Məhkəmə qərarları › İş №2(103)-4012/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4012/2024

10.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4012/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə İclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X6rşı "əmrin ləğv edilməsi, işə bərpa və əməkhaqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)-1624/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.1988-xx.xx.1989-cu il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim interna, xx.xx.1989-xx.xx.1994-cü il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim, xx.xx.1994-xx.xx.2007-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Bölmə müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildə müvəqqəti olaraq operativ və hospitalizasiya işlərin təşkili üzrə Baş Həkimin müavini vəzifəsinin icrası həvalə edilmişdir. xx.xx.2007-ci ildə Baş həkimin operativ və hospital işlər üzrə müavin vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə daimi dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş, xx.xx.2015-ci il tarixində "Bakı şəhər Təcili və X1 Stansiyası" X10də Baş həkim vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tuduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 "Bakı şəhər Təcili və X1 Stansiyası" X8 direktor təyin edilmiş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı 14 dekabr 2023-cü il tarixli əmrin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini və əməkhaqqını cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçını işdən azad edilməsi barədə xx.xx.2023-ci il tarixli əmri ləğv edilməsi, İddiaçı 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1977-ci ildə Azərbaycan Neft-Kimya Zavodu təmir-tikinti trestində maşinist köməkçisi olaraq başlamışdır. 1980 -1981-ci ildə Azərbaycan Tibb Universitetinin hazırlıq kurslarından keçdikdən sonra 1981-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olmuşdur. xx.xx.1988-xx.xx.1989-cu il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim interna, xx.xx.1989-xx.xx.1994-cü il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim, xx.xx.1994-xx.xx.2007-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Bölmə müdiri, xx.xx.2007-xx.xx.2011-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Baş həkimin (operativ və hospital işlərin təşkili üzrə) müavini, xx.xx.2011 xx.xx.2015-ci il tarixlərdə Bakı şəhər Baş Səhiyyə İdarəsində Rəis müavini, xx.xx.2015 xx.xx.2022-ci il tarixlərdə "Bakı şəhər Təcili və X1 Stansiyası" X10də Baş həkim, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə (əmək müqaviləsinə əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam verilməsinə) qədər "Bakı şəhər Təcili və X1 Stansiyası" X10də Direktor vəzifələrində çalışmışdır. Əmək fəaliyyəti müddətində təxminən 35 il fasiləsiz olaraq eyni strukturda işləmişdir. Əmək fəaliyyəti müddətində xx.xx.2011-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29cu maddəsinə uyğun olaraq daimi dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Həmçinin əmək fəaliyyəti dövründə Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci ildə "Fəxri Fərman" , xx.xx.2015-ci ildə "Səhiyyə əlaçısı", YAP xx.xx.2007-ci ildə "Fəxri Fərman", Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2010-cu ildə "Azərbaycan Respublikasının Yubiley medalı", xx.xx.2020-ci ildə "Əməkdaşlığa görə döş nişanı" ilə təltif olunmuşdur. 2021-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2021-ci il tarixli 2692 nömrəli Sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür. İddiaçı ilə sonuncu bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi müddətli olaraq (3 ay müddətinə) bağlanmış (buna qədər isə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə əsasən müddətsiz əmək münasibətləri mövcud olmuşdur), əmək müqaviləsinin müddəti qurtardıqdan sonra bir neçə dəfə müddət uzadılmış, lakin 14 dekabr 2023-cü ildə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X10 18-1/3-1-1 1997/2023 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ərizədə göstərlənlərə heç bir əhəmiyyət verilməmiş və əvvəlki işinə qaytarılmamışdır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbini irəli sürülmüşdür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçını işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Birincisi, iddiaçı 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika ixtisasını bitirmişdir. İkincisi, iddiaçı Əmək fəaliyyəti müddətində müxtəlif dərəcələrdə təltif edilmiş daha sonra isə qanunvericiliklə müəyyən edilmiş səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə səhiyyə sahəsində xüsusi xidmətlərinə görə verilən fəxri əməkdar həkim adına Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən layiq görülmüşdür. O, tibb sahəsində işlədiyi 35 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməmiş, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilmişdir. Üçüncüsü, iddiaçı xx.xx.1988-ci ildən eyni strukturda təxminən 35 il ərzində fasiləsiz olaraq, eyni vəzifədə isə xx.xx.2015 ci ildən fasiləsiz olaraq işlədiyindən onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Əmək Qanunvericilinə əsasən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Bu mənada İşəgötürən iddiaçı ilə xx.xx.2022-ci ildə 3 ay müddətinə əmək müqaviləsi bağlaması ilə əmək qanunvericiliyinin müddəlarını düzgün tətbiq etməyərək pozuntuya yol vermişdir. Belə ki, işçi ilə əmək müqaviləsinin müddətli bağlana biləcəyi hallar Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Başqa sözlə, onun eyni qurumda əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, 09 dekabr 2022-ci ildən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürülsə hesab etmək olar ki, onunla işəgötürən arasında 2022-ci ilin dekabr ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin qeyd olunmalıdır kı, işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olub və onun əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Yəni daimi xarakter daşıyan əmək funksiyalarının yerinə yetirilməsi üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanmasının hər hansı bir ağlabatan izahı yoxdur. Burada xüsusilə nəzərə alınmalıdır ki, həmin əmək müqaviləsi eyni vəzifəni işəgötürən qurumda uzun illər ərzində qüsursuz yerinə yetirmiş və tutduğu vəzifəni hər hansı bir pozuntuya görə deyil, öz təşəbbüsü ilə tərk etmiş işçi ilə bağlanmışdır. Başqa sözlə, işçi tutduğu vəzifənin icrası ilə bağlı kifayət qədər bilik və təcrübəyə malik olmuşdur. Belə bir vəziyyətdə işçinin əmək müqaviləsini məhz öz razılığı ilə 3 ay müddətinə bağlamasının hər hansı ağlabatan izahi yoxdur. Bundan əlavə sözgedən əmək müqaviləsi həmin tarixdə artıq müddətsiz xarakter daşımış və bu zaman işçi ilə əmək müqaviləsinin müddətli bağlanması işçi və ya işə götürənin iradəsindən asılı olmamışdır. Belə ki, qanunverciliyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir ki, 09 dekabr 2022-ci il tarixə qədər artıq iddiaçının əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam etmiş, buda həmin tarixdən sonrakı bağlanmış sonuncu müqavilənin müddətsizliyinə səbəb olmuşdur. Dördüncüsü o, mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün səy göstərib, lakin cavabdeh qurumun hər hansı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan onunla müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşin faktiki hallarından göründüyü kimi, o, təxminən 35 il eyni strukturda çalışmışdır. Lakin yalnız 2022-ci ilin dekabr ayından etibarən onunla əmək müqaviləsi müddətli bağlanmağa başlanmışdır. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)- 1624/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 14 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehn tabeliyində Bakı şəhər Təcili və X1 Stansiyası X11 ilə bağlanan 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Məhkəmə, həmçinin müddətli müqavilənin tərəflərin «qarşılıqlı razılığına» əsasən bağlandığını nəzərə alaraq qeyd etmişdir ki, «Qarşılıqlı razılıq» Qanunun tələbinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh Qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Məhkəmə hesab etmişdir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏMnin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Məhkəmə hesab etmişdir ki, eyni strukturda uzun müddətli iş stajına malik, kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdehn 14 dekabr 2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdehn tabeliyində Bakı şəhər Təcili və X1 Stansiyası X11 ilə bağlanan 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi tamamilə təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, TƏBİB müşahidə şurasının 19 iyul 2023-cü il tarixli 13-Q/2023 nömrəli “Respublika Təcili və X1 Mərkəzi” X10 yaradılması haqqında qərarı əsasında təcili tibbi yardım xidməti göstərən 3 müəssisə: 1) “Bakı şəhər Təcili və X1 Stansiyası” PHŞ; 2) “Təcili və X1 Stansiyası” PHŞ; 3) “X4” PHŞ birləşmə şəklində yenidən təşkili yolu ilə vahid müəssisə- “Respublika Təcili və X1 Mərkəzi” PHŞ yaradılmışdır. Müşahidə şurasının qərarından aydın olur ki, yenidən birləşmə zamanı ləğv olunan hər 3 müəssisənin rəhbərlərinin, həmçinin iddiaçının tutduğu vəzifə üzrə işin daimi xarakterə malik olmadığı əvvəlcədən bəlli idi. Hazırki iş üzrə işin faktiki hallarından görünür ki, iddiaçı digər işəgötürənlə (Bakı Baş Səhiyyə Mərkəzi ilə) mövcud olan müddətsiz əmək müqaviləsinə könüllü olaraq, öz təşəbbüsü ilə xitam vermiş, yeni işəgötürənlə (TƏBİB ilə) razılaşdırdığı şərtlərlə yeni əmək müqaviləsi imzalamışdır. Məhkəmənin TƏBİB-in üzərinə belə bir öhdəlik qoyması isə, əmək münasibətlərinin tərəfi kimi TƏBİB-in iradə sərbəstliyinin ziddinədir və işəgötürəni konstitusion hüquqlarından məhrum edir. Əmək Məcəlləsi ilə müəyyən edilən normalara əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək qanunvericiliyi tərəflərə bu hüququ versə də, Məhkəmə işə obyektiv yanaşmayaraq TƏBİB-i bu hüquqdan məhrum edən qətnamə qəbul etmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr istər Əmək Məcəlləsinin, istərsə də TƏBİB-in nizamnaməsində nəzərdə tutulmuş qaydalara uyğun şəkildə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin müvafiq tarixdə bitməsi və həmçinin işdən azad olunan şəxsin rəhbər şəxslər kateqoriyasına aidiyyəti əsas götürülməklə işəgötürən tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnaməsinə də uyğun olaraq bütün prosedurlara riayət edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə tərəfindən işçinin qanunsuz, əsassız, Əmək qanunvericiliyin tələblərinə zidd olaraq işdən azad edilməsi halı müəyyən ediləcəyi təqdirdə və bu halda qanunvericiliyin bununla bağlı dəqiq tələbləri olduğundan məhkəmə tərəfindən şəxs əvvəlki vəzifəsinə bərpa edilə bilər. Hazırki halda isə əmrin ləğvi tələbinin təmini üçün əsaslar olmadığından işçinin əvvəlki vəzifəsinə təyin edilməsi də özlüyündə əsassızdır. Belə ki, mübahisələndirilən əmək müqaviləsi artıq mövcud deyil, müqaviləyə həmin müqavilə ilə tərəflərin razılaşdırdığı müddətin bitməsi ilə xitam verilmişdir. Tərəflər razılığı ilə müddətli olaraq bağlanılmış müqavilənin bağlandığı andan müddətsiz hesab edilməsi ağlabatan deyildir. Bu əsasla ki, müqavilənin bir tərəfi işçi olduğu kimi digər tərəfi işəgötürəndir və işəgötürən də öz növbəsində ona verilən hüquqdan istifadə edərək (həmçinin qanun bu hüququ işçiyə münasibətdə də təsdiqləyir) müqaviləyə xitam verməklə öz iradəsini ifadə etmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsində tərəflərin hüquq bərabərliyinə əməl olunaraq qarşılıqlı razılıq çərçivəsində müddətli əmək müqaviləsi bağlanmışdır. Sonuncu əmək fəaliyyəti dövründə iddiaçı TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə tanış olmuş, tezliklə rəhbəri olduğu müəssisənin ləğv ediləcəyi barədə məlumatlanmışdır. Eyni zamanda əmək müqaviləsinin müddətli olmasının iddiaçıya əvvəlcədən-həmin müqavilə onun tərəfindən imzalandığı anda bəlli olduğu müzakirə predmeti olmayan hamıya bəlli olan faktdır. Lakin buna baxmayaraq iddiaçı nəinki əmək müqaviləsi bağlandıqdan sonra (xx.xx.2022-ci il tarixindən sonra), həmçinin TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə tanış olduqdan sonra belə məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. Halbuki, iddiaçı hüquqlarının pozulmasını düşündüyü təqdirdə, bununla bağlı ən geci 19 iyul 2023-cü il tarixində (müəssisənin ləğv ediləcəyi ilə bağlı məlumatlandırıldığı tarixdə) məhkəməyə müraciət edə bilərdi. Əmək münasibətləri dövründə iddiaçı ilə bağlanmış əmək müqaviləsi 3 dəfə uzadılmış, ümumilikdə onunla bağlanmış əmək müqaviləsi 1 ildən artıq davam etdirilmişdir (müqavilənin qüvvədə olma tarixi: xx.xx.2022-xx.xx.2023-cü illər). İddiaçı isə yalnız onunla müddətli əmək müqaviləsinin bağlanılması nəticəsində əmək hüquqlarının pozulması iddiası ilə məhkəməyə, onunla əmək münasibətlərinə xitam verildikdən sonra müraciət etmişdir. Halbuki, müqaviləni imazladığı andan iddiaçıya onunla əmək münasibətlərinin müddətli olduğu, əmək münasibətləri dövründə onunla bu əsasla əmək münasibətlərinə xitam verilə biləcəyi əvvəlcədən müəyyən olmuşdur. Bu isə iddiaçının qanunun ona verdiyi hüquqdan sui-istifadə etməsi mənasına gəlməkdədir. İddiaçı ilə TƏBİB arasında bağlanılmış əmək müqaviləsinin 2.2ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətli bağlanıldığı göstərilmiş, iddiaçı nəinki əmək müqaviləsini imzalamış, həm də əmək müqaviləsinin bir nüsxəsinin ona təqdim edilməsi barədə qeydi də imzalamışdır. İşçi ilə bağlanılan əmək müqaviləsi 09 dekabr 2022-ci il tarixindən etibarən 3 ay müddətinə bağlanılsa da, müqavilə 3 dəfə (cəmi 1 il) uzadılmış, müəssisənin ləğvi qərarından (xx.xx.2023-cü il) 6 ay sonra işçinin əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsi əsasını isə qanunverici işəgötürənə münasibətdə üstünlük kimi deyil, hər iki tərəfə mənsub olan hüquq kimi müəyyən etmişdir. İddia tələbinin əmək müqaviləsinin müddətsiz müəyyən edilməklə bağlanmış hesab edilməsi hissəsinin özü-özlüyündə qanuni əsası mövcud deyildir. Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlanması hallarını müəyyən edən 47-ci maddə imperativ xarakterli deyildir, xüsusilə də həmin maddənin “f” bəndi əmək münasibətlərinin müddətinin müəyyən edilməsində əmək münasibətlərinə daxil olan şəxslərə seçim sərbəstliyi vermişdir. Eyni zamanda iddiaçının direktor olduğu “Bakı şəhər Təcili və X1 Stansiyası” X11 birləşmə yolu ilə ləğv edilmişdir. Bununla yanaşı tərəflər arasında əmək müqaviləsinin qüvvədə olduğu dövrdə iddiaçı tərəfindən nə işəgötürənə, nə də məhkəməyə onunla bağlanan müqavilənin müddətsiz olmalı olduğu barədə müraciət edilməmişdir. İddiaçı tərəfindən belə bir tələblə müraciətlərin edilməməsi, iddiaçının həmin müqavilənin müddətli bağlanılmasına könüllü razılığının olduğunu, bu əsasla da tərəflərin hüquq bərabərliyinə riayət edildiyi qənaətinə gəlmək mümkündür və iddiaçı tərəfindən bunun əksi məhkəməyə təqdim edilən hər hansı sübutla təsdiq edilməmişdir. Sözsüz ki, qanun işəgötürənlə müqayisədə nisbətən zəif mövqedə olduğu ehtimal edilən işçinin hüquqlarını qorunma altına alır. Konstitusiya məhkəməsinin plenum qərarında qeyd olunur: - İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Lakin Məhkəmə Plenum Qərarının tələblərinə əməl etməyərək, qərarda qeyd olunan işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamış, işin daimi xarakterə malik olduğu qərarına gələrək iddia tələbini təmin etmişdir. Məhkəmə öz qətnaməsində iddiaçının əmək müqaviləsinin əvvəllər müddətsiz olmasını əsas gətirmişdir. Halbuki iddiaçının daha əvvəl TƏBİB-lə və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əmək müqaviləsi mövcud olmamışdır. Belə ki, əgər iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə davam edən əmək münasibətləri olsa idi, hüquqi varislik prinsipini rəhbər tutaraq iddiaçının əmək münasibətlərinin TƏBİB-lə davam etməsi qənaətinə gəlmək olardı. Lakin, iddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxslə (“Bakı Baş Səhiyyə İdarəsi”nin hüquqi varisi) əmək müqaviləsi bağlamış və bağlanılan əmək müqaviləsinə işçinin öz ərizəsi əsasında xitam verilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı və cavabdeh (TƏBİB) arasında əmək müqaviləsinin yenilənməsi halı mövcud olmamış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə ilk dəfə əmək müqaviləsi bağlanmışdır. Yəni, “Bakı Baş Səhiyyə Mərkəzi” ilə bağlanılan əmək müqaviləsinə işçinin öz istəyi ilə xitam verilmiş, TƏBİB-lə yeni müddətli əmək müqaviləsi bağlanaraq yeni əmək münasibətinə başlanılmışdır. Müddətsiz əmək müqaviləsinə işçinin öz iradəsi ilə xitam verildiyi, həmçinin bu müqavilələr üzrə işəgötürənlə fərqli olduğu üçün burada əmək müqaviləsinin yenilənməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmə tərəfindən sonuncu baxış iclası təyin edilsə də, faktiki olaraq ümumiyyətlə həmin iclas keçirilməmişdir. Məhkəmə əmək mübahisəsinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Əmək Məcəlləsinin 47-ci maddəsini səhv təfsir etmiş, ümumiyyətlə “işin daimi xarakterə malik olması” və “tərəflərin qarşılıqlı razılığı” məsələlərinə hüquqi cəhətdən düzgün qiymət verməmişdir. Məhkəmə əsassız şəkildə işin daimi xarakter daşıdığı qənaətinə gəlmişdir. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli fərmanını nəzərə alınmamışdır. Həmin Fərmana uyğun olaraq səhiyyə sahəsində təkmilləşdirmə və islahatlar, əsaslı dəyişikliklər aparılması labüd hesab edilmiş, qeyd olunan islahatlar çərçivəsində müəyyən müəssisələrin ləğvi, birləşdirilməsi və ya yenidən qurulması zərurəti yaranmışdır. İddiaçı rəhbər vəzifə tutduğu üçün və çalışdığı müəssisənin özünün mövcudluğu belə daimi xarakter daşımadığı üçün həmin müəssisənin direktor vəzifəsi də müvəqqəti xarakter daşımışdır. Məhkəmənin diqqətinə çatdırılan, sözügedən Fərman əsasında qəbul edilmiş, TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli 13 Q/2023 nömrəli qərarı ilə, İddiaçının rəhbəri olduğu müəssisə (“BŞTTTYS” PHŞ) digər iki müəssisə ilə birləşərək ləğv edilmiş, onların bazasında vahid yeni müəssisə yaradılmışdır. İddiaçı isə bu halın baş verəcəyini artıq 6 ay əvvəlcədən bildiyindən, onunla müddətli əmək müqaviləsinin bağlanması ilə razı olmamasını, eləcə də bu halın onun əmək hüquqlarını pozduğunu heç bir dövlət orqanına və ya məhkəməyə müraciət etməklə bildirməmişdir. TƏBİB-in Müşahidə Şurasının qərarından bir daha aydın olur ki, iddiaçının tutduğu vəzifə daimi xarakter daşımamışdır və iddiaçı bunu əvvəlcədən bilmişdir. Yaranan yeni müəssisədə yalnız 1 direktor ştatı mövcud olduğundan, iddiaçıya başqa iş təklif olunsa da, O, bundan imtina etmişdir. Məhkəmə Mülki Prossesual Məcəllənin 77.2-ci maddəsinə istinad edərək sübutetmə yükünü TƏBİB-in üzərinə qoymuşdur. Halbuki 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan maddə ləğv edilmişdir. Məhkəmə bu mübahisədə ən həlledici məsələyə yanaşmada mövcud olmayan qanuna istinad edərək qətnamə qəbul etmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasındakı məlumatlar təhrif edilmiş və bu sübut üzrə mühüm əhəmiyyətli bütün faktiki halların aydınlaşdırılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamışdır. xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə istinad edilsə də, təqdim edilən sübutla bağlı mühüm əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyindən görünür ki, iddiaçı ilə cavabdehin arasında əvvəllər müddətsiz əmək müqaviləsi bağlandığı halda, xx.xx.2022-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə onunla müddətli əmək müqaviləsi bağlanmış, yenidən əvvəllər işlədiyi eyni, daimi xarakterə malik olması əvvəlcədən bəlli olan işə qəbul olunmuş, müqavilə müddəti 3 ay müəyyən edilmişdir. Tərəflər 3 aylıq müddət qurtardıqda əmək münasibətlərini davam etdirmiş, buna görə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müqavilə müddəti eyni müddətlərə uzadılmış, işəgötürən 14 dekabr 2023-ci il tarixdə əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam vermişdir. Halbuki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X8 X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X10 tabeliyində olan “Bakı şəhər Təcili və X1 Stansiyası” X10 direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.3-cü bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay 1 gün müddətinə bağlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X7 14 dekabr 2023-cü il tarixli, 18-1/3-1-1997/2023 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ilə İddiaçı 14 dekabr 2023-cü il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, müəyyən edilir ki, İddiaçı işinin xüsusiyyətinin müddətli olmamasını mübahisələndirsə də, o eyni strukturda işləmədiyi üçün Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmuşdur. Belə ki, “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olan dövrdə TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli 13-Q/2023 nömrəli “Respublika Təcili və X1 Mərkəzi” X10 yaradılması haqqında qərarı əsasında təcili tibbi yardım xidməti göstərən 3 müəssisə: 1) “Bakı şəhər Təcili və X1 Stansiyası” PHŞ; 2) “Təcili və X1 Stansiyası” PHŞ; 3) “X4” PHŞ birləşmə şəklində yenidən təşkili yolu ilə vahid müəssisə - “Respublika Təcili və X1 Mərkəzi” PHŞ yaradılmışdır. Müşahidə Şurasının qərarından aydın olur ki, yenidən birləşmə zamanı hər 3 müəssisə ləğv olunacaq, məntiqi olaraq da onların rəhbərlərinin artıq ləğv edilmiş müəssisənin rəhbəri kimi əmək fəaliyyətlərini davam etdirməyəcəklər. İş materiallarından görünür ki, İddiaçı “Bakı şəhər Təcili və X1 Stansiyası” PHŞ-yə direktor vəzifəsinə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixində 3 ay müddətinə əmək müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti 3 dəfə uzadılmışdır və sonuncu dəfə müddət 14 dekabr 2023-cü il tarixə təsadüf etmişdir. Ümumilikdə iddiaçı ilə bağlanmış əmək müqaviləsi 1 ildən artıq davam etdirilmişdir. Əmək qanunvericiliyinə görə isə əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin müstəsna səlahiyyəti idi və iddiaçı cavabdehlə əmək münasibətləri davam edən dövrdə müqavilənin 3 dəfə uzadılmasından, başqa sözlə, bu müddətin işəgötürən tərəfindən uzadıla bilməməsi səlahiyyətinin olmasından, həmçinin 9 iyul 2023-cü il tarixli 13-Q/2023 nömrəli “Respublika Təcili və X1 Mərkəzi” X10 yaradılması haqqında qərarı ilə iddiaçının tutduğu vəzifə üzrə işin daimi xarakterə malik olmadığı ona əvvəlcədən bəlli idi. Məhkəmə kollegiyası iddiaçının TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə rəsmi qaydada məlumatlı olmamasına dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun tezliklə rəhbəri olduğu müəssisənin ləğv ediləcəyi barədə məlumatlı olmaması inandırıcı deyildir. Belə ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə məlumat xarakterli sənəd kimi təqdim edilmiş X2 sistemi vasitəsilə aparılmış yazışmalardan aydın olur ki, TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023 cü il tarixli qərarı iddiaçıya göndərilmişdir. Rəhbəri olduğu müəssisənin ləğv ediləcəyi halda onun işdən azad edilməsi və ya cavabdehin nəzdində olan digər strukturda digər işlə təmin olunması ehtimallarını iddiaçı əvvəldən bilirdi və bilməli idi. Müəyyən edilmişdir ki, iddiaçının TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə tanış olub məzmunundan xabərdar olduğu halda onu mübahisələndirməmişdir. İş materiallarından görünür ki, müəssisənin ləğvi qərarından (xx.xx.2023-cü il) 6 ay sonra iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə yalnız onunla müddətli əmək müqaviləsinin bağlanılması nəticəsində əmək hüquqlarının pozulması iddiası ilə məhkəməyə, onunla əmək münasibətlərinə xitam verildikdən sonra müraciət etmişdir. Halbuki, məhkəmə kollegiyası qeyd edir ki, müqaviləni imzaladığı andan iddiaçıya onunla əmək münasibətlərinin müddətli olduğu, əmək münasibətləri dövründə onunla bu əsasla əmək münasibətlərinə xitam verilə biləcəyi əvvəlcədən məlum olmuşdur. Belə ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.2-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətli bağlanıldığı göstərilmiş, iddiaçı nəinki əmək müqaviləsini imzalamış, həm də əmək müqaviləsinin bir nüsxəsinin ona təqdim edilməsi barədə qeydi də imzalamışdır. Lakin iddiaçı onunla xx.xx.2022-ci ildə bağlanmış müddətli əmək müqaviləsi və sonradan həmin müqavilənin 3 dəfə uzadılması ilə razılaşmışdır. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin qüvvədə olduğu dövrdə iddiaçı tərəfindən nə işəgötürənə, nə də məhkəməyə onunla bağlanan müqavilənin müddətsiz olmalı olduğu barədə müraciət edilməmiş və bu halları mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən belə bir tələblə müraciətlərin edilməməsi, onun həmin müqavilənin müddətli bağlanılmasına könüllü razılığının olduğunu, bu əsasla da tərəflərin hüquq bərabərliyinə riayət edildiyi qənaətinə gəlmək mümkündür və iddiaçı tərəfindən bunun əksi təqdim edilən hər hansı sübutla təsdiq edilməmişdir. İddiaçı əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə əməl olunmaması haqqında məhkəməyə heç bir sübut təqdim etmədiyi halda birinci instansiya məhkəməsinin bunun əksinin sübut edilməsi ilə bağlı öhdəliyi TƏBİB-in üzərinə qoyaraq, əmək müqaviləsinin bağlanılması zamanı hüquq bərabərliyi prinsipinin pozulduğu qənaətinə gəlməsi ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, MPM-nin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi hallarla bağlı heç bir sübut təqdim etmədiyi halda, birinci instansiya məhkəməsi ondan əlavə zəruri sübutların təqdim edilməsini tələb etməyə ehtiyac görmədən, mübahisəni obyektiv araşdırmayaraq sübutetmə yükünü TƏBİB-in üzərinə qoyması ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına istinad etsə də, həmin qərarın məzmununda göstərilən Mülki Prossesual Məcəllənin 77.2-ci maddəsinin 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilməsini nəzərə almamışdır. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi hazırki mübahisəni araşdırarkən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmalarına dair hissəsi üzrə tələblərə əməl etməyərək, qərarda qeyd olunan işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamış, işin daimi xarakterə malik olduğu qərarına gələrək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının əmək müqaviləsinin əvvəllər müddətsiz olması ilə əsaslandırsa da, iş materiallarından iddiaçının daha əvvəl TƏBİB-lə və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əmək müqaviləsinin mövcud olması görünmür. Kollegiyanın qənaətinə görə iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə davam edən əmək münasibətləri olsa idi, bu münasibətlər çərçivəsində hüquqi varislik prinsipini rəhbər tutaraq iddiaçının əmək münasibətlərinin TƏBİB-lə davam etməsi qənaətinə gəlmək olardı. Lakin, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxslə (“Bakı Baş Səhiyyə İdarəsi”nin hüquqi varisi) əmək müqaviləsi bağlamış və bağlanılan əmək müqaviləsinə işçinin öz ərizəsi əsasında xitam verilmişdir. İşin faktik araşdırılmış halları bu qənaətə gəlməyə tam əsas verir ki, iddiaçı və cavabdeh (TƏBİB) arasında əmək müqaviləsinin yenilənməsi halı mövcud olmamış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə ilk dəfə əmək müqaviləsi bağlanmışdır. Başqa sözlə, “Bakı Baş Səhiyyə Mərkəzi” ilə bağlanılan əmək müqaviləsinə işçinin öz istəyi ilə xitam verilməsi, TƏBİB-lə yeni müddətli əmək müqaviləsi bağlanaraq yeni əmək münasibətinə başlanılmışdır. Belə ki, xx.xx.2015-cı il tarixli əmək müqaviləsi üzrə işçinin iş yeri Bakı Baş Səhiyyə İdarəsinin struktur bölməsi olan Bakı şəhər Təcili və X1 Stansiyası (Stansiya) olmuşdur. Stansiya təşkilatı hüquqi formasına görə struktur bölmə olmaqla, birbaşa Səhiyyə Nazirliyinin deyil, Səhiyyə Nazirliyinin tabeliyində olan, ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərən Bakı Baş Səhiyyə İdarəsinin strukturuna daxil olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2015-ci il tarixli 45-K nömrəli Əmri ilə Bakı şəhər Təcili və X1 Stansiyasının baş həkimi vəzifəsinə təyin edilmiş, eyni zamanda onunla xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə əmək münasibətlərinə xitam verilməsi də Bakı Baş Səhiyyə İdarəsinin hüquqi varisi olan “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs tərəfindən qəbul edilən əmrlə rəsmiləşdirilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı də işdən xaric olunmaqla bağlı ərizəsini “Bakı Baş Səhiyyə Mərkəzi” X10 rəhbərinə müraciətlə yazmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarına və apellyasiya şikayətinin hazırda Bakı Baş Səhiyyə İdarəsi (BBSİ) yenidən təşkil edilərək, “Bakı Baş Səhiyyə Mərkəzi” X8 çevrilməsi, əvvəllər Bakı Baş Səhiyyə İdarəsinin rəhbəri Səhiyyə Naziri tərəfindən, sonrada TƏBİB tərəfindən vəzifəyə təyin, vəzifədən azad ediliməsi, lakin Bakı Baş Səhiyyə İdarəsinin strukturuna daxil olan struktur bölmələrin rəhbərləri (baş həkimlər) Bakı Baş Səhiyyə İdarəsinin rəisi tərəfindən işə qəbul, işdən azad edilmələri kimi dəlillərinə əsasən qeyd edir ki, bütün bu hallar iddiaçı ilə əmək münasibətlərinin məhz Səhiyyə Nazirliyi ilə deyil, Bakı Baş Səhiyyə İdarəsi arasında yarandığını, hüquqi varislik əsasında “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxslə davam etdiyini göstərir. Belə ki, iş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixi əmək müqaviləsi üzrə işçinin iş yeri yeni yaradılmış, TƏBİB-in təsisçisi olduğu “Bakı şəhər Təcili və X1 Stansiyası” X11 olmuşdur. Həmin iş yeri üzrə isə işəgötürən TƏBİB olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixində təsis edilmiş “Bakı şəhər Təcili və X1 Stansiyası” X11 TƏBİBin tabeliyində fəaliyyət göstərməkdədir. X10 strukturu xx.xx.2023-cü il tarixində təsdiq edilmişdir. Struktura əsasən, müəssisəinin rəhbəri direktor hesab edilmişdir. Qeyd edilən əsaslarla da, xx.xx.2022-ci il tarixində əmək müqaviləsi İddiaçı ilə TƏBİB arasında bağlanmışdır. Göründüyü kimi, həmin dövrdə iddiaçının işəgötürəni Səhiyyə Nazirliyi olmadığından, əmək münasibətləri baxımından hüquqi varislik əsas alındıqda TƏBİB də iddiaçının işəgötürəni hesab edilə bilməz. Belə ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixindən sonra yaranan əmək münasibətləri üzrə işəgötürəni Bakı Baş Səhiyyə İdarəsi olmuşdur. Hazırda həmin İdarənin hüquqi varisi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçının xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə “Bakı Baş Səhiyyə Mərkəzi” X10dəki iş yerindən ayrılmasının səbəbi ona TƏBİB tərəfindən yeni və daha yüksək vəzifəyə (X10 rəhbəri və qanuni təmsilçisi) və 5 dəfə artıq əmək haqqı ilə təyinatın təklif edilməsi olmuşdur. Belə ki, iddiaçının xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə işəgötürəni olan Bakı Baş Səhiyyə İdarəsi ilə bağladığı əmək müqaviləsinə əsasən, tutduğu baş həkim vəzifəsi üzrə xx.xx.2019-cu il tarixində olan sonuncu artımdan sonra ştat üzrə əlavələr daxil olmaqla apellyasiya şikayətində qeyd olunduğu kimi 1332 AZN məbləğində olmuşdur. İddiaçı və TƏBİB arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçının təyin edildiyi direktor vəzifə üzrə əmək haqqı 5725 AZN məbləğində olmuşdur. Bu səbəbdən iddiaçı könüllü olaraq “Bakı Baş Səhiyyə Mərkəzi” X10 direktoru Elçin Əmirova ərizə ilə müraciət edərək işdən çıxarılmasını xahiş etmiş, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanlanmış müraciətlə ərizə yazaraq isə “Bakı şəhər Təcili və X1 Stansiyası” X10 direktoru vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Hər iki halda – həm iddiaçının “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsdən işdən çıxması və “Bakı şəhər Təcili və X1 Stansiyası” publik hüquqi şəxsə işə girməsi iddiaçının könüllü razılığı əsasında olmuşdur. Beləliklə də, bütün göstərilənlər müddətsiz əmək müqaviləsinə işçinin öz iradəsi ilə xitam verildiyi, həmçinin bu müqavilələr üzrə işəgötürənlər fərqli olduğu üçün burada əmək müqaviləsinin yenilənməsindən və iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşımamasına dair apellyasiya şikayətinin dəlilləri əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlanması hallarını müəyyən edən 47-ci maddə imperativ xarakterli deyildir, xüsusilə də həmin maddənin “f” bəndi əmək münasibətlərinin müddətinin müəyyən edilməsində əmək münasibətlərinə daxil olan şəxslərə seçim sərbəstliyi vermişdir. Eyni zamanda qeyd edir ki, hazırda iddiaçının direktor olduğu “Bakı şəhər Təcili və X1 Stansiyası” X11 birləşmə yolu ilə ləğv edilmişdir. Həmçinin də müəyyən edilmişdir ki, yaranan yeni müəssisədə yalnız 1 direktor ştatı mövcud olduğundan, iddiaçıya həmin ştat deyil, direktor müavini işi təklif olunsa da, o, bundan imtina etmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, yeni yaradılmış direktor ştatına kimin təyin edilməli olması onun işəgötürən kimi səlahiyyətinə aiddir və iddiaçı da həmin vəzifəyə təyin olunmaqda üstünlüyü olmasını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın iclasında cavabdeh tərəf iddiaçıya yeni yaradılmış qurumda müddətli müqavilə bağlamaqla direktor müavini vəzifəsini təklif etsə də, iddiaçı bu təklifdən imtina etmişdir (hazırda iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır, əmək haqqısı 1270 manat təşkil edir). Məhkəmə kollegiyası apelyasiya şikayətində qeyd edilən dəlillərlə razılaşaraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)-1624/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X6rşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair" iddiası rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)- 1624/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X6rşı "əmrin ləğv edilməsi, işə bərpa və əməkhaqqı tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar