Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4011/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-dan İddiaçı dəymiş 20986,59 AZN maddi zərərin tam ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nın “Əcəmı-2” layihəsindən 10 fevral 2018-ci ildə 11/188/AİFK nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında ümumi dəyəri 176012 manat olan 3 otaqlı mənzili illik 7% olmaqla ipoteka yolu ilə əldə etmiş, mənzilin ödənişinin 35212 manat hissəsini nağd, qalan 140800 manat hissəsini isə bank tərəfindən ipoteka yolu ilə həyata keçirmişdir. Mənzilə 28 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi (DƏDRX) tərəfindən Reyestr nömrəsi **********21 05301-093019 olan Texniki Pasport verilmişdir. Bu zaman mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12 2012-ci ıl tarixli 07 saylı Qərarı “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi kimi rəhbəredici sənədlərə əsaslanaraq hesablanmışdır. Müqavilədən irəli gələn bütün öhdəliklərə onun tərəfindən bu günədək dəqiqliklə əməl olunmuşdur. Lakın MTK bəzi ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, satış zamanı MTK tərəfindən mənzilin ümumi sahəsinin hesablanması zamanı kobud səhvlərə yol verilmiş və nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. MTK mənzilin ümumi sahəsini 111.4 kv.m hesablayaraq ona satmışdır. DƏDRX-nin verdiyi çıxarışda isə mənzilin ümumi sahəsi 103 kv.m müəyyənləşdirilmişdir. Müqayisə etdikdə fərq 8.4 kv.m alınır. MTK nın qanunazidd hərəkətləri nəticəsində ona dəyən maddi zərər aşağıdakı kimidir: 13272 AZN- artıq hesablanmış 8,4 kv.m sahəyə görə ödəniş, 7584,59 AZN 13272 AZN ödənişə hesablanmış illik 7 faiz olmaqla 14 illik ipoteka faiz ödənişləri, 130 AZN- artıq hesablanmış 8,4 kv.m sahə üzrə 44 aylıq komunal ödəniş haqları. Ümumilikdə MTK tərəfindən ona ödənilməli məbləğ 20986,59 AZN təşkil edir. Bu tələblə bağlı MTK nın Əcəmi filialının direktoru Niftalı Məmmədov yoldaşa müraciət etmişdir. Ancaq dəfələrlə ofisə yaxınlaşıb xahiş etsə də, ona rəsmi cavab verməkdən imtina etmişlər, sadəcə şifahi qaydada biraz söhbət edib əsassız olaraq haqlı olduqlarını bildirmişlər. Ümumiyyətlə bu MTK-nın adı maliyyə qalmaqallarında çox hallanır. Məsələn: 1. Binanın zirzəmisi təyinatı üzrə (fövqəladə hallarda sakinlərin ümumi sığınacağı kimi) istifadə olunmaq əvəzinə qaraj adı ilə bölünərək müqavilə əsasında ayrı-ayrı sakinlərə yüksək məbləğlə satışa çıxarılır. 2. Binanın idarə olunması, onun rabitə, internet və televiziya ilə, təhlükəsizlik və digər xidmət növləri ilə təminatının öz monopoliyasında saxlaması. 3. "xxxx" MTK nın ünvanı və əlaqə vasitələri haqqında heç bir mənbədən məlumat almaq mümkün deyil (satış və reklam məqsədli telefon nömrəsindən başqa). Bu da onun leqal və qanuni fəaliyyətinə əsaslı şübhə doğuran faktlardan biridir.
3. Cavabdehin nümayəndəsi X8 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Xəzər İnşaat XXİ əsr ilə xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlamış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən 155 saylı mənzil ona satılmışdır. Həmin mənzilin dəyəri hər kv metri 1580 AZN olmaqla, cəmi 176012 AZN müəyyən edlmişdir. İddiaçı iddia edir ki, həmin mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin sahəsi 103 kv metrdir və mövcud olmayan 8.4 kv metr mənzil sahəsi üçün 20986.59 AZN pul cavabdehdən tələb edir. İddiaçının tələbi tam əsassızdır və ziddiyətlidir. Payçı müqviləsinin 2.1-ci bəndinə əsasən mənzilin faktiki (hesablaşma) sahəsi 111,4 kv m., 2.2 bəndinə əsasən isə mənzilin 1 kv m. 1580 manat müəyyən edilmişdir. İddiaçı X4 hazırki iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Belə ki, həqiqətən də İddiaçı ilə Xəzər İnşaat XXİ əsr MTK arasında 9 fevral 2018-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanmışdır. Tərəflər arasında bağlanmış 9 fevral 2018-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»dən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, «Sifarişçi» bu müqaviləni əsas tutaraq sifariş edir, «X10 XXİ əsr MTK ünvan 3 ünvanında yerləşən 155 saylı, 3 otaqlı mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndində isə müqavilənin qiyməti göstərilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən mənzil faktiki ümumi sahəsi 111.4 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 176012 AZN olmaqla dəyişməz olaraq qalır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 8.4 kv metr az olması və bununla bağlı olaraq ondan əsassız olaraq 8,4 kv metrə görə artıq pul alınması tamamilə əsassızdır. Anoloji iddia tələbləri ilə bağlı müqavilədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahə ölçülərində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. Müqavilənin şərtlərinə uyğun olaraq, hər iki tərəf arasında aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya əsasən mənzilin sahə ölçüləri və dəyəri layihə sxeminə uyğun olaraq müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi tələbləri tamamilə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının faktiki ümumi sahəsi- binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Bundan başqa, iddiaçı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda mənzilin sahəsinin 103 kv metr qeyd edildiyini bildirir. Bu fakt qəbul edilməzdir. Ona görə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təerəfindən mənzilin sahə ölçüsü düzgün hesablanmamışdır. Analoji işlərlə bağlı Məhkəmələr tərəfindən məhkəmə tikinti texniki rtizası təyin edilmiş, həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi si tərəfindən verilmiş çıxarışda göstərilən sahə ölçüsü ilə, mənzilin faktiki ilçüsü arasında fərq mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən eyni sahəyə və eyni layihəyə məxsus mənzillərə dair verdiyi çıxarışlarda da fərqlər mövcuddur. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, İddiaçı oğlu hazırkı iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qarşı 20986.59 AZN maddi zərərin iddiaçıya ödənilməsi tələbinə dair iddiasının tamamilə əsassız olması səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan İddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək bildirilmişdir ki, cavabdehin etirazını başdan ayağa qədər oxuyanda görünür ki, cavabdeh tərəfin istinad etdiyi heç bir qanunvericilik aktı yoxdur. Etiraz tamamilə ümumi söz yığınından başqa heç bir mahiyyət daşımır. O, iddia ərizəsində Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı Qərarı “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi kimi rəhbəredici sənədlərə əsaslanmışdır. Bu qanunlar tikinti fəaliyyətı ilə məşğul olan bütün MTK-lar üçün rəhbəredici sənəddir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti (DƏDRX) də bir mötəbər Dövlət qurumu olaraq bu məsələdə maraqlı tərəf deyil və mənzilə çıxarış hazırlayıb verərkən məhz bu qaydaları əsas götürür. Ancaq MTK maddi maraqlarını üstün tutaraq qanunları qulaqarına vurur. Cavabdeh şəxs özü bildirir ki, onların inşa edərək satışa çıxardığı bütün mənzillərin ölçülərində DƏDRX tərəfindən sənədləşdırilərkən əhəmiyyətli fərq ortaya çıxır. Bəs elədirsə niyə bu qanunsuz əməllərinə son qoymurlar, fəaliyyətlərini qanunlar əsasında qurmurlar, vətəndaşları daim aldadırlar. Hər dəfə də məhkəmələrdə üzləşib haqsız çıxırlar. Bütün vasitələrlə vaxt uzadıb vətəndaşlara həm maddi həm də mənəvi ziyan vururlar. Bunlar artıq bu cür məsələlərlə bağlı üzləşəcəkləri saysız-hesabsız məhkəmə iclaslarına hazırlıqlı və təcrübəli formada gəlirlər və şablon üzrə hərəkət edərək məhkəməni əhəmiyyətsiz araşdırmalara cəlb edib, prosesi bacardıqca uzatmağa səy göstərirlər. Əgər bunların dediyi kimi DƏDRX mənzillərin ümumi sahələrini həmişə səhv hesablayırsa, onda necə olur ki, həmişə azaldılmış rəqəm alınır. Onda müvafiq qurumla məsələrini öz aralarında birdəfəlik niyə həll etmirlər. Cavabdeh qeyd edir ki, payçı müqaviləsində mənzilin 1 kv mnin qiyməti-1580 AZN və mənzilin ümumi sahəsi 1114 kv.m. olaraq göstərilmişdir. Bəli, onlar müqavilə imzalayarkən hələ tikilməkdə olan mənzilin qiyməti və ümumi sahəsi kimi rəqəmlərdə razılaşmışlar. Onun da şikayəti elə mənzilin müqaviləsindəki faktlardan yox, hazır olduqdan sonra onun ümumi sahəsinin müqaviləyə və mənzilin sxeminə uyğun gəlməməsindən ibarətdir. Ancaq cavabdeh şəxs təqdim etdiyi “etiraz”da heç bir qanuna əsaslanmır və onun irəli sürdüyü tələblərin tamamilə əsassız və qanunsuz olduğunu dəfələrlə təkrarlayır. Məhkəməni sanki məntiqsiz fikirləri ilə həqiqətən yayındırmağa çalışır. Yuxarıda qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir.
5. Daha sonra İddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək bildirilmişdir ki, ekspertin rəyində mənzilin ümumi sahəsi 103.4 kv.m. müəyyən olunaraq göstərilmişdir. Bu rəqəmin onun iddiasından (103 kv.m) 0.4 kv.m artıq (103.4kv.m) olduğunu nəzərə alaraq ona dəymiş maddi zərəri dəqiqləşdirmək və cavabdehə qarşı pul tələbimi yeniləmək istəyir. MTK mənzilin ümumi sahəsini 111.4 kv.m hesablayaraq ona satmışdır. Ekspert rəyində isə 103.4 kv.m müəyyən olunmuş və göstərilmişdir. Müqayisə etdikdə fərq 8.0 kv.m. alınır. MTK-nın qanunazidd hərəkətləri nəticəsində ona dəyən maddi zərər aşağıdakı kimidir: 12640 AZN- artıq hesablanmış 8,0 kv.m sahəyə görə ödəniş, 7223,42 AZN- 12640 AZN ödənişə hesablanmış illik 7 faiz olmaqla 14 illik ipoteka faiz ödənişləri, 166.4 AZN- artıq hesablanmış 8,0 kv.m sahə üzrə 52 aylıq komunal ödəniş haqları. Ümumilikdə MTK tərəfindən ona ödənilməli məbləğ 20029,82 AZN təşkil edir. Qeyd olunanlara əsasən "xxxx" MTK-dan ona dəymiş maddi zərərin tam ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Nəsimi Rayon Məhkəməsinin 2(006)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, göstərmişdir ki, ekspert rəyində mənzilin həm ümumi sahəsi həm də faktiki sahəsi müəyyən olunaraq göstərilmişdir. Ümumi sahə - 103.4 kv.m, faktiki sahə isə 106.8 kv.m göstərilib. Onların məsələsində “mənzilin faktiki sahəsi” anlayışı heç bir əhəmiyyət daşımır, bu kəmiyyət yalnız tikinti subyektlərinə aid texniki bir göstəricidir. Mübahisə obyekti olan və alqı-satqı müqaviləsində yalnız “mənzilin ümumi sahəsi” ifadəsindən istifadə olunur. Məhkəmə ekspertizası müəyyən edib ki, mənzilin ümumi sahəsi 111.4 kv m. olmalı olduğu halda 103.4 kv. m. təşkil edir və aradakı fərq 4.6 kv.m. yox 8 kv.m. təşkil edir. Eyni zamanda Məhkəmə Ekspertizasının verdiyi rəyə yox, cavabdehin təqdim etdiyi analoji məhkəmə aktlarını, özfəaliyyətlə məşğul olan qeyri-peşəkar alternativ ekspert rəylərini əsas göstərmişdir. Digər tərəfdən cavabdeh iddia müddətini müqavilə imzaladığı gündən məhkəmədə iddia qaldırdığı günə qədər hesablayır və iddia müddətinin bitdiyini iddia edir. Mənzilin alqı-satqı müqaviləsi 2018-ci ilin fevral ayının 9-da imzalanmışdır. 5 il 4 ay müddət keçəndən sonra, yəni 2023-cü ilin iyun ayının 16 da məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Buradan görünür ki, hətta cavabdehin hesablamaları ilə götürülsə belə 6 illik iddia müddəti bitməmiş olur. Həmçinin 2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətdən tərxis olunduqdan sonra mənzilin çıxarışını təhvil alarkən mənzilin ümumi sahəsinin 111.4 kv.m. yox, 103 kv.m. olduğunu bilmişdir. Bu fakta əsaslanaraq iddia müddətinin başlanğıcını 2019-cu ilin dekabr ayının 19-u götürülə bilər. Eyni zamanda iddia ərizəsində qeyd etmişdir ki, bu müqavilə notarial qaydada təsdiq edilmədiyinə görə mahiyyət daşımır və ümumiyyətlə əsas götürülə bilməz. Qanuni qüvvədə olan müqavilə iddiaçı-bank və MTK arasında olan 11/188/AİFK nömrəli, 10 fevral 2018-ci il tarixli üçtərəfli “mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsi”dir. İşə baxarkən bu müqavilə əsas götürülməlidir. Məhz bu müqavilədə tikilib qurtardıqdan sonra mənzilin ümumi sahəsinin 111.4 kv.m. olmayacağına dair heç bir qeyd yoxdur və MTK məhz bu müqavilənin 2.2.2. 2.2.2.2. bəndlərini pozaraq binanın istismarına icazənin və mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reystrindən çıxarışın alınmasını 31 dekabr 2018-ci il tarixədək təmin edilməsini 10 ay gecikdirmişdir. Müqavilə öhdəliklərinin icra müddətini yalnız ona mənzilin çıxarışını təqdim etməklə bitirmiş olan MTK necə olur ki, iddia müddətini müqaviləni imzaladığı gündən hesablayır. Bununla yanaşı məhkəmədə iddia qaldırmazdan əvvəl 2023-cü il 30 martda "xxxx" MTK-ya bu barədə ərizə təqdim etmişdir və MTK 3 aya yaxın vaxt uzadaraq yazılı cavab verməmişdir. MTK nın məsuliyyətdən yayınmaq üçün vaxt uzatdığını bildikdə məhkəmədə iddia qaldırmışdır. Nəzərə almaq lazımdır ki, MTK-ya ərizə verməklə iddia müddətinin axımı dayanmışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Bildirdi ki, mənzili əldə edərkən vaxt baxımından onun sahəsini yoxlamaq imkanı olmamış, yalnız 2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətdən tərxis olunduqdan sonra mənzilin çıxarışını təhvil alarkən mənzilin ümumi sahəsinin müqaviləyə uyğun olmadığını bilmişdir. Eyni zamanda bildirdi ki, birinci müqavilə notarial qaydada təsdiq edilmədiyinə görə mahiyyət daşımır və ümumiyyətlə, əsas götürülə bilməz. Mənzil “Yeganə” Şadlıq Sarayının yaxınlığında yerləşir. Mənzili alarkən mənzilin bir kvadrat metrinin dəyəri 1580 manat olmuşdur. Bundan başqa, rayon məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyə yox, cavabdehin təqdim etdiyi analoji məhkəmə aktlarını, özfəaliyyətlə məşğul olan qeyri-peşəkar alternativ ekspert rəylərini əsas göstərmişdir. Onun tərəfindən iddia edilən müddət ötürülməmişdir, o, həmin müddətdə hərbi xidmətdə olmuşdur, rayon məhkəməsi bu halı nəzərə almamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi S.Əliyev apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı təhsilli olmaqla müqavilə bağlayarkən müqavilə şərtləri ilə ətraflı tanış olmuş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtləri ilə tanış olmuş və onları qəbul edərək razılaşmış, həmin müqavilədə iddiaçıya veriləcək mənzilin sahəsinin hesablanması qaydası aydın şəkildə öz əksini tapmış, iddiaçıya təqdim olunan mənzilin sahəsi müqavilə şərtlərinə tam uyğunluq təşkil edir, sonuncu ekspert rəyi də bunu təsdiq etmişdir, iddiaçı özü də bunu bilir, sadəcə olaraq MTK-nın hesabına əsassız pul əldə etmək istəyir, bu isə mümkünsüzdür, iddiaçı iddia müddətini də ötürmüşdür, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
10. «Kooperativ» qismində Cavabdeh MTK ilə «Payçı» qismində İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsindən görünür ki, «MTK» pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllədə tikilməkdə olan 2-ci blok, 7-ci (B) mərtəbə, 155 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). «Payçı» bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllədə tikilməkdə olan 2-ci blok, 7-ci (B) mərtəbə, 155 №-li, 3 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri «MTK»-ya ödənilməsini və həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. (bənd 1.2). Mənzilin ümumi sahəsi 114.4 kv.m təşkil edir. (bənd 2.1). Mənzilin ümumi dəyəri 176012 AZN təşkil edir. (bənd 2.2).mənzilin ümumi sahəsinə yaşayış, yardıççı balkon sahələri, əlavə №2-də göstərilən sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələr(beton daxildir), (bənd2.4.) «Payçı» xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda balkon və digər sahələr qeyd edilməyə bilər. (bənd 8.6).
11. «Satıcı» qismində "xxxx" MTK ilə «Alıcı-İpoteka qoyan» qismində İddiaçı və «İpoteka saxlayan» qismində «NBCBANK” ASC-nin Nəsimi filialı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 11/188/AİFK mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı, ünvan 4 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05***-*******9 olan Hüquqların qabaqcadan qeydiyyatıbarədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzil haqqında aşağıdakı məlumatlar mövcuddur: mənzilin nömrəsi: 5, ümumi sahə: 111.4, yaşayış sahəsi: 68,5, otaqların sayı: 3, yerləşdiyi binanın mərtəbəliyi: 16. (bənd 1.2)Mənzilin satış qiyməti 176012 manatdır, mənzilin dəyərinin 35212 manat məbləğində olan hissəsi alıcıipoteka qoyanın özü tərəfindən, 140800 manat məbləğində olan hissəsi isə kreditoripoteka saxlayan və alıcı-ipoteka qoyana rasında Bakı şəhərində bağlanmış xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş krediti vəsaiti hesabına ödənilir.(bənd1.4).
12. AzərbaycanRespublikasıƏmlakMəsələləriDövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,70 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev245, mənzil 25 X1 mülkiyyətindədir.
13. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş X2 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsində görünür ki, "xxxx" MTK ilə X9 arasında bağlanmış ********* nömrəli, xx.xx.2017-ci il tarixli payçı müqaviləsinin şərtlərinə müvafiq olaraq, "xxxx" MTK tərəfindən inşa olunmuş ünvan 3 ünvanında yerləşən 134 saylı, 3 otaqlı mənzilin faktiki sahəsinin, müqaviləyə əlavə edilmiş 111.4 kv.m mənzilin lahiyəsinə uyğun olduğu müəyyən edilmişdir.
14. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı aparılmış ölçü işləri nəticəsində mənzilin ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir: 1.dəhliz (giriş hissə) 9.7 m2 2. sanitar qovşaq (faktiki olaraq texniki otaq kimi istifadə edilən) 1.7 m2 3.sanitar qovşaq 4.8 m2 4. mətbəx 17.9 m2 5. yaşayış otağı 13.7 m2 6. yaşayış otağı 17.8 m2 7. yaşayış otağı 34.8 m2 8. balkon 0.84 m2 (2.80m2 x0.3) 9. locia 1.8 m2 (3.6 m2 x 0.5). Cəmi: faktiki–106.8 m, ümumi–103.4 m2.
15. Aparılmış tədqiqat nəticəsində ünvan 5 ünvanında yerləşən 155 saylı mənzilin faktiki sahəsinin 106.8 kv.m, ümumi sahəsinin isə (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndində qeyd olunan azaltma əmsalları tətbiq edilməklə 103.4 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. ünvan 3 ünvanında yerləşən 155 saylı mənzilin faktiki sahəsinin 106.8 kv.m, ümumi sahəsinin isə 103.4 kv.m təşkil etdiyini nəzərə alaraq həmin mənzilin faktiki və ümumi sahəsinin mülki iş materiallarında olan, mübahisə predmetini təşkil edən mənzilə dair tərtib edilmiş eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir.
16. X2 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsində görünür ki: rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 09 fevral 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsinin (sualda xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi kimi əks olunmuşdur) 2.4-cü bəndinə (həmin bənd üzrə mənzilin ümumi sahəsinə yaşayış, yardımçı balkon sahələri, əlavə № 2-də göstərilən sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir) əsasən, "xxxx" MTK tərəfindən inşa olunmuş, ünvan 3 ünvanında yerləşən 155 saylı, 3 otaqlı mənzilin sahəsinin, müqaviləyə 2№-li əlavədə əks edilmiş 111,4 m² sahəyə uyğun olduğu müəyyən edilir. Bununla yanaşı İddiaçı məxsus 155 saylı mənzilin ümumi sahəsinin müqaviləyə 2 nömrəli əlavəyə uyğun olması nəzərə alınaraq qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
28. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
29. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
32. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi yenidən, lakin başqa əsasla rədd edilməlidir.
34. Belə ki, iddiaçı bildirir ki, o, "xxxx" MTK ilə xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 111.4 kv.m. olan mənzili almış və xx.xx.2019-cu il tarixdə iddiaçı mənzilə dair çıxarış əldə edərkən ümumi sahənin ölçüsündə fərqin yarandığını görmüşdür.
35. Hazırda iddiaçı mənzilin bağladığı müqavilə üzrə qeyd ediləndən 8,0 kv.m az olduğunu iddia edərək artıq ödənilmiş pulu, hesablanmış illik 7 faiz olmaqla 14 illik ipoteka faiz ödənişləri və artıq hesablanmış 8,0 kv.m sahə üzrə 52 aylıq kommunal ödəniş haqlarını tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirir ki, iddiaçıya verilən mənzilin sahəsi müqaviləyə uyğun olmuşdur, eləcə də iddiaçı tərəfindən müddət ötürülmüşdür.
36. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilədən az olmuş (111.4- 106.8= 4.6 kv.m sahə), bu da nəticədə artıq ödənişə səbəb olmuşdur. Lakin məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini nəzərə alaraq hesab etmişdir ki, müddət tətbiq olunmaqla hazırkı iddia rədd olunmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə məhz iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməsi düzgün olmamışdır.
38. Belə ki, iddia tələbi iddia müddətinin tətbiq edilməsi əsası ilə deyil, məhz iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin 111.4 kv.m. olması göstərilmişdir, iddiaçı isə ümumi sahənin ölçüsü ilə müqavilədə göstərilən sahə arasında 8.0 kv.m fərq olmasını bildirir.
40. Birinci instansiya məhkəməsinin baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı aparılmış ölçü işləri nəticəsində mənzilin ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir: 1.dəhliz (giriş hissə) 9.7 m2 2. sanitar qovşaq (faktiki olaraq texniki otaq kimi istifadə edilən) 1.7 m2 3.sanitar qovşaq 4.8 m2 4. mətbəx 17.9 m2 5. yaşayış otağı 13.7 m2 6. yaşayış otağı 17.8 m2 7. yaşayış otağı 34.8 m2 8. balkon 0.84 m2 (2.80m2 x0.3) 9. locia 1.8 m2 (3.6 m2 x 0.5). Cəmi: faktiki–106.8 m, ümumi–103.4 m2.
41. Aparılmış tədqiqat nəticəsində ünvan 5 ünvanında yerləşən 155 saylı mənzilin faktiki sahəsinin 106.8 kv.m, ümumi sahəsinin isə (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndində qeyd olunan azaltma əmsalları tətbiq edilməklə 103.4 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. ünvan 3 ünvanında yerləşən 155 saylı mənzilin faktiki sahəsinin 106.8 kv.m, ümumi sahəsinin isə 103.4 kv.m təşkil etdiyini nəzərə alaraq həmin mənzilin faktiki və ümumi sahəsinin mülki iş materiallarında olan, mübahisə predmetini təşkil edən mənzilə dair tərtib edilmiş eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir.
42. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş X2 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MTK ilə X9 arasında bağlanmış ********* nömrəli, xx.xx.2017-ci il tarixli payçı müqaviləsinin şərtlərinə müvafiq olaraq, "xxxx" MTK tərəfindən inşa olunmuş ünvan 3 ünvanında yerləşən 134 saylı, 3 otaqlı mənzilin faktiki sahəsinin, müqaviləyə əlavə edilmiş 111.4 kv.m mənzilin lahiyəsinə uyğun olduğu müəyyən edilmişdir.
43. Göründüyü kimi, təqdim edilmiş iki ekspert rəyi arasında ziddiyyətlər mövcuddur. Birinci instansiya məhkəməsi isə təkrar ekspertiza təyin edilməsi barədə cavabdeh tərəfin vəsatətini rədd etməklə qeyd olunan ziddiyyəti aradan qaldırmamışdır.
44. İddiaçıya verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olubolmamasının müəyyən edilməsinin iş üçün əhəmiyyətli olması nəzərə alınmaqla, həmçinin işin obyektiv həllinə nail olmaq üçün apellyasiya baxışı zamanı qeyd olunan rəylər arasında olan ziddiyyətin aradan qaldırılması məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
45. X2 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki: rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 09 fevral 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsinin (sualda xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi kimi əks olunmuşdur) 2.4-cü bəndinə (həmin bənd üzrə mənzilin ümumi sahəsinə yaşayış, yardımçı balkon sahələri, əlavə № 2-də göstərilən sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir) əsasən, "xxxx" MTK tərəfindən inşa olunmuş, ünvan 3 ünvanında yerləşən 155 saylı, 3 otaqlı mənzilin sahəsinin, müqaviləyə 2№-li əlavədə əks edilmiş 111,4 m² sahəyə uyğun olduğu müəyyən edilir. Bununla yanaşı İddiaçı məxsus 155 saylı mənzilin ümumi sahəsinin müqaviləyə 2 nömrəli əlavəyə uyğun olması nəzərə alınaraq qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır.
46. İddiaçı tərəf həmin rəyə etiraz edərək qeyd etmişdir ki, məhkəmə ekspertiza qərardadında xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə istinad etmiş, lakin ekspert isə xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmişdir, bu baxımdan rəy əsaslı ola bilməz.
47. Kolegiya qeyd edir ki, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əlavəsidir. Tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin mənzilin sahəsi barədə müfəssəl razılığa gəlmişlər, qərardadda müqavilənin tarixinin “09” rəqəmi əvəzinə “10” rəqəminin göstərilməsi texniki yanlışlıq olmaqla, əhəmiyyətsizdir və bu, iddiaçının qeyd etdiyi hallara əsas ola bilməz.
48. Məhkəmə kollegiyası qeyd olunan rəyə münasibətdə bildirir ki, həmin rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir, eyni zamanda rayon məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələri ilə mənzilin ümumi sahəsində müqavilədə göstərilən sahə arasında fərq olması müəyyən edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş rəydə belə bir fərq olması müəyyən edilməmiş, apellyasiya baxışı zamanı isə həmin ziddiyyətlər aradan qaldırılmış və təqdim edilmiş rəy sübut kimi qəbul edilməlidir.
49. Qeyd olunanlara əsasən müəyyən edilir ki, "xxxx" MTK tərəfindən inşa olunmuş, ünvan 3 ünvanında yerləşən 155 saylı, 3 otaqlı mənzilin sahəsi tərəflər arasında olan müqaviləyə 2№-li əlavədə əks edilmiş 111,4 m² sahəyə uyğun olmuşdur.
50. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.1018-ci il tarixli müqavilədə mənzilin ümumi sahəsinin hesablanması qaydası müfəssəl olaraq aşağıdakı kimi müəyyən edilmişdir: mənzilin ümumi sahəsinə yaşayış, yardımçı balkon sahələri, əlavə №2-də göstərilən sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələr (beton daxildir), (bax, xx.xx.2018-ci il tarixli müqavilə, bənd 2.4.) Həmçinin də həmin müqavilədə «Payçı» xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda balkon və digər sahələr qeyd edilməyə bilər. (bax, xx.xx.2018-ci il tarixli müqavilə, bənd 8.6).
51. Belə olan halda aydın olur ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olmuş, hər hansı fərqin olması müəyyən edilməmişdir. Rayon məhkəməsi isə qətnamə qəbul edərkən tərəflər arasında bağlanmış etibarlı müqavilənin olmasını, həmin müqavilə ilə mənzilin ümumi sahəsinin hesablanmasının qaydasının aydın şəkildə müəyyən edildiyini nəzərdən qaçırmış, nəticədə də iddianı düzgün olmayan əsasla rədd etmişdir.
52. Oxşar mübahisələr üzrə işlərlə bağlı oturuşmuş məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əldə edilən (istər yaşayış, istərsə də, qeyri-yaşayış olsun) səhənin ölçüsünün hesablanması qaydası tərəflər arasında bağlanmış müqavilə ilə tənzimləndikdə, mübahisə halında müqavilə ilə müəyyən olunmuş ölçü qaydası, tərəflər müqavilədə belə bir qayda müəyyən etmədikdə isə qanunvericiliklə müəyyən edilmiş ölçü qaydası tətbiq edilir. Belə yanaşma həm də MM-in 390-cı maddəsinin tələbindən irəli gəlir. Hazırkı işdə də müəyyən olunmuşdur ki, iddiaçıya verilən mənzilin ümumi sahəsinin hesablanması qaydası tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndində müfəssəl olaraq, çox aydın şəkildə müəyyən edilmiş, əlavə olaraq da müqavilənin 8.6-cı bəndində mənzilə çıxarışın alınması zamanı fərqli hesablanmadan istifadə edilə biləcəyi barədə iddiaçı xəbərdar da edilmişdir.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə deyil, məhz əsassız olması səbəbindən təmin edilə bilməz. Çünki iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır, belə olan halda isə iddia müddətinin tətbiq edilməsinə zərurət olmamışdır. Nəzərə almaq lazımdır ki, iddia müddəti yalnız keçərli olan, başqa sözlə desək, əsaslı olan iddialara münasibətdə tətbiq edilməlidir, əsassız olan iddia tələbi, elə məhz əsassız olması səbəbindən təmin edilmir, öz-özlüyündə əsassız olan iddiaya iddia müddətinin tətbiqi yolverilməzdir.
54. Məhkəmə kollegiyası iddiaçının məhkəmənin əsas müqavilə kimi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli deyil, xx.xx.2018-ci il tarixli müqavilənin əsas götürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının bu mülahizəsi əsassız olmuşdur. Belə ki, mülki işin materiallarında olan müqavilələrdən də müəyyən olunur ki, tərəflər ilk olaraq mənzilin əldə olunmasına dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlamış, həmin müqavilə ilə mənzilin qiyməti, ümumi sahəsi, ümumi sahənin hesablanması qaydası, ödəmənin qaydası və müqavilənin sair mühüm şərtləri barədə razılığa gələrək onu imzalamışlar. İddiaçıya veriləcək mənzilin sahəsinin hesablanması qaydasını tərəflər məhz həmin müqavilədə müəyyən etmişlər. İddiaçının istinad etdiyi xx.xx.2018-ci il müqavilə isə yalnız tərəflərin ilk müqavilədə müəyyən edikləri mənzilin dəyərinin ipoteka qaydasında maliyyələşməsini tənzimləyir. Həmin müqavilənin 1.2.2 və 1.2.3-cü bəndlərində də müvafiq olaraq mənzilin ümumi sahəsi 111.4 kv.m., yaşayış sahəsinin isə 68.5 kv.m.qeyd olunmuşdur ki, bu da xx.xx.2018-ci il tarixli müqavilədə razılaşdırılmış ölçülərə tam uyğundur.
55. Beləliklə, iddiaçıya verilən mənzil sahəsinin müqavilədə göstərilən sahə ilə eyni olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi məhz onun əsassız olmasına görə təmin edilə bilməz.
56. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:
57. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
59. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddır.
60. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi baxışı ekspertiza təqdiqatının aparılmasına görə 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc iddiaçıdan tutularaq X2 hesabına köçürülməlidir.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Birinci instansiya məhkəməsi baxışı ekspertiza təqdiqatının aparılmasına görə 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi (SAP (XİİS) hesabı X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 VÖEN **********, Hesab AZ34CTRE********************) hesablaşma hesabına ödənilsin. Apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc X2 hesabına (VÖEN: **********, İBAN: AZ94BRES**********474602201, "xxxx" ASC-nin “Nərimanov” filialı, kodu: 513489, M/h: AZ80NABZ********************, SWİFT:BRESAZ22) İddiaçı tutularaq köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.