Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4012/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:( mənzildə çıxarılma) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı işi üzrə 18 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı (iddia tələbinin həcminin azalması barədə ərizə ilə) məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X3 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil, yeni qaydalarla ünvan 2 ünvanına yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı əməli istifadəsinə verilməsi, həmçinin 500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh4 tərəfindən xx.xx.2024-cü il tarixli, AN-1 №1286287 nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri onun tərəfindən tam ödənilməklə mənzil ona satılmışdır. Lakin xx.xx.2024-cü il tarixdən bu günə kimi cavabdehlər Cavabdeh3, X4, X3 və digər şəxslər iddiaçının xüsusi mülkiyyətində olan mənzili boşaltmır və bununla da iddiaçının konstitusion hüquqlarını pozurlar. Onlara dəfələrlə bununla bağlı iradlarını bildirsə də, onlar buna məhəl qoymayaraq qanun pozuntusunu davam edirlər. Halbuki, mənzil iddiaçının əməli istifadəsində olmuş olsaydı o, həmin mənzili aylıq kirayə verər və hər ay 450 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin ona qarşı etdikləri qanunsuzluqlar nəticəsində iddiaçı həm də əlavə qazancından məhrum olmuşdur. Eyni zamanda iddiaçıya göstərilən hüquqi yardıma görə 500 manat xərci çıxmışdır. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) mənzilindən çıxarılmaları,ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir . Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1, 6, 146, 152.1-152.4; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzili 59500 manata almışdır. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Hazırda mənzildə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər yaşadığından iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan əmlaka daxil ola bilmir. Məhkəmə ilkin olaraq iddia tələbinin Cavabdeh4 aid olan hissəsində münasibətdə qeyd edir ki, iddia ona aid hissədə ona görə rədd edilməlidir ki, o, mənzilin keçmiş mülkiyyətçisi olmuş və mənzil satıldıqdan sonra da həmin ünvanda yaşamamışdır. Məhkəmə iddia tələblərinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər hazırda həmin mənzildə yaşamağa davam etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlər iddiaçının mənzilində yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Belə ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır. İddia tələbinin “digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, qətnamə icra edilən zamana kimi iddia tələbində qeyd edilən cavabdehlərdən başqa gələcəkdə də digər şəxslər qanuni əsas olmadan həmin ünvana köçürülə bilər. Halbuki qeyd edilən ünvan mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddia tələbinin “500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin cavabdehlərin tutulması”na dair hissəsində tələb əsassızdır. Belə ki, iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 3.Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3320\2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və şikayətini araşdıraraq iddia tələbinin rədd edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 185, 259, 128.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan 5 saylı mənzil uzun illərdir onların sahibliyində və istifadəsindədir. Həmin mənzili 2006-cı ildə öz qohumları X1 əldə etmiş, 20 ilə yaxın müddətdir yaşadığları evdə bütün kommunal xərcləri özləri ödəmiş, bu illər ərzində evi dəfələrlə təmir etmişlər. Bununla da mənzilin dəyərinin artmasına səbəb olmuşlar. Məhkəmə, iş üzrə heç bir araşdırma aparmadan, onların prosessual hüquqları olan məhkəmədə iştirak etmək hüquqlarını qanunsuzca əllərindən alaraq öz mülahizəsinə uyğun olaraq nəticəyə gəlmişdir. Bildirmək istəyir ki,o məhkəmədən keçirdiyi cəmi bir iclası təxirə salmağını istəsə də, məhkəmə xahişini təmin etməmişdir. Məhkəmə iş üzrə çıxardığı qətnamənin əsaslandırıcı hissəsində "aradırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək" qeyd edərək, yekun nəticəyə gəlmişdir. Məhkəmənin qeyd etdiyi iş materialları isə yalnız mənzilə dair iddiaçının adına verilmiş çıxarışdan ibarətdir. Lakin, iddiaçının qeyd olunan mənzili hansı əsaslarla əldə etdiyi, onların hansı səbəblərə və hansı əsaslarla yaşamağını araşdırmamışdır. Ümumiyyətlə, məhkəmə cavabdehləri dinləməli olduğunu nəzərə almamışdır. Hazırki iş üzrə iddiaçı faktiki olaraq halal zəhmətiylə əldə etdiyi evlərindən məhrum etməyə çalışır. Bundan başqa, hazırki vəziyyətdə mübahisəli mənzilə onların istifadə hüquqlarının olması səbəbilə onların mənzildən çıxarılmağı yalnız kompensasiya verilməklə mümkün ola bilərdi. Nə məhkəmə, nə də iddiaçı bunu nəzərə almamışdır. Cavabdehlər iddiaçının tələbinə əsasən tək yaşayış sahələrindən əsassız yerə məhrum ola bilməzlər. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən görünür ki, bacısı - iş üzrə digər cavabdeh X7 məhkəməyə ərizə təqdim edərək, vəkil ilə müqavilə bağlayacağını və bu səbəblə iclasın təxirə salınmağını məhkəmədən xahiş etmişdir. Bunu məhkəmə özü də qətnaməsində qeyd etmiş olsa da, hakim hansısa maraqlardan irəli gələrək cəmi bir hazırlıq iclasına işi baxışa təyin etmiş və qərarını açıqlamışdır. Artıq vəkilə ödəniş də etmişdilər, lakin, iş üzrə qərar çıxdığından və məhkəmə ərizəni "heçə" saydığından zorla vəkildən ödənişlərini zərəri ilə geri almışdırlar.
4. ddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etmiş, etirazının nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, cavabdehin formal apellyasiya şikayəti verərək süni şəkildə məhkəmə prosesini uzatmağa çalışdığını bildirmiş,apellyasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazının da izahat kimi nəzərə alınmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh1 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin protokolunda yol verdiyi yalnışlıqların aradan qaldırlması ilə bağlı qeydlər verdiyindən mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. ( Protokola dair qeydlərdə tarixlər düz yazılmadığından və iştirak etməyən prosesə dair olduğundan vəsatət təmin edilməmiş, qeyd edilən hal hüquqdan suiistifadə kimi qiymətləndirilmişdir. )
7. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən, cavabdehlərin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 10.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29.1 Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə:139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 12.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə diqqət yetirdikdə görünür ki, 20 ildən artıq müddətdə həmin mənzildə yaşadıqlarını, mənzildə kifayət qədər təmir işləri aparıdıqlarını, mənzilə dair istifadə hüquqlarını olduğu qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materialları ilə cavabdehin mübahisəli mənzilə dair heç bir əmlak hüquqları, o cümlədən istifadə hüququ müəyyən edilmədiyindən kompensasiya verilməklə mənzildən çıxarılmasına əsaslar müəyyən edilmir. Apellyasiya şikayətinin digər arqumenti olan cavabdeh tərəfindən mənzildən təmir işlərinin aparılmasına münasibətdə isə qeyd edilməlidir ki, bununla da bağlı tələb təqdim edilməmişdir. Bununla yanaşı kollegiya onu da diqqətə çatdırır ki, cavabdeh nə qədər ki, mənzildə apardıqları təmir işləri nəticəsində mənzildə aparılmış yaxşılaşdırmaların əvəzini ayrıca iddia tələbi ilə tələb etmək hüquqları vardır. Qeyd edilən dəlil istifadə hüququna əsas yaratmadığından və bu barədə tələb olmadığından mülki prosessual cəhətdən müzakirə predmeti ola bilməz.
13. Apellyasiya şikayəti əsassız olduğundan iş üzrə ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.