Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3992/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərinə tam payın müəyyən olması tələbinə dair mülki iş üzrə (açar sözlər: miras əmlakın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X30 (sədrlik edən və məruzəçi), X43 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərinə tam payın müəyyən olması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(007)-84/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X31 ilə X20 03 iyun 1961-ci il tarixdə nikahlarını bağlamışlar.
2. Bakı şəhəri, Gəncə prospektində 69 saylı 30,05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil 16 sentyabr 2003-cü il tarixdə X16 adına qeydiyyata alınmışdır.
3. 08 sentyabr 2008-ci il tarixli vəsiyyətnaməyə əsasən X31 Bakı şəhəri, Gəncə prospektində 69 saylı 30,05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzili oğlu İddiaçı vəsiyyət etmişdir.
4. X31 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir.
5. X20 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir.
6. 19 iyul 2022-ci il tarixli qərara əsasən vərəsələr arasında mübahisə olduğundan İddiaçı müraciəti əsasında notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.
7. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli, 126 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum atası X31 anadan olduğu vaxtdan vəfat etdiyi günədək Cəlilabad rayon Mədətli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. Onun vərəsələri olaraq İddiaçı, X21, X32, Cavabdeh, X27, X33, X22, X23 qalmışdır.
8. Cəlilabad rayon İHB-nin Şorbaçı kənd ərazi nümayəndəsi X49 tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin məzmunundan görünür ki, Cəlilabad rayon Mədətli kəndində yaşayan X31 Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 30,05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir. Onun övladlarının heç biri bu sahədə vərəsəlik hüququna malik deyildir.
9. “Mənzil-Kommunal Xidməti üçün” mədaxil qəbzindən görünür ki, Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzilinin kommunal xərclərini İddiaçı ödəmişdir.
10. Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal İstismarı Sahəsinin 09 avqust 2022-ci il tarixli 441 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzildə yaşamış mərhum atası X16 vəfatından evə sahibliyi öhdəsinə götürərək mənzil kommunal xərclərini özü ödəmişdir.
11. Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X21, X32, X33 ərizə verərək Bakı, şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzildə yaşayaraq 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X24 aid olan əmlakda məcburi paylarından İddiaçı xeyrinə imtina etmişlər.
12. Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X27, X22, X23 ərizə verərək 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X4ndan qalmış miras payı qəbul etməmişlər, bu barədə heç bir tələbləri yoxdur, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədarməhkəmədə mübahisə etməyəcəklər.
13. Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş atası X10 qalmış mirası bütünlüklə qəbul etmişdir.
14. Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X28 əri X24 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir.
15. Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X27, X22, X23 ərizə verərək ünvan 2 ünvanında yerləşən atalarına mıxsus olan mənzildən onların payına düşən hissənin qardaşları Cavabdeh verilməsinə razılıq verirlər.
16. 11 sentyabr 2022-ci il tarixli qərara əsasən vərəsələr arasında mübahisə olduğundan Cavabdeh müraciəti əsasında notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X10 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı miras qoyan X16 vəsiyyət üzrə vərəsəsi sayılmaqla Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. .
18. İddia onunla əsaslandırmışdır ki, İddiaçı 05 avqust 1957-ci ildə Cəlilabad rayonunun Mədətli kəndində anadan olmuşdur. Аtаsı X31 14 noyabr 2017-ci il tarixdə, anası X28 isə 03 mart 2022-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların yas mərasimlərini İddiaçı keçirmişdir. Valideynlərinin sağlığında İddiaçı Rusiya Federasiyasına gedərək orada işləyib qazandığı pulu atasına göndərmişdir ki, ona Bakı şəhərində ev alsın. Atası da İddiaçı göndərdiyi pulla Bakı şəhəri, Gəncə prospekti 69 saylı binanın 13 nömrəli mənzilini satın almış və öz adına rəsmiləşdirmişdir. Atası öz sağlığında 08 sentyabr 2008-ci il tarixdə Cəlilabad rayon İHB-nin Şorbaçı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə vəsiyyətnamə də yazaraq Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmiş və icra nümayəndəsi tərəfindən həmin vəsiyyətnamə təsdiqlənmişdir. Atası rəhmətə getdikdən sonra anası Ruqiyə Süleymanova da sağlığında həmin əmlakla bağlı mübahisəsi olmadığına dair notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini miras kimi İddiaçı qəbul etmişdir. Həmin vaxtdan indiyə kimi əmlaka faktiki olaraq İddiaçı sahiblik edir, evin bütün kommunal xərclərini о ödəyir. İddiaçı atasından miras qalmış həmin evi öz adına sənədləşdirmək istəmiş və bu məqsədlə Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət еtmiş, lakin cavabdeh mirasla bağlı mübahisə yaratdığı üçün 19 iyul 2022-ci il tarixli qərarla notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Digər vərəsələr X33, X32, X21, X23, X22, X27 miras paylarından imtina etmişlər və öz paylarını İddiaçı vermişlər. Cavabdeh isə ərizə verməkdən imtina etmişdir. Buna görə də İddiaçı həmin miras əmlaka dair şəhadətnamə ala bilməmişdir. Odur ki, miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə iddia ərizəçi ilə məhkəməyə müraciət etməli olmuşdur.
19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə razı deyil. İddiaçı qardaşı İddiaçı ona qarşı irəli sürdüyü iddia ərizəsinə edilmiş əlavə tamamilə əsassızdır və onu qəbul etmir. Çünki o, özünü X4nun vəsiyyət üzrə vərəsəsi saymaqla Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 23 saylı mənzildən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz ərizəsində bildirir ki, X4 Bakı şəhəri Gəncə prospektində yerləşən 69 saylı binanın 13 saylı mənzilini ona vəsiyyət etmişdir və bu vəsiyyətnamə ləğv edilməmiş, qüvvədən düşməmişdir. X4 14 noyabr 2017-ci ildə vəfat etmişdir. Vəsiyyətnamə adlandırdıqları bu yazılı vərəqlər isə 08 noyabr 2008-ci ildə yazılmışdır. Əgər doğrudan da ataları vəsiyyət qoymaq istəsəydi, rayon mərkəzində yerləşən notariat kontorunda vəsiyyət qoyardı. 2008-ci ildə ataları tam sağlam olub və onun rayon mərkəzində yerləşin notariusa getməklə bağlı heç bir problemi olmayıb. Əgər qeyd edilən mənzillə bağlı vəsiyyətnamə mövcud olmuşdursa da MM-nin 1193-cü maddəsinə görə, "vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddiaçı bildirir ki, qeyd edilən əmlaka faktiki olaraq sahiblik etmişdir. Onun dedikləri yalandan başqa bir şey deyildir. Çünki bu mənzilə faktiki mən sahiblik etmişdir. Mənzili o, 2006-cı ildən 2021-ci ilə qədər Biləsuvar rayon sakini X48 adlı şəxsə kirayəyə vermiş, hər ay kirayə pulunu da o, almışdır. Bütün kommunal xəclərini o, ödəmişdir.
20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(007)- 84/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində İddiaçı 81/256 hissədə, X17, X18, X5, X6, X7, X11 və Cavabdeh hər birinə 25/256 hissədə payları müəyyən edilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
21. Qətnamənin əsaslarına görə, məhkəmə iddia tələbinin “X10 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən mirasın faktiki qəbul edilməsi ilə bağlı məsələ öz həllini tapdığından məhkəmə iddia tələbinin həmin hissəsinə əlavə qiymət verməyə zərurət görmür. Belə ki, işin hallarından görünür ki, iddiaçı qərarında qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir. İddia tələbinin “İddiaçı miras qoyan X16 vəsiyyət üzrə vərəsəsi sayılmaqla Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, X16 vərəsələri arvadı və uşaqlarıdır. Həmçinin o, vəsiyyətnamə ilə Bakı şəhəri, Gəncə prospekti, 69 saylı evin 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir. Lakin mənzil X31 ilə X12 birgə nikah dövründə əldə olunmuşdur. İddiaçı Rusiya Federasiyasında pul qazanıb atası X24 ev alması üçün göndərdiyini bildirsə də məhkəmə icalsında bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, vəsiyyət qoyan birgə nikah dövründə əldə olunmuş əmlaka münasibətdə yalnız öz payını vəsiyyət edə bilərdi. Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən əmlakın vəsiyyətnamə verilmiş hissəsinə yəni X16 hissəsinə digər vərəsələrin miras əmlakda məcburi payı vardır. X3 da vəfat etdiyindən övladlarının yəni 1-ci dərəcəli vərəsələrin mübahisəli mənzildə onun birgə nikah dövründə əldə olunmuş hissəsinə payları vardır. İş materiallarına əlavə olunmuş paydan imtina barədə ərizələrə münasibətdə məhkəmə xüsusilə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 1256-cı maddəsinin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, miras qoyan X31 08 noyabr 2017-ci il tarixdə ölmüşdür. Lakin notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X11 (xx.xx.2022), X7 (xx.xx.2022), X6 (xx.xx.2022) 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X4ndan qalmış miras payı qəbul etməmişlər, bu barədə heç bir tələbləri yoxdur, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklər. Beləliklə, ərizələr 5 il sonra yazıldığından məhkəmə onları mirasın qəbulundan imtina kimi qəbul də bilməz. X31 08 noyabr 2017-ci il tarixdə vəfat edəndən sonra ondan qalmış miras əmlak üzərində ½ hissədə X12 payı vardır. Bu səbəbdən miras əmlakın digər yarısı yəni X16 ½ hissədə payı üzərində vərəsələrin payı aşağıdakı şəkildə müəyyən edilməlidir: - X12 və övladları X17, X18, X5, X6, X7, X11 və Cavabdeh payı 1/2:8=1/16-hər bir vərəsənin məcburi payı, iddiaçının payı isə 8/16 təşkil edir. X12 vəfatından sonra ümumi əmlakdan ona məxsus 17/32 (32/32- (8/32+7x1/32)=32/32-(8/32+7/32)=32/32-15/32=17/32) hissə isə bölünməlidir vərəsələr yəni övladları X17, X18, X5, X6, X7, X11 və Cavabdeh və İddiaçı arasında. İddiaçı 8/32 hissə, digər 7 vərəsəyə hər birinə 1/32 hissə müəyyən olunmalıdır. Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilinə İddiaçı ümumi payı 17/32:8=17/256+8/32=81/256 təşkil edir. Həmin mənzildən X25, X26, X13, X14, X15, X19 və Cavabdeh hər birinə 1/32+17/256=25/256 pay müəyyən olunur. Beləliklə, X10 və X8 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzili üzərində iddiaçının 81/256 hissədə payı, cavabdehin və digər vərəsələrin isə hər birinin 25/256 hissədə payı vardır.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1194, 1196, 1202.1, 1202.2, 1243.1, 1243.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55,59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində X17, X18, X5, S üleymanova Vəzifə İbrahim qızının, X7, X11 və Cavabdeh hər birinə 25/256 hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə də iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Şikayətinin dəlillərinə görə, ümumi əmlaka daxil olan predmet ər-arvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. Birinci instansiya məhkəməsi qanuna zidd olaraq iddia tələbi olmadığı halda hər birinin payı qabaqcadan müəyyənləşdirilmədən ümumi əşyada birinin payının ayrılmasını və vərəsələr arasında həmin payın bölünməsini həyata keçirmişdir. Məhkəmə bu barədə iddia tələbi olmadan bunu özbaşına həyata keçirmişdir. İşdə qarşılıqlı iddia yoxdur. X12 heç vaxt belə bir tələbi olmamışdır. X12 bu barədə tələbi olsaydı, yaxud bu barədə tələb irəli sürdükdən sonra ölsəydi, vərəsələrin tələbi ilə məhkəmə işə baxa və bölgü həyata keçirə bilərdi. Lakin nə mərhum X28 nə də onun vərəsələrinin iddia tələbi olmadan məhkəmənin hər hansı ümumi əşyanın bölgüsünü aparması qanuna ziddir. Miras əmlakın vəsiyyət edildiyi 2008-ci ildən bəri, sonradan miras qoyan X16 vəfat etdiyi 08 noyabr 2017-ci il tarixdən etibarən, eləcə də X12 vəfat etdiyi 16 fevral 2022-ci il tarixdən etibarən, nə də həmin tarixlərədək, habelə hazırki tarixədək, indiyədək X12 miras əmlakdakı payının müəyyənləşdirilməsi və bölünməsi ilə bağlı tələb omamışdır. Məhkəmənin icraatında sadəcə iddiaçının iddiası vardır, qarşılıqlı iddia mövcud deyildir. Tələb olmadan isə ümumi əşyadakı (ər arvadın birgə mülkiyyəti) payın müəyyənləşdirilməsi və bölünməsi qanuna ziddir. Məhkəmə sözügedən maddəni tətbiq etməmiş və nə üçün tətbiq etmədiyi haqqında da heç bir açıqlama verməmişdir. Miras qoyan X31 08 noyabr 2017-ci il tarixdə ölmüşdür. İddiaçı xx.xx.2017-ci il tarixində mirası qəbul etməsi barədə notarial qaydada ərizə vermişdir. X28 da xx.xx.2017-ci il tarixində notarial qaydada ərizə verərək miras əmlak (Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzili) ilə bağlı tələbi olmadığını təsdiq etmişidr. İddiaçı miras açıldığı vaxtdan miras əmlaka (Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzili) sahiblik edir və ondan istifadə edir. Digər vərəsələr mirasın bölüşdürülməsi üçün gəlməmiş, daha sonra isə yazılı ərizə verərək mirasdan mtina etmişlər. Odur ki, iddiçının miras əmlakı(Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzili) tam olaraq öz adına qeydiyyata alınması ilə bağlı tələbində tamamilə haqlı olmuşdur. İddiaçının anası X28 16 fevral 2022-ci il tarixdə ölmüşdür. Mirastan imtina Bakı şəhəri, Gəncə prospekti, 69 saylı evin 13 nömrəli mənzili barədə olmuşdur. Belə olan halda məhkəmə mirasdan imtina ərizələrini mərhum X8 qalan mirasa münasibətdə qəbul etməli idi. Lakin məhkəmə bu barədə heç bir açıqlama verməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “... ərizələr 5 il sonra yazıldığından məhkəmə onları mirasın qəbulundan imtina kimi qəbul də bilməz”. X12 əmlak payını ayıran və miras əmlak kimi bölən məhkəmə imtina ərizələrini həmin mirasa hansı səbəblə aid etmədiyini açıqlamamış, bununla da maddi hüququ düzgün tətbiq etməmişdir. Məhkəmə iddiaçının atasından qalan miras üzrə vərəsələrin mirasdan imtina ərizələrini müddət keçdiyi üçün qəbul etmədiyini qeyd etdiyi halda, iddiaçının anasından qalan miras payı üzrə müddət ötürülmədiyi üçün imtina ərizələrini qəbul etməli idi. İddiaçının anası X28 16 fevral 2022-ci il tarixdə ölmüş və 2022-ci ilin fevral və mart aylarında vərəsələr mirasdan imtina etmişlər. Müddət ötürülməmişdir. Mirasdan imtina edən vərəsələr Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən bütovlükdə imtina etmişlər. Artıq verilmiş olan, notarial qaydada da təsdiq olunan mirastan imtina ərizələrinin geri götürülməsi mümkün deyildir. Vərəsələrin azad iradələrinin ifadəsi kimi notarial qaydada artıq vermiş olan ərizələr nəzərə alınmaya bilməz. Bu hal Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarına və Mülki Qanunvericiliyin aşağıdakı prinsiplərinə ziddir: - mülki hüquq subyektlərinin iradə sərbəstliyi; - mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 1) Məhkəmənin mülki hüquq subyektlərinin iradəsinə zidd olaraq özbaşına şəkildə onların əmlak hüquqları barədə qərar qəbul etməsi hüquqa ziddir. Məhkəmənin qətnməsi Vərəsəlik hüququnda vərəsəliyə çağırılan şəxslərin azad seçimi prinsipi pozulmasına rəvac vermişdir. Vəsiyyətnamə 2008-ci ildə verilmişdir. İddiaçının atası X31 08 noyabr 2017-ci il tarixdə, anasıX28 16 fevral 2022-ci il tarixdə ölmüşdür. xx.xx.2017-ci il tarixində iddiaçımirası qəbul etməsi barədə notarial qaydada ərizə vermişdir. xx.xx.2017-ci il tarixində X28miras əmlak üzərində hər hansı şəkildə sərəncam verilməsinə etiraz etməməsi barədə notarial qaydada ərizə vermişdir. İddiaçının anası atasının ölümündən - 08 noyabr 2017-ci il tarixindən 16 fevral 2022-ci il tarixinədək sağ olmuşdur, ərinin ölümündən sonra yaşadığı 5 ilə yaxın bir müddətdə iddiaçının anası vərəsəlik hüququ üzrə heç bir tələb irəli sürməmiş, eləcə də ümumi əmlakda (miras əmlak, vəsiyyət olunan əmlak) ona məxsus payla bağlı da heç bir tələbi olmamış, payının ayrılması yaxud bölünməsi ilə bağlı heç bir tələb irəli sürməmişdir. Vəsiyyətnamənin verildiyi 2008-ci ildən ölüm tarixinədək - 16 fevral 2022-ci il tarixinədək X28 vəsiyyətnaməni və miras əmlakı heç bir şəkildə mübahisələndirməmişdir. Əksinə, xx.xx.2017-ci il tarixində notarial qaydada ərizə rəsmiləşdirərək miras əmlak üzərində hər hansı sərəncam verilməsinə etirazı olmadığını təsdiq etmişdir. Beləliklə, X1 miras əmlakla bağlı hər hansı haqqa sahib olmadığını şəxsən və bilavasitə qəbul edərək təsdiq etmiş, bununla bağlı hər hansı tələb hüququnun belə ortadan qalxmasına şərait yaratmış, bunu təmin etmiş, nümayiş etdirmiş, bunları bilərək və istəyərək azad iradəsilə etmişdir. Bakı şəhəri, Gəncə prospekti, 69 saylı evin 13 nömrəli mənzili üzərində hər hansı əmlak hüquqlarına dair tələbi olmadığı halda vəhkəmənin ona ümumi mülkiyyətdə payı ayərması və vərəsəlik hüququnun predmeti olaraq bölüşdürməsi qanun pozuntusudur. Cavabdeh və üçüncü şəxslərin hamısının miras əmlakla bağlı hər hansı tələb hüququ, hır hansımübahisə açmaq hüququ ortdan qalxmışdır. X2 da sağlığında miras əmlakla bağlı hər hansı mübahisə açmaq hüququ ortadan qalxmış idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş və vəsatət verərək bildirmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 355, 357, 358.2., 1231.1., 1252, 1256, 1268.1, 1269, 1272, 1301-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi zərurəti yaranmışdır. Şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Hesab edir ki, mirasdan imtinanın xüsusi müddətə tabe tutulması, hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyi kimi, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığı kimi, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilməsi mümkün sayılmır. Vərəsəlik hüququnda xüsusi iddia müddəti aşağıdakı tələblər üzrə nəzərdə tutulmuşdur: Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddia üçün müddət – 5 il (MM-nin 1143 cü maddəsi), vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia üçün müddət – 2 il (MM-nin 1231.1-ci maddəsi), mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində iddia üçün müddət – 2 ay (MM-nin 1272-ci maddəsi), vəsiyyət tapşırığının icra olunmasını tələb etmək barədə iddia üçün müddət 3 il (MM-nin 1213-cü maddəsi, məcburi payın tamamlanmasını tələb etmək barədə iddia üçün müddət – 2 il (MM-nin 1200-cü maddəsi). Hazırki işə tətbiq olunmalı olan qanun müddəalarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 355, 357, 358.2., 1231.1., 1252, 1256, 1268.1, 1269, 1272, 1301-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi zərurəti ortaya çıxmışdır. Vəkillər, hüquqşünas alimlər və hüquq ictimaiyyəti tərəfindən də sözügedən qanunvericilik normalarının tərəddüd və ya şübhəyə yer qoymayacaq şəkildə başa düşülən və aydın olmadığı, ziddiyətlər meydana gətridiyi ifadə olunmuşdur. Belə hallar isə Konstitusiya ilə qorunan insan və vətəndaş hüquqlarının pozulmasına rəvac verilməkdədir. Bununla yanaşı sözügedən qanun müddəaları mülki qanunvericilik müddəaları olmaqla mülki qanunvericiliyin bir çox prinsipləri, o cümlədən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması kimi prinsiplərinə də zidd olan nəticələr ortaya çıxarmaqdadır. Hazırki iş üzrə cavabdeh və digər vərəslərin miras əmlkala bağlı, habelə vəsiyyətlə bağlı hər hansı tələb hüquqları ortadan qalxmışdır. İddiaçının mərhum anasının da bu hüquqları sağlığında ortadan qalxmış, eyni zamanda o, sağlığında bəyənmə yolu ilə mərhum ərinin əmlakla bağlı əqdinin mübahisələndirilmə imkanını ortadan qaldırmışdır. İddiaçının mərhum anasının subyektiv hüququ olmadığı halda onun vərəsələrinə bu hüquqların tanınması, özü də iddia tələbi olmadan tanınması, habelə miras əmlakın onlar arasında bölüşdürülməsu haqqında məhkəmə qətnaməsi çıxarılması şübhəsiz ki, maddi və prossesual qanunvericiliyə, hüququn ümumi prinsiplərinə, hüquqi müəyyənlik prinsipinə açıq aşkar zidd nəticələr ortaya çıxarmışdır. İddiaçının mərhum anası və bütün digər vərəsələr vəsiyyət və miras əmlakdan hər zaman xəbərdar olmuşlar, miras qayan X16 iradəsinə heç vaxt etiraz etməmişlər, heç vaxt bununla bağlı heç bir iddia və tələb irəli sürməmişlər.Bununla da qanunla nəzərdə tutulan müddətləri ötürmüş və bu hüquqlarını itirmişlər. Birinci intsansiya məhkəməsi isə bu barədə tələb hüququ ortadan qalxmış vərəsələrə, hər hansı iddia tələbi belə olmadığı halda (məhkəmədə İddiaçının iddia tələbinə baxılmaqdadır, Cavabdein qarşılıqlı iddi tələbi olmamışdır) öz şəxsi mülahizəsinə görə miras əmlakı bölüşdürmüşdür. Ümumi mülkiyyət sahibinin (hazırki işdə iddiaçının anasının) birgə mülkiyyətə dair əqddən xəbərdar olması və onu bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən birinin bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi (hazırki işdə birinci instansiya məhkəməsinin qənaəti) mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olmuşdur. Hazırki iş üzrə bir çox vərəsələrin gah iddiaçının, gah da cavabdhein xeyrinə mirasdan imtinaya dair ərizə vermələrinin dürsütlük qaydaları və vicdanılılıq prinsipinə zidd olduğu, hüquqlardan sui-istifadə olduğu aşikardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Hazırki işdə birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi izahatlarını nəzərə almamışdır. Hazırki işdə bəzi vərəsələrin notariat qaydasında mirasdan imtina etdikləri halda, sonradan bunun keçərsiz olduğunu irəli sürmələri və üstəlik yenidən mirasdan imtina ərizəsi vermələri vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Digər tərəfdən artıq verilmiş olan mirasdan imtina ərizəsi Mülki Məcəllənin 1268.1.-ci maddəsinə görə geri götürülə bimədiyi halda, vərəsələr ərizələrini geri götürmüş və yenidən mirastan imtina ərizəsi (bu səfər başqa şəxsin xeyrinə) vermişlər. Birnci instansiya məhkəməsi iddiaçının atasından qalan miras üzrə vərəsələrin mirasdan imtina ərizələrini müddət keçdiyi üçün qəbul etmədiyini qətnaməsində qeyd etdiyi halda, iddiaçının anasından qalan miras payı üzrə müddət ötürülmədiyi üçün mirasdan imtinanı qəbul etməli idi. Halbuki həmin Məhkəmə iddiaçının anasını da miras qoyan kimi qəbul etmiş və miras əmlakı bölüşdürmüşdür. İddiaçının anası X28 16 fevral 2022-ci il tarixdə ölmüş və 2022-ci ilin fevral və mart aylarında vərəsələr mirasdan imtina etmişlər, müddət ötürülməmişdir. Mirasdan imtina edən vərəsələr Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən bütovlükdə imtina etmişlər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
27. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Azərbaycan Mülki Məcəlləsi: Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər; Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
29. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarı: Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193- cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar”
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı: “..Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. ... Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. ... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayəti ilə qətnamənin qismən - iddia təmin olunmayan hissədə mübahisələndirildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə ddia təmin olunmayan hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
36. Apellyasiya şikayətinin dəlillərindən birini o, təşkil edir ki, nə mərhum X28, nə də onun vərəsələrinin iddia tələbi olmadan məhkəmənin hər hansı ümumi əşyanın bölgüsünü aparması qanuna ziddir, məhkəmənin icraatında sadəcə iddiaçının iddiası vardır, qarşılıqlı iddia mövcud deyildir, tələb olmadan isə ümumi əşyadakı (ər arvadın birgə mülkiyyəti) payın müəyyənləşdirilməsi və bölünməsi qanuna ziddir.
37. Qeyd olunan xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əmlakın bölgüsü aparılmamışdır. Mübahisə predmeti olan əmlakın . X31 ilə X9 birgə nikahda olduqları dövrdə əvəzli qaydada əldə olunması işin mübahisələndirilməyən halıdır, yəni, əmlak onların birgə mülkiyyətindədir. X31 tərəfindən vəsiyyətnamə verilsə də. Bu vəsiyyətnamə yalnız əmlakın onun özünə aid hissəsinə verilə bilərdi. Mülki qanunvericilikdə bu hallar üzrə “birgə vəsiyyətnamə” anlayışından da istifadə edir və bu məfhum özlüyündə birgə mülkiyyətdə olan əmlaklara dair sərəncam verilməsini ehtiva edir. Lakin işin hallarından da görünür ki, vəsiyyətnamə yalnız X31 tərəfindən verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bölgünün qətnamədə göstərilən qaydada aparılması qanuna zidd olmamışdır.
38. Şikayətin digər dəlili kimi qeyd olunmuşdur ki, məhkəmə mirasdan imtina ərizələrini mərhum X8 qalan mirasa münasibətdə qəbul etməli idi, X12 əmlak payını ayıran və miras əmlak kimi bölən məhkəmə imtina ərizələrini həmin mirasa hansı səbəblə aid etmədiyini açıqlamamış, bununla da maddi hüququ düzgün tətbiq etməmişdir.
39. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi miras əmlak tərəflərin birgə mülkiyyəti olmuş, vərəsələrin istər mirasın qəbulu, istərsə də mirasdan imtina ilə bağlı iradə ifadələri miras qoyanların hər ikisinin ölümündən sonra həyata keçirilmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq imtina ərizələrini bütün miras əmlaka münasibətdə qiymətləndirmişdir.
40. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasdan imtina ilə bağlı normaların şərh edilməsi zərurət yaranması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan normalarla digər normalar arasında hər hansı bir ziddiyyət mövcud deyildir. Bu barədə arqumentlər onunla əsaslandırılır ki, mirasdan imtinanın xüsusi müddətə tabe tutulması, hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyi kimi, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxarır.
41. Qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarında vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi qənaətinə gəlinməsi ilə yanaşı qərarın əsaslandırıcı hissəsində mirasın qəbulundan imtina üçün müddətin əhəmiyyəti də qeyd olunmuşdur.
42. Həmin qərarda haqlı olaraq qeyd olunur ki, “İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür.”
43. Normaların şərh olunmasının zəruriliyi barədə vəsatətdə daha sonra qeyd olunur ki, hazırki iş üzrə bir çox vərəsələrin gah iddiaçının, gah da cavabdhein xeyrinə mirasdan imtinaya dair ərizə vermələrinin dürsütlük qaydaları və vicdanılılıq prinsipinə zidd olduğu, hüquqlardan sui-istifadədir.
44. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi miras əmlakı bölərkən imtina ərizələrini ümumiyyətlə nəzərə almamış, yuxarıda qeyd olunduğu kimi ərizələrin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmədiyini əsas kimi göstərmişdir. Yəni, hazırkı situasiyada hüquqdan sui – istifadə halının mövcud olub – olmadığından asılı olmayaraq imtina ərizələri nəzərə alınmamış və miras əmlakın bölgüsü həyata keçirilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu xüsusatıq araşdırılması mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(007)- 84/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(007)- 84/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev
Xəyal Sarıyev