Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4019/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məcburi pay” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı işi üzrə 22 fevral 2022ci il tarixli qətnaməsindən iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı - Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış ünvan 24 nömrəli mənzilin 02.11.2021 -ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 bağışlanmış ünvan 1 ünvanda olan mənzildən və ünvan 24 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə iddiasının (iş səh.64), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Qanuni nümayəndə ilə Nümayəndə Ağamehdi oğlunun qeyri-rəsmi münasibətlərindən dünyaya gəlmişdir. Nümayəndə Ağamehdi oğlu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 133 saylı mənzilini və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 a saylı evin, 74 nömrəli mənzilini oğlu Cavabdeh1 bağışlamışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 133 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İddiaçı tərəf hazırda iddiasını İddiaçı Nümayəndə münasibətdə birinci növbəli vərəsə olduğu, bununla da ona məxsus miras əmlakdan məcburi paya sahib olması ilə əsaslandırır ( iş. səh.3, 4, 5-15, 47, 48, 51, 110-126, 138-151). Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 1146, 1193, 1194,1200; Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı 02.11.2021-ci il tarixli alğısatqı müqaviləsinin tərəfi olmadığından, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.İddiaçı Nümayəndə oğlu və birinci növbəli vərəsəsi olsa da, lakin İddiaçı Nümayəndə məxsus əmlakdan məcburi pay tələb etməsi üçün ilk növbədə vərəsəlik münasibətləri yaranmadığından, iddiaçının qeyd edilən daşınmaz əmlaklardan məcburi pay tələb etmək hüququ da yaranmamışdır. İddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 17, 27; Mülki Məcəlləsinin 667; Mənzil Məcəlləsinin 30-cu maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti, ev 65, 133 saylı mənzil Nümayəndə anası X2 adına olmuşdur. X3 1990-cı ildə vəfat etmişdir. Həmin mənzil vərəsəlik münasibətlərinin predmeti olmamışdır. Sonradan həmin mənzil Bakı şəhər XDS İcraiyyə Komitəsinin protokoluna və Xətai XDS İcraiyyə Komitəsinin 1991-ci il Qərarı ilə Nümayəndə Ağamehdi oğlunun adına keçirilmişdir. Nümayəndə Ağamehdi oğlunun oğlu Cavabdeh1 bu mənzildə yaşamışdır. Bundan başqa Nümayəndə Ağamehdi oğlunun digər oğlu İddiaçı 27 iyul 2019-cu ildə atalıq müəyyən edilmişdir. Atalıq müəyyən edilməklə, İddiaçı Nümayəndə Ağamehdi oğlunun əmlaklarına vərəsəlik hüququ yaranmışdır. Nümayəndə Ağamehdi oğlu anasından miras qalmış bu evi oğlanlarından Cavabdeh1 bağışlamaqla, digər oğlu İddiaçı hüquqları pozulmuşdur. İddiaçı yaşayış yerindən məhrum olmuşdur. Cavabdeh1 atası Vaqif tərəfdən ona bağışlanmış evlər üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və qardaşı hazırda iddiaçı olan İddiaçı yaşayış yerindən və evindən məhrum olmuşdur. Bakı şəhəri, Gəncə prospekti, ev 65, 133 saylı mənzilə, Bakı şəhəri, Suraxani ray., Hövsan qəs., ev Qasımov 15 A, m.74 saylı mənzilə məcburi pay tələbi hüququnun tanınması barədə iddia təmin edilməmişdir. Odur ki, qətnamə ilə razı deyil, apellyasiya qaydasında şikayət verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini və iddia tələbini müdafiə, təqdim edilmiş etiraz ərizəsinə etiraz edərək, İddiaçı nənəsinə münasibətdə vərəsəlik hüquqlarının yarandığını, evin nənəsinə məxsus olduğunu, onun qəfildən rəhmətə getdiyini, Nümayəndə Ağamehdi oğlu anasından miras qalmış iki evi oğlanlarından Cavabdeh1 bağışladığını və beləliklə, İddiaçı hüquqlarının pozulduğunu və buna görə Ali məhkəmənin 14 sentyabr 2021-ci il qərarının şərh bölməsinə əsaslanaraq məcburi pay tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Cavadeh Cavabdeh1 məhkəmə kollegiyasına elektron məhkəmə sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, iddianı əsassız olduğundan qəbul etmir. İddianın əsassızlığı ilə bağlı aşağıdakılar qeyd edilməlidir: 1. İddia ərizəsində qeyd edilmişdir ki, yuxarıda qeyd edilən hər iki mənzil Nümayəndə tərəfindən Cavabdeh1 bağışlanmış, nəticədə digər övlad və birinci növbəli qanuni vərəsə sayılan İddiaçı hüquqları, xüsusilə də, yaşayış sahəsi ilə bağlı hüquqları ciddi pozulmuşdur. -Bununla bağlı qeyd etmək istəyir ki, Nümayəndə tam qanuni əsaslarla, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan mənzilləri rəsmi nikahdan olan oğlu Cavabdeh1 bağışlamışdı. Həmin bağışlama prosesində heç bir qanun pozuntusu olmadığından, iddia yuxarıda qeyd edilən hissədə əsassızdır. 2. İddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-4694/2021 saylı qərarına istinad edilərək iddia əsaslandırılmışdır.
3. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçılar İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və X5 cavabdehlər Nümayəndə və Cavabdeh1 qarşı “çıxarışı etibarız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.08.2019-cu il tarixində Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılardan X5 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə özünə aid hissədə iddiadan imtina etdiyi bildirmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinni dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.07.2019-cu il tarixli, 4Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-4694/2021 saylı qərarına cavabdehlər Cavabdeh1 və Nümayəndə tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2496/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Baxılan iş üzrə məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarının tələbləri və Konstitusiya Məhkəməsinin mövqeyindən aşkar olaraq müəyyən olunur ki, bağışlama müqaviləsinin hazırki əsaslarla mübahisələndirmək imkanının əldə edilməsi üçün əvvəlki mülkiyyətçi sıradan çıxmalı, vərəsəlik hüquq münasibətləri yaranmalı, bunlardan sonra əgər bağışlamadan iki il müddət ötürülməmişdirsə hüquqlarının pozulduğunu güman edən şəxsin tələb hüququ yarana bilər. Lakin hazırki işin halları baxımından vərəsəlik hüquq münasibətləri yaranmadığından irəli sürülən iddia tələbinin maddi hüquqi əsasları mövcud olmadığı üçün iddiaçının tələblə bağlı subyektiv hüququ yaranmamışdır.” Məhkəmələrin mövqeyinə görə də, bağışlama olduqdan sonra, bağışlayan şəxs 2 il müddətində dünyasını dəyişərsə, məcburi pay hüququ olan şəxslər öz məcburi paylarının tamamlanmasını tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021- ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Bildirmək istəyirik ki, Nümayəndə Ağamehdi oğlu hazırda sağdır, dünyasını dəyişməmişdir. Belə olan halda söhbət hansı vərəsəlik və məcburi pay münasibətindən gedə bilər. İstər qanunvericiliyin tələbi, istərsə də, Konstitusiya Məhkəməsinin mövqeyindən irəli çıxaraq, qeyd edilməlidir ki, hazırki iddianın irəli sürülməsi üçün ən azından Nümayəndə Ağamehdi oğlunun dünyasının dəyişməsi (sıradan çıxması) baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin Qanunun 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Qanunun 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Qanunun 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Maddənin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmin Maddənin 5-ci hissəsinə əsasən Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Həmin Maddənin 6-cı hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Həmin Maddənin 7-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Həmin Qanunun 125-cı maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Qanunun 127-cu maddəsinin 2-ci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin Maddənin 4-cü hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MPMnin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavadehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Məcəllənin 140, 146, 1159,1160, 1193-1203,; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 19 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, Mülki Prosessual Məcəlləsinin 372, 385, 386, 388, 390-cu maddələrinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən daşınmaz əmlak (üzrə hüquqlar) artıq vərəsəlik əsasında deyil, müvafiq olaraq notarial qaydada bağışlanma müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata alındığından birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. İddia edən şəxsin mübahisə edilən mülklərə (Miras qoyana münasibətdə birinci növbəlik üzrə) vərəsəlik hüquqları yaranmamışdır. İddiaçının istinad etdiyi norma (Mülki Məcəllənin 1200 maddəsi) Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsini ehtiva edir. Hazırki münasibətlərdə bağışlayan şəxs miras qoyan deyildir. Konstitusiya Məhkəməsinin münasibətlərə aydınlıq gətirdiyi qeyd edilən qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, müəyyən edilən mülki hüquq normalarının dispozitiv şərtlərinə müvafiq olaraq iddia edən şəxsin miras qoyanı (bağışlamanı həyata keçirən) onun atası olmalıdır ki, onun miras qoyan kimi qeydə alınması təsdiq edilməmişdir. Ona görə, apellyasiya şikayətinin (iddianın) faktiki və ona münasib hüquqi əsasları müəyyən edilmədiyindən onun əsassız olmasına əlavə müzakirələrin aparılmasına ehtiyac yoxdur. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.