Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3996/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mehram qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1 iddiaçının xeyrinə 2.600 manat məbləğində pul vəsaitinin tutulmasını qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə mülki iş üzrə Cavabdeh1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışının növbəti iclasının vaxtı barədə Cavabdeh1 məlumat vermədiyindən o, məhkəmə baxışında iştirak etməmiş və iş üzrə qəbul edilmiş qətnamə ona təqdim edilməmişdir. Qətnamənin mövcudluğu barədə o, qətnamənin icrası ilə bağlı Xəzər Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunduğu zaman xəbər tutmuş və qətnamənin surətini xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Göstərilənlər üzrlü səbəb kimi qiymətləndirilməli və prosessual müddət bərpa edilməlidir. “Prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini və Cavabdeh1 verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti Cavabdeh1 göndərilmiş, sonuncu həmin qətnamənin surətini xx.xx.2019-cu il tarixdə “Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə” imza etməklə qəbul etmiş, lakin apelyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddətin pozulması ilə Rayon Məhkəməsinə daxil olmuş və müddətin üzrlü səbəbdən pozulmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin istinad etdiyi “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki” imza Cavabdeh1 məxsus deyil. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363-cü maddəsinin mənasına görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 363.1.3-cü maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 işin 167-ci vərəqində olan və üzərinə “SS573931709AZ” №-li ştrixkod vurulmuş “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki” imzanın ona məxsus olmadığını, lakin ərinin – Ərəstun Əliyevin imzasına oxşadığını bildirmişdir. Bununla əlaqədar olaraq (əvvəl iş üzrə cavabdeh olmuş, lakin iddiaçının ərizəsinə əsasən bu statusdan çıxmış iş v.102) X1 Məhkəmə tərəfindən şahid qismində dindirilmiş və o, qeyd edilən imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki” imzanın Cavabdeh1 və ya onun ailə üzvü (əri) Ə.Əliyev tərəfindən icra edilib-edilməməsi faktının müzakirə edilən məsələnin həlli üçün əhəmiyyət kəsb etdiyini nəzərə alan Məhkəmə, məhkəmə-xətşünaslıq ekspertizasını təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx.xx.2020-ci il tarixli 4/397 nömrəli rəyindən görünür ki, mülki işin 167-ci vərəqində olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki” imza X1 tərəfindən icra edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsinin surəti cavabdehin ailə üzvü (əri) Ə.Əliyev tərəfindən qəbul edilmişdir. Bu halda hesab edilməlidir ki, cavabdeh qətnaməni rəsmi olaraq almışdır. Belə ki, MPM-nin 135-ci maddəsinin mənasına görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli qətnamə xx.xx.2019-cu il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə qəbul edilmiş, apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsi ilə verilmişdir. Beləliklə də, Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi apellyasiya şikayətini qaytarmaqda və qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 Mehram qızının şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 138 (yüz otuz səkkiz) manat Cavabdeh1 Mehram qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3996/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3996/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver