Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4020/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsi, 3132 məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikilməkdə olan binasında 18 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, M4, m6) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Qeydiyyat tarixi xx.xx.2021-ci ildir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8866/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respubiikası Daxili İşlər Naziriiyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı və onunla birlikdə qeydiyyatda olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, M4, m6) ünvanından qeydiyyatdan çıxarılmaları haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də iddia məhkəmə tərəfindən mümkün sayılmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1439/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 8866/2021 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
5. “Prestij İnşaat’’ MMC tərəfindən verilmiş arayışların surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə 17.700, xx.xx.2006-cı il tarixdə 3.000, xx.xx.02006-cı il tarixdə 3.000, xx.xx.2007-ci il tarixdə 2000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2000, xx.xx.2007-ci il tarixdə 1500 və xx.xx.2007-ci il tarixdə 1515 ABŞ dolları məbləğində pul MMC-yə ödənilmişdir.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 735/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə X12 arasında xx.xx.2006-cı il tarixdə Səadət Sarayında bağlanmış 882 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008- ci il X13 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2007- ci il təvəllüdlü X1 üçün X5 İddiaçı xeyrinə hər ay 175 manat alimentin tutulması, xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2008-ci il təvəllüdlü X2 üçün X5 İddiaçı xeyrinə hər ay 175 manat alimentin tutulması, X5 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3062/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçılar Nümayəndə və İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı, X4 və X8 Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
9. AZ-İ 416225 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı arasında olan nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir.
10. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh dövlət sərhədindən çıxışı xx.xx.2006-cı il tarixdə, dövlət sərhədinə girişi isə xx.xx.2007-ci il tarixdə olmuşdur.
11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarının surətindən görünür ki, MTK-nın İddiaçı adlı payçısı olmayıb. Cavabdeh MTK-ya tək özü üzv olub və həmin mənzilin tək özü pay sahibidir. Payçı Cavabdeh MTK-nın nizamnaməsinin tələblərini tam yerinə yetirmiş, pay haqqını MTK-nın ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasında 18 saylı mənzilə görə tam ödəyərək, mülkiyyət hüququ əldə etmişdir.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cüil tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh, X10 və X13 Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 ünvanında qeydiyyatdadırlar.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-360/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, X10 və X8 Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C mənzil 18 (yeni qaydalarla: AZİ 115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, M4, m 6) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-360/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, X10 və X8 Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C mənzil 18 (yeni qaydalarla: AZİ 115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, M4, m 6) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2017-ci il təvəllüdlü X10 ilə xx.xx.2018-ci il təvəllüdlü X8 ünvan 7 ünvanına istifadə hüquqlarının təmin edilərək onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanda (yeni qaydada: AZİ 115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi 263, M4, m6) yerləşən mənzil, xx.xx.2021-ci il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, keçmiş qaynanası Cavabdeh mülkiyyətindədir. Həmin mənzil alınan vaxtdan, orda keçmiş əri X7 yaşamışdır. Övladları - xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X13 həmin mənzildə dünyaya gəliblər. Mənzil alınandan 2021-ci ilin sonlarınadək həmin ünvanda yaşamışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-735/2022 saylı qətnaməsi ilə Ruslan Əsgərovla nikahları pozulmuşdur. Keçmiş qaynanası Cavabdeh, ünvan 8 ünvanda yerləşən mənzildə yaşamaqlarına imkan vermir. Baxmayaraq ki, onun və övladlarının həmin mənzildən istifadə hüquqları var. Cavabdeh, onun və övladlarının həmin mənzilə qeydiyyatlarının ləğv edilməsi barədə məhkəmədə inzibati mübahisə icraatında iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8866/2021 saylı qərardadı ilə, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı, onun isə iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi ilə “qeydiyyatdan çıxarma barədə” iddiası mümkün sayılmamışdır.
17. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, X9 xx.xx.2006-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan övladları: X10 xx.xx.2007-ci il tarixdə və X13 xx.xx.2008-ci il tarixdə anadan olmuşlar. xx.xx.2022-ci il tarixli 2(001)-735/2022 saylı qətnamə ilə onların nikahı pozulmuş və hər iki övladı onun himayəsində qalmışdır. Nikahları pozulduqdan sonra keçmiş qaynanası və keçmiş həyat yoldaşı tərəfindən onun və övladlarının qanunla müəyyən olunmuş mənzildən faktiki olaraq istifadə və ya yaşama hüquqları pozuldu, ona görə də onlar, hal-hazıradək məcburi olaraq anasının yanında, onun mənzilində yaşayırlar. 2006-cı ilin yay fəslinin sonunda keçmiş qaynanası Cavabdeh ilə anası Nümayəndə Həttamxan qızı arasında belə bir söhbət mövzusu yarandı ki, yeni tikilən binalardan birində onlar övladları və nəvələri üçün bir mənzil alınsın. Həmin vaxtlar keçmiş qaynanası Cavabdeh Moskva şəhərində yaşayırdı, eyni zamanda Rusiya vətəndaşı idi. Növbəti telefon danışıqlarının birində razılığa gəlindi ki, bu məsələni anası Nümayəndə həll etsin. Anası əvvəlcədən tanıdığı "xxxx" MMC-nin Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: Azl 115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi 263, M4, m6) ünvanında tikilməkdə olan binadan mənzil seçdi. Bu barədə MMC-nin rəhbərliyi və müvafiq şəxsləri ilə danışıqlar apardı, müəyyən razılığa gəldilər, bundan sonra Moskvaya keçmiş qaynanası Cavabdeh zəng vurdu və bu barədə məlumat verdi. O həmin vaxtlar Moskvada yaşayırdı. Bu faktı Binəqədi Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin verdiyi xx.xx.2022-ci il tarixli 33/2371 saylı arayış da təsdiq edir. Kifayət xanım o zaman deyirdi ki, mehriban qohumdurlar, onun da övladıdı və nəvəsidi, onun da övladıddır və nəvəsidir, MTK ilə danışıqları başa çatdır, Müqavilə bağla, ilkin ödəniş et və mənzili al. Anası razılaşdı və soruşdu ki mənzil kimin adına alınsın? O anasına dedi ki, elə onun adına alsın, o da Bakıya gələndə köməkləşərlər, o da ödəniş edər, gələcəkdə övladları və nəvələri köçüb orada yaşayarlar. Bu razılıqdan sonra anası 17.700 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-nin əməkdaşı Əliaga Hüseynova verdi, o Müqaviləni Cavabdeh adına yazaraq, xx.xx.2006-cı il tarixli maliyyə arayışını və eyni zamanda həmin mənzili almağı barədə xx.xx.2006-cı il tarixli müqaviləni təqdim etdi. Müqaviləni anası və Əliağa Hüseynov imzalamışlar. Beləliklə, yuxarıda qeyd edilən həmin mənzil yuxarıda qeyd edilən tarixdə keçmiş qaynanası Cavabdeh adına anası tərəfindən ilkin ödəniş edilərək alındı. Bundan sonra anası həmin MMC-yə üç dəfə olmaqla xx.xx.2006-cı il tarixdə üç min dollar, sonrakı və ya əvvəlki tarixlərdə isə 2 dəfə üç min ABŞ dolları məbləğində, cəmisi 26 700 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Bu faktı MMC-nin əməkdaşı Əliağa Hüseynov da təsdiq edir. Bundan sonra keçmiş qaynanası Cavabdeh Azərbaycana, Bakıya qayıtdı və həmin mənzilin ödənişinin sonrasını o icra etdi. Keçmiş həyat yoldaşı X7 nikahları pozulduqdan sonra azyaşlı övladları: X15 oglu (xx.xx.2007) və X13 (xx.xx.2008) (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(001)- 735/2022 saylı qətnaməsi ilə, onun öhdəsində qalması qət edilmişdir) Keçmiş qaynanası Cavabdeh adına anasının aldığı Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C, mənzil 18 (Yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, M4, m 6) ünvanındakı mənzildə daimi pasport qeydiyyatdadırlar. Hal-hazırda onun iki azyaşlı uşağı ilə birlikdə anası tərəfindən pulunun böyük hissəsinin ödənildiyi və Cavabdeh formal olaraq mülkiyyətində olan yuxarıda adı çəkilən mənzildə yaşamaqlarına ehtiyacı vardır. Ona görə də hesab edir ki, o, iki azyaşlı uşaqları ilə bərabər mülkiyyət və yaşamaq hüququ olan mənzilə köçürülmək tələbində haqlıdır. Onu da qeyd etmək lazımdır ki, həmin mənzilə dair keçmiş qaynanası Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı xx.xx.2021-ci il tarixli çıxarış da verilmişdir. Odur ki, əvvəlki iddia ərizəsi qüvvədə qalmaqla, ona əlavə olaraq yuxarıda qeyd etdiklərini nəzərə almağı, əvvəlki iddia ərizəsində qeyd etdiyi kimi onun və övladları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008 təvəllüdlü X8 anasının keçmiş qaynanası Cavabdeh adına aldığı Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, m4, m 6) ünvanına isifadə hüquqlarının təmin edilərək onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbindən yaşayış sahəsinə istifadə hüququnun təmin edilərək hissəsinin iddia tələbindən çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Artıq onun mübahisəli mənzilə istifadə hüququnun olması mübahisə yaratmır.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.1, 228.2 və 228.5-ci maddələinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş Etmişdir.
22. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə, iddiaçının və övladlarının istifadə hüquqularını pozmuş, həmin hüququn reallaşması ilə bağlı köçürülmə tələbini təmin etməmişdir. Məhkəmə işin hallarını araşdırarkən, iddiaçının mübahisə predmetini təşkil edən mənzildə hansı tarixdən yaşadığını və bundan irəli gələrək onun istifadə hüququnu aydınlaşdırmamışdır. İddiaçının mənzildən istifadə hüququnun olubolmaması iddianın əsaslılığı baxımın ən əhəmiyyətli haldır. Məhkəmə, iddiaçının istifadə hüququnun olmadığını cavabdeh tərəfindən sübut edilmədiyinə düzgün qiymət verməmişdir. İddianın əsaslı olduğu, yəni iddiaçının işdə olan sübutlarla təsdiq edilmiş, lakin məhkəmə aşkar surətdə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh nümayəndəsi ve vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılması və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qebul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasia şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
26. Maddə 27.2 on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
27. 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
28. Maddə 228.2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
29. Maddə 228.5 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
41. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
42. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
43. Belə ki, iş materillarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehin oğlu X12 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, iddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmış, lakin mənzilin mülkiyyətçisi – iddiaçının qaynanası ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Daha sonra iddiaçı cavabdehin oğlu ilə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir.
44. İddiaçı cavabdehin oğlu X12 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamalarını bildirsə də, bununla bağlı hər hansı sübutu nə birinci instansiya məhkəməsinədə, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı qaynanasının evində formal olaraq pasport qeydiyyatına düşmüşdür.
45. Həmçinin apellyasiya icraatı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və digərləri) “qeydiyyatdan çıxarılma” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-360/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, X10 və X8 Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 7-ci mkr, ev 3C mənzil 18 (yeni qaydalarla: AZİ 115, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi, 263, M4, m 6) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.