Məhkəmə qərarları › İş №2(103)-3999/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3999/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3999/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “X3” ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı 52437544****3973 nömrəli kart üzrə hesablanmış kredit borcunun və faizlərin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi 2 dəfə dəqiqləşdirilmiş, son olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh “X3” ASC-nin ona məxsus 52437544****3973 nömrəli debet kartı üzrə qanunsuz hesablanmış 843.23 AZN kredit borcunun və 94.42 AZN faizin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin, onun 52437544****3973 və 52437544****4180 nömrəli kartlarından qanunsuz tutulmuş, cəmi 13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4348/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işin baxılması İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair 2(006)- 2979/2023 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4348/2024 saylı qərardadı ilə dayandırılmış mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASCyə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair 2(103)- 3999/2025 saylı mülki işlə birləşdirilməlidir. Kollegiya məhkəmə iclasında iştirak edən tərəflərin mülki işin birləşdirilməsinə dair mövqeyini aydınlaşdırımışdır. Tərəflər hazırkı mülki işin əsas işə birləşdirilməklə bir icraatda baxılmasına etiraz etmədiklərini, qərarın qəbul edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4348/2024 saylı qərardadı ilə dayandırılmış mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair 2(103)-3999/2025 saylı mülki işlə birləşdirilməli və 2(103)-3999/2025 saylı mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264, 366-368, 397-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair 2(103)-3999/2025 saylı mülki iş iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(103)-280/2025 saylı mülki əsas işə birləşdirilsin və 2(103)-3999/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar