Məhkəmə qərarları › İş №2(103)-3993/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3993/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3993/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli e-2(007) 288/2024 saylı qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Sadıkhova Zahraya qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1905,27 manat, X1 682 manat, Cavabdeh4dan 1288 manat, Cavabdeh5 777 manat, Cavabdeh6 1078 manat, Cavabdeh7 567 manat, Cavabdeh81064 manat, Cavabdeh11 3248,43 manat, Cavabdeh9 8678,88 manat, Cavabdeh10 4054,08 manat, Cavabdeh2 1067,04 manat, Cavabdeh12 1269,84 manat olmaqla ümumilikdə 25679,54 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 AZN poçt xərclərinin, həmçinin ödənilmiş 168 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X1 682 manat, Cavabdeh4dan 1357 manat, Cavabdeh5 840 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 2845,68 manat, Cavabdeh12 1443 manat, X3 264,96 manat olmaqla ümumilikdə 30390,20 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 manat poçt xərclərinin, həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(007)- 288/2024 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdehlər X1 66 manat, Cavabdeh4 1357 manat, Cavabdeh5 693 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 1039,56 manat, Cavabdeh12 1443 manat və X3 264,96 manat məbləğində pul vəsaiti alınaraq “Nizami 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X3 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli e-2(007) 288/2024 saylı qərardadı ilə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(007)-288/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil qeyd olunan qərarddan şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 288/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətininin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab edir ki, əgər iddiaçı 145 manat dövlət rüsumu ödəyibsə, dövlət rüsumu haqqında qanuna əsasən o da həmin məbləğin 50 faizini ödəməlidir. İlk olaraq ona qarşı iddia tələbinə baxılmalıdır. İddiaçı tərəfindən Cavabdeh2 tələb olunan vəsait 1067 manat təşkil edir və bu tələb müştərək qaydada tələb olunur. Lakin qətnamədə ödənilmiş dövlət rüsumunun cavabdehlər arasında bölünərək bir nəfərdən 12.08 manat dövlət rüsumu tutulmuşdur. Belə nəticəyə gəlmək olar ki, bir neçə cavabdehə qarşı tələb irəli sürülsə də tələb müştərək qaydada olmasa da, bütün tələblərə görə dövlət rüsumu ümumi məbləğə görə ödənilmişdir. Faktiki olaraq isə ondan tələb olunan məbləğə görə ödənilməli olan 15,67 manat əvəzinə 12.08 manat ödənilmişdir. Bundan başqa qətnamədə xidmət haqqına görə təmin olunmuş iddia tələbi üzrə məbləğləri topladıqda ümumilikdə 27818 manat təşkil edir və bu məbləğin dövlət rüsumu (10 000 manat qədər 120 + 10 000 manatdan yuxarı olan məbləğin 17818 x 03% =120+ 53.45= 173 ) 173 manat təşkil etdiyi nədənsə iddiaçı cəmi 145 manat dövlət rüsumu ödəmişdir. Lakin məhkəmə nədənsə iddia ərizəsini dövlət rüsumunun az ödənilməsi səbəbi ilə geri qaytarmamışdır. Ümumiyyətlə müştərək olmayan tələb üzrə dövlət rüsumunun ümumi məbləğ üzrə ödənilməsi yol verilmədiyi halda belə bir qaydada iddia tələbinin icraata qəbul edilməsi yolverilməz idi. Məhkəmə səhv icraata götürdüyü iddia tələbi üzrə, hesab edir ki, apellyasiya şikayətinə görə də səhv qaydada dövlət rüsumu ödənilməlidir. Əgər müştərək olmayan tələb üzrə ümumi məbləğ 1 milyon manat təşkil etsəydi deməli cavabdehlər onlardan tələb olunan məbləğə görə yox 1 milyon manatın rüsumunu ödəməli olacaqdır. Hesab edir ki, məhkəmənin apellyasiya şikayətini geri qaytarmaqda göstərdiyi dəlillər əsasızdır. Məhkəmənin hesablaması ilə apellyasiya şikayəti üçün tərəfindən ödənilməli olan dövlət rüsumu isə 72.5 manat deyil, 6.04 manat təşkil etməli idi. Çünki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona düşən hissəsi 12.08 manat təşkil etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur apellyasiya şikayətini geri qaytarılması əsası istinad olunan dəlillərin hüquqi əsası yoxdur. Çünki tələb müştərək qaydada irəli sürülməmişdir. Lakin iddiaçı tərəfindən dövlət rüsumu isə sanki müştərək qaydada tələb olunan məbləğə görə ödənilmişdir. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Qanunvericilik ümumiyyətlə yalnız müştərək qaydada bir neçə cavabdehə qarşı tələbin mümkünlüyünü qeyd edir. Lakin bu iş üzrə tələb müştərək qaydada deyil. Pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə görə dövlət rüsumu ödənilir. İş üzrə Cavabdeh2 tələb olunan məbləğ 1067 manat olduğu halda iddiaçı cəmi 12.08 manat ödəmişdir. Məhkəmə isə hesab edir ki, Cavabdeh2 tələb olunmayan məbləğə görə də o dövlət rüsumu ödəməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-288/2024 saylı, 13 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X1 682 manat, Cavabdeh4dan 1357 manat, Cavabdeh5 840 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 2845,68 manat, Cavabdeh12 1443 manat, X3 264,96 manat olmaqla ümumilikdə 30390,20 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 manat poçt xərclərinin, həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(007) 288/2024 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdehlər … Cavabdeh2 1039,56 manat ….. məbləğində pul vəsaitinin alınaraq “Nizami 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X3 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edərkən 145 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində, yəni 72.50 dövlət rüsumu ödəməli idi. Lakin cavabdeh tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə еdilmədiyindən birinci instansiya məhkəməsi apellyasiya şikayəti geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Hazırda iddiaçı tərəfindən cavabdehlərdən tələb edilən pul vəsaitini müştərək qaydada deyil, cavabdehlərə münasibətdə ayrı-ayrılıqda tələb edilsə də həmçinin qətnamədə cavabdehlərdən tutulmalı olan dövlət rüsumunun məbləği onların hər birinə münasibətdə ayrı-ayrılıqda müəyyən edilsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hər bir cavabdehə münasibətdə ayrılıqda dövlət rüsumu ödənilməmiş, dövlət rüsumu ümumilikdə iddia tələbinə münasibətdə ödənilmişdir, çünki iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Başqa sözlə, alınan məbləğlə görə dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona düşən hissəsinin 12.08 manat təşkil etməsi apellyasiya şikayətinin verilməsinə görə 6.04 manat məbləğində dövlət rümsumu ödəməsi üçün hüquqi əsas yaratmır. Hətta hazırki halda iddiaçı özünün hesablamasından 12.08 manat, yəni 6.04 manat məbləğindən də artıq ödəmə faktının olması belə şikayətinin əsaslı olmasını təsdiq etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayəti verən zaman dövlət rüsumunu məhz ümumilikdə iddia tələbinə görə ödənilmiş 145 manat məbləğindəki dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödəməli idi. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli e-2(007)- 288/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar