Məhkəmə qərarları › İş №2(103)-3960/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3960/2025

22.09.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3960/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 may 2025ci il tarixli, e-2(009)-825/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMMC mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə yaradılmışdır və cəmiyyətin yaradılmasında əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, nizamnamədə nəzərdə tutulmuş məqsədlərini yerinə yetirilməsi üçün fəaliyyət növlərindən həyata keçirilməkdən ibarətdir. Mübahisəli qeyri-yaşayış sahəsi 2005-ci ildən Cavabdeh mülkiyyətindədir. Hazırda iddiaçı kommunal borcuna görə pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MTK xx.xx.2005-ci ildə tikintisi başa çataraq istismara verilmişdir. Daha sonra isə 2024-cü ildən etibarən MTK Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda bu ünvanda 110 mənzil var və 11 qeyri-yaşayış obyekti fəaliyyət göstərməkdədir. Bu 11 qeyri-yaşayış obyektindən 4-ü MMMC ilə müqavilə imzalamış, digər 7 obyekt isə müqavilə bağlamaqdan imtina etmişdir. Beləliklə bu 4 müəssisə bağladıqları müqaviləyə əsasən müvafiq ödənişlər edirlər. Lakin Cavabdeh hal-hazırda mülkiyyətində olan obyektə görə nə kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan aylıq ödənişi ödəyir, nə də təmir işlərinə kömək etmək üçün nəzərdə tutulan məbləği ödəyir. Hal-hazırda "xxxx" MMMC-yə ödənilməmiş olaraq qalan son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat toplam 6.000 manat və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1.600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7.600 manat məbləğində borcu mövcuddur. Bu barədə dəfələrlə şifahi və yazılı formada müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir hərəkət göstərilməmişdir. Bu səbəbdən xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş verilmiş, son bildiriş də pretenziya məktubunda isə yuxarıda qeyd edilənlərin həyata keçirilmədiyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə veriləcəyi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla, toplam 6.000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1.600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7.600 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(009)- 825/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMMC xx.xx.2024-cü il tarixdən kommunal xidmətlərinin göstərilməsinə başlasa da, cavabdehdən kommunal xidmətlərə görə borcu xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün də tələb olunur. Yəni göstərilən dövr üçün "xxxx" MMMC binaya hər-hansı xidmət göstərmədiyi üçün, məhkəmə hesab etmişdir ki, onun yarandığı vaxtdan əvvəlki dövr üzrə kommunal xidmətlərlə bağlı hər-hansı borc tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə digər tərəfdən hesab etmişdir ki, binanın qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə kommunal xidmətin göstərilməsi ilə bağlı "xxxx" MMMC arasında hər-hansı müqavilə də bağlanılmamışdır. Məhkəmə qeyd etmişdir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Lakin iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər-hansı müqavilə olmadığı üçün, cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi yaranmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.4-cü maddəsinə əsasən çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. Qanunun tələbindən də göründüyü kimi, cəmiyyətə üzv olmaq qeyri-yaşayış sahələrinin mülkiyyətçisinin hüququ kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən kommunal xidmətlərlə bağlı ayrıca müqavilələr bağlanılmış, həmin xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlər həyata keçirilir. Yəni cavabdeh binanı ümumi istifadə yerlərindən (blok, həyətyanı sahəsinin işıqlandırılması, liftdən, mühafizəsi və xadimələrin xidmətindən) istifadə etmir. Məhkəmə eyni zamanda iddiaçının cavabdehin su xəttinə suyun verilməsinin ümumi istifadədə olan çəndən elektrik motoru vasitəsi ilə həyata keçirildiyini, motorun elektrik enerjisindən istifadə ilə əlaqədar işləməsini, aylıq enerjidən istifadə ilə əlaqədar xərcin ödənilməsini, motorların təmirə məruz qalması ilə bağlı vəsait ödənilməsinə dair dəlilləri üzrə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin işlərlə əlaqədar çəkilən xərcin onların payına düşən hissəsini ödəməkdən imtina etmədiklərini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yuxarıda qeyd edilən işlərə çəkilən xərcin cavabdehin üzərinə düşən hissəsinin ondan tələb edilməsində haqlı hesab edilə bilər. Lakin bunun kommunal xidmətlər kimi cavabdehdən tələb edilməsini məhkəmə əsaslı hesab etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər-hansı müqavilə bağlanmadığı üçün, cavabdeh binanın ümumi istifadə yerlərindən istifadə etmədiyi üçün, eyni zamanda "xxxx" MMMC binaya xidmət göstərilməsinə xx.xx.2024-cü il tarixdən başladığı üçün, həmin tarixdən əvvəlki dövr üçün kommunal xidmətin göstərilməsi ilə bağlı pul vəsaitinin tələb etməyə subyektiv hüququ olmadığı üçün qaldırılan iddia kommunal xidmətləri ilə bağlı pulun tutulması hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "xxxx" MMMC ilə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Mənzil Məcəlləsinin qeyd edilən maddəsinin (120.4) tələblərindən də aydın olur ki, cəmiyyətin iştirakçısı olmaq qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin mülahizəsindən və iradəsindən asılı olaraq nəzərdə tutulmuşdur. Belə müqavilənin bağlanmaq öhdəliyinin cavabdeh üzərinə qoyulması həmçinin müqavilə azadlığı prinsipinə də ziddir. Məhkəmə hesab etmişdir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin məcburi qaydada bağlanması ilə bağlı cavabdehin hər-hansı öhdəlikləri qanunla müəyyən olunmadığından, iddia tələbi cavabdehin üzərinə iddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin qoyulması hissəsində əsassızdır və təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 017 nömrəli iclas protokolunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə binanın idarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçisinin iştirakı ilə iclas keçirilmişdir. İclasda aylıq hesabat, görülən işlər, "xxxx" MMMC-nin yaranması ilə əlaqədar, liftərin qəzalı vəziyyətdə olması, kənar şəxslərin zirzəmiyə daxil olması nəticəsində binanın təhlükəsizlik qaydalarının pozulması və digər cari məsələlər müzakirə olunmuşdur. İclasın nəticəsi olaraq aylıq hesabat dinlənilməsi və təsdiqlənməsi, "xxxx" MMMC-nin yaradılması ilə əlaqədar "xxxx" MTK ləğv olunması və onun bütün səlahiyyətlərin "xxxx" MMMC-yə verilməsi, cari məsələlərin müzakirə olunması, xx.xx.2024-cü il tarixdə idarə heyətinin növbəti iclasının keçirilməsi qərara alınmışdır. Göründüyü kimi məhkəmə öz qərarında həmin protokola və MMMC-nin nizamnaməsinə istinad etsə də, yəni "xxxx" MTK-nın bütün səlahiyyətlərin "xxxx" MMMC-yə verilməsini qeyd etsə də, "xxxx" MMMC-nin cavabdehdən kommunal xidmətlərə görə borcu xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün binaya hər-hansı xidmət göstərmədiyinə görə, onun yarandığı vaxtdan əvvəlki dövr üzrə kommunal xidmətlərlə bağlı hər-hansı borc tələb etməyə subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, cavabdehin uzun ilər ərzində ödəmədiyi borc "xxxx" MTK-nın dövründən əhatə olunur və bu günə kimi, yəni "xxxx" MMMC-nin dövrünədək əhatə edir. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, binanın qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə kommunal xidmətin göstərilməsi ilə bağlı "xxxx" MMMC arasında hər-hansı müqavilə də bağlanılmamışdır. İş materiallarına əlavə olunan və məhkəmə tərəfindən istinad edilən cəmiyyət tərəfindən keçirilən iclasın nəticələrinə dair protokoldan da göründüyü kimi, kommunnal xidmətlərin ödənilməsinə dair müvafiq qərar qəbul edilmiş və həmin qərar əsasında borcun ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tələb olunmuşdur. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir ki, “qeyri-yaşayış sahəsinin suyu, çəndən motor vasitəsi ilə vurularaq gəlir. Lakin onlar su motorunun təmirinə və ya yenisi ilə əvəz olunmasına, həmçinin motorun işləməsi üçün sərf olunan elektrik enerjisinin dəyərinin kommunal xidmətləri borcu kimi ödənilməsinə tələb oluna bilməz”. Qeyd edirlər ki, iddia ərizəsinin cavabdeh tərəfin qismən etiraf edilməsi, tələbin qismən təmin olunmasına əsas verir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mənzil Məcəlləsi: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra– çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.- 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43, 45-ci maddələrinə əsasən, Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.4-cü maddəsinə əsasən çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 136.1.3. kommunal xidmətlərə görə haqq. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra– ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş QYM seriyalı 002991 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 238,7 kv.m., yardımçı 32,4 kv.m., ümumi sahəsi 271,1 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən “Sixth Avenue” adlı obyektin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 1 No-li bildirişin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən obyektə görə binanın elektrik və su-kanalizasiya xətlərindən istifadə etməsi ilə bağlı bu günə qədər hələ də binada görünən təmir işlərinə kömək etməmişdir, "xxxx" MTK ilə müqavilə bağlamamışdır və bu xidmətlə bağlı aylıq ödəniş etmir. Yuxarıda göstərilənlər 5 gün ərzində yerinə yetirilmədiyi təqdirdə kommunal xidmətlərin göstərilməsi dayandırılacaq və məhkəməyə müraciət olunacaq. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 013 nömrəli iclas protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə binanın idarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçisinin iştirakı ilə iclas keçirildi. İclasda aylıq hesabat, görülən işlər, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması prosesinin yekunlaşdırılması üçün İdarə Heyətinin üzvləri sırasından təsiçilərin müəyyən olunaraq seçilməsinin vacibliyi, "xxxx" MTK-nın yenilənməsi, müqavilə bağlamayan və təmirə kömək etməyən obyektlər barədə yekun qərar, mənzillərdə görülən təmir işləri ilə əlaqədar yük liftlərinin tez-tez sıradan çıxmasının həll yolu ilə bağlı, həmçinin Su təchizatında görülən işlərin yekunları və digər cari məsələlər müzakirə olundu. İclasın nəticəsi olaraq aylıq hesabatın dinlənilməsi və təsdiqlənməsi (bütün hesabatlar qrupa göndərilmişdir) (bənd 1), Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması məqsədilə təsisçilər müəyyənləşdi: İdarə Heyətinin üzvləri sırasından Məmmədov Fuad, Əmiraslanova Sevinc və Nəsibov İlqar MMMC-nin təsisçiləri seçilməsi və təsdiqlənməsi (bənd 2), "xxxx" MTK-nın yenilənməsi prosesinin təşkili üçün vəkillə müqavilənin bağlanması Fuad Məmmədov tərəfindən təklif edilməsi və qəbul edilməsi (bənd 3), müqavilə bağlamayan və təmirə kömək etməyən obyektlərin binanın su, elektrik və kanalizasiya xəttindən ayrılması haqqında kollektiv müraciətin "xxxx" ASCyə, "xxxx" ASC-yə və məhkəməyə göndərilməsi (bənd 4), mənzilində təmir işləri həyata keçirən mənzil sahibləri təmirin həcmindən asılı olaraq yük liftlərinin təmiri üçün 200 manatdan 500 manatadək ödənişin etməsi (bənd 5), bir neçə cari məsələlərə baxılması və həll edilməsi (bənd 6), xx.xx.2024-cü il tarixdə İdarə heyətinin növbəti iclasının keçirilməsi (bənd 7) qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən “Sixth Avenue” adlı obyektin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 2 No-li bildirişin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən obyektə görə binanın elektrik və su-kanalizasiya xətlərindən istifadə etməsi ilə bağlı bildirişin verildiyi tarixdən bu günə qədər hələ də binada görülən təmir işlərinə kömək etməmişdir, "xxxx" MTK ilə müqavilə bağlamamışdır və bu xidmətlə bağlı aylıq ödəniş etmir. Yuxarıda göstərilənlər 5 gün ərzində yerinə yetirilmədiyi təqdirdə kommunal xidmətlərin göstərilməsi dayandırılacaq və məhkəməyə müraciət olunacaq. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli X1 Reyestrindən Çıxarışından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2024-cü il tarixdə (qeydiyyat No 1124-MM11-0315) qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyynləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmanın əsası kimi sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları və digər sənədlər təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin Nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 1C ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz faliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir (bənd.1.1). Cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir (bənd 1.2). Çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər (bənd 1.3). Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusuna malik olur (bənd 1.6). Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait cəmiyyətin iştirakçılarına dividend kimi verilmir və yalnız cəmiyyətin üzvlərinin ümumi yığıncağının qərarı ilə binanın birgə istifadədə olan hissələrinin və cəmiyyətin yerləşdiyi yaşayış binasının istismarına və kommunal xidmətlər təchizatı qurğu və avadanlıqlarının təmir və bərpasına yönəldilir (bənd 1.7). Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir (bənd 2.1). Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır (bənd 6.1). Cəmiyyət iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır (bənd 6.2). İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 017 nömrəli iclas protokolunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə binanın İdarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçisinin iştirakı ilə iclas keçirilmişdir. İclasda aylıq hesabat, görülən işlər, "xxxx" MMMC-nin yaranması ilə əlaqədar, liftərin qəzalı vəziyyətdə olması, kənar şəxslərin zirzəmiyə daxil olması nəticəsində binanın təhlükəsizlik qaydalarının pozulması və digər cari məsələlər müzakirə olunmuşdur. İclasın nəticəsi olaraq aylıq hesabat dinlənilməsi və təsdiqlənməsi (bütün hesabatlar qrupa göndərilmişdir) (bənd 1), "xxxx" MMMC-nin yaradılması ilə əlaqədar "xxxx" MTK ləğv olunması və onun bütün səlahiyyətlərin "xxxx" MMMC-yə verilməsi (bənd 2), cari məsələlərin müzakirə olunması (bənd 3), xx.xx.2024-cü il tarixdə İdarə heyətinin növbəti iclasının keçirilməsi (bənd 4) qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmışdır. Bina sakinlərinin iştirakı ilə keçirilən iclasın qərarına əsasən "xxxx" MTK ləğv edilmiş və onun bütün səlahiyyətləri, yaşayış və qeyri-yaşayış sahələri üzrə səlahiyyətlər "xxxx" MMMC-yə verilmişdir. Yeni Nizamnaməyə əsasən mənzillər və obyektlər məcburi xidmət haqqı ödəməlidirlər. Obyektlərə "xxxx" MMMC-nin idarə heyətinin və sakinlərin ümumi iclasının qərarına görə obyektlərin hər kv.m. görə 0.8 azn müəyyənləşdirilmişdir. Xidmət haqqı ümumi su, elektrik, kanalizasiya xətlərindən və həyətdən istifadəyə görə müəyyənləşdirilir. Aşağıda göstərilən müqavilə qısa müddətdə imzalanmalı və İdarə heyətinə təqdim olunmalıdır. Ödəniş xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Müqavilə təqdim olunduğu gündən 15 gün ərzində qarşılıqlı imzalanmadığı halda "xxxx" MMMC-nin nizamnamənin 3.3 bəndinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2024-cü il tarixədək müqavilələr imzalanmadığı halda məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" MTK xx.xx.2005-ci ildə tikintisi başa çataraq istismara verilmişdir. Daha sonra isə 2024-cü ildən etibarən MTK Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda bu ünvanda 110 manat var və 11 qeyri-yaşayış obyekti fəaliyyət göstərməkdədir. Bu 11 qeyri-yaşayış obyektindən 4-ü MMMC ilə müqavilə imzalamış, digər 7 obyekt isə müqavilə bağlamaqdan imtina etmişdir. Beləliklə, bu 4 müəssisə bağladıqları müqaviləyə əsasən müvafiq ödənişləri edirlər. Lakin Cavabdeh hal-hazırda mülkiyyətində olan obyektə görə nə kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan aylıq ödənişi ödəyir, nə müqavilə bağlayır, nə də təmir işlərinə kömək etmək üçün nəzərdə tutulan məbləği ödəyir. Hal-hazırda "xxxx" MMMC-yə ödənilməmiş olaraq qalan son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla toplam 6.000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1.600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7.600 manat məbləğində borcu mövcuddur. Bu barədə dəfələrlə şifahi və yazılı formada müraciət edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir hərəkət göstərilməmişdir. Bu səbəbdən xx.xx.2023, xx.xx.2024,xx.xx.2024-cü il tarixdə Cavabdeh bildiriş verilmiş, son bildirişdə isə yuxarıda qeyd edilənlərin həyata keçirilmədiyi təqdirdə məhkəməyə iddia veriləcəyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla toplam 6.000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1.600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manatın 10 gün ərzində MMMC-nin hesabına ödənilməsini və MMMC ilə müqavilə bağlamasını xahiş etmişdir. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəklər. İş materiallarında olan "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli 006 nömrəli iclas protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə binanın İdarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçilərinin iştirakı ilə iclas keçirilmişdir. İclasda 2 aylıq və 18 aylıq hesabağ, su təchizatında İlham Vəliyevə olan borc vəsaiti, qarajların özəlləşdirilməsi, İdarə heyətinin say tərkibinin dəqiqləşdirilməsi, təcili görüləcək işlər, ödəniş etməyən sakinlərin və obyektlərin müzakirəsi, avtoyuma məntəqəsinin fəaliyyəti və qarşısının təmiri, komendantın və komendant köməkçisinin işlərinin qiymətləndiriləsi və digər məsələlər müzakirə olunmuşdur. İclasın nəticəsi olaraq hesabatların müzakirə edilməsi və təsdiq edilməsi (bütün hesabatlar elan lövhələrində və qrupda göstərilmişdir) (bənd 1), su təchizatına olan 5.000 manat borcun növbəti aylar ərzində hissə-hissə ödənilməsi (bənd 2), qeyri-yaşayış obyekti olan qarajların özəlləşdirilməsi üçün müraciət edən sakinlərə protokoldan çıxarışın və maliyyə arayışın verilməsi (bənd 3), İdarə heyətinin say tərkibi səsə qoyularaq dəqiqləşdirilməsi (bənd 4), binanın yanğın təhlükəsizlik qurğularının qaydada salınması və ümimi su sayğacının dəyişdirilməsi birinci növbədə həll edilməsi (bənd 5), uzun müddət ödəniş etməyən sakinlərin və obyektlərin iddia sənədləri hazırlanaraq məhkəməyə göndərilməsi (bənd 6), avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi qeyri-qanuni sayılması və həmin obyektin fəaliyyəti nəticəsində onun qarşı hissəsinə dəymiş zərərin təmir xərcinin İdarə heyəti üzvləri tərəfindən maliyyələşdirilməsi (bənd 7), kommendantın və kommendant köməkçisinin 4 ay ərzindəki fəaliyyətləri qeyri-qənaətbəxş hesab edilməsi və onlara növbəti 4 ayda fəaliyyətlərini mükəmməlləşdirmək tapşırılması (bənd 8), xx.xx.2025-ci il tarixdə İdarə heyətinin növbəti iclasının keçirilməsi (bənd 9) qərara alınmışdır. Məhkəmə Kollegiyasına təqdim olunmuş 08 iyul 2024-cü il tarixli iclas protokolunun 2-ci bəndindən görünür ki, aylıq kommunal ödənişlər "xxxx" MMMC-nin 06 iyun 2024-cü il tarixli 017 nömrəli ümumi iclas protokoluna uyğun, yəni mənzillərin aylıq kommunal xərc ödənişinin mənzillərin sahəsinə görə hər kv.metr üçün 0,4 manatdan, obyektlərin isə sahəsinə uyğun olaraq 200 kv.metrədək, hər kv.metr üçün 0,8 manat, 200 kv.metrdən yuxarı olan hissə üçün isə güzəşt edilərək ödənişdən azadolma tətbiq olunmasının davam etdirilməsi qərara alınmışdır. İclasda 2 aylıq və 18 aylıq hesabat, su təchizatında İlham Vəliyevə olan borc vəsaiti, qarajların özəlləşdirilməsi, idarə heyətinin say tərkibinin dəqiqləşdirilməsi, təcili görüləcək işlər, ödəniş etməyən sakinlərin və obyektlərin müzakirəsi, avtoyuma məntəqəsinin fəaliyyəti və qarşısının təmiri, komendantın və komendant köməkçisinin işlərinin qiymətləndiriləsi və digər məsələlər müzakirə olunmuşdur. İclasın nəticəsi olaraq hesabatların müzakirə edilməsi və təsdiq edilməsi (bütün hesabatlar elan lövhələrində və qrupda göstərilmişdir. İş materiallarında olan enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə abonent Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər-hansı müqavilə bağlanmadığı, cavabdeh binanın ümumi istifadə yerlərindən istifadə etmədiyi, eyni zamanda "xxxx" MMMC binaya xidmət göstərilməsinə xx.xx.2024-cü il tarixdən başladığı üçün, həmin tarixdən əvvəlki dövr üçün kommunal xidmətin göstərilməsi ilə bağlı pul vəsaitinin tələb etməyə subyektiv hüququ olmadığı üçün qaldırılan iddia kommunal xidmətləri ilə bağlı pulun tutulması hissəsində əsaslı olmasına dair nəticələri düzgün olmamışdır. Məhkəmə Kollegiyası həmçinin binanın qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə kommunal xidmətin göstərilməsi ilə bağlı "xxxx" MMMC arasında hər- hansı müqavilə bağlanılmaması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, xx.xx.2024-cü il tarixdən sonrakı dövr üçün kommunal xidmətlərinin göstərilməsi ilə əlaqədar kommunal xidmətlərə görə borcuna dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarınında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən qərarında həmçinin göstərmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “R.Məhərrəmovanın şikayəti üzrə” 22 sentyabr 2020-ci il tarixli qərarında izah etmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanılması və təmir üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər-hansı müqavilə olmasa da, bu halın mövcudluğu cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi yaranmaması üçün hüquqi əsas deyildir. Belə ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırda tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da, Cavabdeh "xxxx" MMMC yaranan tarixdən iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.4-cü maddəsinə əsasən çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. Qanunun tələbindən də göründüyü kimi, cəmiyyətə üzv olmaq qeyri-yaşayış sahələrinin mülkiyyətçisinin hüququ kimi nəzərdə tutulsa da, bu iddiaçının cavabdehdən göstərilən xidmətlərlə bağlı borc tələb etməməsi üçün əsaslı hesab edilə bilməz. Digər tərəfdən Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə zidd olmamışdır. Başqa sözlə, cavabdeh binanın ümumi istifadə yerlərindən (məsələn, liftdən, blokdan və s) istifadə etməsə də, faktiki olaraq həyətyanı sahəsinin işıqlandırılması, mühafizə, xadimələrin xidmətindən, zibil qutularından istifadə edir və iddiaçı həm bu xidmətlərə görə, həm də cavabdehin su xəttinə suyun verilməsinin ümumi istifadədə olan çəndən elektrik motoru vasitəsi ilə həyata keçirilməsi, motoru elektrik enerjisindən istifadə ilə əlaqədar işləməsi faktları nəzərə alınmaqla aylıq enerjidən istifadə ilə əlaqədar xərcin ödənilməsi, motorların təmirə məruz qalması ilə bağlı vəsait ödənilməsi əlaqədar çəkilən xərcin onların payına düşən hissəsini tələb etməkdə haqlıdır. İşin bu halları apellyasiya instansiyası məhkəməsinin iclasında baxış keçirilmiş video görüntüdə də əksini tapmışdır. Belə ki, cavabdeh tərəfindən həyətə giriş qapısından istifadə edilməklə həyətə daxil olmaları, eləcə də qarajdan istifadə etmələri aydın müşahidə edilir. Bu isə ona dəlalət edir ki, cavabdeh mühafizə olunan, işıqlandırılan və təmizlənən ərazidən istifadə edir. Lakin bunun kommunal xidmətlər kimi cavabdehdən bu xidmətlərin tələb edilməsini birinci instansiya məhkəməsi düzgün olmayaraq əsaslı hesab etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən sonrakı dövr üçün tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut etdiyindən iddiası göstərilən hallara və müddətə görə qanuni və əsaslı sayılır. Qeyd olunanlara əsasən iddia yalnız xx.xx.2024-cü il tarixdən sonrakı dövr üçün kommunal xidmətlər üzrə borc hissəsində təmin edilməli və qeyd edilən borc xx.xx.2024-cü il tarixdən iddia tələbində göstərildiyi kimi oktyabr ayı da daxil olmaqla, yəni xx.xx.2024-cü il tarixə kimi olan dövr üçün kv.m 80 qəpikdən hesablanmaqla 6 ay üçün 960 manat məbləğində tutulmalıdır. Məhkəmə Kollegiyası bu qənaətə gələrkən iddiaçı tərəfin cavabdehin mülkiyyətində olan sahənin 271 kv.m olmasına baxmayaraq güzəşt olaraq 200 kv.m sahə üzrə hesablamasını da nəzərə alır. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçı "xxxx" MMMC yarandığı vaxtdan əvvəlki dövr üzrə kommunal xidmətlərlə bağlı cavabdehdən hər-hansı borc tələb etməyə subyektiv hüququ olmaması düzgün vurğulasa da, Məhkəmə Kollegiyası qeyd edir ki, ümumilikdə qətnamə maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edildiy üçün tam ləğv edilir və kollegiya hesab edir ki, iddiaçı "xxxx" MMMC yarandığı vaxtdan əvvəlki dövr üzrə kommunal xidmətlərlə bağlı cavabdehdən hər-hansı borc tələb etməyə subyektiv hüququ olmamışdır. Həmçinin də, xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün "xxxx" MMMC deyil, "xxxx" MTK tərəfindən kommunal xidmətlər göstərilmişdir. Bu halda isə iddiaçının subyektiv hüququ olmamışdır. "xxxx" MMMC-nin, "xxxx" MTK-nın hüquqi varisi olması isə iş materiallarından görünmür. Digər tərəfdən əgər "xxxx" MMMC "xxxx" MTK-nın ləğvi zamanı hüquqi varis kimi müəyyən edilibsə, bu halda onun əvvəlki borcları tələb etmək hüququ qanuni şəkildə keçmiş olur. Belə ki, hüquqi varislik yalnız mülkiyyətin və səlahiyyətlərin ötürülməsi ilə deyil, həm də hüquq və öhdəliklərin ötürülməsi ilə müşayiət olunmalıdır. Lakin hazırki işin hallarından göründüyü kimi iddiaçı "xxxx" MTK-nın hüquqi varisi kimi deyil, sonuncunun ləğvi edilməsi ilə "xxxx" MMMC yaradılmışdır. Bu halda yalnız hüquqi varislik statusu olan qurumlar əvvəlki dövrlərə aid borcları tələb edə bilərdi ki, hazırda iddiaçı belə bir statusa malik olmamışdır. Həmçinin kollegiya hesab edir ki, iddia tələbinin "xxxx" MMMC ilə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi də təmin edilə bilməz. Belə ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin məcburi qaydada bağlanması ilə bağlı cavabdehin hər-hansı öhdəlikləri qanunla müəyyən olunmamış, həmçinin yuxarıda qeyd edilən Plenum qərarı belə müqavilənin olmasının zəruri olmamasını göstərmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “R.Məhərrəmovanın şikayəti üzrə” 22 sentyabr 2020-ci il tarixli qərarı) Başqa sözlə, mənzil qanunvericiliyinin tələbləri baxımından da qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış binasının mülkiyyətçilərinin hüquqları ilə yanaşı vəzifələrinin eyni olması (bərabər olması) təsbit edilmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq ediməmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli və yuxarıda əsaslandırılmış qaydada iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(009)- 825/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 960 manat pul tutularaq "xxxx" MMMC-nin hesabına ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar