Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4019/2025 21.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmməd oğlunun sədrliyi və məruzəsilə, X4 və X5 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Respublikasi Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları Təşkilat” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının, habelə iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci, mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin və 50 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev, iş 2(005)-1852/2025) iddia təmin edilmiş, “Azərbaycan Respublikasi Müharibə, Əmək Və Silahli X1” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli sərəncamının ləğv еdilməsi, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək Və Silahli X2” İctimai Birliyində baş mühasib vəzifəsinə bərpa еdilməsi, iş buraxmaya görə əmək haqqının ödənilməsi, İddiaçı məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci, mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin Cavabdehndən оnun хеyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnmə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsasa görə apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsi qiymətləndirilməyən iddia ərizəsidir. “Dövlət Rüsumu haqqında” Qanunun 8.2. maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun qiyməti 100 manatdır. Həmin qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.6-cı maddələrinə müvafiq olaraq apellyasiya şikayəti verilərkən 50 manat dövlət rüsumu ödənilməli olduğu halda dövlət rüsumu ödənilməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində dövlət rüsumunun ödənilməsi haqqında məlumat qrafasında “X9 Azaddır-əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar” bəndini seçmişdir. Kollegiya qeyd edir ki , hazırkı iş üzrə iddia tələbi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblərlə bağlı olsa da apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyindən müəyyən edilmiş dövlət rüsumu ödənilməli idi. Beləliklə, cavabdeh apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməyərək Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinin tələbinə də tam əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinin tələbinə görə şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2) Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Respublikasi Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları Təşkilat” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4019/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4019/2025
21.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver