Məhkəmə qərarları › İş №2(103)-4007/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4007/2021

24.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4007/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsini, baş həkimi vəzifəsinə bərpa olunmasını və bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 iyul 2017-ci ildə Şirvan şəhər X51 Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmişdir. 22.07.2017-ci ildən baş həkim kimi fəaliyyətə başlamışdır. Əmək fəaliyyətinə gec başlamasının səbəbi onun baş həkim vəzifəsinə təyin olunmağına narazı qalan subeyktiv ünsürlərdir. İşlədiyi dövrdə lazımi quruculuq və abadlıq işləri aparmışdır və Respublika səviyyəli tədbirlər təşkil etmişdir. Gördüyü işlər və tədbirlər dövlət və özəl telekanallarda və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmri qanunsuz və əsassızdır, ona görə ki, o həmin əmrdə göstərilən əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımi qaydada icra etmişdir, işlədiyi dövrdə 13 işçi öz ərizəsinə əsasən işdən azad olunmuş, əmri mübahisələndirən şəxslərin iddiaları təmin olunmamışdır. Bundan başqa, korrupsiya faktları ilə bağlı yalan məlumatlar yaymış şəxslər barəsində müvafiq instansiyalara müraciətlər olunmuş, bəziləri barəsində şikayət instansiyaları tədbir görmüş, digəri barəsində isə təkzib öhdəliyinin qoyulması, mənəvi ziyan və işgüzar nüfuza ziyan vurulması ilə bağlı tələbi təmin edilmişdir, qətnamə qanuni qüvvəyə minərək icra olunmuşdur. İşdən azad olunmağı barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, 15 fevral 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İ.Qurbanova İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması və Nazirliyin Aparatının Ümumi şöbəsinin müdiri L.Abdullayevaya əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Həmin əmr AR Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir, əmrin ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. İş materiallarına əlavə edilmiş 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriyalı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsindən görünür ki, İddiaçı 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilmişdir. 34. İddiaçı bülleteni, əmək qabiliyyətli olmasına dair vərəqəsini 02.07.2018-ci ildən məhkəmədə iddia qaldıranadək ƏƏSMN-nə təqdim etməmişdir. İşə əlavə olunan 02.07.2018-ci il tarixli 155 və 156 saylı məktublardan görünür ki, Şirvan şəhər X30 baş həkimi İddiaçı tərəfindən imzalanmış və möhürlənmiş məktublar Şirvan şəhər X39, DSMF Şirvan şəhər Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, 02.07.2018-ci ildə İddiaçı işdə olmuş, xəstəxanada olmamışdır. Yəni, iddiaçı işdən azad olunan gün əmək qabiliyyətli olmaqla işdə olduğuna görə onun həmin gün işdən azad olunmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəməyə müraciət etdiyi günə qədər iddiaçı heç bir zaman səhhətində problemlər olduğunu, bülletendə olduğunu şirkətə bildirməmiş, əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsini Nazirliyə təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsini işdən çıxandan və əmr imzalandıqdan sonra almışdır və həmin vaxt da artıq o, işdən azad edildiyi üçün onun məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. İddiaçı tərəfindən Şirvan şəhər X30 əməkdaşlarından qeyri-qanuni tələblər etməsi, qanunsuz pul yığması, mükafatın ödənilməsi zamanı əsassız pul tələb etməsi və yığması, Mərkəzdə əlilliyi olmayan şəxslərə göstərilən pullu xidmətlərdən əldə olunan vəsaitin rəsmi qeydiyyata almaması, işçilərin işə qəbulu zamanı qanunvericiliyin tələblərini nəzərə almaması, bir nəfər əməkdaşın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işdən azad etməsi, Mərkəzin qazanxanasında olan bir ədəd istilik qazanının 3-cü şəxsə verildiyi, eyni zamanda qida məhsullarının normalara müvafiq alınması və bəzi ərzaq məhsullarının saxlanılmasının mövcud tələblərə uyğun olmadığı aşkarlanmışdır. Şirvan Şəhər X30 baş həkimi işəgötürən statusunda olduğu üçün işdən azad olunarkən həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmçinin AR ƏƏSMN yanında DTSERX Şirvan şəhər X30 D 08 nömrəli, 12 yanvar 2019-cu il tarixli Şirvan şəhər Polis İdarəsinə ünvanladığı sorğuna əsasən, 2017-ci ilin iyul- dekabr aylarında mərkəzin qazanxana qazanının itməsi barədə mərkəz rəhbərliyi tərəfindən Polis İdarəsinə məlumatın verilibverilməməsi barədə rəsmi məlumatın verilməsi xahiş edilmişdir. AR DİN Şirvan şəhər Polis Şöbəsinin 13.02.2019-cu il tarixli, 305-4134-1219 nömrəli cavab məktubunda göstərilir ki, mərkəzin qazanxana qazanının itməsi barədə Şöbəyə məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verdiyini təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyi qeyd edilsə də, məhkəmə tərəfindən tələb edilən sənədlər, o cümlədən əmək kollektivinin yazılı izahatları, Daxili nəzarət şöbəsinin araşdırması, iddiaçının izahatı, iddiaçının şəxsi işi, Şirvan şəhər Polis Şöbəsinin arayışı, Mərkəzin Nizamnaməsi, əmrlərin surəti məhkəməyə təqdim edilmişdir. Mərkəzdə kənar şəxslərə xidmətlə bağlı qətnamədə göstərilir ki, Mərkəzin Nizamnaməsinin 5.4-cü bəndində Mərkəzin Nizamnamə fəaliyyətinə zərər gətirmədən qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə pullu bərpa müalicəsi xidmətləri göstərmək hüququ verilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(103)- 7311/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Şərafət Məmmədova). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7046/2019 nömrəli iş üzrə 21 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – X25 (sədrlik edən və məruzəçi), X6 və X35) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(103)-7311/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-cİ il tarixli, 2(103)- 1901/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-152/2021 nömrəli iş üzrə 01.02. 2019-cu il tarixli qərarı ilə (hakimlər – Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), X60 və X45) İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmıdır. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 02 iyul 2018-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilmişdir. İddiaçıın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X30 baş həkimi olduğu müddətdə baş vermiş pozuntular barədə həmin müəssisənin əmək kollektivi tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Şirvan şəhər İcra Hakimiyyətinə kollektiv müraciət göndərilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 08 iyun 2018-ci il tarixli 21/kol- 1879-008 nömrəli məktubda müraciətdə yazılanları araşdırıb Prezident Administrasiyasına və vətəndaşlara məlumat verilməsi göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsində araşdırma qrupu yaradılmış və Şirvan şəhər X39 ezam edilmişlər. Sözü gedən araşdırma nəticəsində kollektiv müraciətdə qeyd edilən faktların həqiqətə uyğun olduğu aşkar edilmiş, eyni zamanda iddiaçı barəsində cinayət işi qaldırılmış, hazırda Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinə etiraz etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. İş materiallarına əlavə edilmiş və apellayasiya baxışı zamanı tədqiq edilmiş: -05.06.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı Şirvan şəhər X51 mərkəzinə baş həkim vəzifəsinə təyin olunmuşdur. - Şirvan şəhər X32 çalışan və işdən azad olunmuş bir qrup şəhər sakininin Prezident Administirasiyasına və digər orqanlara ünvanlanmış 04 iyun 2018-ci il tarixli müraciətindən görünür ki, İddiaçı hər ay işçilərdən öz əmək haqqlarından 5 manat pul yığması, müəssisəyə quraşdırılan kameranın və yerə sərilmiş xalçanın pulunun verilməsini istəməsi, 2017-ci ildə Ramazan, Qurban, Yeni il bayramlarında və 3 dekabr əlillər günündə, 2018-ci ilin Novruz bayramında mərkəzdə çalışan işçilərə bayram pullarını İddiaçı işçilərdən tələb etməsi, müəssisənin santexnik vəzifəsində çalışan Vidadi Paşayevin məzuniyyətdə olmasından istifadə edərək işçilərin arasında onun ünvanına nalayiq sözlər işlətməsi, Qarabağ əlili Cəlal İbrahimovun qardaşı X66 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarması, işdən çıxarılan işçilərin heç biri könüllü surətdə öz ərizəsini yazmaması, müxtəlif hədə-qorxularla işçiləri işdən çıxma ərizələrini yazmağa məcbur etməsi, mərkəzdə əlillərə deyil, pulu və imkanı olan şəxslərə xidmət göstərilməsi müraciətdə öz əksini tapmışdır. - 08 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış məktudan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhərindəki X51 Mərkəzində çalışan və işdən çıxarılmış əməkdaşların bir qrupu adından daxil olmuş kollektiv müraciət aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziriliyinə müraciətdə müəlliflər tərəfindən qeyd edilmiş mərkəzin direktoru İddiaçı qeyri-qanuni hərkətləri, mərkəzin işçilərinə qarşı qərəzli münasibət bəsləməsi, onların hüquqlarının pozması, peşakar kadrları işdən azad edərək yerlərinə ali təhsili olmayan şəxslərin təyin etməsi, müxtəlif bayramlar və digər səbəblərə görə işçilərdən pul yığması, əlillərə göstərilən xidmət zamanı mütəmadı qaydada pozuntularına yol verməsi və digər hərkətləri araşdırıb nəticəsi haqqında Prezidentin Administrasiyasına və vətəndaşlara məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 20 iyun 2018-ci il tarixli, **********9 nömrəli əmrinə uyğun olaraq Nazirliyin aparatının Daxili nəzarət şöbəsinin funksional vəzifələrin icrasına sektorunun aparıcı məsləhətçisi X16 və məsləhətçisi X20 ibarət komissiya yaradılmışdır. - Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 iyun 2018-ci tarixli arayışından görünür ki, müraciətdə mərkəzə quraşdırılan kameranın və döşəməyə salınmış xalçanın pulunun verilməsi üçün işçilərin aylıq əmək haqqlarından 5 manat məbləğində vəsaitin yığılması qeyd edilmişdir ki, araşdırma dövründə mərkəz əməkdaşlarından bir qismi təqdim etdikləri izahatları ilə qeyd edilən halı təsdiq etmişlər. Eyni zamanda İddiaçı qeyd edilənlərlə bağlı təqdim etdiyi izahatında quraşdırılan kameranın və döşəməyə salınmış xalçanın pulunun öz vəsaiti hesabına aldığını və mərkəzin bir sıra işçisinin özlərinin təşəbbüsü ilə 2018-ci ilin Ramazan ayında aylıq əmək haqlarından pul verdiklərini bildirmişdir. 2017-ci və 2018ci illərdə bayramlarla əlaqədar mərkəz əməkdaşlarına ödənilən mükafatların müəyyən hissəsinin mərkəzin baş həkimi İddiaçı tərəfindən yığılması halının araşdırılması zamanı əməkdaşların təqdim etdiyi izahatlara əsasən ödənilən mükafatların bir qismi mərkəzin baş həkimi tərəfindən yığılmış və qeyd olunan şərtlərlə razılaşmayan işçilərə mükafatlar verilməmişdir. Araşdırma dövründə 2018-ci ilin Ramazan bayramı münasibətilə mükafat ödənilən işçilərin adlı siyahısına baxış keçirilmiş və dörd nəfər əməkdaşa mükafat ödənilmədiyi məlum olmuşdur. Mərkəzin baş həkimi İddiaçı təqdim etdiyi məlumatda qeyd edilən əməkdaşlardan iki nəfəri (mərkəzin sabiq əməkdaşı X46 və X26), bir nəfər əməkdaşın (X47) özünün şifahi imtina etdiyi və bir nəfər əməkdaşın (X10) 0,5 ştat vahidi ilə yeni işə qəbul olunduğu və 1,0 ştat vahidi digər müəssisədə işlədiyi səbəbindən mükafat ödənilmədiyi qeyd olunmuşdur. Qeyd edilən əməkdaşlardan üç nəfəri (mərkəzinsabiq əməkdaşı X46, X26 və X47) araşdırma dövründə təqdim etdikləri izahatlarında Ramazan bayramı münasibətilə verilən mükafatın müəyyən hissəsini mərkəzin baş həkimi İddiaçı vermədikləri üçün onlara mükafat yazılmadığı qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə ünvanladırları digər şikayət ərizələrində də bu haldan narazı qaldıqlarını qeyd etmişlər. Müraciətdə mərkəzin qazanxanasında olan istilik qazanının birini qazanxananın təmiri müqabilində əməkhaqqı kimi Aleksey adlı ustaya satıldığı qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı mərkəzin baş həkimi İddiaçı təqdim etdiyi məlumatda mərkəzin qazanxanasında olan iki ədəd istilik qazanının nasaz vəziyyətdə olduğundan birinin şəxsi vəsait hesabına təmir olunduğu və digərinin isə şəxsi vəsait hesabına təmir olunması üçün 2017-ci ilin oktyabr ayında Şirvan şəhərində yaşayan Aleksey adlı ustaya verdiyi, lakin 22 iyun 2018-ci il tarixədək geri qaytarılmadığı qeyd olunmuşdur. Bununla yanaşı müraciətdə mərkəzin qazanxanasında 4 nəfər işçinin çalışmalı olduğu halda yalnız iki nəfər əməkdaşın öz əmək funksiyasını yerinə yetirməsi qeyd olunmuşdur ki, həmin halın araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin 01 yanvar 2018-ci il tarixdə təsdiq etdiyi mərkəzin ştat cədvəlində 4,0 ştat vahidi qazanxana maşinisti nəzərdə tutulmuş, mərkəz tərəfindən təqdim edilmiş ştat cədvəlinə əsasən iki nəfər (X36 və X27) 0,5 ştat vahidi, 3 nəfər (X26, X47 və X11), 1,0 ştat vahidi qazanxana maşinisti vəzifəsində qeyd olunsa da X2 faktiki olaraq mərkəzdə tibb qeydiyatçısı vəzifəsini icra edir. Qeyd olunanlardan əlavə müraciətdə əlilliyi olmayan digər şəxslərin müəyyən pul məbləğində mərkəzin tibbi xidmətlərindən istifadə etməsi faktının araşdırılması zamanı müəyyən edilmişdir mərkəzin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin 16 yanvar 2004-cü il tarixli, 1-1 nömrəli Kollegiya qərarı ilə təsdiq Nizamnaməsinin 7.3-cü bəndinə əsasən əlilliyi olmayan şəxslərə pullu xidmətin göstərilməsi nəzərdə tutulmuş, araşdırma dövründə mərkəz əməkdaşları və pullu xidmət göstərilən vətandaşın təqdim etdiyi izahatlara əsasən mərkəzdə əlilliyi olmayan şəxslərə pullu xidmətlərin göstərilməsi faktı təsdiq olunmuş, lakin həmin pullu xidmətlərin göstərilməsindən alınan vəsait mərkəzin hesabına mədaxil olunmamış və rəsmi qeydiyyatı aparılmamışdır. Müraciətdə adı qeyd olunan X48 təhsili olmadığı halda mərkəzdə masaj xidməti ilə fəaliyət göstərdiyi halı araşdırılarkən E.Quliyevanın bir aylıq masaj kursunu bitridiyi məlum olmuşdur. Müraciətdə qeyd olunmuş qanunsuz işdən azad olunmuş şəxslərlə bağlı müəyyən edilmişdir ki, mərkəzin baş həkimi İddiaçı 05 iyul 2017-ci il tarixdən işə qəbul olunduqdan sonra 14 nəfər mərkəzin əməkdaşı vəzifəsindən azad edilmişdir ki, onlardan 10 nəfəri öz ərizələrinə əsasən əsasən, iki nəfəri (X55 və X12) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 70-ci maddəsinin “ç” bəndinə, bir nəfəri (X1 ) həmin Məcəllənin 10-1.1.-ci maddəsinə və bir nəfəri (X46) isə Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilən əməkdaşların şəxsi işlərinə baxış keçirilərkən məlum olmuşdur ki, X28 18 iyul 2017ci il tarixdən tutduğu vəzifədən azad edilməsi ilə bağlı 13 sentyabr 2017-ci il tarixdə Şirvan şəhər məhkəməsində araşdırılmış və N.Bədəlovanın işinə bərpa olunması barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şirvan Apellyasiya məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Mərkəzdə çilingər-santexniki işləmiş X56 mərkəzin 19.06.2018-ci il tarixli, 36 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “b” bəndinə (səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin rəyinə görə) əsasən tutduğu vəzifədən azad edilmiş, lakin araşdırma zamanı səhiyyə müəssisəsinin çıxarışında “ağır fiziki işlərdən qorunmalıdır” qeyd edildiyi məlum olmuş və araşdırma dövründə Nazirlik yanında X53 Xidmətinin 11 saylı Region üzrə X22 rəisi vəzifəsini müvəqqəti icra edən X17 yazılı məlumatına əsasən Vidadi Paşayevlə bağlanmış əmək müqaviləsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulan hal (tərəflər əmək münasibətlərini gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil edilməlidir) qeyd edilmədiyindən Vidadi Paşayevin işdən çıxarılması ilə bağlı verilən əmr qanunvericiliyə uyğun olmamışdır. X1 28 iyul 2017-ci il tarixdə yaş həddinə çatma ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir ki, bununla bağlı qanunvericiliyin tələbləri pozulmamışdır. Araşdırma dövründə öz ərizlərinə əsasən işdən azad edilmiş işçilərdən 6 nəfəri tqədim edikləri izahatlarında onlardan qanunsuz pul tələb edilməsi və əks təqdirdə Məcəllənin digər ağır maddəsi ilə işdən azad olunacaqları barədə şifahi xəbərdarlıq olunmaları səbəbindən işdən çıxarılmaları barədə ərizələrini verdiklərini bildirmişlər. Müraciətdə qeyd olunan işə qəbul olunmuş əməkdaşların şəxsi işlərinə baxış keçirilərkən iki nəfər işçinin ixtisasları (peşələri) tutduğu vəzifənin tarif-ixtisas xüsusiyyətlərinə uyğun gəlmədiyi məlum olmuşdur. Belə ki, onlardan anbar müdiri işləyən X49 işə qəbul olunarkən “Bütün sahələr üçün ümumi olan qulluqçu vəziflərinin Vahid X14”nda nəzərdə tutulan müvafiq sahə üzrə orta təhsil və müvafiq iş üzrə üç ildən az olmayaraq iş stajı nəzərə alınmamışdır. Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyən X37 işə qəbul olunarkən “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X14”nda nəzərdə tutulan orta tibb təhsili və ya bədən tərbiyəsi üzrə orta peşə təhsili tələbi nəzərə alınmamışdır. Bununla yanaşı müyyən edilmişdir ki, mərkəzin sabiq əməkdaşı X21 15 mart 2018-ci il tarixdən 26 may 2018-ci il tarixədək, hazırda mərkəzdə çalışan X13 01 may 2018-ci il tarixdən 31 may 2018-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirlməsinə görə verilən müavinəti 22 iyun 2018-ci il tarixədək ödənilməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə göndərilməmişdir. Araşdırma dövründə mərkəzin yeməkxanasına və ərzaq anabrına baxış keçirilərkən həmin gün üçün günlük yemək menyusunun yeməkxanada asılmadığı və 40,0 kq qatıq, 26 ədəd 0,200 kq-lıq kəsmiyin istifadə müddətinin bitməsinə baxmayaraq anbarda saxlanıldığı aşkar olmuşdur. Mərkəzin baş həkimi Könül Ababsovanın təqdim etdiyi izahata əsasən mərkəzdə quraşdırılmış kamera aparatının işləmədiyi səbəbindən müraciətdə qeyd olunan digər məsələrlə bağlı video çəkilişlərinə baxmaq mümkün olamamışdır (araşdırma dövründə mərkəz əməkdaşlarından, vətəndaşlardan alınmış 29 izahat və mərkəzin baş həkimi İddiaçı məlumatı arayışa əlavə olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Kollegiyasının 16 yanvar 2004-cü il tarixli Əli-Bayramlı Şəhər Əlillərin X5 təsdiq edilməsi haqqında qərarından görünür ki, mərkəzin baş həkimi: mərkəzin işini təşkil edir və fəaliyyəti üçün məsuliyyət, öz səlahiyyətləri daxilində mərkəz üzrə əmrlər verir, Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işçiləri işə qəbul və azad edir, mərkəzin fəaliyyət istiqamətini müəyyənləşdirir, ştat cədvəlini və strukturunu tərtib edir, hüquqi və fiziki şəxslərlə münasibətdə mərkəzi təmsil edir və mərkəz adından xüsusi etibarnamə olmadan hərəkət edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********0 nömrəli, 02 iyul 2018-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X30 baş həkimi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 02 iyul 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 05 iyun 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, həmçinin Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İ.Qurbanova İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması və Nazirliyin Aparatının Ümumi şöbəsinin müdiri L.Abdullayevaya əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılmışdır. - 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriaylı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsindən görünür ki, İddiaçı 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilmişdir. - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttiqfaqının Respublika komitəsinin təşkilat işi və hüquq şöbəsinin müdiri tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli cavab məktubu ilə müəyyən edilir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur və sahə prinsipi üzrə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X44 şəhər komitəsinin qeydiyyatındadır. - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X19 şəhər komitəsinin sədri tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli cavab məktubu ilə müəyyən edilir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur, (sahə prinsipi üzrə) Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X44 şəhər komitəsinin qeydiyyatındadır. - işdə olan (birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi) fotoşəkillərdən görünür ki, Şirvan şəhər X51 Mərkəzinin təmirdən öncə tam təmirsiz vəziyyətdə olmuşdur, sonra isə İddiaçı baş həkim olduğu dövrdə tam təmir olunmuş vəziyyətə gətirilmiş, müəssisə müasir avadanlqlarla təchiz edilmiş və abadlaşdırılmışdır ki bu hal da məhkəmədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X50 ifadəsində göstərmişdir ki, o, İddiaçı 3 ildir tanıyır, mərkəzin açılışında iştirak etdiyini, orada oğlunun müalicə aldığını, müalicə aldığı müddətdə işçilərdən şikayəti olmadığını və həmin mərkəzin İddiaçı tərəfindən təmir edildiyini bildirmiş, onun barəsində işçilərin hər hansı bir şikayətini eşitməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X57 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə qohumdur, həmin mərkəzin İddiaçı tərəfindən təmir edilmişdir, onun barəsində işçilərin hər hansı bir şikayətni eşitməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, mərkəzdə usta vəzifəsində çalışıb, toya gedərkən Könül xanımdan pul istədiyini, o da ona 20 manat məbləğində pul vermədiyini, buna görə aralarında incilik olduğunu, həmçinin həmin mərkəzin İddiaçı tərəfindən təmir edildiyini və təmirdə ona yardım etdiyini bildirdi. Lakin sonradan 20 manat pulun baş həkim tərəfindən verilmədiyinə görə ona qarşı münasibəti dəyişmiş və münasibətləri pisləşmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, mərkəzin qazanxanasında maşinist vəzifəsində çalışıb, iddiaçı onun bayram pulundan məhrum etdiyindən və işlətdiyindən ondan narazı olduğunu bildirir, həmçinin mərkəzin İddiaçı tərəfindən təmir edildiyini bildirdi. Həmçinin bildirmişdir ki, əvvəlcə bəzi şəxslər tərəfindən öyrədilərək İddiaçı qarşı kampaniya aparmış, bunu gəlib evdə anasına demiş, anası düz hərəkət etmədiyini ona bildirmiş, sonra öz səhvini başa düşərək İddiaçı gedib üzr istəmiş, daha sonra isə yenə də münasibətləri pisləşdiyindən ondan narazı qalmış və hal-hazırda da ondan narazıdır. Həmçinin qeyd etmişdir ki, İddiaçı ona söz vermişdir ki, mətbuat təşkilatı açacaq və onu ora rəhbər təyin edəcək, lakin o sözünün üstündə durmadığından ondan çox narazıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, mərkəzin qazanxanasında çalışıb, Könül Abasovanın işçiləri incitdiyini, onlardan bayram pullarını aldığını bildirmişdir. Özünün əmək haqqısı 140 manat olmuş, lakin İddiaçı ondan əmək haqqısının 25% istəmiş, lakin o bildirmişdir ki, 2 uşağı var, ailəsin dolandırmaqda çətinlik çəkir. İddiaçı onu işdən qovacağını bildirmiş, sonra Vidadi Paşayevlə, Nailə Bədəlovayla və Sabir, Pənah adında şəxslərlə nazirliyə müraciət etmişlər. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildir ki, İddiaçı onu işdən çıxarmadığını (çünki nazirliyə getmiş), bayram pulları işçilərin kartına yükləndiyini, əmək haqqının istəmədiyini, 2 dəfə baş həkim tərəfindən töhmət aldığını, müəssisəni İddiaçıyla, Vidadi Paşayevin təmir etdiyini, qazanxandan qazanın qapağını Könül Abasova tərəfindən metalloma verildiyini, Aleksey adlı şəxsin qazanı apardığını, ustaya İddiaçı pulu çatmadığından ustanın qazanı apardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X58 ifadəsində göstərmişdir ki, o, İddiaçı ondan mərkəzin təmiri üçün borc pul aldığını qeyd etdi, əlillərlə bağlı tədbirə getdiyini və təmirdən sonra mərkəzin dəyişdiyini gördüyünü, tədbir zamanı əlillərdən İddiaçı haqqında müsbət rəylər eşitdiyini, orada müxtəlif sərgilər keçirildiyini və bu da əlillərə müsbət təsir etdiyini bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X62 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, halhazırda baş həkim dəyişəndən həmin mərkəzə müalicə ilə bağlı müraciət etsə də, rədd cavabı almışdır, həmçinin mərkəzin İddiaçı tərəfindən təmir edildiyini bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, 10 gün mərkəzdə müalicə almışdır, işçilərin İddiaçı barəsində yalnız müsbət rəylərini eşitmişdir, heç biri narazıçılıqlarını bildirmədiyini, mərkəzdə pul alınması barədə heç bir şey eşitmədiyini, həmçinin mərkəzin təmir olunduğunu bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, mərkəzin təmirdən əvvəl çox pis vəziyyətdə olduğunu, orada müalicə alan əlillərdən heç bir narazıçılıq eşitmədiyini, iddiaçının işçilərdən pul alması barədə şikayət eşitmədiyini bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X63 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzdə əlillərin sərgisi keçirilən vaxtdan tanıyır, əvəllər mərkəzin təmirsiz vəziyyətində olduğunu, həmin keçirilən sərgidən müsbət təəssüratı olduğunu, həmçinin İddiaçı işlədiyi müddətdə onun barəsində pul yığılması ilə bağlı, həmçinin işçilərin narazıçılıqları barədə məlumatı olmadığını bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, işə qəbul olunması üçün gəlmişdir, münasibətləri bəzən yaxşı, bəzən pis olmuşdur, həmçinin İddiaçı tərəfindən dəfələrlə təhqir olunduğunu bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, böyük tibb bacısı işlədiyi müddətdə iddiaçı onu saymırdı, 1 ay qolu sındığına görə işə gəlməyib, lakin iddiaçının onunla maraqlanmamağı onu incidib, İddiaçı ondan pul istəmədiyini, lakin bayram pulunu kartından çıxardıqdan sonra ona verdiyini bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X59 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, həyat yoldaşının həmin mərkəzdə çalışdığını, lakin sonra işdən azad olunduğu üçün iddiaçı ilə münasibəti olduğunu, mərkəzdə həmkarlar ittifaqının olduğunu, həmçinin İddiaçı onun mənəviyyətinə toxunduğu üçün şikayətçi olduğunu bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, İddiaçı mərkəzə baş həkim vəzifəsinə təyin olunan vaxtdan tanıyır, mərkəzdə xadimə kimi işləyib, iddiaçının ondan bayram pulunu istədiyini bildirdi Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən mərkəzdə tibb bacısı işləyir, bayram pulunun alınmasını, həmçinin əlavə iş gördüyünü, lakin əvəzində pul almadığını bildirdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticələri ilə razılaşaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilmənin qadağan edildiyi şəxslər kateqoriyasına aid olduğu tələbi əsaslı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəinə görə isə, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmamış olması səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilinə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə də kollegiya razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, “bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinin və 72-ci maddəsinin “e” bəndinin şərtlərinə əməl etməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi də əsaslı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və həmin maddənin “e” bəndində, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallardan biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin araşdırılmış halları üzrə düzgün olaraq bu qənaətə gəlmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına əsasən xitam verilsə də, cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv müraciətə əsasən Nazirlik yanında Dövlət TibbSosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X51 mərkəzində araşdırmanın nəticəsinə əsaslanmışlar. Əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir, lakin iddiaçıya, əmrdə qeyd olunduğu kimi, rəsmi qaydada surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılsada, iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Bu barədə də cavabdeh hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması əmrdə qeyd olunsa da buna da riayət olunmamışdır və cavabdeh tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Əmr 02 iyul 2018-ci ildə verilsə də, iddiaçının həmin müddətdə əmək qabiliyyətinin olmaması nəzərə alınmamışdır, bu baxımnan da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Şahid ifadələrindən də, həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, həqiqətən iddiaçı öz hesabına həmin mərkəzdə təmir işləri aparmışdır və bu hal cavabdeh tərəfindən etiraf olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqdim etdiyi şahid ifadələrinin təhlilindən bu ifadələr arasında ziddiyətlər olmaqla qərəzli xarakter daşımasına dair hüquqi qiymətlə razılaşır. Belə ki, şahid ifadələrinin əksəriyyətindən görünür ki, bu şəxslərin İddiaçı qarşı vaxtiylə izahat verməsinin səbəbi işgüzar münasibətlərin deyil, şəxsi münasibətlərinin korlanması olmuşdur. Cavabdehin təqdim etdiyi şahidlərdən Vidadi Paşayev İddiaçı ona 20 manat pul verməməsinə görə onunla arasının dəydiyini, Ramin Şərifov İddiaçı onu Mətbuat Şurasına rəhbər təyin edəcəyinə görə sözünün üstündə durmadığını və buna görə münasibətinin pisləşdiyini, şahidlərdən Bədəlov Seymur onun həyat yoldaşını İddiaçı işdən çıxartmasına görə ondan incik olduğunu etiraf etmişdirlər. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin cavabdeh tərəfin İddiaçı işçilərdən bayram pulu yığması, qazanxanadakı qazanın birinin satılması, işçilərdən əmək haqqının bir qismini tələb etməsi ilə bağlı gətirdiyi faktlara münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, bu məsələlər komissiyanın arayışında qeyd olunmasına baxmayaraq, Nazirlik bu məsələyə heç bir münasibət bildirməmiş və müvafiq korrupsiya faktlarının araşdırılması üçün və iş üzrə müvafiq halların müəyyən olunması üçün aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etməmişdir və sübut olunmamış faktlara əsaslanmaqla İddiaçı işdən bu əsaslarla çıxarılması halını əssassız hesab edir. Həmçinin kollegiya İddiaçı bayram pulları və əmək haqlarını işçilərdən istəməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki məhkəmə qeyd etmişdir ki, bu haqlar işçilərin hesabına köçürülür və hədə-qorxu ilə tələb etmə və könüllü verilmə halları istisna olmaqla, bu məbləğin işçilərdən alınması qeyri-mümkündür. Həmçinin cavabdeh tərəfin işçiləri İddiaçı işdən kütləvi şəkildə çıxarılması ilə bağlı gətirdiyi hala da, birinci instansiya məhkəməsi düzgün olaraq hüquqi qiymət verərək qeyd etmişdir ki, İddiaçı müəssisədəki əmək fəaliyyəti dövründə 14 nəfər işdən çıxarılmış, bunlardan 10 nəfəri öz ərizələri ilə, 2 nəfəri Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, bir nəfər isə yaş həddinə çatma əsası ilə, digər 1 nəfər isə səhhətinə görə 75.2-ci hissəsinin b bəndi ilə işdən çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı bu hərəkətlərinin baş həkim olaraq onun səlahiyyət çərçivəsinə aid olması və bu müqavilələrin qanunsuz xitamı hallarının yalnız məhkəmə tərəfindən müəyyən oluna bilməsi, bununla da cavabdeh tərəfin də baş həkimin əmək müqaviləsinə xitam verərkən bu hala istinad edə bilməməsinə dair qənaəti düzgün olmuşdur. Kollegiya həmçinin məhkəmənin cavabeh tərəfin İddiaçı fəaliyyəti dövründə kənar şəxslərə xidmət göstərməsi ilə bağlı gətirdiyi dəlili də əsassız hesab edərək bu xidmətin göstərilməsinin qanuni olması və müəssisənin nizamnaməsində birbaşa göstərilməsinə dair mövqeyi ilə də razılaşır. Kollegiya daha sonra birinci instansiya məhkəməsinin arayışda göstərilən digər pozuntulara dair münasibəti ilə də razılaşır. Belə ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, bu hallar intizam xətasına səbəb olan hallara aiddir ki, məsələn, kifayət qədər təhsili olmayan şəxsin masajist vəzifəsinə götürülməsi digər intizam tənbehinə də səbəb ola bilərdi ki, birbaşa ən ağır tənbehin verilməsi, (əvvəllər tənbeh olunmayan şəxsə), əsassız və ədalətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi ilə bağlı cavabdehin verdiyi vəsatətlə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinin ziddinə olaraq ona rəsmi qaydada əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri təqdim edilməmiş və hər hansı sübut cavabdeh tərəfindən verilməmişdir və əmrin surətinin təqdim edilməməsi və ya rəsmi qaydada iş yerinə göndərilməməsi işçinin işdən çıxarılması halının mübahisələndirməsi və hüquqlarının bərpası üçün müraciət etmək hüququnu kobud surətdə məhdudlaşdırır və cavabdeh tərəfin bu hala istinad etməsini məhkəmə əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələblərini təmin edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 02 iyul 2018-ci il tarixli, **********0 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı, Şirvan şəhər X51 mərkəzində tutduğu vəzifəyə (baş həkim vəsifəsinə) bərpa olunmalı nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nüqteyi-nəzərindən qanuni və əsaslg olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləcv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, 15 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gğndən etibarən, 2 ay mğddətində, Bakg Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasgna kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar