Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3956/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-518/2020 saylı qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi, dəymiş zərərin aradan qaldırılması, dəymiş ziyanın əvəzinin ödənilməsi və əmlakın geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə icarəyə verilmiş “Hunday Tucson” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı və “Mersedes E240” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin geri qaytarılması, 7500 manat məbləğində icarə haqqı borcunun, avtomobillərin idarə edilməsindən yaranmış müxtəlif qanun pozuntularına görə 470 manat məbləğində cərimələrin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması və avtomobillərin idarə edilməsindən yaranmış müxtəlif zədələrin cavabdeh tərəfindən təmir edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, “Hunday Tucson” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E-240” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı qaytarılması, cavabdeh “xxxx” MMC-dən 7.500 (yeddi min beş yüz) manat icarə haqqı borcu, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 (altı yüz otuz) manat cərimə məbləği və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2020-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-518/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-518/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin şikayəti onunla əsaslandırmışdır ki, əgər iddiaçı iddia ərizəsində cavabdehin ünvanını “ünvan 1al r. Mustafayev küç. ev 58. m.1” olaraq göstərmişsə, məhkəmə nəyə görə məhkəmə bildirişlərini və qiyabi qətnaməni Bakı ş. Yasamal r. H.Zərdabi küç. ev 55 ünvanına göndərmiş və cavabdehin onun hüquqları pozulmaqla keçirilmiş məhkəmədə iştirakına maneə törətmişdir. Avtomobillərin istifadəyə verilməsi ilə bağlı etibarnamələrdə də “xxxx” MMC-nin ünvanı ünvan 1al r. Ç.Mustafayev küç, ev 58, m.1 olaraq göstərilmişdir. Eyni zamanda, Vergilər Nazirliyi tərəfindən verilmiş reyestrdən çıxarışda və şəhadətnamədə də ünvan ünvan 1al r. Ç.Mustafayev küç. ev 58, m.1 olaraq qeyd edilmişdir. Məhkəmə tərəfindən bildirişlərin və qətnamənin yanlış bir ünvana (Bakı ş. Yasamal r. H.ünvan 4abdehin məlumatlandırılmaması ilə tərəflərin bərabərliyi, çəkişmə prinsipləri kobud şəkildə pozulmuşdur. Cavabdehin məhkəmə barədə məlumatlandırılmaması ünvanın yanlış göstərilməsi ilə sübut olunur. Beləliklə, məhkəmə cavabdehi xəbərdar etmək vəzifəsini icra etməmiş və sübutların təqdim olunmasına şərait yaratmayaraq, qiyabi qətnamənin qəbul edilməsi ilə ciddi qanun pozuntusuna yol vermişdir. Cavabdeh 2020-ci ilin sentyabr ayında qiyabi qətnamənin rəsmi şəkildə təqdim olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən qətnamə təqdim olunmadığından, vəkillə müqavilə bağlayaraq, ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx xxxxxx 2020-ci ildə sözügedən qiyabi qətnaməni rəsmi şəkildə qəbul etmiş və iki gün sonra xx xxxxxx 2020-ci ildə qətnamənin ləğvi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh qətnaməni əldə etdikdən sonra müddət pozuntusuna yol verilməmiş, qanunla müəyyən edilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsi 2(004)-518/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadla cavabdehin qətnamə üzrə verilmiş icra sənədini qismən icra etməsi və qətnamə barədə məlumatlı olması kimi yanlış qənaətə gələrək, qiyabi qətnamənin ləğvi barədə ərizəni rədd etmişdir. Əvvəla nəzərə alınmalıdır ki, tərəflər arasında mübahisə yarandığı vaxtdan cavabdeh avtomobilləri iddiaçıya təhvil vermişdir. Sözügedən avtomobillər icra məmurunun iştirakı ilə deyil, iddiaçının özü tərəfindən məhkəmədən öncə təhvil alınmışdır. xx.xx.2020-ci ildə onun ərizə ilə icra məmuruna müraciət etməsi avtomobillərin onun tərəfindən həmin tarixdə qəbul edilməsi kimi qiymətləndirilməməlidir. Bununla yanaşı, qərardadda qeyd olunduğu kimi, cavabdeh yalnız xx xxxx 2020-ci ildə icra sənədi ilə tanış olmuş və qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti verəcəyini sənədə qeyd etmişdir. xx.xx.2020-ci ilədək cavabdehin icra sənədi ilə tanış olmasını bildirən hər hansı sübut olmadığı halda, məhkəmə cavabdehin icra sənədi barədə xx.xx.2020-ci ildən məlumatlı olması barədə yanlış qənaətə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli 2(004)518/2020 nömrəli icra sənədi üzrə avtomobillərin cavabdeh “xxxx” MMC tərəfindən ona qaytarıldığına dair xx.xx.2020-ci il tarixdə ərizə yaşaraq Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh “xxxx” MMC avtomobilləri qaytardığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsini rəsmi qaydada almış hesab edilir. Bundan başqa cavabdeh “xxxx” MMC-nin rəhbəri X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin üzərində qeyd yazmaqla rəsmi qaydada Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsi üzrə verilmiş icra vərəqəsini, icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2020-ci il tarixli bildirişin surətini əldə etmiş və apelyasiya şikayəti verəcəyini qeyd etsə də, qiyabi qətnamənin ləğvi üçün müəyyən edilmiş 10 günlük müddəti ötürdükdən sonra, xx.xx.2020-ci il tarixdə cavabdeh məhkəməyə ərizə vermişdir. Hətta xx.xx.2020-ci il tarixdən hesablansa belə, qiyabi qətnamənin ləğvi üçün müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, qeyd olunan qərardad qəbul edilərkən, Mülki Prosessual Qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 245-ci maddəsinə istinad edərək, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmadığı üçün, qiyabi qətnamənin ləğvini xahiş etmişdir. Məhkəmə, cavabdehin həmin dəlilinə qiymət verdiyi halda, MPM-nin 249-cu maddəsinə əsasən ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edə bilərdi. Lakin, məhkəmə MPM-nin 130-cü maddəsinə istinad edərək, qiyabi qətnamədən şikayət verilməsi üçün 10 günlük müddətin ötürülməsinə istinad edərək, MPM-nin 130.3-cü maddəsinə əsasən müddətin bərpası barədə vəsatət verilmədiyindən, verilmiş şikayətin geri qaytarılması barədə qərardad qəbul etmək əvəzinə, MPM-nin 249-cu maddəsinə əsasən ərizəni təmin etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarından görünür ki, cavabdeh “xxxx” MMC-nin rəhbəri X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin üzərində qeyd yazmaqla rəsmi qaydada Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)518/2020 nömrəli qiyabi qətnaməsi üzrə verilmiş icra vərəqəsini, icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2020-ci il tarixli bildirişin surətini əldə etmiş və qətnamənin surətini rəsmi qaydada əldə etdikdən sonra apelyasiya şikayəti verəcəyini qeyd etmişdir (i/v 155). İş materiallarından görünür ki, cavabdeh xx.xx.2020-ci ildə qiyabi qətnaməsinin surətinin ona təqdim olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, qiyabi qətnamə ona xx.xx.2020-ci ildə təqdim olunmuş, qiyabi qətnamənin ləğvi barədə ərizə xx.xx.2020-ci ildə verilmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan hallara qiymət verməmişdir. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-518/2020 saylı qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılmaq üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-518/2020 saylı qərardadı ləğv edilsin, ərizəyə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Elşən Kazımov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3956/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3956/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver