Məhkəmə qərarları › İş №2(103)-4012/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4012/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4012/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası “X9 və Maşınqayırma” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” TASC-yə (Azərbaycan Respublikası “X9 və Maşınqayırma” ASC- yə) qarşı “əmək haqqı, istifadə edilməyən məzuniyyətlərin və son haqq hesabın hesablanaraq pul əvəzi ilə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3592/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “X9 və Maşınqayırma” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999-cu və 2018-ci illərin istifadə etmədiyi əmək məzuniyyətlərinin hesablanaraq pul əvəzi ilə ona ödənilməsi barədə qətnamə çıxarılmasnını xahiş etmişdir. Birinci instansiya məhkəməsində əmək kitabçasının təsdiq edilmiş surəti (iş.səh.8), Azərbaycan Respublikası "X9 və Maşınqayırma” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01/103 saylı arayışı (səh.38) sübut kimi təqdim edilmişdir. Arayışda qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci ildə xitam verilmişdir. İddiaçı həmin Cəmiyyətdə mühafizə şöbəsinin rəisi vəzifəsində işləmişdir və son 12 ay ərzində onun vəzifə maaşı 170 manat təşkil etmişdir. 2018-ci ilin iyun ayı üzrə əmək haqqı İddiaçı ödənilmişdir. Sonuncu işlədiyi müddət ərzində 19 il 7 aya görə əmək məzuniyyətlərindən istifadə etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərzkəzinin verdiyi 19434 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” TASC-də işlədiyi dövrdə əmək məzuniyyətinə görə 3304.93 manat məbləğində pul vəsaiti ödənilməldir (səh.33). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3592/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” TASCdən (Azərbaycan Respublikası "X9 və Maşınqayırma” ASC-dən) 1999-cu və 2018-ci illərin istifadə etmədiyi əmək məzuniyyətinın əvəzi olaraq hesablanmış 3304.93 manat pul məbləği İddiaçı xeyrinə tutullması və ekspertiza tədqiqatının dəyəri olan 50 manat "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” TASC-dən (Azərbaycan Respublikası "X9 və Maşınqayırma” ASC-dən)alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2, 172.5, 294.4; Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və sonuncu məhkəməyə hazırkı iddia tələbi ilə xx xxxxx 2019-cu ildə, yəni bir illik iddia müddəti ərzində müraciət etmişdir. Cavabdeh işin bu halını öz ərizəsində qeyd etsə də, bunu nədənsə əsassız olaraq iddia müddətinin keçməsi kimi qiymətləndirmişdir. Sadalanan xüsusatlardan və qanunvericilik aktı normasından görünür ki, iş üzəri iddia müddəti keçməmişdir. Ona görə məhkəmə cavabdehin ərizəsini qanuni hesab etmir iddia tələbinin qanuni əsası mövcuddur və əsaslı olduğundan təmin olunmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3592/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 60.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bütün faktiki hallarını nəzərə alıb onları düzgün qiymətləndirməmiş, hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmə tərəfindən iş üzrə tam, obyektiv, hərtərəfli araşdırılma aparılmamış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “X9 və Maşınqayırma” ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin düzgün araşdırma aparmadığını, şəxsin iddia müddətini ötürdüyünü, “X9 və Maşınqayırma” ASC Cəmiyyət kimi yeni formalaşdığını, əvvəllər özəl qurum olduğunu, bu səbəblə də Cəmiyyətin əvvəllər baş vermiş bu vəziyyətə görə cavabdeh olmadığını bildirmişdir. . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, maddi məcburiyyətlə bağlı məzuniyyət hüququndan istifadə edə bilmədiyini, məzuniyyətə çıxmaqla bağlı nə onun nə də müəssisənin tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəlləsinin nin 10, 54,83, 110, 131,134, 135, 143,144, 287- 292, 296, 299; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, və apellyasiya əsassız olduğundan onun üçün çəkilən məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Qeyd edilməlidir ki, cavabdehin özünün təqdim etdiyi arayışla İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci ildə xitam veril, son 12 ay ərzində onun vəzifə maaşının 170 manat təşkil etdiyi, 19 il 7 aya görə əmək məzuniyyətlərindən istifadə etmədiyi göstərilmiş, ekspert rəyi ilə də məbləğ müəyyən edilmişdir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X9 və Maşınqayırma” ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3592/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar