Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-401/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verməsi barədə MMC-nin verdiyi əmrlərinin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2022ci il tarixdən indiyə qədər onun xəbəri olmadan işdən azad olunub sonradan işə bərpa edilməsi arasında olan müddətin əmək stajına aid edilməsi, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunan vaxta qədər əmək haqqının və gecikdirilmiş hər gün üçün 1 faiz cərimə hesablanaraq ödənilməsi, istifadə olunmamış məzuniyyət günlərinin hesablanaraq əvəzinin və mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun MMC-dən tutulara ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2022-ci il tarixində müddətsiz olaraq MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul olunmuşdur. MMC istilikxana fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə (hazırkı iş üzrə tərəf olmayan) X7 və X4 MMC-nin fəaliyyətinə sərmayə qoymaqla gələn gəlirin tam bərabər payda hər bir tərəfə 1/3 bölünməsi barədə MMC ilə müqavilə bağlamışlar. Həmin müqavilənin bağlanılması prosesində iddiaçı, MMC-nin hüquqşünası olaraq şəxsən iştirak etmişdir. MMC-yə sərmayə qoyan həmin şəxslər pomidor, çiyələk, xiyar əkini əkməklə, əldə olunan məhsulu daxili və xarici bazarlara ixrac etməli və gəlir əldə etməli idi. Həmin məhsulun yetişdirilməsi üçün istilikxanaya istiliyin verilməsi mütləq şərtlərdən birincisi və əsası idi. Bu da həmin müddətdə mümkünsüz idi. Belə ki, həmin vaxt MMC-nin “Azəriqaz” İstehsalat Birliyinə 88.000 manat məbləğində borcu var idi. Təbii qazın istifadə oluna bilməməsi üçün istixanaya gələn qaz xətti möhürlənmişdi. Əkiləcək məhsuldan yüksək gəlir əldə olunması üçün istixanaya veriləcək qazın əkin əkiləndən mart ayına qədər bərpa oluna bilməsi prosedurunu həyata keçirə biləcəyi üçün iddiaçıya 20.000 manat məbləğində mükafat vəd verilmişdir. İddiaçı, üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirərək qazın açılması və qazın “Azəriqaz” İB tərəfindən bağlanılmasına məhkəmə tərəfindən qadağa qoyulması barədə qərardad çıxarılmasına nail olmuşdur. Əvvəl qazın açılması mərhələsi həyata keçirilmiş, sonradan tam əmin olmuşlar ki, məhsulun yetişdirilməsi üçün vacib olan təbii qazın bağlanılması məhkəmə qərardadına əsasən “Azəriqaz” İB-nə qadağan olunmuşdur. Bundan sonra əkini əkmişlər. Öhdəliyə əsasən 20.000 manat mükafat 2023-cü ilin fevral ayının sonuna qədər verilməli imiş. İddiaçıdan mart ayının 5-nə qədər gözləməyini xahiş etmişlər ki, bütöv şəkildə pulu versinlər. Lakin həmin vaxtdan sonra iddiaçıya məlum olmuşdur ki, havaların istiləşməsinə qədər gəlib çıxdıqları üçün ona yalan vəd verilmişdir. Bu səbəbdən iddiaçı, ayrı-ayrılıqda vətəndaşların mediasiya işləri və məhkəmə qətnamələrinin icrası ilə bağlı işlərin aparılmasından imtina etmişdir. Halbuki pul mübahisələri ilə bağlı icra işlərinin icra edilməsi üçün iddiaçının alacağı faiz məbləği 20.000 manat məbləğdən çox ola bilərdi. xx.xx.2023-cü il tarixdə iddiaçı, hakimliyə namizədliyi üçün Məhkəmə-Hüquq Şurasından aldığı ərizə-anketə uyğun sənədləri toplayarkən əmək müqaviləsi bildirişini elektron formada çıxaranda ona məlum olmuşdur ki, cavabdeh MMC onun məlumatı olmadan əmək müqaviləsinə xitam vermiş, xitam səbəbi kimi də Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini göstərmişdir. xx.xx.2023-cü il tarixdən də prosedura uyğun olaraq tərəfə təklif göndərmişdir. Əlavə olaraq iddiaçıya həmin vaxt məlum olmuşdur ki, cavabdeh MMC iddiaçını dəfələrlə onun məlumatı olmadan işdən çıxarmış və yenidən işə bərpa etmişdir. İşdən çıxarma səbəblərindən birincisində qeyd edilmişdir ki, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İkinci müqaviləyə xitam səbəbi guya o olmuşdur ki, iddiaçı öz təşəbbüsü ilə ərizə yazaraq işdən çıxmışdır. Halbuki iddiaçı belə bir ərizə yazmamışdır. İddiaçıya işdən azad olunmaları ilə bağlı xəbərdarlıq edilməmiş, işdən azad olunması barədə əmrlərin surəti təqdim olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş əmrləri iddiaçı 4 saylı DOST mərkəzindən əldə etmişdir. Əmək kitabçası iddiaçıya təqdim olunmamışdır. Cavabdeh MMC tərəfindən işdən azad edilmələri ilə bağlı iddiaçının şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirən ifadələrin qeyd edilməsi, bundan əlavə həmin vaxt hakimliyə namizədliyini verə biləcəyi, hətta hakim ola biləcəyi arzusunun gerçəkləşməsinə ciddi maneə törədilməsi ilə iddiaçıya mənəvi zərər vurulmuşdur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC ilə cavabdeh arasında bağlanılmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrün iddiaçının əmək stajına əlavə edilməsini, MMC ilə iddiaçı arasında bağlanılmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini, MMC tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini, 50 manat mediasiya xərcinin 25 manat hissəsinin cavabdehd MMC-ən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən – cavabdeh MMC tərəfindən işçinin – iddiaçının öz xahişi ilə işdən azad edilməsi ilə bağlı ona müraciət etməsini təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. MMC tərəfindən iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsində əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Bu səbəbdən MMC-nin xx.xx.2022-ci il tarixli 14 saylı əmri ləğv edilməli və həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr iddiaçının əmək stajına əlavə edilməlidir. Bundan əlavə, qanunvericiliyin tələbindən göründüyü kimi işçinin – iddiaçının yol verdiyi səhvin onun "xxxx" xitam verilməsinə əsas təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh MMC tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, işəgötürənin – MMC-nin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, MMC tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsində əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Bu səbəbdən MMC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 15 nömrəli əmr ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunun tələbindən göründüyü kimi işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi əsası o zaman yaranır ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilsin və bu hal fərdi əmək mübahisəsi yaratmasın. Lakin hazırki işdə bu hal mövcud deyildir. Belə ki, iddiaçıya əmək haqqının ödənilməməsinin səbəbi onun işəgötürən – MMC tərəfindən işdən azad edilməsidir. Belə olan halda isə həmin müddətdə işəgötürən tərəfindən işçiyə əmək haqqı ödənilməməsi anlaşılandır. İşçi fərdi əmək mübahisəsi qaydasında məhkəməyə müraciət etdikdən sonra məhkəmə qətnaməsi əsasında işə bərpa edilərsə, eyni zamanda buraxılmış məcburi iş günləri üçün ödəniş də işçiyə işəgötürən tərəfindən ödənilir. Bu səbəbdən məhkəmə hesab edir ki, belə olan halda hazirki işdə gecikdirilmiş əmək haqqının hər gün üçün 1 faiz hesablanaraq iddiaçıya ödənilməsi üçün heç bir əsas mövcud deyildir. Rayon Məhkəməsi iddianın mənəvi ziyana görə cavabdehdən 15.000 manat pul vəsaitinin tutulması hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki iztirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.
8. İş üzrə cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.
10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni qismən, yəni iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın təmin edilməsi hissəsini mübahisələndirməmişdir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, iddiaçı, hüquqşünas vəzifəsinə MMC tərəfindən işə götürülmüşdür. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.
15. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, iddiaçı, hüquqşünas vəzifəsinə MMC tərəfindən işə götürülmüşdür. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.
16. MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 saylı əmrdən görünür ki, iddiaçı, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilmişdir.
17. MMC-nin xx.xx.2023-cü il tarixli, 15 saylı əmrindən görünür ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir.
18. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, MMC ilə iddiaçı arasında bağlanılmış "xxxx" Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr işçinin əmək stajına əlavə edilməli, MMC ilə iddiaçı arasında bağlanılmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, MMC tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
19. Cavabdeh MMC Rayon Məhkəməsinin bu nəticəsini mübahisələndirməmişdir.
20. Qeyd edilən tələblərlə yanaşı, iddiaçı həmçinin xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunan vaxta qədər əmək haqqının ödənilməsinin gecikdirilmiş hər günü üçün 1 faiz cərimə hesablanaraq ödənilməsi, istifadə olunmamış məzuniyyət günlərinin hesablanaraq əvəzinin ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun ödənilməsi tələblərini də irəli sürmüşdür.
21. İddianı qeyd edilən hissədə rədd etmiş Rayon Məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, qanunun tələbindən göründüyü kimi işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi əsası o zaman yaranır ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilsin və bu hal fərdi əmək mübahisəsi yaratmasın. Lakin hazırki işdə bu hal mövcud deyildir. Belə ki, işçiyə əmək haqqının ödənilməməsinin səbəbi onun işəgötürən tərəfindən işdən azad edilməsidir. Belə olan halda isə həmin müddətdə işəgötürən tərəfindən işçiyə əmək haqqı ödənilməməsi anlaşılandır. İşçi fərdi əmək mübahisəsi qaydasında məhkəməyə müraciət etdikdən sonra məhkəmə qətnaməsi əsasında işə bərpa edilərsə, eyni zamanda buraxılmış məcburi iş günləri üçün ödəniş də işçiyə işəgötürən tərəfindən ödənilir. Bu səbəbdən məhkəmə hesab edir ki, belə olan halda hazirki işdə gecikdirilmiş əmək haqqının hər gün üçün 1 faiz hesablanaraq iddiaçıya ödənilməsi üçün heç bir əsas mövcud deyildir.
22. Rayon Məhkəməsi iddianın mənəvi ziyana görə cavabdehdən 15.000 manat pul vəsaitinin tutulması hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki iztirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir.
23. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qanunsuz əmrlər verilməklə işçi işdən azad edilmişdirsə və bu səbəbdən işçinin əmək haqqısını vaxtında alması mümkün olmamışdırsa, bu hal ödəmənin işəgötürənin təqsiri üzündən gecikməsi anlamına gəlir. Rayon Məhkəməsinin işəgötürənin təqsiri məsələsinə yanaşması doğru deyil.
24. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
25. Əmək Məcəllənin 172-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
26. Odur ki, aylıq məbləği 500 manat olmaqla hesablanmış əmək haqqının ödənilibödənilməməsi, ödənilmədiyi təqdirdə ödənilməmiş əmək haqqının məbləğinin nə qədər təşkil etməsi, ödənilməmiş əmək haqqı məbləğinin gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla ödənilməli olan ümumi məbləğin nə qədər təşkil etməsinin, istifadə edilməyən məzuniyyət günlərinin sayı və istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyanın məbləğinin nə qədər təşkil etməsinin araşdırılması hazırkı mülki işin həlli üçün zəruridir. Lakin Rayon Məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.
27. Qeyd edilən xüsusatların araşdırılması məqsədi ilə Məhkəmə xx.xx.2023-cü il tarixli qərardad ilə hazırki mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir.
28. Qərardad icra edilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
29. Həmin qərardadla Məhkəmə həmçinin qərara almışdır ki, ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı iddiaçıya aid hesablanmış əmək haqqı barədə tabel-uçot vərəqələrinin, məzuniyyət əmrlərinin və son haqq-hesab arayışlarının əsli MMC-dən götürülsün. Həmin sənədlərin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi MMC-nin vəzifəli şəxslərinə tapşırılsın. Həmin sənədlər MMC-dən götürüldükdən sonra Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilsin. MMC-yə izah edilsin ki, əgər o, yuxarıda qeyd edilən sənədləri təqdim etməzsə, onda bu hal MPM-nin 97.5-ci maddəsinə əsasən onun ziyanına şərh edilə bilər.
30. Sənədlərin Məhkəməyə təqdim edilməsi hissəsində icra edilməsi üçün qərardad MMC-yə göndərilmiş, lakin MMC həmin sənədləri Məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli “ekspertizanın aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən ekspertizanın aparılmasından imtina edilərək iş Məhkəməyə qaytarılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məlumatında göstərilmişdir ki, iddiaçının cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış ödənilmiş əmək haqqı və əmək haqqıya əlavələr barədə məlumat (tam açıqlanması ilə vergilərə, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə tam və oxunaqlı şəkildə), hesablanmış əmək haqqı barədə tabel-uçot vərəqələri, məzuniyyət əmrləri, son haqq-hesab arayışları iş üzrə materialların təqdim edilməsi xahiş olunmuş, lakin vəsatət təmin olunmamışdır. Bu səbəbdən də ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır.
32. Yaranmış vəziyyəti nəzərə almış Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadda əks olunan məsələnin tədqiq edilib müvafiq rəy verilməsi üçün mülki işin bir daha Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini və MPM-in tələblərinin bir daha MMC-yə izah edilməsini qərara almışdır.
33. MMC, tələb olunan sənədləri Məhkəməyə təqdim etməmişdir.
34. Sənədlər MMC tərəfindən təqdim edilmədiyindən Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından bir daha imtina etmişdir.
35. Göstərilən vəziyyəti nəzərə alan Məhkəmə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə bir daha məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə etmişdir.
36. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən ekspertizanın keçirilməsi müstəqil (sərbəst) auditor X2 həvalə edilmişdir.
37. Auditor tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli FJSfbwuVQT nömrəli "xxxx" görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 9.357,14 manat hesablanmış (gross) əmək haqqı məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 11.000 manat hesablanmış (gross) əmək haqqı məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 25.105 manat 1 faiz gecikmə məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 35.205 manat 1 faiz gecikmə məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 526,32 manat məzuniyyət haqqı məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 641,45 manat məzuniyyət haqqı məbləği hesablanaraq ödənilməlidir.
38. Məhkəmə auditor tərəfindən verilmiş "xxxx" əsas tutaraq, habelə cavabdeh MMC-nin Məhkəmə tərəfindən MPM-nin 97.5-ci maddəsinin nəticələri barədə dəflərlə xəbərdar edilməsinə baxmayaraq zəruri sənədlərin Məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı olaraq 11.000 manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan cərimə olaraq 35.205 manat, istifadə olunmamış məzuniyyət günlərinin əvəzi olaraq 641,45 manat məbləğində pul cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
39. Məhkəmə iddiaçının mənəvi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində pul tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
41. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
42. Göstərilənləri nəzərə alan Məhkəmə iddiaçının mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçının barəsində əsassız olaraq işdən azad olunması barədə əmrlərin verilməsi, işdən azad olunmasının səbəbinin kobud pozuntu olaraq ifadə edilməsi - ona mənəvi əzab verən hallar kimi müəyyən edilir. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli və ağlabatan həddə - 500 manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. g) apelyasiyanın nəticəsi
43. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə əsassızdır. İşə baxmış Rayon Məhkəməsi həmin hissədə iddianı tam rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Çünki MPM-nin 385-ci maddəsinin tələbinə görə, yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır.
44. Bu nəticəyə gələn Məhkəmə hesab edir ki, auditor tərəfindən aparılmış tədqiqatın xərcinin dəyərini təşkil edən 1.500 manat məbləğində xərc cavabdeh MMC-yə aid edilməlidir.
45. Belə ki, müstəqil (sərbəst) auditor X5 tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4 saylı aktdan (habelə akta əlavə edilmiş müqavilədən və “Ödəniş hesabatından) görünür ki, auditor tərəfindən aparılmış tədqiqatın xərci 1.500 manat təşkil edir. Auditor ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1.000 manat məbləğində xərc iddiaçı tərəfindən auditora dərhal ödənilmiş, qalan 500 manat isə məhkəmə proseduru yekunlaşdıqdan sonra iddiaçı tərəfindən ödənilməlidir.
46. Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Ekspertlərə və mütəxəssislərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
47. Odur ki, MPM-in qeyd edilən tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, auditor tərəfindən aparılmış tədqiqatın xərcinin əvəzi olaraq 1.500 manat cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməlidir.
48. Bundan başqa, Məhkəmə, MPM-in qeyd edilən tələblərini, əmək mübahisəsi üzrə işçinin (iddiaçının) dövlət rüsumunu ödəməkdən azad olduğunu, işəgötürənin (cavabdehin) isə bu xərci ödəməkdən azad olmadığını, hazırkı qətnamə ilə cavabdeh MMC-dən iddiaçının xeyrinə cəmi 47.346,45 manat məbləğində pulun tutulmalı olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh MMC-dən dövlət nəfinə (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan “Dövlət rüsumlarının hesablanması kalkulyatorunun” göstəricisinə əsasən) 116,02 manat məbləğində pul tutulmalıdır.
49. Beləliklə göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. 01 iyul 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı olaraq 11.000 (on bir min) manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan cərimə olaraq 35.205 (otuz beş min iki yüz beş) manat, istifadə olunmamış məzuniyyət günlərinin əvəzi olaraq 641 (altı yüz qırx bir) manat 45 (qırx beş) qəpik, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, cəmi isə 47.346 (qırx yeddi min üç yüz qırx altı) manat 45 (qırx beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə iddia rədd edilsin. Hazırkı iş üzrə auditor tərəfindən aparılmış tədqiqatın xərcinin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən iş üzrə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 116 (bir yüz on altı) manat 02 (iki) qəpik məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Nəzərə alınsın ki, hazırkı iş üzrə Bakı Şəhər Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış "xxxx" Əmək Məcəlləsinin 68.2ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə 29 iyul 2022-ci il tarixli əmrin ləğv edilməsi və həmin tarixdən 12 avqust 2022-ci il tarixə kimi olan dövrün işçinin əmək stajına əlavə edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə 19 aprel 2023-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 50 manat mediasiya xərcinin 25 manat hissəsinin Cavabdehndən İddiaçı xeyrinə tutulması hissəsi hazırki iş üzrə apellyasiya baxışının predmeti olmamışdır. Hazırkı qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.