Məhkəmə qərarları › İş №2(103)-3997/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3997/2025

17.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3997/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MTK tərəfindən verilən 169 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçıovna xx.xx.2002-ci il tarixli, 114 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün xx.xx.2002-ci il tarixində 48000000 manat ödəniş etmişdir.

2. "xxxx" MTK tərəfindən verilən 170 №li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçıovna xx.xx.2002-ci il tarixli, 114 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün xx.xx.2002-ci il tarixində 31200000 manat ödəniş etmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il tarixində ********** № ilə qeydiyyatdan keçmişdir.

4. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 989268 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında xx.xx.2014-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 989 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Zamanova” soyadı verilmişdir.

5. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində DİN tərəfindən verilən ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı ilə yanaşı, Cavabdeh1 və X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mənzildən məcburi çıxarılması, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərin iddiaçının mənzildən istifadəsinə maneələrin aradan qaldırılması və qeyriqanuni hərəkətlərinə son qoyulması” barədə iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. "xxxx" MMC-nin 0137 saylı hesabından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti 165000 (bir yüz altmış beş min) manat, kirayə haqqı isə 660 (altı yüz altmış) manat müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli 9/9844 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, faktiki sahəsi 71,60 kv.m. olan, 2 otaqlı (3 otağa düzəlmə) orta təmirli mənzilin orta bazar qiyməti 186160 (bir yüz səkkən altı min bir yüz altmış) manat, kirayə haqqı isə 700 (yeddi yüz) manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 ünvanından istifadə hüququna 50000 (əlli min manat) kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 114 saylı Müqaviləyə əsasən üzvlüyə qəbul edilməklə payçı olmuş, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzili əldə etmişdir. xx.xx.2002-ci il tarixli, 170 saylı Qəbzə əsasən mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı Sərəncamına əsasən 001014 saylı ORDER verilmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı Sərəncamına əsasən 001014 saylı ORDER-də özü və azyaşlı uşaqları xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və 1984-cü il təvəllüdlü İ.Zamanova ilə birgə ailə tərkibi qeyd edilmişdir. Sonradan qızı 1984-cü il təvəllüdlü İ.Zamanova kooperativdən çıxmışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzili özləşdirərək mülkiyyət hüquqlarını qeydiyata aldırmış, buna dair xx.xx.2018-ci il tarixdə Çıxarış verilmişdir. 2024cü ilin fevral ayında iddiaçı ilə birgə mənzildə yaşayan Cavabdeh1 Müzəffər oğlu və həyat yoldaşı olan Cavabdeh2 İddiaçı xəsarətlər yetirərək mənzilindən çıxarmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən məcburi çıxarılması, İddiaçı mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mənzildən istifadəyə maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsinə dair iddia verilmiş, məhkəmənin qətnaməsi qismən təmin edilərək Cavabdeh1 istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinin mümkün olmaması müəyyən edilmişdir.

11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişlər ki, İddiaçı öz oğlu Cavabdeh1 ilə birlikdə “Mahir" MTK ilə bağlanmış 114 saylı payçı müqaviləsinin əsasında əldə edilmiş ünvan 4 ünvanında olan mənzildə 2002-ci ildən bir yerdə yaşamışdır. Sonradan ailə həyatı qurmuş və həyat yoldaşı Cavabdeh2 və övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. İddiaçı ilə aralarında heç bir zaman sonuncunun iddia ərizəsində göstərdiyi münaqişə olmamış, mehriban ailə münasibətində olmuşlar. Hər bir ailədə olduğu kimi, ara-sıra ailə münasibətləri zəminində mübahisələr olsa da, bu münaqişələr fiziki zorakılıq, təhqir və böhtan həddinə gəlib çatmamışdır. İddiaçı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsine ərizə ilə müraciət edərək guya oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 onu döyərək xəsarətlər yetirməsi və nalayiq söyüşlərlə söyüb təhqir etmələri və onu öldürməklə hədəmələri səbəbi ilə sonunculardan şikayətçi olmuşdur. Toplanmış materiallar araşdırılmanın davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Araz Kazımlı tərəfindən material üzrə AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh1 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilmişdir. Lakin Binəqədi rayon prokurorluğu tərəfindən qərar əsassız olduğu üçün ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı döyülməsi iftiradır və əsassızdır. Həmçinin İddiaçı X7 ilə 1990-cı iyununda nikaha daxil olmuş və birgə nikah dövründə Bakı şəhəri, Buzovna qəsəbəsində, Ağa Nerrətulla küçəsində ev almışdılar. İndiki, ünvan 5 ünvanında yerləşən mənzili isə, məhz Cavabdeh1 atası X2 vəfatından sonra Buzovna qəsəbəsində yerləşən evlərini satdıqdan sonra əldə etmişdilər. Məlumdur ki, qanunverciliyin tələbinə əsasən valideynlərin mülkiyyətində olan əmlaklarda övladların payı vardır. Bu səbəblə də, qanunvericiliyin tələbini nəzərə almaqla iddiaçının öz oğlunu kompensasiyasız mənzildən çıxarmaq istəməsi əsassızdır və qanuna uyğun deyil. Eyni zamanda, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və adı çəkilən mənzilin anası İddiaçı adına özəlləşdirilməsi üçün ərizə vermiş və nəticədə xx.xx.2018-ci il tarixdə sonuncunun adına AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Əlavə olaraq, cavabdeh iddia ərizəsində qeyd edir ki, onun mənzildən istifadəsinə dair cavabdehlər tərəfindən maneələr yaradılıb. Lakin maneələrin nədən ibarət olması da göstərilmir. Cavabdehlər İddiaçı öz evinə geri qayıtması üçün dəfələrlə əlaqə saxlamağa cəhd etsələr də, İddiaçı ilə əlaqə saxlaya bilməmişlər. İddiaçı hazırda yaşadığı qızının evinə gəlməyə cəhd etmələrinə baxmayaraq, sonuncular tərəfindən suni maneələr yaradılmış və bu görüşlər baş tutmamışdır. Əlavə olaraq, nə Cavabdeh1, nə də Cavabdeh2 İddiaçı evinə qayıtmasına etiraz etmir və hətta geri qayıtmasına çalışırlar. Bundan əlavə, cavadehlər tərəfindən adı keçən mənzilin təmir-bərpası üçün 30000 (otuz min) manata qədər vəsait xərclənib. Bu xərc özlüyündə həmin mənzilin bugünə olan real bazar qiymətinin 1/6 hissəsini təşkil edir. Öhdəliklərində xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı iki az yaşlı övladları vardır. İddiaçının tələbi ilk növbədə bu uşaqların hüquqlarının kobud surətdə pozulması deməkdir. Bütün bunlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən kompensasiya əsasında çıxarılmasına dair iddiası qanuna zidd və əsassızdır. Göstərilənlərə və qanunvericiliyin tələbinə əsasən iddianın əsassız sayılaraq rədd edilməsini xahiş edirlər.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzildən istifadə hüququna 50000 (əlli min manat) kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılması, iş üzrə odənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1nndan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 13.İşin faktiki halları ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil Bakı şəhər icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və order əsasında 2002-ci ildən iddiaçıya məxsus olmuş və onun həmin mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Cavabdeh1 iddiaçının oğludur, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən onun mübahisəli mənzil üzərində istifadə hüququ yaranmışdır. Digər Cavabdeh2 isə iddiaçının gəlinidir. Cavabdehlər 2014cü il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar və hazırda mübahisəli mənzildə azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. İddiaçı ailə mübahisəsi zəminində evdən çıxmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun cavabdehlərə qarşı olan iddiası qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməsi qət edilmiş, onun Cavabdeh1 çıxarılması tələbi isə hər hansı kompensasiya ödəmək istəməməsi səbəbindən təmin edilməmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 mübahisəli mənzil üzərində Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ yaranmış olduğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı məhz bu hala əsaslanmaqla, Cavabdeh1 50000 kompensasiya təklif edərək onun istifadə hüququna xitam verilməsini, onun və digər Cavabdeh2 əmlakları ilə birgə ona aid mənzildən məcburi çıxarılmalarını istəmişdir. Məhkəmə Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Qeyd edildiyi kimi, iddiaçı Cavabdeh1 50000 kompensasiya təklif etmişdir. Məhkəmənin qənaətinə görə, həmin kompensasiya məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə oxşar şəraitli başqa yerdə yaşamaq imkanı verir. Belə ki, təyin olunan ekspertizalarla mübahisəli mənzilin bazar qiymətinin 165000-186160 manat, kirayə haqqının isə 660-700 manat həddində olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə Cavabdeh1 ailəsi ilə birlikdə 6 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Cavabdehlərin “mübahisəli mənzilin təmir-bərpası üçün 30000 (otuz min) manata qədər vəsait xərclədikləri” arqumentinə münasibətdə isə məhkəmə vurğulayır ki, həmin dəlil hazırki iddia üzrə fərqli qənaətə gəlməyə əsas deyildir. Məhkəmənin qənaətinə görə, cavabdehlər müvafiq iddia qaldırmaqla mübahisəli mənzilin təmir-bərpası üçün xərclədikləri məbləği mülkiyyətçidən tələb etmək hüququna malikdir və həmin iddianın əsaslı olub-olmamasına işə baxan məhkəmə qərar verə bilər.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci və Mülki Prosessual Məcəlləsinin 82.3, 77.1, 217.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv ediləsini xahiş etdmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən mənzilin qiymətləndirilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 0137 saylı hesabından göründüyü kimi, mənzilin bazar qiyməti 165000 (bir yüz altmış beş min) manat, kirayə haqqı isə 660 (altı yüz altmış) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədiliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli, 9/9844 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən, faktiki sahəsi 71.60 kv.m olan, 2 otaqlı (3 otağa düzəltmə) orta təmirli mənzilin orta bazar qiyməti 186160 (bir yüz səksən altı min bir yüz altmış) manat, kirayə haqqı isə 700 (yeddi yüz) manat müəyyən edilmişdir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanış saylı Müqaviləyə əsasən üzvlüyə qəbul edilməklə payçı olmuş və ünvan 6 saylı ünvanda yerləşən 2 otaqlı mənzili əldə etmişdir. xx.xx.2003-cü il tarixli, 170 saylı qəbzə əsasən dəyərini tam ödəmişdir. Qeyd edir ki, həmin mənzil Cavabdeh1 atası X4 mənzilin satışından əldə edilmiş pul vəsaiti ilə alınmışdır. Belə ki, Müzəffər Zamanovun vəfatıdan sonra mənzil satılmış və adı keçən mənzil alınmışdır. Nəticə olaraq Cavabdeh1 da hüquqi varis kimi həmin əmlakdan pay hüququna malik olmuşdur. Həmin mənzil məhz Cavabdeh1 razılıq ərizəsi əsasında anası İddiaçı adına özəlləşdirilmişdir. Sonradan Cavabdeh1 ailə həyatı qurmuş və həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı övladları ilə həmin mənzilə qeydiyyata düşərək yaşamağa başlamışdılar. Həmçinin Cavabdeh1 və Cavabdeh2 birgə vəsaiti hesabına həmin mənzildə təmir işləri aparılmışdır. Həmin mənzilə 30000 (otuz min) manat miqdarında xərc çəkilmişdir. Məhkəmə çıxışlarında bu barədə məlumat verilsə də, məhkəmədə iş hərtərəfli araşdırılmamışdır. Bu məsələyə münasibət bildirilməmişdir. Bundan əlavə cavabdehlərin birgə nikahdan doğulmuş iki azyaşlı övladları vardır. xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X9. 4 nəfər tərkibdən ibarət ailənin ən azı iki otaqlı bir mənzildə yaşamalı olduqlarını nəzərə alsaq məhkəmənin qət etdiyi kompensasiya məbləği olduqca azdır. Uşaqlar Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində məktəbə gedirlər. Odur ki, uşağın təhsilini, mənafeyini nəzərə alaraq həmin ərazidə ev alınmalı olsa bu qiymət həddən artıq aşağı qalacaqdır. Ekspertiza Mərkəzinin işə əlavə edilmiş rəyindən də məlum olur ki, qeyd edilən ərazidə mənzil qiymətləri 150000 (bir yüz əlli min) manatın üzərindədir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məluamt verməmişlər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Konstitutsiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

22. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda məhkəmə kollegiyası qətnaməni Cavabdeh1 münasibətdə iddianın təmin edilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Çünki digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil Bakı şəhər icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və order əsasında 2002-ci ildən iddiaçıya məxsus olmuş və onun həmin mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Cavabdeh1 iddiaçının oğludur, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən onun mübahisəli mənzil üzərində istifadə hüququ yaranmışdır. Digər Cavabdeh2 isə iddiaçının gəlinidir. Cavabdehlər 2014-cü il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar və hazırda mübahisəli mənzildə azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. İddiaçı ailə mübahisəsi zəminində evdən çıxmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun cavabdehlərə qarşı olan iddiası qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməsi qət edilmiş, onun Cavabdeh1 çıxarılması tələbi isə hər hansı kompensasiya ödəmək istəməməsi səbəbindən təmin edilməmişdir.

30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, Cavabdeh1 mübahisəli mənzil üzərində Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ yaranmış olduğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. İddiaçı tərəfindən cavabdehə təklif edilən 50000 manat kompensasiya ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin kompensasiya məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə oxşar şəraitli başqa yerdə yaşamaq imkanı verir. Belə ki, təyin olunan ekspertizalarla mübahisəli mənzilin bazar qiymətinin 165000-186160 manat, kirayə haqqının isə 660-700 manat həddində olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə Cavabdeh1 ailəsi ilə birlikdə 6 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. 31.Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdehin məhkəmənin mövqeyi ilə razı olmadığı məqam kompensasiya məbləğinin az olması ilə bağlıdır. Belə ki, apellyator özünün və həyat yoldaşı Cavabdeh2 birgə vəsaiti hesabına həmin mənzildə təmir işləri aparılması, mənzilə 30000 (otuz min) manat miqdarında xərc çəkilməsi və cavabdehlərin birgə nikahdan doğulmuş iki azyaşlı övladlarının olmasını bildirərək kompensasiya məbləğinin aşağı olduğunu, həmin ərazidən ev almaq üçün kifayət etmədiyini iddia edir.

32. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

33. Məhkəmə kollegiyası oxşar işlər üzrə məhkəmə təcrübəsini və işdə olan eskpert rəyləri ilə mübahisəli mənzilin bazar qiymətinin 165000-186160 manat, kirayə haqqının isə 660-700 manat həddində olduğu nəzərə alaraq hesab edir ki, 71,60 kv.m. yaşayış sahəsi üçün 50000 manat kompensasiya məbləğinin müəyyən edilməsi ədalətli olmaqla hazırki işin hallarına da uyğundur. 34.Belə ki, təklif olunan 50000 manat kompensasiya məbləği mülkiyyətçinin hesabına istifadəçi olan cavabdehə davamlı sürətdə və 5 ildən çox müddət ərizində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermiş olur. 35.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən mənzilin təmirinə çəkilmiş xərclər hazırki iddianin predmetini təşkil etmir. Cavabdeh bununla bağlı sübutlarını əlavə etməklə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 36.Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar