Məhkəmə qərarları › İş №2(103)-3985/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3985/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3985/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin qadağan olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2463/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə miras pay hüquqları müəyyən edilmişdir. İddiaçıların pay hüquqlarının dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Hazırda iddiaçılar fərdi yaşayış evinə köçürülməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçıların mübahisəi mənzilə istifadə hüququna cavabdeh və ya üçüncü şəxslər tərəfindən maneə yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzil xx.xx.2004-cü il tarixdə 42 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/07-653 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən vəfat etmiş ataları X3 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil sonradan digər üçüncü şəxslərin adına qeydiyyata alınmışdır. Lakin Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 8(005)-352/2014 saylı qərarına əsasən üçüncü şəxslərin adına verilmiş çıxarışlar ləğv edilmiş və yuxarıda qeyd olunan mənzilin 1/2 hissəsi xx.xx.2011-ci il tarixdə X3, digər 1/2 hissəsi isə xx.xx.2013-cü il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Daha sonra X6 Cavabdeh ilə birgə nikahda olduğu dövrdə, yəni xx.xx.2016-cı il tarixdə keçmiş arvadı, yəni iddiaçıların anası X5 ilə aralarında xx.xx.2016-cı il tarixli AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsi bağlayaraq həmin mənzilin X4 aid 1/2 hissəsini 50.000 manata satın almışdır. İddia ərizəsinə əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-146/2019 saylı qətnaməsindən də göründüyü kimi məhkəmə belə qənaətə gəlmişdir ki, “ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilin X2 mülkiyyətində olan hissəsi X6 ilə Cavabdeh birgə nikahda olduğu dövrdə əldə olunduğundan həmin mənzilin 1/4 hissəsi sonuncunun mülkiyyəti hesab edilməlidir.” Həmçinin mübahisə obyekti olan mənzilin 3/4 hissəsinə münasibətdə məhkəmə tərəfindən bildirilmişdir ki, “həmin mənzilin 3/4 hissəsi iddiaçılar və Cavabdeh arasında bərabər şəkildə bölünməli və hər birinə ümumi mənzildən 1/4 hissədə pay tanınmalıdır.” Beləliklə, Nərimanov rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzil barəsində ünvan 3vabdeh Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə miras pay hüquqlarının müəyyən edilməsi və həmin əmlaka dair iddiaçılar İddiaçı1 və Cavabdeh paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9264/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9264/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış və AR Ali Məhkəməsinin 2(102)-621/2020 saylı, 03 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və iş yenidən apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5053/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış və Ali Məhkəmənin 2(102)-2202/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərara əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5053/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, mövcud mübahisənin yekunlaşmasından 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən yaradılan maneələrə görə hələ də ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilə olan hər biri 1/2 hissə paylarına əsasən yaranmış sahiblik və istifadə hüququnu həyata keçirə və ya həmin mənzilə köçə bilmirlər. Hazırda cavabdeh tərəfindən sözügedən mənzilə köçürülməyi, həmçinin həmin mənzilə sahiblik və istifadə hüquqularına yaradılan maneələrin aradan qadırılması zərurəti vardır. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, iddiaçıların köçürülmələrini istədikləri ünvan 4 ünvanında yerləşən 97 saylı mənzildə cavabdeh, oğlu, oğlunun həyal yoldaşı və onların 3 uşağı yaşayır. İddiaçıların həmin mənzildə onlarla birlikdə yaşamaları qeyri- mümkündür. Həmçinin iddiaçıların gənc gəlinin, azyaşlı uşaqlarla birlikdə yaşamaları etik baxımdan da yolverilməzdir. Bundan başqa, iddiaçıların yaşamaları üçün həm Naxçıvan şəhərində, həm də Bakı şəhərində mənzilləri vardır. Onların bu evə köçürülmək istəmələri hüquqlarından sui-istifadədir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2463/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi. 1921 məhəllə ünvanında yerləşən 97 saylı mənzilə köçürülmələri və iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilə dair istifadə hüquqlarına maneələrin yaradılması Cavabdeh qadağan edilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli evdə cavabdeh kimi iddiaçıların da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçıların da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. İstinad olunan maddi hüquq normasının imperativ tələblərindən göründüyü kimi şəxsin mülkiyyətdən istifadə hüquq qanunla müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıların ünvan 1 ünvanında yerləşən mənzilə paylı mülkiyyətçi hüquqlarının olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında dövlət qeydiyatına alınmaqla müəyyən edilmişdir. Belə olan halda hazırda iddiaçıların iddia tələbinin həm faktiki, həm də maddi hüquqi əsası sabit olduğundan onların ünvan 1 ünvanına köçürülməsi və istifadə hüququna qarşı yönəlmiş maneələrin aradan qaldırılması zəruridir. Lakin iddiaçılar tələblərində üçüncü şəxslər tərəfindən onların istifadə hüququna dair maneələrin aradan qaldırılmasını göstərsələr də, üçüncü şəxslərin kimlər olması barədə hər-hansı məlumatı verməmişlər. Qeyd olunan halı nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırda tələbin həmin hissəsi qeyri-müəyyəndir. Belə olan halda məhkəmə həmin hissədə iddia tələbinin təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, 125-ci maddəsinin Vİİ-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 152.5, 157.2, 157.8, 159, 162, 164.1, 164.2, 165.1, 165.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 124.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etdiyi etirazın dəlilləri ilə əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, tərəfindən irəli sürülmüş dəlillərə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən yaşadıqları mənzildə ailə üzvləri ilə birlikdə iddiaçıların yaşamasının mümkün olmamasını müəyyən etmək üçün hər hansı bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 16, 152.1, 152.5-ci maddələrinə istinad edərək iddia tələbini rədd edilməli olduğu halda maddi hüquq pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissələrində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə tərəflərin arasında olmuş əvvəlki məhkəmə mübahisələrinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və məhkəmələr tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə miras pay hüquqları müəyyən edilmişdir. İddiaçıların pay hüquqlarının dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Hazırki mübahisənin mahiyyətini də məhz həmin əmlak üzrə tanınmış hüquqların icra edilməsinə yönəlmiş maneələrdən ibarətdir. Cavabdehin isə belə maneələri qoyması qanunla iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə gətirib çıxarır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Cavabdehin-iddiaçıların mübahisəli mənzildə yaşamalarının mümkün olubolmamasının müəyyən edilməsi, hazırki tələbin əsassız olması anlamına gəlmir, belə ki, iddiaçıların mübahisəli mənzildə pay hüquqları tanınmaqla dövlət qeydiyyatına alınmışdır və belə olan halda iddiaçılar yuxarıda qeyd olunan normaların tələblərinə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16, 152.1, 152.5-ci maddələrinə istinad edərək iddia tələbini rədd edilməli olduğu halda bunu etməyərək maddi hüquq pozuntusuna yol verilməsi kimi dəlilini tam əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçıların pay hüquqlarının dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Başqa sözlə, onlar da cavabdeh kimi mübahisəli evdə mülkiyyət paylarına malikdirlər və cavabdeh tərəfindən onların öz mülkiyyətlərindən sərbəst, rahat və maneəsiz istifadə edilməsinə şərait yaradılmadığı üçün hazırki iddia əsasında məhkəmə müdafiəsi hüququndan istifadə etmələri heç bir halda hüquqdan suiistifadə kimi qiymətləndirilmir və qiymətləndirilə də bilməz. İddiaçılar da cavabdeh kimi bərabər hüquqlu mülkiyyətçilərdir və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildikləri evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçıların da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçıların da bu hüququ realizə etməsi məqsədə müvafiq olması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə də, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Göründüyü kimi, apellyatorun dəlilləri formal mülahizələrə əsaslanmışdır və birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2463/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar