Məhkəmə qərarları › İş №2(103)-3977/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3977/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3977/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Anar Zeynalovun, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma» tələbinə dair 2(002)- 168/N2 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral N2-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızının ünvan 1 ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. N saylı hərbi hissə əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, baş miçman, N nömrəli hərbi hissədə Birləşmiş anbarların Dəniz Mühəndis Əmlakı anbarının rəisi vəzifəsində xidmət etmiş Cavabdeh2 xx.xx.N-ci il tarixli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətini əsas gətirərək «Puta» hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh2 N nömrəli hərbi hissənin Birləşmiş anbarların Dəniz Mühəndis Əmlakı anbarının rəisi vəzifəsində işləməsi, eləcə də onun ailə vəziyyəti, xx.xx.2000-ci il tarixdən digər cavabdeh Hüseynova (Salmanova) Lalə Eldar qızı ilə nikahda olması, onların birgə nikahlarından 09.11,2002-ci il təvəllüdlü oğlan və xx.xx.2006-cı il təvəllüdlü qızının olması və digər diqqətəlayiq hallar nəzərə alınmaqla, Cavabdeh2 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu, «Puta» hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 m2 sahədən ibarət 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 24 saylı mənzil ayrılmışdır. Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 24 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsi komdandirinin xx.xx.N0-ci il tarixli, 026gm saylı əmri ilə cavabdeh, Cavabdeh2 «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156 (V) bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən tərxis olunmuşdur. Cavabdeh2 hərbi xidmətdən tərxis olunduqdan sonra ona yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamışdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral N2-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızının ünvan 2 ünvandan çıxarılmaları qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 1997-ci il tarixdən N0ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət keçmiş və N0-ci ilin oktyabr ayında xəstəliyə görə ehtiyata buraxılmışdır. 23 təqvim ili hərbi xidmət keçmişdir. N-ci il tarixdən ünvan 3 ünvanda xüsusi təyinatlı yaşayış sahəsində yaşayır. Yaşayış müddəti ərzində onun xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına əsas verə bilən heç bir hərəkətə yol verməmişdir. N-ci il tarixdən hal-hazıradək adıçəkilən yaşayış sahəsi üzrə bütün kommunal xərcləri vaxtında ödəmiş, işıq, qaz, su təsərrüfatları ilə müvafiq müqavilələr bağlamışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan, sübutlara qiymət vermədən iddiaçının iddia tələbinin təmin olunması barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehlərə başqa yaşayş sahəsi verilmədən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmağını istisna edən halları (hərbi xidmətdə 15 təqvim ili xidmət etməsini və yaşa görə əmək pensiyaçısı olduğunu) aydınlaşdırmamış, nəticədə yanlış qərar qəbul etmişdir. Apellyasiya şikayətinə yaşa görə əmək pensiyaçısı olduğunu təsdiq edən arayışı əlavə edir. Birinci instansiya məhkəməsinə yaşa görə əmək pensiyaçısı olduğunu təsdiq edən bu arayış təqdim edilməmişdir. Belə ki, həmin arayış onun tərəfindən xx.xx.N2-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, N nömrəli Hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli, 208 nömrəli əmri ilə baş miçman Cavabdeh2, Texniki vəsaitlərə nəzərət laboratoriyasının texniki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin N iyul N0-ci il tarixli, 326gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N0-ci il hesabından qalan 77 (yetmiş yeddi) gün müddətinə məzuniyyət verilməklə 22 oktyabr N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilməsi və baş miçman Cavabdeh2 N0-ci il üçün yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilməsi, eyni zamanda baş miçman Cavabdeh2 ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında pul müavinəti ödənilməsi qərara alınmışdır. N nömrəli Hərbi hissə komandirinə ünvanlanmış xx.xx.N-ci il tarixli vəsatətdə qeyd olunmuşdur ki, Cavabdeh2 Puta Hərbi şəhərciyində xidməti mənzillə təmin olunması barədə xx.xx.N-ci il tarixli raportu əsasında N nömrəli Hərbi hissə komandirinə vəsatət təqdim olunmuşdur. N nömrəli Hərbi hissənin seriya YS 037528 nömrəli «Yaşayış sahəsi üzrə hərbi qulluqçunun (mülki işçinin) attestatı»ndan göründüyü kimi, Cavabdeh2 yaşayış sahəsi almaq üçün xx.xx.1999-cu il tarixdən təminata qoyulmuşdur. Nikah və doğum haqqında şəhadətnamələrə əsasən Cavabdeh2 ilə X3 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmış və bu barədə Göyçay rayon İHB-nin Şəhadət kənd icra nümayəndəliyində 07 nömrəli akt ilə bağlanmışdır. Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 adlı iki övladları var. xx.xx.N1-ci il və xx.xx.N1-ci il tarixli bildirişlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Cavabdeh2 Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın 24 nömrəli mənzilinin sakini, baş miçman Cavabdeh2 tərxis olunduğu üçün yaşadığı mənzili 10 gün müddətinə Mənzil-istismar xidmətinə təhvil verməsi tələb olunmuşdur. Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərcik 57/4 saylı ünvanda yerləşən 24 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-cı maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Mənzil Məcəlləsinin 97.2-cı maddəsinə əsasən xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. Mənzil Məcəlləsinin 92-cı maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Mənzil Məcəlləsinin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2-ci maddəsinə görə xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Mənzil Məcəlləsinin 102.3-cü maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 102.4-cü maddəsinə əsasən bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Mənzil Məcəlləsinin 101.1-ci maddəsinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Mənzil Məcəlləsinin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xüsusi təyinatlı yaşayış sahəsinin verilməsinə dair müqavilə olmuşdur və iltizama əsasən cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərcik 57/4 saylı ünvanda yerləşən 24 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. N nömrəli Hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli, 208 nömrəli əmrindən göründüyü kimi, baş miçman Cavabdeh2 N saylı Hərbi hissənin komandirinin xx.xx.N0-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən, xəstəliyə görə, hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Cavabdehin xəstəliyinin xidməti vəzifəsi ilə əlaqədar olaraq yaranmadığını (Cavabdeh2 Mənzil Məcəlləsinin 102.2.4-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara sırasına daxil deyil) və buna müvafiq olaraq yuxarıda qeyd olunmuş Mənzil Məcəlləsinin 102-ci maddəsində sadalanan halların (xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyənlər siyahısına) cavabdehlərə aid olmamasını, həmçinin iş materialarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları, tərəflərin izahatlarını, yuxarıda sadalanan qanunvericilk normalarını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızı ünvan 2 ünvandan çıxarılmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə doğru nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 2(002)-168/N2 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar