Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3989/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbi barədə” ilk iddiasına; iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 MMC-nin cavabdehlər (ilk iddia üzrə iddiaçı) İddiaçı və (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli qərardaddan Cavabdeh2 MMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.11.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 07.02.0291-cu il tarixli, B168/8 nömrəli müqavilə əsasında mübahisəli mənzilin Cavabdeh1 MİK tərəfindən İddiaçı təhvil verilməsini, həmin mənzildən istifadə ilə bağlı İddiaçı yaradılan maneələrin aradan qaldırılmasını, qarşılıqlı iddianın rədd olunmasını qət etmişdir. Qarşılıqlı iddiaçı olan Cavabdeh2 MMC-nin nümayəndəsi X1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.01.2022-ci il tarixli qərardad ilə apellyasiya şikayətini, şikayətin qanunla müəyyən edilmiş forma və qaydasına əməl edilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 MMC-nin verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.01.2022-ci il tarixli qərardadla şikayəti təmin edilməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 01.02.2022-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edilməsini və Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Cavabdeh2 MMC-nin həmin qərardaddan verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 11.04.2022-ci il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli qərardadından "xxxx" MMC-nin verdiyi şikayətə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi 28.04.2022-ci il tarixli qərardadı ilə həmin şikayət üzrə apellyasiyanı mümkün hesab edərək, şikayəti yazılı icraat iclasına təyin etmişdir. Məhkəmə şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə "xxxx" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "xxxx" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh2 MMC-nin verdiyi apellyasiya şikayətindən görünür ki, şikayət, MPM ilə müəyyən edilmiş formada verilmişdir. Şikayət, MMC-nin elektron kabineti vasitəsi ilə verilmişdir. Məhkəmə bildirir ki, şikayətin elektron kabinetə yerləşdirilməsi elektron imza vasitəsi ilə həyata keçirildiyindən və elektron imza əl imzasına bərabər tutulur. "xxxx" informasiya sistemindən görünür ki, şikayəti MMC-nin buna səlahiyyəti olan şəxsi – MMC-nin direktoru X1 29.12.2021-ci il tarixdə imzalamışdır. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədən Cavabdeh2 MMC-nin verdiyi apellyasiya şikayəti qaytarmaqla səhv nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2021-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3989/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3989/2022
13.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver