Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3983/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)-561/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. , "xxxx" KB ASC İddiaçı və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və s.” tələblə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 2 saylı evin 52 saylı mənzilinin ilkin satış qiyməti 82000 manat müəyyən edilməklə açıq hərrac vasitəsilə satışının təşkil edilməsi və s qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və Xətai Rayon İcra Şöbəsi tərəfindən açıq hərracın keçirilməsi cavabdeh təşkilat olan "xxxx" MMC-yə tapşırılmışdır. Cavabdeh təşkilat olan "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2022-ci il tarixlərdə təkrar hərrac keçirilmişdir. Daha sonra həmin əmlak üçüncü şəxs olan "xxxx" ASC-yə təklif olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xətai, Əhmədli qəsəbəsi Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin açıq hərracda satışı məqsədilə cavabdeh təşkilat Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, məhkəmədən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin açıq hərracda satışı məqsədilə cavabdeh təşkilat "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və xx.xx.2022-ci il tarixli 64/02 Hərracın yekunları barədə Protokolun və xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cgöndərilmişdir. Sonra sifariş oradan geri alınaraq təkrar olaraq Cavabdeh təşkilat olan "xxxx" MMC-yə göndərilmişdir. Lakin Cavabdeh təşkilat olan "xxxx" MMC təkrar olaraq ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bununla da qanunverciliyin və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi Cavabdeh təşkilat olan "xxxx" MMC-yə 2022-ci il tarixdə yenidən tapşırılmışdır. Yenidən hərracın keçirilməsi tapşırıldığından ilkin hərrac təkrar olaraq keçirilməli idi. Əvvəl baş tutmuş hərracın ilkin hərrac kimi sayılması üçün əsas mövcud deyildir. Çünki həm ilkin və təkrar hərraclar arasında 3 ildən çox zaman kəsiyi mövcuddur, həm ilkin hərracdan sonra tələbkar özü ərizə ilə müraciət edərək icra prosesini dayandırmışdır, həm də iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Digər tərəfdən İddiaçıya məxsus olan Bakı şəhəri Xətai Əhmədli qəsəbəsi Ramiz Quliyev küçəsi 2 saylı evin 52 saylı mənzilin qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC hərracın keçirilməsi tapşırılmış "xxxx" MMC ilə eyni ofisdə (ünvan 1 ünvanında) yerləşir. Bu birbaşa olaraq maraqların pozulmasıdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2023-cü il tarixli, 2(005)-561/2023 saylı qətnaməsi ilə (hakim Novruzova Aytən ) iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
6.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə ilkin hərrac keçirildikdən sonra üçüncü şəxs olan "xxxx" ASC tərəfindən icra prosesi dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-14/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi rəsmi qayda da əldə edilərək apellyasiya şikayəti verilmiş və bununlada icra üzrə icraatın dayandırılması davam etdirilmişdir. Məhkəmə prosesləri yekunlaşdıqdan sonra Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışı "xxxx" MMC hərrac şirkətinə göndərilmişdir. Sonra sifariş oradan geri alınaraq təkrar olaraq Cavabdeh təşkilat olan "xxxx" MMC-yə göndərilmişdir. Lakin Cavabdeh təşkilat olan "xxxx" MMC təkrar olaraq ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bununlada qanunverciliyin və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi Cavabdeh təşkilat olan "xxxx" MMC-yə 2022-ci il tarixdə yenidən tapşırılmışdır. Yenidən hərracın keçirilməsi tapşırıldığından ilkin hərrac təkrar olaraq keçirilməli idi. Əvvəl baş tutmuş hərracın ilkin hərrac kimisayılması üçün əsas mövcud deyildir. Çünki həm ilkin və təkrar hərraclar arasında 3 ildən çox zaman kəsiyimövcuddur, həm ilkin hərracdan sonra tələbkar özü ərizə ilə müraciət edərək icra prosesini dayandırmışdır, həm də iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Digər tərəfdən İddiaçıya məxsus olan Bakı şəhəri Xətai Əhmədli qəsəbəsi Ramiz Quliyev küçəsi 2 saylı evin 52 saylı mənzilin qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC hərracın keçirilməsi tapşırılmış "xxxx" MMC ilə eyni ofisdə (ünvan 2 ünvanında) yerləşir. Bundan başqa Nərimanov rayon məhkəməsinin MTT barədə qərardadımövcud ola ola Cavabdeh təşkilat olan "xxxx" MMC hərracı həyata keçirmişdir. Halbuki həmin qərardadla əmlakın özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Cavabdeh təşkilat olan "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin ümumi qaydaları pozulmuşdur. Belə ki, hərracların keçirilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracdaiştirak üçün behinməbləği, onun ödənilməsimüddəti və qaydası, hərracda iştirak hüququnu əldəetmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar əks olunmalı olsada həmin məlumatlar tam əks olunmamışdır. Bundan başqa hərrac vasitəsilə kütləvi informasiya vasitələrindəelan verilməli olduğu halda elan verilmiş vasitənin kütləvi olub olmaması məlumdeyildir. Həmin vasitəyə kütlə tərəfindən əlçatımlılıq hansı dərəcədədir bu sual doğurur. Bu suallar içərisində keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirilmiş hərrac hesab edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək qeyd etdi ki, apellyasiya şikayəti əsassızdır və hərrav qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmişdir. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
12. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
13. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
14. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
15. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
16. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
17. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
18. Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadığı, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdiyi, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədiyi (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) halların biri baş verdikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
19. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
20. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
21. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
22. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
23. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
24. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı xx.xx.2015ci il tarixli çıxarışının məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir.
35. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin xx.xx.2019-cu il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir.
36. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin xx.xx.2022-ci il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir.
37. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən xx.xx.2022-ci il tarixli məlumatın məzmunundan görünür ki, Xətai rayon İcra şöbəsinin 17/74 nömrəli, 3348/13 saylı, xx.xx.2019-cu il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin satılması ilə bağlı hərraclar baş tutmamış müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetin 10 noyabr 2022-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan İpoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 52275 manata ala bilər.
38. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2022-ci il tarixli, 64/02 nömrəli hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili 52275 manata tələbkar "xxxx" KB ASC əldə etmişdir;
39. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-351/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır.
40. Kollegiya, apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, , iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci və ikinci hərrac arasında fasilənin olması (xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2022-ci il tarixlərdə təkrar hərrac) icra sənədi üzrə icraatın dayandırılması səbəbindən baş vermişdir. İddiaçı göstərir ki, hərrac təşkilatı ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bu hal hərracın keçirilmə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraa ilkin hərracdan sonra məhkəmə qətnaməsi mübahisələndirildiyindən icra hərəkətləri dayandırılmış, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icra hərəkətləri davam etdirilməklə düzgün olaraq təkrar hərrac keçirilmişdir. Qanunda icra hərəkətlərinin dayandırılmasından sonra yenidən ilkin hərracın keçirilməli olması barədə hər hansı bir gösrtəriş də yoxdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir.
41. Beləliklə kollegiya, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)- 561/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.