Məhkəmə qərarları › İş №2(103)-399/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-399/2025

10.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-399/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1887/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh MTK-ya qarşı mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, 16 və 18 saylı mənzillərinə, İddiaçı3 ünvan 1, 7 saylı mənzilinə, İddiaçı4 ünvan 1, 10 saylı mənzilinə və İddiaçı2 ünvan 1, 11 saylı mənzilinə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 qarşı mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh İddiaçı3 məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 16 və 18 saylı mənzillərinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzillərin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək Cavabdeh MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzillərdən çıxarılması və mənzillərin sökülməsi, cavabdeh İddiaçı4 məxsus olan ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək Cavabdeh MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1887/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilkin iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia tələbinin isə qismən təmin edilərək İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi; İddiaçı3 məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi; İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 16 və 18 saylı mənzillərinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzillər verilməsi, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılması və mənzilin sökülməsi; İddiaçı4 məxsus olan ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin çıxarılması və mənzilin sökülməsi; qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi; ilkin iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumunun onlara aid edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı2, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil3 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda elektron kabinet vasitəsilə təqdim etdikləri ərizələrində, eyni zamanda İddiaçı1 notariat qaydasında təsdiq edilmiş elektron kabinet vasitəsilə təqdim edilmiş ərizəsində hər bir iddiaçı özünün apellyasiya şikayətindən imtina etdiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizələr təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 ayrı-ayrılıqda apellyasiya şikayətindən imtina etmələri yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən ayrıayrılıqda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1887/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtinaları qəbul edilsin və onlara münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar