Məhkəmə qərarları › İş №2(103)-4/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, X3 cavabdeh X6 qarşı “arakəsmənin götürülməsi və mənzildən çxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-166/2015 saylı xx xxx 2015-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 cavabdeh X6 qarşı “arakəsmənin götürülməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakıl şəhəri, Ə.Bayramov küçəsi 6 saylı mənzildən çıxarılması və mənzilin otaqları arasında qoyulmuş arakəsmənin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ə.Bayramov küçəsi 6 saylı evin ½ hissəsi 1984-cü ildən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh onun mərhum qardaşı X20 baxıcısı olmuşdur. Qardaşı ruhi xəstə olduğu üçün daimi baxıcıya ehtiyacı olmuş və o, ona məxsus evin 2 otağını müvəqqəti olaraq taxtadan arakəsmə qoymaqla qardaşının rahat yaşaması üçün ona vermişdir. 2014-cü ilin iyun ayının 26-da qardaşı vəfat etdikdən sonra arakəsməni götürmək istəmiş, lakin cavabdeh buna imkan verməyərək qardaşına baxdığı üçün otaqların ona qalmalı olduğunu bildirmişdir. Belə ki, cavabdeh 2001-ci ildən qardaşına qulluq etmişdir. O, məsələni könüllü həll etməyə çalışsa da buna nail ola bilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-166/2015 saylı xx xxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X4 X25 məxsus Bakıl şəhəri, Ə.Bayramov küçəsi 6 saylı mənzildən çıxarılması və X25 məxsus evdə mənzilin otaqları arasında qoyulmuş arakəsmənin götürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X10 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının qardaşı İdirs Kerbalayevlə 1999-cu il tarixdə evlənərək mübahisəli evdə yaşamış, lakin nikahları xx.xx.2001-ci ildə qeydə alınmışdır. Həmin ev onun həyat yoldaşının ata-baba evi olmuşdur. Hazırda ev paylı mülkiyyət hüququ ½ hissə payla iddiaçıya və Rəhman Kerbalayevə, ¼ hissəsi isə mərhum ərinin nənəsi Xanbacı Məmmədəli qızına, ¼ hissəsi isə mərhum ərinin əmisi Zaid Ağadadaş oğluna məxsusdur. Həyat yoldaşı həmin evdə doğulmuş və ölənə qədər bu evdə yaşamışdır. Onun nənəsi Xanbacı Məmmədli qızı vəfat etmiş, onun payı vərəsə kimi faktiki şəkildə ərinin valideynləri, valideynlərin vəfatından sonra isə mərhum əri tərəfindən qəbul edilmişdir. Ərinin qardaşları Eldar və Rəhman Kerbalayev vərəsəlik qaydasında evi adlarına sənədləşdirmişlər. Onun əri də vərəsə olmuş, mirası faktiki qəbuı etmiş, lakin rəsmiləşdirməmişdir. Mübahisəli ev təkcə iddiaçıya məxsus deyil, ev paylı mülkiyyətdir və evə vərəsə kimi onun da payı vardır. Həmçinin digər mülkiyyətçi Rəhman Kerbalıyev oğlunun birinci növbəli vərəsələri onun bu evdən istifadə hüququnu tanıyırlar. Giriş-çıxış ayrıdır. Bu hal məhkəmə tərəfindən də aşkar edilmişdir. O, 1999-cu ildən həmin evdə yaşamağa başlamışdır. Apellyasiya baxışı zamanı X10 tərəfindən məhkəməyə daxil olmuş vəsatətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7595/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat iddiaçı X4 cavabdehlər X25 və qeyrilərinə qarşı mirası qəbul etmə faktının müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4356/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə X4 iddiası təmin edilmişdir. Həmin qətnamədən X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3103/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat ərizəçi X19 “şəxsin vəfat edən günədək fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və nikahın etibarsız hesab edilməsi” barədə ərizələrə dair işlər üzrə yekun qərar qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır. Sonradan müəyyən olunmuşdu ki, ərizəçi X19 “şəxsin vəfat edən günədək fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizəsi Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-50/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iddiaçı E.Kerbalayevin həmin iş üzrə cavabdehlər R.Kerbalayeva və Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi də Siyəzən rayon Məhkəməsinin 2(059)-06/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1744/2019 saylı mülki işi üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılaraq xx.xx.2019-cu il tarixli qətnamə ilə Eldar Kerbalayevin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2660/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna görə də hazırki iş üzrə icraatın dayandırılması üçün əsas aradan qalxdığı üçün cavabdeh X4 “iş üzrə icraatın təzələnməsi” barədə vəsatəti nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1744/2019 saylı mülki işi üzrə icraat təzələnmiş və son olaraq işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan tapılmadı» səbəbindən geri qaytarıldığı üçün müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə tərəflərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Nizami rayon İcra Hakimiyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03/110 saylı xx.xx.2014-cü il tarixli arayışından görünür ki, X35 Ə.Bayramov (İbrahimov) küçəsində 6 saylı evdə qeydiyyatdadır. Həmin ünvanda ondan başqa 1940-cı il təvəllüdlü X7, 1937-ci il təvəllüdlü X26, 1966-cı il təvəllüdlü Nəcəfova Zöhrə Rəhman qızı, 1968-ci il təvəllüdlü X27, 1973-cü il təvəllüdlü X31, 1952-ci il təvəllüdlü X14, 1976-cı il təvəllüdlü X36, 1977-ci il təvəllüdlü X28, 1978-cı il təvəllüdlü Kerbalayeva Zöhrə Eldar qızı, 1979-cu il təvəllüdlü X32, 1982-ci il təvəllüdlü Əhəd Eldar oğlu, 1989-cu il təvəllüdlü X29, 1999-cu il təvəllüdlü X37, 2001-ci il təvəllüdlü X40 qeydiyyatdadırlar. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X21 xx.xx.2001-ci ildə nikahlarını rəsmi qeyd etdirmiş, nikahdan sonra arvada Kerbalayeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014cü ildə vəfat etmişdir. Bakı şəhər X8 Bürosunun xx.xx.1973-cü il tarixdə verdiyi Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan görünür ki, Keşlə qəsəbəsi, 1 Əli Bayramlı döngəsi, 6 saylı ev paylı mülkiyyət üzrə ½ hissədə Əhəd Dadaş oğluna, ¼ hissədə X45 və ¼ hissədə X64 məxsusdur. Vərəsəlik işinin təsdiq olunmuş surətlərindən görünür ki, X41 xx.xx.1973-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra oğlu X35 1984-cü ilin avqust ayından ərizə ilə notariat kontoruna müraciət edərək atasından miras qalmış evə ondan başqa qardaşı X15 da vərəsə olmasını qeyd etmişdir. 1 saylı Dövlət notariat kontoru tərəfindən 2kn-N-2038 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X38 və X22 Keşlə qəsəbəsi, 1 Əli Bayramlı döngəsi, 6 saylı evin ½ hissəsinə vərəsəlik hüquqları tanınmışdır. Hazırki işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdu ki, mübahisəli ünvanda həyətin sağında iddiaçıya məxsus birmərtəbəli köhnə daş ev, solunda isə cavabdehə məxsus birmərtəbəli daş ev yerləşir. Cavabdehin yaşadığı mənzil köhnə daş tikilidir və 2 təmirsiz otaqdan ibarətdir. İddiaçının mənzili isə cavabdehin mənzilindən taxta arakəsmə ilə təcrid olunmuş 3 otaqdan ibarətdir. Hər iki mənzilin girişi ayrıdır. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan üzrə digər paylı mülkiyyətçilərin vərəsələri arasında miras əmlakın faktiki bölgüsü həyata keçirilmiş və hər bir vərəsə ailəsi ilə təcrid olunmuş yaşayış sahəsində yaşayır, bir sözlə paylı mülkiyyətçilərin vərəsələri arasında payın naturada bölgüsünə dair aralarında mübahisələri yoxdur. Yalnız cavabdehin paylı mülkiyyətin iddiaçıya aid hissəsində taxta arakəsmə ilə təcrid edilmiş 2 otaqdan istifadə etməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Qeyd olunanlara və şahid ifadələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, xx.xx.1973-cü ildə vəfat etmiş X30 X35 və X13 başqa, xx.xx.2014cü ildə vəfat etmiş X7 da olmuş və o, ölən günə kimi mübahisəli ünvanda yaşamışdır. Lakin məlum olmuşdu ki, mərhum X7 atasından miras qalmış evdə yaşasa da, faktiki olaraq vərəsəlik hüquqlarını rəsmiləşdirməmiş, miras paya dair X35 və X15 adlarına 1984-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı cavabdehin mərhum İdris Kerbalayevin baxıcısı kimi qələmə versə də, işin araşdırılmış halları ilə müəyyən olunmuşdu ki, mərhumla cavabdeh arasında rəsmi qeydə alınmış nikahları mövcuddur, başqa sözlə onlar ər-arvad olmuşlar. Mərhum Kerbalayev X1 paylı mülkiyyətin iddiaçıya aid olan hissəsindən sonuncunun razılığı ilə 2 otaq arakəsmə ilə digər otaqlardan təcrid edilməklə mərhumun istifadəsinə verilmiş və girişi ayrı olan həmin otaqlarda mərhumla cavabdeh birlikdə yaşamışlar. Cavabdeh hazırki vaxta kimi arakəsmə ilə ayrılmış mübahisəli otaqlarda yaşamaqda davam edir. Mərhum Kerbalayev X5 mübahisəli ünvanda vərəsə olsa da, mülkiyyətçi hüquqlarını rəsmiləşdirmədiyi üçün bu statusa malik olmamış, mülkiyyətçi olan iddiaçının ailə üzvü kimi orada yaşamağa və istifadə etməyə hüququ olmuş, ölümü ilə bu hüquqlara xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, mərhum X2 ölümündən sonra cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etməsinə heç bir hüquqi əsası yoxdur. X7 mülkiyyətçinin qardaşı olduğu üçün onun da razılığı və təşəbbüsü ilə mübahisəli otaqlarda yaşamış, cavabdeh də mərhumun həyat yoldaşı kimi həmin ünvanda yaşamışdır. Lakin X2 mübahisəli ünvanda mülkiyyət hüquqları olmadığı üçün onun ölümündən sonra da cavabdehin həmin ünvana heç bir hüququ yarana bilməz. X7 mübahisəli ünvanda qeydiyyatda olsa da, cavabdeh həmin ünvana qeydiyyata düşməmiş, qeydiyyata düşmək üçün isə buna onun ərinin deyil, yalnız mülkiyyətçi olan iddiaçının yazılı razılığı tələb oluna bilərdi. Lakin cavabdeh göstərilıən ünvana qeydiyyata düşmək üçün iddiaçıya və ya digər aidiyyəti orqanlara heç vaxt müraciət etməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdehin ərinin sağlığında və ölümündən sonra iddiaçıya məxsus hissədə yaşaması ona həmin yaşayış sahəsinə heç bir hüququnun yaranması üçün əsas kimi qiymətləndirilə bilməz, buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, X10 cavabdehlər Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontoruna, X25, X16, X23, Kerbalayev Zöhrə Rəhman qızına və X17 qarşı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsindəki, 6 saylı evin ½ hissəsi üzərində miras qoyan X18 məxsus payın onun mərhum əri X39 tərəfindən miras kimi qəbul etmə faktının müəyyən olunması, həmin paya dair Bakı şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən X19 adına verilmiş xx.xx.1984-cü il tarixdə reyestrdə 2kn “N” 2038 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan SSR rayon, şəhər X12 İcraiyyə Komitəsinin texniki inventarlaşdırma bürosunun 30/61 saylı xx.xx.1984-cü il tarixli qeydiyyat vəsiqəsinin mübahisəli evin ½ hissəsinin X19 və X15 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi, miras əmlakın ½ hissəsinin 1/3 hissəsi üzərində X19, 1/3 hissəsi üzərində X15 və 1/3 hissəsi üzərində isə onun payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4356/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə X4 iddiası təmin edilərək, X11 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsindəki, 6 saylı evin ½ hissəsinin onun qanun üzrə birinci növbəli vərəsələri olan X35 və X34 ilə yanaşı birinci növbəli vərəsəsi olan X39 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən X19 adına verilmiş və reyestrdə 2kn “N” 2038 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında 1956/84 saylı xx.xx.1984-cü il tarixdə şəhadətnamənin etibarsız hesab edilməsi, X19 və X15 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsi, 6 saylı evin ½ hissəsi üzərində mülkiyyət hüququna dair texniki inventarlaşdırma bürosunda aparılmış 30/617 saylı xx.xx.1984-cü il tarixli qeydiyyat vəsiqəsinin həmin hissədə etibarsız hesab edilməsi, X19, X15 və X4 hər birinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsi, 6 saylı evin ½ hissəsindəki payının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən ərizəçi X35 “şəxsin vəfat edən günədək fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin onun ərizəsi Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-50/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı E.Kerbalayev cavabdehlər R.Kerbalayeva və Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin onun bu ərizəsi də Siyəzən rayon Məhkəməsinin 2(059)- 06/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Qeyd olunanlarla bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4356/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatı təzələnmiş və işə mahiyyəti üzrə baxılaraq, xx xxxxxx 2015-ci il tarixli qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1744/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2660/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırki işdə iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mənzilə dair hüquqmüəyyənedici sənədləri, o cümlədən onun adına verilmiş vərəsəlik şəhadətnaməsi və mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş və həmin mənzilə iddiaçı ilə birlikdə cavabdehin də payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2 maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hazırki işdə iddiaçı və cavabdehin mübahisəli mənzildə paylı mülkiyyət hüquqlarının olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin oluna bilməz. İddiaçının “arakəsmənin götürülməsi” barədə iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən götürülməsi tələb olunan arakəsmə həmin mənzilin paylı mülkiyyətdə olması ilə bağlı, iddiaçı onun məhz kimə aid olan paya düşdüyünü əsaslandıra və bu barədə hər hansı sübutu təqdim edə bilmədiyindən onun bu barədə tələbi təmin oluna bilməz. Kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı mübahisəli evin paylara uyğun naturada bölgüsünın aparılması halı da müəyyən olunmamışdır. Beləliklə, iddiaçı “arakəsmənin götürülməsi” tələbi ilə bağlı öz mövqeyini əsaslandırmaq üçün nəinki müvafiq sübutlar təqdim etmiş, hətta məhkəmə iclasında iştirakını belə təmin etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.2-ci maddələr). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-166/2015 saylı xx xxx 20015-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. X3 cavabdeh X6 qarşı “arakəsmənin götürülməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar