Məhkəmə qərarları › İş №2(103)-3997/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3997/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3997/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(008)-344/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Eləcə də 08.10.2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı1 adına, 16 saylı notariat kontorundan verilmiş, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətma əsasında cavabdeh İddiaçı1 adına dövlət reyestrində aparılmış ünvan 1 ünvanda yerləşən binanın 47 nömrəli mənzilinin 1/6 hissəsinə mülkiyyət hüququnun olması barədə qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.01.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(008)-344/2022 saylı qərardadı ilə Cavabdeh 08.10.2021-ci il tarixində məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(008)-344/2022 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, qərardad onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia məhkəmə baxışı ərəfəsində verilməyib. İlk iddia ona demək olar ki, göndərilməyib və onun məhkəmədə iştirakı yalnız iş üzrə ekspertiza keçirildikdən sonra olub. Qarşılıqlı iddiasına münasibət onun verildiyi tarixdən aylar keçdikdən sonra bildirilib. Ona ilk iddia üzrə iddiaçının adına şəhadətnamənin verildiyi bildirilməyib və o, ilk iddia üzrə İddiaçı1 qondarma vərəsə kimi tanındığını bildikdən sonra qarşılıqlı iddiasını məhkəməyə təqdim etmişdir. Bu isə onun məhkəməyə müraciətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinin tələblərinə tam uyğun olduğunu deməyə əsas verir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(008)- 344/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(008)-344/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarından və əlavə olunmuş sənədlərdən, həmçinin, məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Belə ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə aydın olur ki, iş üzrə Cavabdeh məhkəmə iclasllarının keçirilməsini yeri və vaxtı barədə lazımı qaydad məlumatlandırılaraq onun yaşayış yerinə uyğun olaraq məhkəmə bildirişlər göndərilmişdir. Kollegiya eləcə də qarşılıqlı iddiaya münasibətin onun verildiyi tarixdən aylar keçdikdən sonra bildirilməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə icraat 12.07.2021-ci il tarixindən dayandırılaraq mülki iş matrailları ilə birlikdə Azərbaycan Respublikas Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş olduğundan, 08.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsinə müanibət yalnız mülki iş ekspertiza mərkəzindən qayıtdıqdan sonra keçirilən ilk məhkəmə iclasında bildirilmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(008)-344/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(008)-344/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar