Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4022/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nə və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi, ipoteka yüklülüyündən azad olunma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Hadi oğlunun, cavabdeh - ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X8 iştirakı ilə İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nə və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin üçüncü şəxs qismində cəlb edildiyi) “əmlakın ipoteka yüklülüyündən azad olunması barədə ərizə ilə müraciət etmək və əmlakın çıxarışının əslinin qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, maddi ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh2 ASC-nin (Əmanətlərin Sığortalanması Fondunun) nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh2 ASC ilə X15 oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Eyvaz Məmmədova 12 ay müddətinə qaytarması şərtilə 100 000 manat kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
2. 10 iyul 2012-ci il tarixli razılaşmaya əsasən ipoteka müqaviləsinə dəyişiklik edilmiş, borc alana verilən kredit vəsaitlərindən istifadə müddəti 24 ay uzadılmış, kredit vəsaitlərindən istifadə müddətinin 29 aprel 2015-ci il tarixdə bitməsi müəyyən olunmuşdur.
3. Cavabdeh2 ASC İddiaçı, X4 və X5 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun xeyrinə ödənilməmiş 30 468,42 manat əsas borc, 18 027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13 yanvar 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7165,62 manat borc olmaqla, cəmi 55 661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra İddiaçı, X2 və X3 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, İddiaçı, X2 və X3 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan Cavabdeh2 ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəsməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Həmin iş üzrə məhkəmələr müəyyən etmişlər ki, X15 oğlunun xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı qalmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Əmanətlərin Sığortalanması Fonduna (Fond) (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 ASC-ni də cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ipoteka ilə yüklü edilmiş Abşeron rayonunun Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi) ərizə ilə müraciət etmək və ona məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması; Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması, fərdi yaşayış evinin yüklülüyü haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməsi, 10 000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, X15 oğlu ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Eyvaz Məmmədova 12 ay müddətinə qaytarması şərtilə 100 000 manat kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 10 iyul 2012-ci il tarixli razılaşmaya əsasən borc alana verilən kredit vəsaitlərindən istifadə müddəti 24 ay uzadılmış, kredit vəsaitlərindən istifadə müddətinin 29 aprel 2015-ci il tarixdə bitməsi müəyyən edilmişdir. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında onlara xəbərdarlıq etmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, məhkəməyə müraciət edərək, 30 468,42 manat əsas, 2471,30 manat faiz, 21 027,45 manat dəbbə pulu, cəmi 53 967,17 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 yaşayış sahəsindən ibarət olan 1 mərtəbəli, 4 otaqlı fərdi, yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin (likvid) müəyyənləşdirilməsi, mənzilin açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmeti olan yaşayış evi satıldıqda X15 oğlu, İddiaçı, X9, X10 və onunla birlikdə yaşayan digər ailə üzvləri, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslərin 1 ay ərzində evləri tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan bank iddia tələbini dəqiqləşdirmiş, cavabdehlər qismində İddiaçı, X6 və X7 göstərmiş, İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun xeyrinə ödənilməmiş 30 468,42 manat əsas borc, 18 027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13 yanvar 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7165,62 manat borc olmaqla, cəmi 55 661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra İddiaçı, X2 və X3 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, İddiaçı, X2 və X3 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan Cavabdeh2 ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank iddia tələbini belə əsaslandırmışdır ki, ipoteka müqaviləsinə əsasən ona məxsus Abşeron rayonunun Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,59 m2 olan 4 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, borcalan borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 12106 nömrəli və xx.xx.2020-ci il tarixli 4952 nömrəli ekspert rəylərinə görə, X15 oğlunun krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli razılaşma şərtləri əsas götürülməklə X15 oğlunun xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya və kassasiya instansiyalarında qüvvədə qalmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarxli qərarından sonra xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan evi satmış və buna dair beh müqaviləsi bağlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə banka müraciət edərək fərdi yaşayış evinin girovdan azad edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla ipoteka ilə yüklü edilmiş əmlakı girovdan azad etməkdən heç bir əsas göstərmədən imtina etmişdir. Bu səbəblə də, beh müqaviləsinə görə aldığı 5000 manatın iki qatını, yəni 10 000 manatı qaytarmalı olmuşdur. Cavabdehin əsassız imtinasına görə ona 10 000 manat maddi ziyan dəymişdir. Çünki məhkəmə qətnamələrinə əsasən banka olan borc tamamilə ödənilmişdir. Belə olan halda cavabdehin hüququ yoxdur ki, ipoteka ilə yüklü edilmiş əmlakı girovda saxlasın.
10. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddiaya qarşı yazılı etiraz göndərmiş, etirazda aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 1541/2016 saylı qərarı ilə Cavabdeh2 ASC-nin müflis elan edilməklə iflas prosesinə başlanılması, "xxxx" MMC-nin Banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. Beləliklə, İddiaçı tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətlə ərizənin qəbulundan imtina edilməli idi. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (“Banklar haqqında” qanun, 72.1.3-cü maddə). LPO Cavabdeh2 ASC İddiaçı və digərlərinə qarşı 53 967,17 manat pulun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmin qətnamədə bankın üzərinə əmlakın ipotekadan azad olunması ilə bağlı hər hansı öhdəlik qovulmamışdır. xx.xx.2022-ci il tarixində İddiaçı ipoteka predmeti olan mənzili satmasına dair beh müqaviləsi bağlamasının heç bir əsası olmamışdır. Belə ki, o, mənzilin ipoteka predmeti olduğunu bilirdi və bunu bilərək, gələcək nəticələrini təxmin edərək bu müqaviləni imzalamışdır. İddiaçının bu düşünülməmiş hərəkətinə görə, Bank deyil iddiaçı özü məsuliyyət daşımalıdır. Bundan başqa iddiaçı beh müqaviləsini bağladıqdan sonra xx.xx.2022-ci il tarixində Banka “ipotekadan azadetmə” ilə bağlı müraciət etmişdir. İddiaçı ipoteka yüklülüyündə olan əmlaka dair beh müqaviləsi bağladığına görə məsuliyyət Bankın üzərinə qoyula bilməz. Bankın İddiaçı qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinin məhkəmədə təmin olunmamasının əsas səbəbi ekspertin yalnış hesablama aparması olmuşdur. Bankın iddiası təmin olunmasa da İddiaçı halhazırda bank əməliyyat sistemində 53 967,17 manat borcu mövcuddur. İddiaçı tərəfindən ödənişlər vaxtında icra olunmadığından Bank həmin vəsaitlərdən faydalana bilməmiş, müvafiq vəsaitlər Bankın büdcəsində kəsirə səbəb olmuş və bu cür hallar onun iflasına rəvac vermiş, ləğv prosesi müddətində isə kreditorların borcunu vaxtında qaytara bilməmiş və bununla da Banka zərər dəyməsi ilə nəticələnmişdir. Banka olan borcun ödənməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi, gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. Bu hal məhkəmə qətnamələrinin gələcəkdə vaxtında icra olunmayacağına, onlara dırnağarası baxılacağına və zərərçəkmiş şəxslərin hüquqlarına toxunacağına və onların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Hazırki iş üzrə artıq məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(102)-2920/2022 saylı qərarı ilə oxşar məhkəmə qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Göstərilənlərə əsasən, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiasına dair mülki iş üzrə icraata xitam verilməli, yaxud iddia tələbi əsassız hesab edilərək rədd olunmalıdır”.
11. Ləğv prosesindəki “Texnikabank" ASC-nin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, ipoteka ilə yüklü edilmiş Abşeron rayonunun Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi) ərizə ilə müraciət etmək və iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 120 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borclunun kredit müqaviləsi üzrə borcu olmadığı müəyyən edilmişdir. İşin qeyd olunan halı aşkar olmaqla, həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 13.2. İddiaçı nümayəndəsi vasitəsi ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddia ərizəsində qeyd olunan məsələ ilə əlaqədar zəruri tədbir görülməsini xahiş etmiş, lakin sonuncu, həmin müraciətə 14 noyabr 2022-ci il və 02 dekabr 2022-ci il tarixli məktublarla cavab verərək, Fondun üzərinə məhkəmə qərarı ilə icra ediləcək hər hansı öhdəlik qoyulmadığını əsas gətirmişdir. 13.3. Əsas öhdəliyin icrasının təminatı üsulu olan ipoteka müqaviləsi üzrə təminat altına alınan borc öhdəliyi icra edildiyindən, əmlakın ipoteka ilə yüklü vəziyyətdə saxlanılması (qalması) mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Borc öhdəliyi icra edildiyindən və bankın iddiaçıya qarşı iddiası rədd edildiyindən, ipoteka müqaviləsinə xitam verilmiş və aktuallığını itirmişdir. Fərdi yaşayış evinin ipoteka müqaviləsi üzrə yüklü qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. 13.4. 10 000 manat pul tələbinə dair hissədə iddia əsassızdır və təmin edilə bilməz. Çünki, iddiaçı məhkəmə aktlarında qeyd olunan mübahisə olduğunu, mübahisəyə müvafiq hüquqi qiymət verildiyini bilmiş, ipoteka predmetinin yüklülükdən azad edilibedilməməsini yoxlamadan, beh müqaviləsi bağlamışdır. Bundan əlavə Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 269.1-ci, 269.4-cü, 269.5-ci, 294.1.1-ci, 324.1-ci, 419.2-ci, “İpoteka haqqında” Qanunun 48.1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir.
15. Qətnamədən ləğv prosesindəki Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Fondun iddia ərizəsinə etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, X15 oğlunun bank qarşısında borc öhdəliyinin qaldığını nəzərə almadığını, əmlakın çıxarışının əslinin cavabdehlərdə olduğunun sübuta yetirilmədiyinə əhəmiyyət vermədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
17. Məhkəmə iclasında iştirak edən ləğv prosesindəki Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi nümayəndəsini göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
24. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
25. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş və hazırda da qüvvədə olan redaksiyada)
28. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər.
29. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Yuxarıda qeyd olunduğu kimi (§ 7), Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması yolu ilə təminat altına alınmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu qalmamışdır.
44. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 36,38) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
45. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
46. Öhdəliyə icra nəticəsində xitam verildiyindən (§ 27), bu hal isə öz növbəsində ipotekaya xitam verilməsinin əsaslarından birini təşkil etdiyindən (§ 29), kollegiya birinci instansiya məhkəməsinin “Abşeron rayonunun Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi) ərizə ilə müraciət etmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.
47. Həmin tələb üzrə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
49. Oxşar mövqe X11 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
50. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.
51. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin “iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməsi” tələbləri üzrə gəldiyi nəticə ilə razılaşmır.
52. Belə ki, fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışının əslinin hazırda cavabdehlərdə saxlanıldığına dair hər hansı sübut mövcud deyildir – ipoteka müqaviləsi bağlanarkən həmin sənədin ipoteka saxlayana verilməli olması barədə imperativ qanun müddəası yoxdur və onun ipoteka qoyanda qalması ehtimalı da mövcuddur. Qaldı ki, müvafiq çıxarış hüquqmüəyyənedici sənəd olsa da, onun dublikatının reyestr orqanından əldə edilməsi imkanı hər zaman vardır və ipoteka saxlayanın sənədin əslini qaytarıbqaytarmaması (əgər sənəd ondadırsa), ipoteka qoyanın hüquqlarının bərpası baxımından əhəmiyyət kəsb etmir.
53. Qətnamənin “Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməsi” hissəsi ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini cavabdeh qismində göstərməmiş və ona qarşı tələb irəli sürməmişdir. Hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
54. Qeyd olunmalıdır ki, dispozitivlik (təqdimetmə) prinsipi çəkişmə prinsipi ilə sıx əlaqədar olmaqla işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Bunun məntiqi davamı olaraq iddiaçı tələbinin, yəni məhkəmə müdafiəsinin həcmini sərbəst müəyyən edir. Dövlət üçün kreditorun borcludan öhdəliyini tamamilə və ya hissəvi icrasını tələb etməsinin heç bir əhəmiyyəti yoxdur. Bundan “məhkəmə tərəflərin tələbindən kənara çıxmamalıdır” ("judex ne eat ultra petita partium, ultra petita non соgnoscitur") norması təzahür edir. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək şəxsin sərbəst iradəsindən asılı olmalıdır.
55. Beləliklə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir; dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1330/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi “iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməsi” hissələrində ləğv olunsun. İddia tələbləri həmin hissələrdə təmin edilməsin. Qətnamə “Abşeron rayonunun Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi) ərizə ilə müraciət etmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə