Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3994/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun vəkili Azər Tağıyevin, Cavabdehin nümayəndəsi və vəkili Aynur Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Babayeva (Orucova) Jalə Məhərrəm qızına qarşı “aliment, uşaqların təhsil xərcləri və digər pul tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-13/2018 saylı mülki iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Babayeva (Orucova) Jalə Məhərrəm qızına qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün cavabdehin 1559 Avro əmək haqqından 2014-cü ilin iyul ayından hesablanmaqla 50000 manat və gələcək hər ay üçün 1090 manat məbləğində pulun, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun iş yerini və qazancını itirməsi nəticəsində ona dəymiş 448000 manat pulun, uşaqların təhsil haqqı olaraq 2014-cü il də daxil olmaqla hər il Jalə Babayevadən 40000 manat pulun və hər yeni tədris illinə lazım olan illik ödənişin tam yarısı, dəymiş mənəvi ziyanın əvəzi olaraq 30000 manat məbləğlərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2003-cü ildə rəsmi nikah bağlayaraq ailə qurub. Birgə nikah dövründə xx.xx.2004-cü il tarixdə Səbinə adlı, xx.xx.2007-ci il tarixdə Sitarə adlı uşaqları anadan olub. Uşaqlar hazırda onun himayəsində yaşayır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə onun arasında olan nikahın pozulması və uşaqları xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması qət olunmuşdur. Onunla cavabdeh arasında 2013-cü ildən başlayan ailə mübahisələri nəticəsində cavabdeh onun həm Fransa Respublikasından, həm də “xxxx” neft şirkətindəki iş yerindən çıxarılmasına nail olmuşdur. Belə ki, cavabdeh qəsdən onunla ailə mübahisələri yaradaraq ondan Fransa polisinə tez-tez şikayətlər etməklə onun Fransada yerləşən xidməti evindən çıxarılmasına da nail olmuşdur. “xxxx” neft şirkəti mənzilin dərhal boşalmasını tələb etsə də, Cavabdeh o müxtəlif təkliflər etsə də, ona Paris şəhərinin rayonunda başqa 4 otaqlı mənzildə kirayə qalmasını və kirayə haqqını o, öz öhdəsinə götürməsini təklif etməsinə baxmayaraq, sonuncu bütün bu təklifləri rədd etmiş və son olaraq “xxxx” neft şirkətindəki iş yerindən çıxarılmağına nail olmuşdur. Bütün bu əsaslarla “xxxx” neft şirkəti onun iş müqaviləsinə son qoymuş və o, xx xxxx 2014-cü il tarixində iş müqaviləsinin dayandırılması səbəbindən ailəsi ilə birlikdə Azərbaycana dönmək məcburiyyətində qalmışdır. Bu zaman o, yenidən öz həyat yoldaşına uşaqları ilə birgə evlərinə getməyi xahiş etmişdir. Lakin həyat yoldaşı Azərbaycan Respublikasına geriyə dönməyə qəti etirazını bildirmişdir. Həyat yoldaşı onları yola salandan bir müddətdən sonra xx xxxxxxxx 2014-cü il tarixində Fransa dövlətindən müstəsna sığınacaq istəmişdir. Bu cür sığınacaqları o zaman verirlər ki, həmin şəxsin hüquqları vətəndaşı olduğu ölkədə (Azərbaycan Respublikasında) Beynəlxalq Konvensiyalarda təsbit olunmuş hüquqları pozulmuş olsun. Cavabdeh vətənə qayıtmaqdan imtina edərək, Fransa dövlətində qanunsuz olaraq yaşamağı, öz ailə və övladlarından üstün tutmuşdur. Ona görə iddiaçı boşanma tələbi ilə məhkəmədə iddia qaldırmış, iddiası təmin edilmişdir. Azyaşlı övladları 2014-cü ilin iyul ayından onun himayəsində yaşayırlar. Cavabdeh hal-hazırda Fransa Respublikasında işləyir və onun yüksək əmək haqqısı vardır. Belə ki, cavabdeh işlədiyi müəssisədən hər ay vergi tutulmamış 2074 Avro, vergilər tutulduqdan sonra isə 1559,22 Avro əmək haqqına malikdir. O, 2014-cü ilin iyul ayından Bakı şəhərində yaşayır. Hesab edir ki, cavabdeh övladlarının saxlanması üçün 2014-cü ilin iyul ayından başlayaraq əmək haqqının üçdə bir hissəsini ona aliment olaraq verməlidir. Cavabdehin işləməsi və onun aylıq gəlirləri haqqında məlumat Fransa Respublikası Versal Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 13/13959 nömrəli qərarından məlumdur. Belə ki, cavabdeh Versal Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 13/13959 nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində icra edilməsi üçün tanınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət edilmiş və həmin müraciət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 10(102)30/2016 saylı qərardadı ilə ərizə təmin edilmişdir. 2014-cü ilin iyul ayından bu günə kimi cavabdeh övladlarının saxlanması, təlim-tərbiyəsi və inkişafı üçün aliment ödəməmiş olduğu üçün, onun xx.xx.2018-ci ilə olan aliment ödəniş borcu 46 ay təşkil edir, bu da 1559,22 Avronun üçdə bir hissəsini nəzərə alsa, 23908,04 Avro edir ki, Azərbaycan valyutası ilə 50200 manat təşkil edir. Bundan başqa, onun uşaqları Fransız dili üzrə təhsil aldığından onların Fransız məktəblərində təhsil alması və digər şəraitlə təmin olunması üçün zəruri maddi kömək lazımdır. Övladları 2014-cü ildən bu günə kimi, Bakı Fransız Liseyində təhsil alırlar, illik ödəniş haqqı dəyişkən olaraq, son 2017-2018-ci tədris ili üçün 20000 manat miqdarında olmuşdur. Bu xərcləri o, hal-hazırda tək qarşılamaq məcburiyyətindədir. Cavabdeh isə artiq 4 ildir ki, övladlarından imtina etmiş, o, hətta son 2 ildir ki, Azərbaycan Beynəlxalq Bankdan 6700 manat borc bul götürmək məcburiyyətində qalmışdır ki, övladlarının təhsil haqqı vaxtı-vaxtında ödənilsin. Hesab edir ki, Cavabdeh övladlarının Bakı Fransız Liseyində təhsil xərclərinin tam yarısında iştirak etməlidir. Ona görə də o ona uşaqların təhsil xərclərinin ödənilməsi ilə bağlı son 4 il üçün (hər tədris ili üçün tam məbləğin yarısı olaraq) 4x10000=40000 manat məbləğində pul ödəməlidir. Bundan başqa, onunla cavabdeh arasında 2013-cü ildən başlayan ailə mübahisələri nəticəsində cavabdehin əsassız şikayətləri səbəbindən iş yerini itirib, vətənə qayıtmalı olub. Cavabdehin bütün bu qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirir. O, “xxxx” neft şirkətində işləyərkən yüksək maaş alırdı. Hazırda həmin gəlirindən tamamilə məhrum olmuşdur. Belə ki, o, ən azından Azərbaycana gəldiyi vaxtdan işdən çıxmağı ilə bağlı ona dəymiş maddi ziyan hər ay 9000 manat olmaqla 12 ay ərzində 108000 manat təşkil edir. Dörd il ərzində ona vurulan ziyan 4x108000=448000 manat olmuşdur. Bu ziyan məbləği ona dəymiş maddi ziyandır. Bakı Şəhəri Sabunçu Rayon Мəhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-13/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən xx xxxx 2014-cü il tarixdən hesablanmaqla, xx xxxx 2004-cü il təvəllüdlü Babayeva Səbinə Həbib qızı və xx xxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 545 manat olmaqla cəmi 1090 manat aliment, uşaqların təhsil xərcləri olaraq İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 66489 manat mənləğinin ½ hissəsi olan 33244.50 manat, hüquqi yardıma görə ödənilmiş 500 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən – mənəvi ziyanın və iş yerini və qazancını itirməyi nəticəsində ona dəymiş 448000 manat maddi ziyanın ödənilməsi tələbinin rədd edildiyi hissədə ləğv olunması və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edildiyi hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların valideynlərdən hansının himayəsində qalması barədə məsələ həll edilmədən mübahisələndirilən məhkəmə qətnaməsi ilə cavabdehdən alimentin tutulması müəyyən edilmişdir. Mübahisələndirilən qətnamə Sabunçu Rayon Məhkəməsinin uşaqların himayəsinə dair hissəsində ləğv edilmiş xx.xx.2014-cü il tarixli qətnaməsinə istinad edilərək qəbul edilmişdir. İddiaçı Bakı Fransız X8 tərəfindən verilməsi iddia olunan arayışı məhkəməyə təqdim edərək (xx.xx.2018-ci il tarixli arayış) 2014-2015-ci tədris ili üçün 13.078,60 AZN, 2015-2016-cı tədris ili üçün 15.820 AZN, 2016-2017-ci tədris ili üçün 17.447,16 AZN, 2017-2018-ci tədris ili üçün 20.143,24 AZN ödədiyini iddia etmişdir. İş materiallarına əlavə edilmiş qeyd edilmiş məlumat iddia tələblərinin təmin olunması üçün mötəbər sübut deyildir. Rəngli kserosurət olan həmin sənəd ödənişin icrasını təsdiq etmir. Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları daxildir. Orta təhsil üçün çəkilmiş xərclərin bura aid olmadığı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edildiyindən birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 81-ci maddəsini tətbiq edərkən səhvə yol vermişdir. Mübahisələndirilən məhkəmə qətnaməsində hər uşaq üçün hər ay 545 manat olmaqla cəmi 1090 manat alimentin tutulması müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin hansı meyarlara əsasən müəyyən edildiyini qeyd etməmişdir, qətnaməni bu hissədə əsaslandırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(103)-8071/2018 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-13/2018 saylı qətnaməsinin cavabdehdən aliment tutulmasına dair hissədə dəyişdirilməsi, cavabdehdən xx xxxxxx 2015-ci il tarixdən hesablanmaqla, İddiaçı xeyrinə xx xxxx 2004-cü il təvəllüdlü X5 və xx xxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 500 manat olmaqla hər ay cəmi 1000 manat aliment tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)- 8300/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(103)-8071/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-9946/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-13/2018 saylı iş üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsi “təhsil xərcinin tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 təhsil haqqı olaraq 2014-cü il də daxil olmaqla hər il cavabdeh Jalə Babayevadən 40000 manat pulun tutulması barədə iddiasının təmin edilməməsi, Bakı Şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-13/2018 saylı iş üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Babayeva (Orucova) Jalə Məhərrəm qızından hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 108/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-9946/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni, xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Babayeva (Orucova) Jalə Məhərrəm qızından hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş və iş ləğv edilmiş hissə üzrə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçı və onun vəkili cavabdehin apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edildiyindən hazırkı apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən yeni apelyasiya baxışı zamanı tərəfindən Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə istinad edilsə də, həmin normanın tələblərinə uyğun əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında aliment tələbi ilə bağlı şərh edilmiş göstərişlərinə əməl etməmişdir. Belə ki, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi iddiaçının cavabdehdən yalnız çəkilmiş təhsil xərclərinin yarısını deyil, həmçinin alimentin tutulmasının da tələb etdiyini nəzərə almamışdır. Belə olan halda uşaqların valideynlərdən kimi yanında qalmaları müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış, uşaqların yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində alimentin tutulması barədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Hər iki iddia tələbinə məhkəmə hüquqi qiymət verərkən cavabdehin gəlirləri barədə iş materiallarında kifayət qədər mötəbər sübutlar olmamış, məhkəmə cavabdehdən tutulmalı olan alimentin məbləğini müəyyən edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Cavabdehin aylıq 1559,22 avro gəlirinin olması iş materialları ilə öz təsdiqini tapmır. Həmin rəqəmi göstərən “əmək haqqı arayışı” adlanan sənədi verən dövlət orqanı bəlli deyildir, həmin sənəd notarial qaydada apostil ilə təsdiq olunmamışdır(leqallaşdırılmayıb). İddiaçı tərəfindən mötəbərliliyi şübhə doğuran, üzərində 1559,22 avro göstərilən sənədin təqim edilməsi cavabdehin 2015, 2016, 2017, 2018 və növbəti aylarda həmin gəlirə malik olması demək deyildir və bunu sübut etmir. İddia tələbləri alimentin 2015-ci ildən bu günədək və növbəti aylar üçün tutulmasını ehtiva edir. Məhkəmənin mövqeyinə görə cavabdehin iş yeri Fransadadır və buna görə də aliment sabit pul məbləği şəklində tutulmalıdır. Halbuki, iş materialları ilə cavabdehin iş yerinin Fransada olması öz təsdiqini tapmır. Cavabdeh bildirmişdir ki, sifarişlər əsasında tərcüməçilik xidmətlərini göstərir və işi ilə bağlı bəzən xaricə getməli olur. Bu onun xaricdə işləməsi demək deyildir və ona görə də cavabdehin xaricdə işləməsi səbəbindən alimentin sabit pul şəklində tutulması əsassızdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin təmin edilməsini qeyd etsə də, iş materialları uşaqların əvvəlki təminat səviyyəsini əks etdirmir. Buna görə də aylıq 1000 manat məbləğində alimentin uşaqların əvvəlki təminat səviyyəsinə uyğun olub-olmaması bəlli deyildir. Məhkəmə, qətnaməsi ilə iki uşağa xx.xx.2015-ci il tarixdən aylıq 1000 manat məbləğində alimentin tutulması nəzərdə tutulsa da, həmin məbləğin hesablanmasının mənbəyi (cavabdehin konkret gəlirləri) göstərilməmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixdən bu günədək (3 ildən çox müddət ərzində) uşaqlarına aylıq 1000 manat aliment vermək iqtidarında olması, buna uyğun aylıq maaş və ya digər gəlirlərinin olması iş materiallarında öz əksini tapmamışdır. İşin materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə iş üzrə icraat tərəflər arasında boşanmadan sonra uşaqların valideynlərin hansının himayəsində qalmasına dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı X6 qarşı “nikahın pozulması və boşanmadan sonra xx xxxx 2004-cü il təvəllüdlü X10 qızı və xx xxx 2007-ci il təvəllüdlü X4 valideynlərinin hansının himayəsində qalması”na dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi, onunla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qərarı uşaq tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə aidiyyəti üzrə yenidən baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilk iddiası təmin edilərək tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2004-cü il təvəllüdlü X3 və xx xxx 2007-ci il təvəllüdlü X4 boşanmadan sonra atası İddiaçı himayəsinə verilməsi, uşaqların atadan alınaraq onun himayəsinə verilməsinə dair Orucova (Babayeva) Jalə Məhərrəm qızının qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəflərin birgə nikahdan olan uşaqlarının himayəsi məsələsinin həll edilməsi ilə bağlı şərh edilmiş göstərişə əməl etməmiş, uşaqların valideynlərdən hansının yanında qalması üzrə yekun məhkəmə qərarı qüvvəyə minmədiyinə baxmayaraq, uşaqların atanının himayəsində olduğu müddətdə cavabdeh uşaqların saxlanmasında iştirak etməli olması, uşaqların saxlanılması üçün bir valideyndən digərinin xeyrinə aliment tutulmasını müəyyən edən qətnamə yalnız uşaqlar xeyrinə aliment tutulmuş valideynin yanında saxlanıldıqları dövr üçün qüvvədə olması, hazırkı qətnamə ilə cavabdehdən alimentin tutulması, yekun məhkəmə qərarı ilə uşaqlar anaya veriləcəyi təqdirdə aliment məsələsinə yenidən baxılmasını istisna etməməsi kimi səhv nəticəyə gəlmişdir. Həmçinin, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Fransa Respublikasında minimum əmək haqqı 2014-cü ilin iyul ayında 1445,38; 2019-cu ilin yanvar ayında 1521,22 avro təşkil etməsinə dair internet səhifədən çıxarışların iş üzrə mötəbər sübut kimi qiymətləndirilməli olmasını və alimentin hansı səbəblərdən hər uşaq üçün 500 manat məbləğində ödənilməsini də əsaslandırmasında iddiaçının cavabdehin rəsmi gəlirləri barədə iş yerindən arayışı da məhkəməyə təqdim etmək imkanları olmadığı üçün sadalanan halların cavabdehin illik gəlirinin kifayət qədər yüksək olmasını təsdiq edən sübut kimi qiymətləndirilməli olmasına istinad etmişdir. Həmçinin, apelyasiya instansiyası məhkəməsinin cavabdehin Fransa Respublikasında yaşaması həmin dövlətin ərazisində yaşadığı halda orada ya işləməsi, ya da dövlət tərəfindən sığınacaq almasına dair qənaəti işin real hallarına deyil, məntiqi izahlı əsaslandırılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinin məzmununa əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Kollegiya daha sonra qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında daha sonra göstərilmişdir ki, tərəflər arasında uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmamış, qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamışdır. Belə olan halda hazırki işin nətiəsi həmin işin nəticəsinə baxılmasından birbaşa asılıdır. Həmçinin valideynlərdən hansının aliment ödəməli olması həmin məsələnin həllindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, birgə nikahdan xx xxxx 2004-cü il təvəllüdlü Səbinə və xx xxx 2007-ci il təvəllüdlü Sitarə anadan olmuşdur. Nikahda olduqları dövr ərzində tərəflər uşaqlarla birlikdə Fransa Respublikasında yaşamış, iddiaçı Fransa Respublikasında “xxxx” Neft Şirkətində işləmiş, həmin şirkətlə müqaviləsinin müddəti xx.xx.2014-cü ildə bitdikdən sonra uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və həmin vaxtdan etibarən uşaqları ilə birlikdə yaşayır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(008)-6624/2014 saylı qətnaməsi ilə İddiaçı ilə X7 arasında xx xxxx 2003-cü il tarixdə Bakı Səadət Sarayında (Bakı Nikah Evində) bağlanmış və 1259 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx xxxx 2004-cü il təvəllüdlü X5 və xx xxx 2007-ci il təvəllüdlü X4 boşanmadan sonra atası İddiaçı yanında saxlanması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi və onunla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı uşaq tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə aidiyyəti üzrə yenidən baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqların atalarının yanında qalmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-414/20 saylı qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4525/2020 saylı qərarı ilə Orucova (Babayeva) Jalə Məhərrəm qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 545 manat olmaqla, cəmi 1090 manat sabit pul məbləğində alimentn iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edərkən, tutulan alimentin məbləği və hesablanmağa başladığı tarix ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin rəsmi iş yeri, qazancı (gəlirləri) barədə mötəbər sübutlar olmadan, tərəflərin maddi vəziyyəti nəzərə alınmadan, hansı səbəblərdən hər uşaq üçün 540 manat məğləğinin müəyyən edilməsini əsaslandırmadan və uşaqların valideynlərindən kimi yanında qalmalarının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan alimentin tutulması hissəsində qeyd edilən səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulmasında məqsəd yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəldiyindən, alimentin tutulması zamanı sabit pul məbləğinin miqdarı müəyyən edilərkən məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Belə olan halda, xx xxxx 2004-cü il təvəllüdlü X5 və xx xxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləği ədalətli və cavabdehin gəlirlərinə adekvat olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Мəhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-13/2018 saylı qətnaməsi hazırkı apelyasiya baxışının predmeti olan alimentin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin olunmalı, Babayeva (Orucova) Jalə Məhərrəm qızından xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx xxxx 2004-cü il təvəllüdlü Babayeva Səbinə Həbib qızının və xx xxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının qalan hissəsində iddia tələbi təmin olunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.4-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda istinad edilən hallar, işin faktiki dəlilləri məhkəmə kollegiyasına apelyasiya şikayətinin əsaslı olması, qətnamə qəbul edilərkən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, bununla da birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə ləğv edilərək, iddianın həmin hissədə qismən təmin olunması qənaətinə gəlməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Мəhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-13/2018 nömrəli qətnaməsi “alimentin tutulması hissəsində” ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh Babayeva (Orucova) Jalə Məhərrəm qızından xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx xxxx 2004-cü il təvəllüdlü Babayeva Səbinə Həbib qızının və xx xxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi alimentin tutulmasının qalan hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3994/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3994/2020
01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver