sahəsindən başqa onun yaşamağa digər mənzil və ya evi yoxdur. Bu səbəbdən İddiaçı ünvan 1 ünvandakı evə köçürülməsi zəruridir.
13. 15.05.2023-cü il tarixində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına 8640 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və İddiaçı və X9 ilkin iddialarının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Lex Fori MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən həmin ərazi üzrə oxşar cəhətlərə və şəraitə malik evlərin aylıq kirayə haqqı 240 manat civarındadır. Bu səbəblə də hesab edirik ki, cavabdehə təklif olunan kompensasiya məbləği hesablanılarkən bu amil nəzərə alınmalıdır. Belə ki, 240 x 3 il (12 x 3 = 36 ay) = 8640 manat təşkil edir. Ümumi məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqının əvəzi olan 8640 manat məbləğində pul vəsaitini İddiaçı verərək onun ünvan 2 ünvana yerləşən mənzildən istifadə hüquqlarına xitam verdirmək niyyətindədir.
14. 05.07.2023-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan iki otağa köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir.
15. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-86/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilkin iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan iki otağa köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 33, 43, 60-cı, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.5, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
17. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xalilovnanın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ailə üzvlərinin hamısı, o cümlədən hazırki iddia üzrə iddiaçılardan biri olan X9 da istifadə hüququnun olmadığı qənaətinə gəlinərək yalnız İddiaçı istifadə hüququ saxlanılmışdır. Onun da uzun illərdən (2012-ci ildən) bəri apellyatorun mənzilində yaşamadığını və valideyn kimi onun yaşayışından xəbərdar olmadığını, həmçinin mənzildə tərəflərin yaşamasına şərait olmadığını nəzərə alaraq İddiaçı istifadə hüquqlarına xitam verilməlidir. Mənzil iki otaqdan və zəif təmirdən ibarətdir. Mənzilin aylıq kirayə haqqı 150 manat təşkil etməkdədir. Ümumi məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqının əvəzi olan 5400 (150*36) manat məbləğində pul vəsaitini İddiaçı verərək onun ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Konstitusiya məhkəməsinin müvafiq qərarları ilə mülkiyyətçinin mülkiyyətçisi olduğu mənzilə istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına xitam verməsi hüququ təsbit edilsə də məhkəmə mülkiyyətçinin bu hüququnu yalnız mübahisələndirilən məhkəmə qətnaməsinin qüvvəsini almasından sonra mümkün olacağı nəticəsinə gəlmişdir. Halbuki mübahisələndirilən işdə iddia iddiaçının qeyd olunan mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı deyil, onun mövcud olan hüququ ilə həmin mənzilə köçürülmədən ibarət olmuşdur. Belə ki, bundan əvvəl tərəflər arasında mövcud olan məhkəmə qətnamələri (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-495/2023 saylı, xx.xx.2023 tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qərarları) ilə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə yəni iddiaçının mübahisəli mənzilə hüququnun tanınmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasına baxmayaraq məhkəmənin əsassız olaraq hazırkı iş üzrə qətnamənin (mənzilə köçürülmə tələbinə dair) qüvvəsini almasını cavabdehin istifadə hüququna kompensasiya ilə xitam verilməsi üçün şərt qoyması (qətnamə səhifə 8,abzas 6) tamamilə absurd və ağılasığmazdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, 12.000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 12000 (on iki min) manat kompensasiya təklifinə dərhal təqdim ediləcəyi təqdirdə razı olduğunu bildirdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
22. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
23. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Həmin Məcəlləninin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-stifadə olmasın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
28. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
29. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanıbaşqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi haqqında” 27 may 2008-ci il tarixli qərarında izah etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istıfadə hüququnun xitamı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyəçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına uyğunolaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-86/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına 12.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməli, Cavabdeh Xalilovnadan 12000 (on iki min) manat kompensasiya məbləğinin alınıb İddiaçı verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməlidir.
42. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Belə ki, işin hallarından aydın olur ki, ilkin iddianın əsasını ünvan 2 ünvanda yerləşən mənzilə İddiaçı köçürülməsi, qarşılıqlı iddianın əsasını kompensasiya ödənilməklə cavabdehin mənzilə dair istifadə hüququna xitam verilməsi təşkil edir.
44. Kollegiya qeyd edir ki, birinci növbədə məhkəmə tərəfindən cavabdehin Mənzildən istifadə hüququnun yaranması müəyyənləşdirilməlidir. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, İddiaçı Cavabdehnin oğludur və anadan olduğu 1973-cü ildən qeyd olunan ünvanda yaşamışdir. Mübahisəli mənzilin icarədarı və sonra mülkiyyətçisi Züleyxa Oktyabrskaya olmuş, 2008-ci ildə isə mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının anası, iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı 2015-ci ilin may ayına kimi həyat yoldaşı Əliverdiyeva Nigar, oğlu Fərid və qızı Xalidə ilə birlikdə mübahisəli evdə yaşamışlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınin xx.xx.2023-cü il tarixli, 2(102)-495/2023 nömrəli qərarından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evə dair istifadə hüququ vardır. Bu o deməkdir ki, mübahisəli mənzilə dair ilkin iddia tələbi üzrə İddiaçı istifadə hüququnun olması işin mübahisəsiz halıdır.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
46. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evə köçürülməsi barədə iddia tələbi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı üçün onun mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə Cavabdeh qarşılıqlı iddia tələbi təmin oluna bilməz.
47. Kollegiya bildirir ki, mülki qanunvericiliyin normalarına uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
48. Kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçı olan mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh 12000 manat məbləğində kompensasiyanın verilməsi yolu ilə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini təklif etmiş, sonuncu məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı təklif olunan kompensasiya məbləğinə dair razılığını ifadə etmişdir.
49. Kollegiya təklif olunan kompensasiya məbləğini yetərli hesab edir və qeyd edir ki, iş üzrə təqdim olunmuş "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli MB 16/1606 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Mənzilin rəyin tərtib edildiyi tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir. Təklif olunan 12.000 manat məbləğində kompensasiya cavabdehin mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə və həmin şəraitdə təxminən 3 il müddətdə kirayə mənzildə yaşamasına imkan verir.
50. Göstərilənlərə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətçi kimi cavabdehə kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi əsaslıdır və təmin olunmalıdır.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.
52. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə kompensasiya məbləği mütləq şəkildə müəyyən edilməlidir. Belə ki, iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.
53. Kollegiya qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməməklə yalnız mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Mülkiyyət hüququ qanunvericiliklə toxunulmazdır və mülkiyyətçiyə öz mənzilindən istifadə üçün hər hansı bir maneənin yaradılması yolverilməzdir.
54. Bundan əlavə, yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla kollegiya belə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 12000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilməlidir. Belə ki, mübahisəli mənzil 2 otaqlı olmaqla aylıq kirayə haqqı 350 manat təşkil etməsi iş materialları ilə sübut olunur.
55. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi məhkəmənin yuxarıda qeyd olunan qənaətinə əsasən əsaslı hesab edildiyindən və ilkin iddia tələbi qarşılıqlı iddia tələbinin nəticəsindən aslı olduğundan İddiaçı mübahisəli mənzilə köçürülməsinə zərurət aradan qalxmış olur.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, qarşılıqlı tələb üzrə iddiaçı tərəfindən ərizənin, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, habelə qiymətləndirmə xərci olan 300 (üç yüz) manat qarşılıqlı tələb üzrə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xalilovnanın apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2023 saylı iş üzrə 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Cavabdeh Xalilovnadan 12000 (on iki min) manat kompensasiya məbləğinin alınıb İddiaçı verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xalilovnadan tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.