Məhkəmə qərarları › İş №2(103)-402/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-402/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-402/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Nəzirə Altay qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-73/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh13, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-73/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Cavabdeh1 onunla İddiaçı arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 0311/13/PB/PK saylı kredit müqaviləsi üzrə 9881,13 ABŞ dolları əsas, 1310,94 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 11692,07 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc, 12 mart 2014-cü tarixli 4629PBS saylı kredit müqaviləsi üzrə 79096.81 manat əsas, 23896.81 manat faiz borcu, 10000 manat dəbbə pulu, cəmi 112993.62 manat borc, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 100 manat və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, 12 mart 2014-cü tarixli 4629PBS saylı kredit müqaviləsi üzrə 79096.81 manat əsas, 23896.81 manat faiz borcu, 10000 manat dəbbə pulu, cəmi 112993.62 manat borc üzrə tutma ipoteka predmeti - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsindəki 14 saylı evin 6 saylı mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 30000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə 12 mart 2014-cü tarixli 4629PBS saylı kredit müqaviləsi üzrə olan kredit borcunun ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8249/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsindəki 14 saylı evin 6 saylı mənzilinin hazırkı dövrə likvid qiyməti müəyyən edilməsi sualı qoyulmuşdur. Bundan sonra "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ekspert ekspert rəyi məhkəməyə daxil olmuşdur. Sabunçu Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixdə sorğu daxil omuş, həmin sorğuda qətnamədən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan olmadan baxılması mümkündür. Sabunçu Rayon Məhkəməsinin 2(008)-73/2018 saylı, xx.xx.2022-ci il tarixli sorğu daxil olmuş, sorğuda Sabunçu Rayon Məhkəməsinin 2(008)-73/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8249/2021 saylı, xx.xx.2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-73/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar