Məhkəmə qərarları › İş №2(103)-3962/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3962/2022

25.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3962/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTKnın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin təmir işlərinə onun tərəfindən xərclənmiş 850.000 (səkkiz yüz əlli min) manat pulun, həmin mənzilin məişət əşyalarına görə xərclənmiş 115.000 (yüz on beş min) manat pulun, cəmi 965.000 (doqquz yüz altmış beş min) manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 241.250 manat faizlərin, AR Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 325.687 manat faizlərin, iddia üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam ve sanitar qovşağında aparılmış kafel ve metlaq işləri və sairə ilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Həmçinin, bu təmir işləri zamanı istifadə olunmuş bütün tikinti materiallarının sifarişi, alınması, daşınması, təmir işlərini yerini yetirmiş usta və fəhlələrin əmək haqqları onun pul vəsaiti hesabına ödənilmişdir. Təmir işlərinə onun tərəfindən 850.000 (səkkiz yüz əlli min) manat pul xərclənmişdir. Bundan başqa, qeyd edilmiş mənzilin pərdələrinin, çilçıraqların, bütün otaqların mebellərinin, yəni, yataq otağı, qonaq otağı, mətbəx mebellərinin, bütün məişət avadanlıqlarının, o cümlədən, televizor, soyuducular, kondisionerlər, qaz sobasının dəyərləri də onun pul vəsaiti hesabına ödənilmişdir. Bu əşyalara görə onun tərəfindən 115.000 (yüz on beş min) manat pul xərclənmişdir. Yuxarıda göstərilən işləri görməyinə və cəmi 965.000 (doqquz yüz altmış beş min) manat pul vəsaitini xərcləməyinə səbəb onun qızı Sadıqlı Aida ilə cavabdehlərin oğlu Sadıqlı Ülvinin 2015-ci ildə ailə həyatı qurması olmuşdur. Onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vbatməd qızı arasında razılaşmaya əsasən, qızı ilə onların oğlu mənzilə köçdükdən sonra cavabdehlər mənzilə çəkdiyi təmir xərclərinin və ev əşyalarının dəyərini ona ödəməli idilər. xx.xx.2015-ci il tarixdə qızı ailəsi ilə təmir etdirdiyi həmin mənzilə köçmüşdür. Lakin həmin tarixdən indiyə kimi, mənzilin təmir xərclərinin və ev əşyalarının cəmi dəyəri olan 965.000 (doqquz yüz altmış beş min) manat pul vəsaitini cavabdehlər Sadİqov Qurban Rza oğlu və Cavabdeh2 ona qaytarmamışlar. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi uçot dərəcəsi 6.75%-dir. Beləliklə, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə, gecikdirilmiş 5 il üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faizlər 241.250 manat, AR Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 5 il gecikdirməklə faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6.75% dərəcəsi ilə borc məbləğinə hesablanmış faizlər 325.687 manat təşkil edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin təmir işlərinə xərclənmiş 850000 (səkkiz yüz əlli min) manat pulun, AR MMnin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə son 3 il üzrə hesablanmış 127.500 manat faizlərin, AR Mülki Məcəlləsinin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 191.250 manat faizlərin, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC-yə ödənilmiş 510.000 (beş yüz on min) manat pulun, AR MM-nin 445.7.-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə son 3 il üzrə hesablanmış 76.500 manat faizlərin, AR Mülki Məcəlləsinin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 95.625 manat faizlərin, iddia üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.850.905 (bir milyon səkkiz yüz əlli min doqquz yüz beş) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı xeyrinə tutulması, tutmanın "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə (mənzilə olan pay hüquqlarına) yönəldilməsi, həmin mənzilin hərracdan satılması və satışdan əldə edilən pulun borc hesabına iddiaçıya ödənilməsi, bu kifayət etmədikdə isə borcun cavabdehlərdən, o cümlədən digər əmlaklarına yönəldilməsi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı, 2015-ci ildə, cavabdeblər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X5” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam ve sanitar qovşağında aparilmis kafel ve metlağ isləri və sairə ilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Həmçinin, bu təmir işləri zamanı istifadə olunmuş bütün tikinti materiallarının sifarişi, alınması, daşınması, təmir işlərini yerini yetirmiş usta və fəhlələrin əmək haqqları onun pul vəsaitim hesabına ödənilmişdir. Təmir işlərinə iddiaçı tərəfindən mal material və usta, fəhlə pulları ilə birlikdə 850.000 (səkkiz yüz əlli min) manat pul xərclənmişdir. Həmçinin, İddiaçı cavabdehlərə inanaraq, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510000 (beş yüz on min) manat pul ödəmişdir. Bu vəsaitlər İddiaçı tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Bunları təsdiq edən şahidlər, ödəniş qəbzləri də məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-101/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilətək, təmir xərci olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 (bir milyon iki yüz otuz min dörd yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, məhkəmə tərəflər arsında olan mülki hüquq münasibətlərinin nədən ibarət olduğunu dəqiqləşdirməmişdir.Ən əsası məhkəmə tərəflər arasında olan borc münasibətlərinin 2017-ci ildə cavabdehlərə məxsus olmuş ünvan 2 ünvanında inşa edilmiş “X6” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili İddiaçı təşəbbüsü və təklifi ilə onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirilərək əvəzləşdirilməsi ilə bağlı sübuta düzgün hüquqi qiymət verməmiş, aşağıda göstərdikləri faktı nəzərə almamışdır. Belə ki, işin qeyd edilən bu halı “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli sonuncu qərarı ilə tam sübuta yetirilmişdir (həmin qərardan məhkəmə nəzarəti qaydasında iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətlər də təmin edilməmişdir). Mülki Prosessual Məcəllənin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.1, 106.2). Məhkəməyə qeyd edilən mənzilin Babək İsmayılovun adına sənədləşdirilən zaman onun tərəfindən mülkiyətçiyə hər-hansı bir ödənişin olunmadığını, həmin mənzilin iddiaçıya olan yuxarıda qeyd edilən borc hesabına əvəzləşdirilməsi (bir daha qeyd edirik ki, bu fakt cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapır) ilə bağlı iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, hazırda idiaçı tərəfindən tələb olunan pul vəsaitinin və digər borclarlarla birlikdə iddiaçının təklifi ilə Babək İsmayılovun adına sənədləşdirilməsi işin halları ilə təsdiq olunsa da, məhkəmə bu halllara da düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hisssəsində məcburidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq “Barışıq Razılaşması” nın iş materiallarına əlavə olunması barədə vəsatətin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri tamamilə əsassızdır, təmin edilməməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində qeyd edirlər ki, guya İddiaçı mübahisələndirilən "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzilin təmirini öz təşəbbüsü ilə qızının həmin mənzilə gəlin köçərək yaşayacağı üçün gənclərə toy hədiyyəsi kimi etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin təmirini İddiaçı tərəfindən qızına hədiyyə etməsi barədə dəlilləri əsassızdır, iş materiallarında bununla bağlı heç sübut yoxdur. Əksinə, iş materialları ilə sübut olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə bütün təmir işlərini İddiaçı həyata keçirmişdir. Bunu Nəsimi rayon məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 də etiraf etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə iclasları zamanı cavabdehlərin nümayəndəsi təmirin iddiaçı tərəfindən edilməsini etirafdan başqa, bu zaman onların yalnız təmirin dəyəri ilə razılşmadıqlarını demişdir. Yəni, cavabdehlər təmir üçün çəkilmiş xərci ödəməyə razı olmuş, amma təmirin iddiada göstərilmiş dəyərini mübahisələndirmişlər.Bununla bağlı isə, Nəsimi rayon məhkəməsi məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və müvafiq rəy də alınmışdır. Bundan başqa, təmirin guya “hədiyyə” edildiyini təqdim etdikləri və iş materiallarında olan təmirlə bağlı çəkilmiş xərcləri ilə bağlı müxtəlif qəbzlər təsdiq edir. Əgər doğrudan da İddiaçı təmiri “qızına hədiyyə” etmişdisə, həmin qəbzləri niyə məhv etməyərək indiyədək özündə saxlamışdır? Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində İddiaçı şikayəti üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarına da əsaslanırlar. Amma cavabdehlər həmin qərarı öz istədikləri kimi şərh edirlər. Bəli doğrudan da, İddiaçı Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdi. Şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, Cavabdeh1 izahatı alınmışdır. Həmin izahatda Cavabdeh1 təsdiq etmişdir ki, İddiaçı 200.000 ABŞ dolları və 300.000 manat məbləğində pulu almışdır. Qeyd olunanları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh1, X20, X11 və X25 verdikləri izahatlarda təsdiq etmişlər. Bundan başqa, Cavabdeh1 İddiaçı pulu alması onun özünün səs yazısı olan və araşdırmaya təqdim etdiyi disklə də təsdiq olunur. Birincisi, İddiaçı Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayətin predmetinə nə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə təmir işlərinin dəyərinin tələb edilməsi, nə də ki, "xxxx" ASC-yə ödənilmiş pulların qaytarılması daxil olmamışdır. İkincisi, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə heç də cavabdehlərin arzu etdikləri kimi, guya Cavabdeh1 bütün borcları İddiaçı qaytarması və guya bu borcun əvəzində "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 140 saylı mənzilin İddiaçı verilməsi müəyyən edilməmişdir. Qeyd olunan qərarla sadəcə olaraq, Cavabdeh1 əməllərində cinayət əlamətləri olmaması göstərilmişdir, mübahisənin mülki qaydada həll olunması tövsiyə edilmişdir. Hər bir halda İddiaçı bu qərarla da razılaşmayaraq onu mübahisələndirmişdir. Eyni zamanda, məlum olduğu kimi, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarı bu mülki işdə preyudisiyal xarakter daşıya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4.-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hər bir halda, bir daha qeyd edir ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarının ümumiyyətlə hazırki işə aidiyyatı yoxdur. Həmin qərar üzrə araşdırılan hallar arasında nə mübahisəli mənzilin təmiri, nə də ki, "xxxx" ASC-yə kredit ödənişi halları olmamışdır, orada İddiaçı şikayətinin predmetini ayrı-ayrı vaxtlarda Cavabdeh1 verilmiş, lakin qaytarılmamış 200000 ABŞ dolları və 300000 manat olmuşdur. Daha sonra, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində qeyd edirlər ki, guya onlar 2017-ci ildə borclarını ödəmək üçün "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına digər 140 saylı mənzili ******* manat qiymətləndirməklə satışa çıxarmış, sonra isə guya həmin mənzil İddiaçı olan 974000 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirildi. Bununla bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 140 saylı mənzilin alış qiyməti 625000 manat olmuşdur. Onda necə ola bilərdi ki, alış qiyməti 625000 manat olmuş mənzilin qiyməti cəmi 2 ildən sonra guya ******* manatadək artsın, sonra isə guya 974000 ABŞ dollarına borcla əvəzləşdirilsin və guya İddiaçı da bununla razılaşsın, hətta mənzil təmirli olsa belə? Daha sonra isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində həmin mənzilin qiymətini daha da artıraraq iddia edirlər ki, guya həmin mənzil 2019-cu ildə İddiaçı və bacısı oğlu Babək İsmayılov tərəfindən ******* ABŞ dollarına Dağıstan Respublikası sakininə satılmışdır, bununla bağlı cavabdehlər heç bir sübut təqdim etməmişlər. Bu məsələnin və ümumiyyətlə Babək İsmayılovun hazırki işə heç bir aidiyyatı olmasa da qeyd etməyə məcburdur ki, cavabdehlərin apellyasiya şikayətlərinin tamamilə əsassız olması elə məhz bu hissədə də öz əksini tapır. Belə ki, cavabdehlər iddia edirlər ki, Bakı şəhərinin tam mərkəzində olmayan, 2-ci, hətta 3-cü zona hesab edilə bilən bir hissəsində qiyməti 2015-ci ildə 625000 manat və sahəsi 278 kv.m. olan bir mənzil 2019-cu ildə fantastik qiymətə ******* manata satılmışdır. Bu tamamilə həqiqətə uyğun deyildir, çünki hamı bilir ki, Bakı şəhərində 1 kv.m.-nin qiyməti 18000 manata satıla bilən mənzil yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətindəki sonuncu dəlili isə iddia müddətinin keçməsi ilə bağlıdır. Hesab edirlər ki, bu hissədə də şikayət tamamilə əsassızdır. Nəsimi Rayon Məhkəməsi düzgün olaraq qətnaməsində qeyd etmişdir ki, hazırki iddia tələbinə kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırki tələb üzrə iddia müddətinin axımının başlanğıcı məhz xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etdiyini nəzərə alan məhkəmə onun tərəfindən 3 illik iddia müddəti ötürülmədiyi barədə düzgün qənaətə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti təmin edilməsin, Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014cü il tarixdə “Mənzil İnşaatı Müqaviləsi”nindən görünür ki, "xxxx" MTK ünvan 3 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2olan 4 otaqlı, 145 saylı mənzili Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə həmin əmlakın dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Səadət sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X21 ilə X12 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqlı, arvada Sadıqlı soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ünvanlamış xx.xx.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2olan 4 otaqlı, 140 saylı dupleks mənzilin X1 etiraz etmədiyini bildirmiş və xx.xx.2014cü il tarixli, **********13914 saylı kredit müqaviləsi üzrə bütün öhtəliklərini yerinə yetirəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən "xxxx" MTK-ya ünvanlamış xx.xx.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, yoldaşı Cavabdeh2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dubleks mənzilinin X1 etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qəbzlərin surətindən görünür ki, X25 tərəfindən müvafiq olaraq 51.000 manat, 20.000 manat, 31.000 manat, 21.000 manat, 30.000 manat, 51.000 manat, 51.000 manat, 51.000 manat və 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərin sürətindən görünür ki, X7 tərəfindən müvafiq olaraq 51.000 manat və 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. İş materiallarında olan X27-mühəndis, X14 (malyar), X18 (usta), X15 (elektrik), X22 (usta), X19 (elektrik), X2 (suvaqçı), X3 (usta) tərəfindən tərtib edilərək öz imzaları ilə təstiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 4 ünvanınd yerləşən X4 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzilində bütün təmir işlərini, o cümlədən hörgü, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam və sanitar qovşağında aparılmış kafel, metlağ işləri və sairə həyata keçirmişlər. Qeyd edilmiş təmir işlərinə görə İddiaçı tərəfindən onlara 180.000 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli vəkil soruğusuna cavabından görünür ki, ünvan 3 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 145 saylı mənzil "xxxx" MTK ilə bağlanmış xx.xx.2014-cü il tarixli “Mənzil İnşaatı Müqaviləsi”-nə əsasən Cavabdeh2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6421 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ünvan 4 ünvanınd yerləşən X4 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzildə təmir-tikinti və quraşdırılma (mətbəx mebeli, qarderoblar (hər otaqda) giriş qapısı, divara montaj edilmiş işıqlandırma) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1419/2022 saylı, 11 mart 2022-ci il tarixli qərardadının surətindən görünür ki, ərizə təmin edilərək, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Sadıqlı (Məmmədova) Aida Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə icraat, iddiaçı Sadıqlı (Məmmədova) Aida Loğman qızının Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair e-2(006)-1570/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1570/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 izahat verərək bildirmişdir ki, iddiaçını tanıyır, onun şirkətində sürücü işləyir. İddiaçı ona müxtəlif vaxtlarda pul verirdi ki, "xxxx" ASC-yə gedərək "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzilə dair ödəniş etsin. Kassa da kimin adına ödəniş olacağı soruşulduqda o, Cavabdeh2 adına ödəniş edəcəyini bildirirdi. Ata adını da bildirmək zəruri olduğu və Cavabdeh2 ata adını bilmədiyi üçün İddiaçı zəng edib ondan soruşmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X25 izahat verərək bildirmişdir ki, iddiaçını tanıyır, onun şirkətində işləyir. İddiaçı ona müxtəlif vaxtlarda pul verirdi ki, "xxxx" ASC-yə gedərək "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzilə dair ödəniş etsin. Cavabdeh1 ödənişlər edə bilmədiyi üçün İddiaçı onun yerinə ödəniş etməsini xahiş etdiyini bildirirdi. Kassa da kimin adına ödəniş olacağı soruşulduqda o, Cavabdeh2 adına ödəniş edəcəyini bildirdi. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə işin mübahisələndirilməyən hallarından göründüyü kimi ünvan 4 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 145 saylı 4 otaqlı mənzil Cavabdeh2 məxsusdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1546/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş X21 ilə X23 xx.xx.2015-ci il tarixdə ailə həyatı quraraq Cavabdeh2 məxsus sözügedən mənzilə köçməklə yaşamağa başlamışlar. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 145 saylı 4 otaqlı mənzildən İddiaçı və X8 çıxarılması qət edilmişdir. Təmir xərclərinin iddiaçı tərəfindən qarşılandığı da işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdehlərin nümayəndəsi və vəkili mənzildə təmir xərclərinin iddaçı tərəfindən çəkildiyi, lakin bunu nikah münasibətlərinə daxil olan X21 ilə X23 hədiyyə olaraq edildiyini, mənzilin daha sonra cavabdeh tərəfindən yenidən təmir olunduğu və həmin xərclərin bir hissəsini qaytarmağa etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091, 1092.1 və 157.7-ci maddələri əsasında aparılmalıdır. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1094-cü maddəsinə uyğun olaraq əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddələrnin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Baxılan işdən ünvan 4 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzilin Cavabdeh1 və Cavabdeh2 tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu, həmin mənzildə görülmüş təmir xərcinin iddiaçı tərəfindən çəkildiyi, təmir xərclərinin sərf olunduğu mənzildən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X23 və İddiaçı çıxarılmasının qət edildiyi müəyyən edilmişdir. Müvafiq təmir xərclərinin dəyərini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6421 saylı, xx.xx.2022 il tarixli ekspert rəyinə əsasən İddiaçı tərəfindən ünvan 4 ünvanınd yerləşən X4 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzildə təmir-tikinti və quraşdırılma (mətbəx mebeli, qarderoblar(hər otaqda) giriş qapısı, divara montaj edilmiş işıqlandırma) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən edilmişdir. Beləliklə mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində mənzilinin təmirsiz vəziyyətdən hazırkı vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 639.057,5 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması və ya mənzilin daha sonra yenidən təmir olunması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının bu mənzildə həyata keçirdiyi təmir xərclərinin daha yüksək olduğuna dair dəlili ilə əlaqədar eyni qənaətə gəlmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ekspertin mənzilin müxtəlif sahələrinə aid təmir xərcləri ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası iddianın “"xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC-yə İddiaçı tərəfindən ödənilmiş 510.000 manat pulun qaytarılması” tələbindən irəli gələn mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin həqiqi mahiyyətinin, onların qarışılıqlı öhdəliklərinin dairəsinin və ona tətbiq olunmalı maddi hüquq normasının müəyyən olumasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir. Belə ki, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən həll edilməlidir. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şətləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə kollegiyası iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadələrinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir. Cavabdeh tərəf hazırki iddia tələbinə etiraz olaraq tərəflər arasında olan bütün borc tələblərinin 2017-ci ildə müvafiq mənzillə əvəzləşdirildiyinə və 11 noyabr 2020-ci il tarixli barışıq sazişinin məzmununa istinad etmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişinin imzalanmadığını nəzərə alaraq həmin sənədin sübut qismində qəbul edilməsini Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir. Cavabdehin etirazını təşkil edən digər dəlili ilə əlaqədar isə qeyd olunmalıdır ki, hazırki işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmadığını tərəflər arasında olan borc tələblərinin 2017-ci ildə müvafiq mənzillə əvəzləşdirildiyinə dair cavabdehin istinad etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlayan məhkəmə aktlarına əsasən müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş pul köçürmələrinə dair bank qəbzlərinə əsasən mübahisə predmeti olan ödənişlərin 2018-2019-cü il tarixlərində edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, bu tarixlərə qədər tərəflər arasında digər əsaslarla yaranmış borc tələblərinin hazırki mübahisəyə aidiyyəti yoxdur. Beləliklə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin Cavabdeh2 əldə edilməsində İddiaçı borcverən qismində 510.000 manat məbləği ilə iştirak etməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuş bu halın təkzib edilməsi üçün cavabdeh tərəfin irəli sürdüyü dəlillərin heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiada əks olunan hallar öz təsdiqini tapmışdır. Lakin pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə kollegiyası, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası iddianın “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixdən hesablanmaqla: 639.057,5 x 5%=31.953:12 ay x (xx.xx.2020-xx.xx.2022) 17 ay; 510.000 x 5%=25.500:12 ay x (xx.xx.2020-xx.xx.2022) 17ay) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 639.057,5 manat (təmir xərci) məbləğ üzrə 45.267 manat, 510.000 manat (borc) məbləğ üzrə 36.125 manat məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair “1 saylı Protokolu”nun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə kollegiyası bu iddia tələbinin digər hissəsi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Qanuni əsası “əsassız varlanma” olan iddia tələbinə (təmir xərci) münasibətdə məhkəmə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. Qanuni güvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin övladları olan X21 ilə X8 ailə münasibətlərinə faktiki olaraq xx.xx.2019-cu ildə xitam verildiyi, X9 bu tarixdən evi tərk etdiyi həmin vaxtdan sonra onların ər-arvad kimi yaşamadıqları və birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırki işi “pul” tələbinə dair digər mübahisələrdən fərqləndirən bəzi xüsusiyyətləri (pulun borca verilməsinə əsasın ailə münasibətlərindən irəli gəldiyini) nəzərə alaraq hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etdiyindən onun əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmişdir. Qanuni əsası “müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri” olan iddia tələbinə (borca) münasibətdə məhkəmə Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırki tələb üzrə iddia müddətinin axımının başlanğıcı məhz xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etdiyini nəzərə alan məhkəmə onun tərəfindən 3 illik iddia müddəti ötürülmədiyi qənaətinə gəlir. Beləliklə, Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin təmirini İddiaçı tərəfindən qızına hədiyyə etməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, iş materiallarında bununla bağlı heç sübut yoxdur. Əksinə, iş materialları ilə sübut olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə bütün təmir işlərini İddiaçı həyata keçirmişdir.Bunu Nəsimi rayon məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 də etiraf etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə iclasları zamanı cavabdehlərin nümayəndəsi təmirin iddiaçı tərəfindən edilməsini etirafdan başqa, bu zaman onların yalnız təmirin dəyəri ilə razılşmadıqlarını demişdir. Yəni, cavabdehlər təmir üçün çəkilmiş xərci ödəməyə razı olmuş, amma təmirin iddiada göstərilmiş dəyərini mübahisələndirmişlər.Bununla bağlı isə, Nəsimi rayon məhkəməsi məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və müvafiq rəy də alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində İddiaçı şikayəti üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarına da əsaslanırlar.Qeyd edilməlidir ki, həqiqətən də, İddiaçı Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdi.Şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, Cavabdeh1 izahatı alınmışdır. Həmin izahatda Cavabdeh1 təsdiq etmişdir ki, İddiaçı 200.000 ABŞ dolları və 300.000 manat məbləğində pulu almışdır. Qeyd olunanları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh1, X20, X11 və X25 verdikləri izahatlarda təsdiq etmişlər. Lakin müəyyən olunur ki, yuxarıda qiymət verildiyi kimi əvvəla, İddiaçı Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayətin predmetinə nə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə təmir işlərinin dəyərinin tələb edilməsi, nə də ki, "xxxx" ASC-yə ödənilmiş pulların qaytarılması daxil olmamışdır. İkincisi, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə heç də cavabdehlərin qeyd etdikləri kimi, Cavabdeh1 bütün borcları İddiaçı qaytarması və bu borcun əvəzində "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 140 saylı mənzilin İddiaçı verilməsi müəyyən edilməmişdir. Beləliklə, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli qərarının ümumiyyətlə hazırki işə aidiyyatı yoxdur.Yəni, həmin qərar üzrə araşdırılan hallar arasında nə mübahisəli mənzilin təmiri, nə də ki, "xxxx" ASC-yə kredit ödənişi halları olmamışdır, qərarda İddiaçı şikayətinin predmeti ayrı-ayrı vaxtlarda Cavabdeh1 verilmiş, lakin qaytarılmamış 200000 ABŞ dolları və 300000 manat olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, təmir xərci olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 (bir milyon iki yüz otuz min dörd yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-101/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar