Məhkəmə qərarları › İş №2(103)-3954/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3954/2023

09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3954/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3 MTK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bank Respublika ASC-nin Nizami filialı cəlb edilməklə “ödəniş qəzbləri üzrə ödəyicilər X5, X6 və X2 əvəzinə ödəyici qismində Ərizəçi tanınması” tələbinə dair mülki iş üzrə Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1721/2023 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3 MTK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bank Respublika ASC-nin Nizami filialı cəlb edilməklə “ödəniş qəzbləri üzrə ödəyicilər X5, X6 və X2 əvəzinə ödəyici qismində Ərizəçi tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1721/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda Ərizəçi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1721/2023 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, onun öz ərizəsində qeyd etdiyi hal hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini tənzimləyən şərtlərinə uyğun gəlir. Ona görə ki, bu faktın tanınması əmlak hüquqlarının əmələ gəlməsinə əsas olacaqdır. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)- 1721/2023 saylı 15 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.1.-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-in 307.2.1-307.2.10-1-ci maddəsində hüquqi əhəmiyyəti olan kateqoriya işlərin siyahısı qeyd edilmişdir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə məhkəmə baxır. Ərizədə qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, ərizənin nəticə hissəsinə görə ərizəçinin tələbi ödəniş qəzbləri üzrə ödəyicilər X5, X6 və X2 əvəzinə ödəyici qismində Ərizəçi tanınmasıdır. Qeyd olunan hüquqi əsas MPM-in 305 və 307-ci maddələrinin tələbləri nəzərə alınmaqla, “hüquqi əhəmiyyəti olan fakt” kateqoriyasına aid deyil. Bundan əlavə, xüsusi icraat qaydasında baxılan işlərin digər kateqoriyaları MPM-də konkret olaraq müəyyən edilsə də, hazırki işin hüquqi və faktiki əsasları həmin kateqoriyaların hər hansı digər birinin dispozitiv şərtləri eynilik təşkil etmir. Hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla məhkəmə işlərə yalnız qanunvericilik çərçivəsində, mübahisənin qanuni əsası müəyyən edilərək dispozitiv şərtlər eyniləşdirilməklə baxmalıdır. Belə ki, qanunda nəzərdə tutulmayan hüquqi əsas ilə məhkəmə qərarının qəbul edilməsi qərarın qanunsuz olması ilə nəticələnir. Beləliklə, tələbin hüquqi və faktiki əsasları hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və ya xüsusi icraat qaydasında baxılan digər kateqoriyalar üzrə icraat qaydalarının dispozitiv şərtləri ilə eynilik təşkil etmir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə tərəfindən haqlı olaraq hesab edilmişdir kk, ərizəyə mülki prosessual qanunvericilik çərçivəsində baxılması mümkün hesab edilmir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1721/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1721/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar