Məhkəmə qərarları › İş №2(103)-3981/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3981/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3981/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı İddiaçı Cavabdeh İddiaçı qarşı tələblər üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə və digər nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini 39.000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əsasında, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 159.70 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda İddiaçı Cavabdeh və onun ailə üzvlərinin torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını, Cavabdeh isə İddiaçı ilə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan müxtəlif vaxtlarda ümumilikdə 56.900 manat məbləğində borc pul almışdır. Cavabdeh ona olan borcunu ödəyə bilmədiyi üçün mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ona satmağı təklif etmişdir. Qarşılıqlı razılaşmaya görə cavabdehin ona olan 56.900 manat borcundan əlavə, o, cavabdehə 39.000 manat məbləğində pul ödəməli idi. O, cavabdehin təklif etdiyi şərtlərlə razılaşaraq 22 fevral 2021- ci il tarixdə həmin torpaq sahəsinin alqısatqısı barədə müqavilə bağlamışlar. Torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışı olmadığı üçün həmin evə dair alqı-satqı müqaviləsini öz aralarında bağlaya bilməmişlər. Yalnız torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilənin 11-ci bəndinə görə satıcı, yəni cavabdeh 22 fevral 2021-ci il tarixdən daşınmaz əmlakı onun istifadəsinə verməli idi. Lakin həmin vaxtdan 1 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu günə kimi icra etməmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün, həmçinin digər xərclərə ümumilikdə 14.200 manat məbləğində pul sərf olunmuşdur. Cavabdehdən 1 ildən artıq müddətdə dəfələrlə torpaq sahəsini və fərdi yaşayış evini ona təhvil verməsini tələb etsə də, cavabdeh bu günə kimi öz öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmışdır. Mülki işin sənədlərindən də görünür ki, alqı-satqı müqaviləsi bağlanan zaman cavabdeh həmin daşınmaz əmlakı onun istifadəsinə verməsi barədə öhdəlik götürmüş, lakin bu günə kimi öhdəliyini yerinə yetirməmişdir.

4. İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2395/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(003)- 2395/2022 №-li mülki işin İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair 2(003)- 1817/2022 №-li mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1817/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

7. İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayında yaxın tanışlar vasitəsi ilə tanıdığı İddiaçı qızı Nailədən özünə məxsus 0.06 ha torpaq sahəsini girov qoymaqla 15.000 manat sələmə borc pul istəmişdir. Bu məqsədlə də Bakı şəhəri 50 saylı notariat ofisinə getmişlər. Notariusun əməkdaşı ilə görüşmüşlər, orada onlara bildirmişlər ki, torpağı girov qoya bilməz, ancaq alqı-satqı edə bilər. Nailə ona bildirmişdir ki, heç bir narahatçılığa səbəb yoxdur, torpağı anasının adına rəsmiləşdirsinlər, evi satanda onun pulunu qaytarar. Onlar razılaşmışlar. Notariusda torpağı sənədləşdirən zaman Nailə ona demişdir ki, 15.000 manata 0.06 ha torpaq sahəsinin satılmasına heç kim inanmaz, ona görə də torpağın qiymətinin bir az çox yazılmasını təklif etmişdir. Ona görə də alqı-satqı müqaviləsində torpağın qiyməti 15.000 manat deyil, 39.000 manat yazılmışdır. Sənədləşmədən sonra Nailə ona 15.000 manat borc pul vermiş, qalan 24.000 manatı isə özü ilə aparmışdır. Bundan altı ay keçməsinə baxmayaraq, Nailə ilə aralarında heç bir narazılıq olmamışdır. O, yaz-yay aylarında Nailədən 3000 manat borc pul istəmişdir. Nailə ona demişdir ki, evə gəlib baxacaq, bəlkə ev yoxdur, elə-belə pul verə bilməz. Evi gördükdən sonra Nailə ona 3000 manatın üstündən 300 manat özündə faiz kimi saxlayaraq 2700 manat borc pul vermişdir. Həmin torpaq sahəsinin üzərində halhazırda yaşadığı sahəsi 215 kv.m olan yaşayış evi vardır. Nailə ondan xəbərsiz evini sənədləşdirərək xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. Bunu eşidəndən sonra Nailənin əsl niyyətinin onu aldatmaq olduğunu anlamış və narahatçılıq keçirərək evinin və torpağının geri qaytarılmasını istəmişdir. Nailə bildirmişdir ki, çıxarışı almaq üçün 14.200 manat xərci çıxmışdır. Daha sonra bildirmişdir ki, ona 80.000 manat pulu qaytarsa, evini geri qaytaracaq. Nailənin dediyi 80.000 manat pul həqiqəti əks etdirmir. O, Nailədən elə məbləğdə pul almamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan maddi asılılığından və etibarından sui-istifadə edərək onu aldatmaqla, ümumi sahəsi 600 kv.m olan torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş evini tam ələ keçirmiş və qalan pulu vermədən onu evdən çıxarmaq üçün məhkəmədə iddia qaldırmışdır. Cavabdeh kimi adı qeyd edilmiş İddiaçı ilə onun arasında alqı-satqıya qədər heç bir münasibət olmamış, nə o Nayibəni, nə də Nayibə onu tanımamışdır. Nayibə sadəcə olaraq sənədləşmə işlərinin həyata keçirilməsi mərhələsinin iştirakçısı kimi formal olaraq hazırkı mübahisə üzrə cavabdeh kimi qeyd edilmişdir. Onun evinin və torpaq sahəsinin qanunsuz yollarla, hüquqdan sui-istifadə edilməklə alınması və onun aldadılmasının bilavasitə səbəbkarı və icraçısı cavabdehin qızı Nailə olmuş və Nailənin ssenarisi əsasında onun anası, hazırkı iş üzrə cavabdeh İddiaçı bu qanunsuzluğun iştirakçısına çevrilmişdir. Cavabdehin qızı Nailənin anası ilə birlikdə ona qarşı etdiyi gözləmədiyi fırıldağı və etibarından sui-istifadəsi onda çaşqınlıq vəziyyəti yaratmış və bu səbəbdən də nə edəcəyini və ya nə yazacağını da konkretləşdirə bilmir. Hətta keçirdiyi stres və həyəcan səbəbindən fikrini olduğu kimi çatdırmaq qabiliyyətini də itirmək üzrədir. Hazırda İddiaçı “torpaq sahəsindən və evdən çıxarılma” iddiasına qarşı öz evini xilas etmək üçün qarşılıqlı iddia ərizəsi vermiş və həmin iddiada İddiaçı ilə aralarında olan alqı-satqını könüllü etdiyini və Nayibənin ona borclu qaldığını, həmin pulu hal-hazıra kimi ona ödəmədiyini, pulun Nayibədən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əslində isə onunla cavabdeh və qızı Nailə arasında ona məxsus torpaq sahəsinin alqı-satqısı barədə müqavilə ondan borc aldığı pulu pərdələmək məqsədi ilə yalançı müqavilə olmuşdur. Sadəcə olaraq Nailə adında qadının, yəni sələmə pul verən şəxsin onu aldatması və ondan evini geri ala bilməyəcəyi qorxusu onu yalandan da olsa özünə məxsus torpaq sahəsini (evi) könüllü alqı-satqı etmək barədə yazmağa məcbur etmişdir. Cavabdehin və onun qızı Nailənin ona verdiyi pulun əvəzinə girov kimi alqı-satqı etdiyi evi sələmə verdiyi pulu geri aldıqdan sonra ona qaytaracağı barədə verdiyi vədinə əməl etməmiş, onu aldatmışdır. Qeyd olunan hal isə mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)- 6325/2022 №-li mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)- 1817/2022 №-li mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh 2020-ci ilin avqust ayından sələmçi kimi tanımışdır. Cavabdeh dəfərlərlə onların bağ evində qonaq olmuşdur. Esmira onların ümumi tanışlarına faizə pul verirdi. Pandemiya dövründə faizə verdiyi pulları ala bilmədiyi üçün əlbir işlədiyi xanımlar onu pulu qaytarması üçün sıxışdırırdılar. Esmira dəfələrlə onun yanına gəlib ona kömək etməsini istəmiş və ondan 30.000 manat pul tapmasını xahiş etmiş, əvəzində isə 3 aydan sonra 30.000 manat pulu və əlavə 5000 manat qaytaracağını bildirmişdir. O da kömək məqsədilə Esmiranı bacısı Natavanın yanına aparıb bacısından 30.000 manat pul alıb Esmiraya vermişdir. Sonradan ona dəfərlərlə pulu qaytarmasını xahiş edib bildirmişdir ki, bacısı ondan pulunu istəyir, pis vəziyyətdə qalmışdır. Esmira ona bağ evinin olduğunu, həmin evi satıb onlara olan borcunu qaytaracağını bildirdikdə, o həmin evi onlara satmasını bildirmiş və razılaşmışlar. Esmira ondan evin sənədlərini rəsmiləşdirmək üçün əlavə pul istəmiş və o, Esmiraya 14.700 manat, sonradan isə 2000 manat pul vermişdir. Həmin evə rəsmi qeydiyyata alınmadan öncə tam 3 dəfə evə baxış keçirilmişdir. İlk olaraq evin layihə planının çəkilməsi və təsdiq edilməsi lazım idi. Bunun üçün şirkətin 2 əməkdaşı, eləcə də evin bəyənilib və dəyərləndirilməsi üçün birinci dəfə evə baxmağa gedən Elnur Nəsirov, anası, o və evin sahibi olan Cavabdeh birlikdə iştirak etmişlər. Belə ki, Cavabdeh Biləcəri qəsəbəsindəki iş yerindən götürmüş, Qala yoluna çatanda isə əvvəlcədən gözləyən 2 əməkdaşla görüşmüşlər. Daha sonra evə daxil olmuşlar və bütün ev içdən və çöldən ölçülmüşdür. Sonradan 2 əməkdaş sağollaşıb getmişlər, o, Esmira ilə yenidən şəhərə qayıtmışlar. İkinci dəfə çəkilən layihədə göstərilən ölçülərin düzgünlüyünü yoxlayıb, təsdiq etmək üçün yenidən əməkdaşlar gəlmişlər. Bir daha hər hissə bir-bir yoxlanılmışdır. Üçüncü dəfə isə avqustun əvvəlində evə yenidən baxış keçirilmişdir. Bu dəfə isə evin və torpağın rəsmi qiymətləndirilməsi aparılmışdır. xx.xx.2021-ci il tarixdə rəsmi olaraq daşınmaz əmlak və torpaq 75.000 manat qiymətləndirilmişdir. Alqı-satqı müqaviləsinə görə ödənilən 39.000 manatdan başqa məbləğlər də cavabdehə verilmişdir. Belə ki, elə alqı-satqı günü notariat ofisindən çıxan kimi Esmiranın istəyi ilə anası şəxsən Nüşabə xanıma 15.000 manat pul vermişdir. Daha sonra 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən “McDonalds” restoranında gəlininin qızıllarını lombarda qoyub onları çıxartması üçün yalvar-yaxar etdiyinə görə Esmiraya şəxsən 3000 manat, gəlini ürəyindən əməliyyat olunacaq deyə 2000 manat borc pul vermişdir. Ağasadıq Gəraybəyli ünvanında Rəmziyyə Hacıyevanın evində və yanında Esmiraya 147.00 manat pul verilmişdir. Cavabdeh onun güvənindən və mərhəmətindən sui-istifadə edərək, onu bütün yaxınları ilə düşmən hala gətirmişdir. O, Esmiranın ucbatından öz evini satıb onun borclarını vermişdir. Beləliklə, 39.000+30.000+15.000+3000+2000+14.700 və daha qeyd edilməyən saysız xırda ödəmələrlə Esmiraya ümumilikdə 109.060 manat pul vermişlər. Esmiranı tanımamışdan əvvəl onun heç kimə borcu olmamışdır. Esmira evdən çıxmaq üçün 3 ay möhlət almışdı. Sonra isə bildirmişdir ki, ailəsi, yəni oğlu evi satdığını bilmir. Ona görə ona bir neçə ay da vaxt verilmiş və bu səbəbdən də tərəflər arasında kirayə müqaviləsi imzalanmışdır. Sonradan o, Esmiranın oğlu Fərhada zəng edərək anasının onlara bağ evini satdığını, öz evini satıb anasının borclarını verdiyini bildirib evdən çıxmasını xahiş etmiş, oğlu və Esmira ona evi verməyəcəklərini bildirmişlər. Evin pulunu anası Esmiraya vermişdir.

11. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o, əvvəl baş həkim işləmiş, hal-hazırda isə həkim-laborant işləyir. Nailə onun iş yoldaşıdır, 5- 6 ildən çoxdur ki, onu tanıyır. Esmiranı 2019-2020-ci illərdən tanıyır, onları Südabə xanımgil tanış etmişlər. Səhv etmirsə Südabə 28 may qəsəbəsində yerləşən epidemiologiya mərkəzində, Esmira isə Biləcəri qəsəbəsində yerləşən epidemiologiya mərkəzində işləyirdilər. Südabə və Esmira sələmçidirlər, Nailə isə sələmçi deyil. Esmiraya özü də bir-iki dəfə pul vermişdir. Esmira ondan borc istəmiş, üstündə artıq pul verəcəyini bildirmiş və o Esmiraya borc vermişdir. Esmira ona hissə-hissə 100-150 manat pul qaytarmış, sonra verdiyi 1800 manat borcu isə qaytarmamışdır. Sonra Esmira ona Zema xanıma borcunun olduğunu, vəziyyətinin pis olduğunu, oğlunun, gəlininin borclarından xəbərləri olsa vəziyyətinin pis olacağını bildirib ona kömək etməsini istəmişdir. O, Esmiraya ümumilikdə 15.000 manat borc vermişdir. O, Esmiraya köməklik məqsədilə borc pul vermişdir. Nailə xanımdan o xahiş etmişdir ki, Esmira xanıma borc versin. Nailə bacısı Natavandan pul alıb Esmira xanıma borc vermişdir. Esmira xanım evini Nayibə xanıma satanda o, Esmiradan pulunu qaytarmasını tələb etmişdir. Esmira xanım Nayibə xanıma alqı-satqı zamanı evin pulundan onun 15.000 manat pulunu qaytarmasını bildirmiş, o, da onun pulunu vermişdir. Esmira xanım evini borclarını ödəmək üçün satmışdır. Esmira xanımla Nailə xanımı o tanış etmiş və pis vəziyyətdə qalmışdır. O, Esmira xanıma 15.000 manat pulu hissə-hissə vermişdir. O, Esmira xanımdan pulunu istəyəndə sonuncu ondan aldığı pulları inkar etmiş, sonra onlar Nizami metrostansiyasının yaxınlığında görüşmüşlər, o, Esmiraya qeydiyyat apardığı dəftəri göstərmişdir. O, Esmira xanıma verdiyi pulun əksər hissəsini Südabə xanıma göndərmişdir. Esmira xanıma pul verəndə nə qəbzə, ümumiyyətlə heç bir sənədə imza etdirməmişdir. O, Esmira xanıma inandığı üçün heç bir sənədə imza etdirmədən borc pul vermişdir. Bildiyi qədər Esmira xanım Nailə xanımdan 30.000 manat borc alıb, Natavan xanımdan 15.000 min manat borc alıb, Rəmziyyə xanımdan da borc alıb, lakin onun məbləğini bilmir.

12. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, 12-13 ildir ki, Nailə xanımla qonşudur, onlar eyni binada yaşayırlar, o, 2-ci Nailə isə 1-ci mərtəbədə yaşayır. Onun evi bir otaqdan Nailənin evi isə üç otaqdan ibarətdir. Nailə xanım ailəlidir, yoldaşı, özü, 2 övladı və bacısının 1 övladı ilə yaşayır. Həmin ev Nailə xanımın öz evidir, lakin qardaşının adınadır. Nailə xanımın anası və bacısı Nayibə orada yaşamır. Onlar iki bacıdırlar, Nailə və Natavan hər ikisi həkimdir. Esmira xanımı tanımır, sadəcə 1 dəfə Nailə xanımın yanında görmüşdür. 2020-ci ilin noyabr ayında Nailə xanım yaşadığı evi satmaq istədiyini bildirmiş, evi satmasının səbəbini isə deməmişdir. Nailə evi 91.000 manata satırdı. O, bu barədə qızı Kamaləyə bildirmişdir. Qızı Türkiyə Respublikasında yaşayır, tez-tez Bakı şəhərinə gəlir. Qızı Kamalə evi almağa razılaşmış o, bu barədə Nailə xanıma bildirəndə ona evə beh verməsini təklif etmişdir. O da 12-13 illik qonşu olduqlarından, həm də pula ehtiyacı olduğu üçün ona 14.000 manat, 700 manat pul vermişdir. Sonradan eşitmişdir ki, evin sahibi evi Nailə xanıma satmaq istəməmiş, bu səbəbdən o, pulunu qaytarmasını bildirmiş və aralarında mübahisə düşmüşdür. Sonradan Nailə xanım ona bir xanımla Gənclik metrostansiyasının yaxınlığında 400 manat, 2021-ci ildə Elnur adlı şəxslə 400 manat pul göndərmişdir. Bundan sonra ona heç bir məbləğdə pul verməmişdir. Ona hər dəfə zəng edib pulunu istəyəndə bildirirdi ki, evi satan xanım onun telefon nömrəsini istəyir ki, pulu verəcəyi barədə söz versin. O da Nailəyə pulu ona verdiyini bildirmiş və yox deyib, onunla ünsiyyətdə olmaq istəmədiyini bildirmişdir. Nailə xanım ona bildirmişdir ki, o da ev almaq istəyir, ondan aldığı pulu evin sahibinə verib. Esmira xanım ona bir dəfə zəng edib demişdir ki, narahat olmasın pulunu qaytaracaq. O, Cavabdeh pul verməmişdir. Nayibə ona demişdir ki, pulunu Esmiraya vermişdir. O, Esmiranı bir dəfə görmüşdür.

13. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, Nayibə xanım onun anasıdır. O, “İzmir” klinikasında həkim, direktor müavini vəzifəsində işləyir. Esmira və Nüşabə xanımı tanımamış, onları bacısının sayəsində tanımışdır, yəni bilmişdir ki, Nüşabə xanım bacısı ilə birlikdə klinikada işləyir, digər xanımı isə onların yanında görmüşdür. 2020-ci ilin noyabr ayında o, xəstəxanada olan zaman bacısı iki xanımla ona yaxınlaşaraq yanındakı xanımın borcu olduğunu bildirib ondan borc pul istəmişdir. O, borc verməyə razılaşmış və həmin günün səhəri anasının yaşadığı evin həyətində o, bacısı, Nüşabə xanım və həmin qadın görüşüb onlara 30.000 manat pul vermişdir. Bacısı və Nüşabə xanım ona bildirmişlər ki, onlar pulun qaytarılmasına zamin dururlar. Bir ay müddətində pulu ona qaytarmalı idi. Hətta həmin xanım bildirdi ki, əgər qaytarmasa belə onun evi var, ev satılacaq pulun qaytarılacaq. Həmin vaxtlarda o, oğlu üçün ev almalı idi, oğlunun 20 yaşı var. 2021-ci ilin fevral ayında onlar yenidən yanına gəlib bildirdilər ki, 30.000 manat pulu ona anası Nayibə verəcək, 15.000 manat da onlara verməlidir ki, evi rəsmi qaydada adlarına keçirsinlər. Sonra həmin xanım anası ilə notariat kontoruna getmiş və evi anasının adına keçirmişdilər. Ona təcili pul lazım olduğu üçün bacısından həmin pulu alıb oğluna Xırdalan qəsəbəsində ev almışdır. Bacısı həmin şəxsləri onunla tanış etdiyi üçün o, pulunu bacısından almışdır. O, 30.000 manat pulu Esmira xanıma vermişdir. Hal-hazırda ona həmin pulu bacısı qaytarmışdır. O, Esmira xanıma borc pul verəndə heç bir sənədə imza etdirməmişdir. Esmira xanıma həm Nüşabə xanım zaminlik edirdi, həm də bacısının yaxın tanışı olduğu üçün ona pul verməsi barədə qəbzə imza etdirməmişdir. Esmira xanım pulu ona qaytarmadığı üçün bacısı məcbur olub pulu ona qaytarmışdır.

14. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, 10 ilə yaxındır ki, Nailə xanımı və onun yoldaşı Fəxrəddin bəyi tanıyır, onların Novxanı qəsəbəsində yerləşən bağ evində tikinti işləri ilə məşğul olmuşdur. Nailə xanım ona zəng edərək satlıq bağ evinin olduğunu və həmin evə qiymət verməsini xahiş etmişdir. Onlar vaxt təyin edib görüşmüş, Esmira xanımı da Biləcəri qəsəbəsində yerləşən iş yerindən götürüb bir yerdə bağ evinə getmişlər. O, Nailə xanıma həmin bağ evinin 100.000-120.000 manat qiymətinin olduğunu bildirmişdir. Bir müddət sonra onlar yenə həmin evə getmişlər və orada daşınmaz əmlakın səlahiyyətli şəxsləri tərəfindən rəsmi qiymətləndirilmə aparılmışdır. Tərəflərin həmin evi qiymətləndirməkdə məqsədləri aralarında olan borc məsələləri idi. Onlar evə baxanda Esmira xanım onlara evi satmasının oğlunun bilməməsini bildirmişdi. Onlar həmin evə iki dəfə getmişlər, birinc dəfə Esmira xanım oğlu evdə idi, ikinci dəfə isə evdə yox idi. İlk dəfə evə baxmağa, ikinci dəfə isə evə dəqiq qiymət təyin etmək məqsədilə getmişlər, həmin vaxt Esmira xanımın oğlu evə çox xərcinin çıxdığını, evin qiymətinin 150.000 manat olduğunu bildirmişdir. O da ona tikinti işləri işə məşğul olduğunu, ev satışı ilə məşğul olduğunu və həmin evin qiymətinin 150.000 manat olmadığını bildirmiş, daha donra oğlu getmiş və Esmira xanım onlara öz aralarında evin qiyməti barədə razılığa gəlmələrini bildirmişdir. Həmin vaxt orada o, Esmira xanım, Nailə, Nayibə xanım olmuşdur, heç bir dövlət orqanı əməkdaşı olmamışdır. O, Nayibə və Esmira xanımı notariat kontoruna aparmışdır. Onlar onun yanında borc barədə danışanda eşitmişdir ki, Esmiranın Nailəyə borcu var. O, Esmira xanımın evində 4-5 dəfə olmuşdur. O, bilirdi ki, Esmira xanımın Nailə xanıma pul borcu olub. Esmira xanım onları oğluna alıcı kimi yox, qiymətləndirici kimi təqdim etmişdir. Onun həmin bağ evinə getməkdə heç bir marağı olmayıb, Nailə və Fəxrəddin bəylə yaxın olduğu üçün getmişdir. Daşınmaz əmlakın əməkdaşları tərəfindən hansı ayda evdə qiymətləndirilmə aparılması yadında deyil. O, Nailə xanımı bir neçə dəfə notariat ofisinə aparmış, Esmira xanımı isə notariat ofisinə aparmamışdır.

15. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, o, Nailə xanımla 4-5 ildir ki, “Mübariz İbrahimov adına Vətənpərvərlər Cəmiyyətinin” ictimai birliyində birlikdə işləyirlər. O, məsələni dəqiq bilmir, lakin tanış olduqları vaxtdan, yəni 4 il olar ki, Nailə xanımla bir yerdə olan zaman dəfələrlə Esmira adlı qadın ona zəng edərək daim ondan pul istədiyinin şahidi olmuşdur. Həmçinin, Nailənin digər şəxslərlə danışıb Esmira xanım üçün borc pul istədiyinin şahidi olmuşdur. O, dəfələrlə Nailə xanıma belə işlərə qarışmamağı, qarışacağı təqdirdə problemlər yaşayacağını bildirmişdir. Esmira xanımı haradan tanıdığını bilmir. Bildiyinə görə Nailə xanım bacısından 30.000 manata pul alıb Esmira xanıma vermişdir, sonra bu barədə ondan soruşanda bildirmişdir ki, borcun əvəzində onlar arasında ev alqı-satqısı olmuşdur. Nailə xanım bir qadın kimi Esmira xanıma köməklik edirdi.

16. Məhkəmə iclasında şahid Peker Kemale ifadəsində bildirmişdir ki, Esmira xanımı tanımır, Nayibə xanımı tanıyır, onlar qonşudurlar. O, 14-15 ildir ki, Türkiyə Respublikasında yaşayır, ailəlidir, bir övladı var. Türkiyə Respublikasında “Jasmin Art” production adlı bir şirkətin müdiridir və gəliri yaxşıdır. X7 zəng edərək qonşu Nailə xanımın yaşadıqları ünvanda - Ağasadıq Gəraybəyli küçəsindəki evini 90.000 manata satdığını, həmin evi almasını təklif etmişdir. O, anası ilə razılaşmış və ona 14.000 manat və 700 manat verməsini, 90.000 manatdan qalıq məbləği özünün yaz fəslində Bakı şəhərinə gəlib ödəyəcəyini bildirmişdir. Anası 2021-ci ilin yanvar ayında 14.000 manat və 700 manat pulu Nailə xanıma vermişdir. O, Bakı şəhərinə gələndə eşitmişdir ki, Nailə xanım Esmira xanımla ev alqısına dair müqavilə bağlamış, həmin pulu ona vermiş və pulu ala bilmir. Nailə xanım onun yanında bir neçə dəfə Esmira xanımla telefonla danışaraq ondan pulu istəməsinin şahidi olmuşdur. Esmira xanım hər dəfə pulu qaytarmaq üçün ondan vaxt istəmişdir və çoxlu sayda borcu olduğunu bildirmişdir. Dəqiq səbəbini bilmir, lakin Nailə ilə Esmiranın problemləri olduğu üçün evini satmayacağını eşitmişdir. Bir neçə dəfə Nailə ona bildirmişdir ki, Esmira xanım anası ilə danışmaq istəyir, o, razılaşmamış, onunla ünsiyyətdə olmaq istəmədiklərini bildirmişdir. Hal-hazıra kimi 14.000 manat və 700 manat puldan onlara sadəcə 400 manat geri qaytarılmışdır. Nailə onların pulunu Esmiraya vermişdir. Esmira da həmin puldan 400 manat qaytarmışdır. Bildiyinə görə Esmiranın Nailənin bacısına da borcu var. O, Bakı şəhərinə gələndən sonra bilmişdir ki, Nailə evi satmır. O, sadəcə Nailənin telefonla bir qadınla danışdığını və həmin qadına Esmira deyə müraciət etdiyini eşitmişdir. O, Esmira xanımı görməmişdir. O, Bakı şəhərinə gələndə bilmişdir ki, ev satılmır, bu səbəbdən də evin pulundan yəni 90.000 manatdan qalıq məbləği ödəməmişdir. Anası 14.000 manat və 700 manat pulu Nailə xanıma vermişdir.

17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı Məmmədİsmayıl qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.5, 339.4, 340.2, 390.1, 404.1, 567, 568.1, 646.1ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində aralarında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin yalnız görünüş üçün, yəni başqa müqaviləni pərdələmək məqsədilə bağlandığını əsas götürərək iddiamın təmin edilməməsi qənaətinə gəlmişdir. Çox qəribədir ki, mülki işin sənədlərində onun iddiasının daha qanuni və əsaslı olmasını sübut edən yetərincə qədər faktlar olmasına baxmayaraq, məhkəmə tərəfindən belə bir ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Mülki işin sənədlərindən də görünür ki, cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 11-ci bəndinə görə cavabdeh xx.xx.2021-ci il tarixindən daşınmaz əmlakı onun istifadəsinə verməli idi. Yəni cavabdeh bu müqavilə ilə onun qarşında öhdəlik götürmüşdü. Yəni bu işin danılmaz və hər hansı bir digər sübuta ehtiyacı olmayan halıdır. İşin hallarından da görünür ki, Cavabdeh öz arzusu və istəyi ilə heç bir təzyiq və hədə-qorxu olmadan həmin müqaviləni bağlayaraq bu torpaq sahəsini satması barədə öz sərbəst iradəsini ifadə etmişdir. Əgər onun tərəfindən və ya digər bir şəxs tərəfindən ona qarşı bu müqavilənin bağlanması ilə əlaqədar hər hansı bir hədə-qorxu və ya fiziki güc tətbiq edilsəydi, onda təbii ki, Cavabdeh tərəfindən müxtəlif hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət olunardı. Amma işin hallarından da görünür ki, onun tərəfindən belə bir müraciət olunmamışdır. Bu da aralarında bağlanmış müqavilənin cavabdehin öz istəyi və arzusu ilə bağlandığını sübut edir. Bundan başqa, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində bu müqavilənin aralarında olan borc münasibətlərinin təminatı kimi bağlandığı qənaətinə gəlmişdir. Təbii ki, bu da tamamilə əsassız və arqumentsiz bir yanaşmadır. Əgər onlar arasında borc münasibəti ilə əlaqədar ipoteka müqaviləsinin, yəni bu borcun təminatı kimi həmin torpaq sahəsinin girov qoyulması barədə razılaşma olsaydı, onda təbii ki, həmin torpaq sahəsinin alğı-satqısı barədə deyil, girov qoyulması, yəni ipoteka müqaviləsi bağlanmış olardı. Lakin işin hallarında belə bir ipoteka müqaviləsinin bağlanması ilə bağlı hər hansı bir razılaşmanın aparılması və ya ipoteka müqaviləsinin bağlanması ilə əlaqədar hər hansı bir fakt yoxdur. Eyni zamanda çox qəribədir ki, həmin bu torpaq sahəsinə dair notariat işində cavabdehin bu torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar 39.000 manat məbləğində pulu bankdan həmin pulu alması barədə qəbzə imza ataraq götürməsi barədə sənəd olsa da, əfsuslar olsun ki, məhkəmə hansı əsasla bu pulun cavabdeh tərəfindən alınmadığı qənaətinə gəldiyini göstərməmişdir. Qanunvericiliyin tələbinə görə məhkəmə yalnız işdə olan faktlara və sənədlərə istinad edərək hər hansı bir qənaətə gələ bilər. Amma əfsuslar olsun ki, məhkəmə yalnız cavabdehin heç bir fakt və arqumentlə təsdiq olunmayan sözlərini sübut kimi qəbul edərək onun iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. İşin hallarından da görünür ki, o, öz iddiasını müdafiə etmək üçün məhkəməyə həm aralarında bağlanmış notarial qaydada təsdiq olunmuş ərizəni, həm də bu işlərin birbaşa şahidi olmuş şəxsləri məhkəmə prosesinə dəvət etsə də, məhkəmə tərəfindən onların ifadələri sübut kimi qiymətləndirilməmişdir. Amma hansısa səbəbə görə məhkəmə qızı Nailə Hümbətova ilə Cavabdeh və onun oğlu ilə olan danışıqları sübut kimi qəbul etmişdir. Bunu da “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Çox qəribədir ki, həmin Qərarda birbaşa iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarının və səsyazılarının həmin iş üzrə sübut kimi qiymətləndirilə bilinməsi göstərilmişdir. Amma işin hallarından da görünür ki, həmin səs yazıları və telefon danışıqlarının ona heç bir aidiyyəti yoxdur. Təbii ki, bu baxımdan da məhkəmənin həmin səsyazılarına sübut kimi qiymət verməsi tamamilə absurd və məntiqsiz bir yanaşmadır. Həmçinin bildirir ki, Cavabdeh alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsindən əvvəl pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və həmin qarşılıqlı iddia ərizəsində o özü etiraf edir ki, onlar həm torpaq sahəsini, həm də bu torpaq sahəsinin üstündə yerləşən fərdi yaşayış evinin alğı-satqısı barədə razılığa gəlmişlər və fərdi yaşayış evini 150.000 manata dəyərləndirmişlər. Lakin sonradan onun bu qarşılıqlı iddia ərizəsini geri götürməsi barədə məhkəməyə ərizə təqdim etməsi və hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun məhkəməyə verdiyi ifadəsində səmimi olmadığını və məhkəməni və proses iştirakçılarını açıq-aydın şəkildə aldatdığını göstərir. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə və digər nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ərizənin əsassız hesab edərək işə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

31. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

35. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

36. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir:

37. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.

38. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda, iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) apellyasiya şikayətində qətnamənin bötövlükdə ləğv edilməsi xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mülki iş üzrə iki ayrı-ayrılıqda tələb mövcud olduğundan və digər iddia tələbinin nəticəsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbindən aslı olduğundan ilkin olaraq Cavabdeh iddia tələbinə hüquqi qiymət verilməlidir.

51. Qeyd edilməlidir ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünmüşdür: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir.

52. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh əsl niyyəti torpaq sahəsini satmaq deyil, E.Əfəndiyevanın qızı Nailə Hümbətova qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı tanımamış, borc münasibətləri İddiaçı qızı Nailə Hümbətova ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15.000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı adına rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti N.Hümbətovanın təklifi ilə borc məbləğində, yəni 15.000 manat deyil, 39.000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman mübahisə predmeti olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamış, İddiaçı sonradan fərdi yaşayış evini də öz adına rəsmiləşdirmişdir.

53. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtləri baxımından yanaşdıqda da mübahisələndirilən alqı-satqı müqaviləsinin mövcud qanunvericiliyin tələblərinə cavab vermədiyi aydın olur. Bundan başqa, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 75.000 manat, xx.xx.2022-ci il tarixə isə 146.000 manat təşkil edir.

54. Qeyd olunan hallar mübahisəli daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin formal olaraq, müqavilənin predmeti torpaq sahəsinin dəyərindən dəfələrlə az olan borc öhdəliyinin pərdələnməsi məqsədi ilə bağlanması barədə Cavabdeh dəlillərinin inandırıcı olmasına dəlatət edir. Bu hal hazırkı iş üzrə telefon danışıqları və yazışmaları əks etdirən disk və whatsapp sosial şəbəkəsindən çıxarışlarla da sübut olunur.

55. Kollegiya apellyasiya şikayətinin sübutlarala bağlı dəlini əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi istina edilən telefon danışıqları və yazışmaları əks etdirən disk və whatsapp sosial şəbəkəsindən çıxarışları sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur.

56. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

57. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

58. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

59. Nailə Hümbətova, Cavabdeh və onun oğlu arasındakı telefon danışıqlarından müəyyən olunur ki, alqı-satqı müqaviləsinin bağlanmasından əvvəlki və sonrakı bütün danışıqlar Nailə Hümbətova və Cavabdeh arasında aparılmış, müqavilənin bağlanmasında tərəflərin əsl hüquqi niyyətləri şifahi borc müqaviləsinin pərdələnməsi olmuşdur. Danışıqlar zamanı N.Hümbətova Cavabdeh oğluna “onun evə ehtiyacının olmadığını, evdə bir gün də yaşamayacağını, Esmira pulu qaytarsa o da Esmiranın evini qaytaracağını, notariusun depozitinə qoyulan pulu başqa şəxslərdən aldığını” bildirmişdir.

60. Bununla bir daha təsdiq olunur ki, alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, Nailə Hümbətova və Cavabdeh arasında yaranmış borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış, İddiaçı alqı-satqı müqaviləsində formal olaraq iştirak etmişdir.

61. Bundan başqa, məhkəmə haqlı olaraq Cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı İddiaçı dəlilini əsassız hesab etmişdir.

62. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”.

63. Hazırkı iş üzrə də Cavabdeh iddiası torpaq sahəsinin alğı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.

64. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

65. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçı (birləşdirilmiş iddia cavabdeh) iddiasının əsaslı olduğnu qeyd etsə də, bu halı təsdiq edəcək əsaslı və şübhə yaratmayan sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyaisya instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı (birləşdirilmiş iddia cavabdeh) iddiasının şahid ifadələri ilə sübut olnduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, cavabdeh borcunun tam olaraq qaytarılmasını əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Kollegiya iş üzrə dindirilmiş şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin şahidlərin İddiaçı ilə qohumluq və tanışlıq əlaqəsində olması, həmin ifadələrin onun tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.

66. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı etibarsız əqd əsasında əldə etdiyi əmlakdan Cavabdeh və onun ailə üzvlərinin çıxarılması” tələbinə dair iddiası əsassızdır.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birləşdirilmiş birinci iddianı rədd, birləşdirilmiş digər iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar