Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4024/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)-314/2023 nömrəli qətnaməsindən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda X5 məxsus olmuşdur və bu barədə 01 iyul 2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
2. 27 aprel 2021-ci il tarixli 2021/00852 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC İddiaçı illik 32% dərəcəsi ilə 36 ay müddətinə 11000 manat borc vermişdir. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 27 aprel 2021-ci il tarixli 2021/00852-İP nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı bü müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24B ünvanında yerləşən 1209 nömrəli mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. 21 may 2021-ci il tarixli 2021/00863 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC İddiaçı illik 32% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat borc vermişdir. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 27 aprel 2021-ci il tarixli 2021/00863-İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı bü müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24B ünvanında yerləşən 1209 nömrəli mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
4. 21 fevral 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı ilə "xxxx" BOKT MMC arasında 27 aprel 2021-ci il tarixli 3M/516 reyestr nömrəli ipoteka müqaviləsi və 21 may 2021-ci il tarixli 3M/607 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı "xxxx" BOKT MMC-yə olan borcunun İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24B ünvanında yerləşən 1209 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat pulun İddiaçı tutulması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu X3 tərəfindən iddiaçı X6 ilə üçüncü şəxs "xxxx" BOKT MMC arasında bağlanmış 27 aprel 2021-ci il tarixli 3M/516 reyestr nömrəli ipoteka müqaviləsinə və 21 may 2021-ci il tarixli 3M/607 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən 8İ-1734 nömrə ilə qeyd edilib reyestrlə rəsmiləşdirilmiş 21 fevral 2022-ci il tarixli ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisində iddiaçı ilə üçüncü şəxs "xxxx" BOKT MMC arasında 27 aprel 2021-ci il tarixli 3M/516 reyestr nömrəli ipoteka müqaviləsi və 21 may 2021-ci il tarixli 3M/607 reyestr nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka saxlayan tərəfindən birinci halda 11000 manat göstərilməklə cəmi 8000 manat, ikinci halda 5000 manat göstərilməklə cəmi 3000 manat, ümumilikdə 16000 manat göstərilməklə cəmi 1100 manat pul vəsaiti kredit olaraq İddiaçı verilmişdir. Lakin qeyd olunan borc müqavilələri ilə əlaqədar mübahisə yaranmasına baxmayaraq əsassız və qanunsuz olaraq, lazımi qaydada xəbərdar edilmədiyi üçün nə onun, nədə ki atasının iştirakı olmadan, Bakı şəhər 9 saylı Notariat ofisi tərəfindən 21 fevral 2022-ci il tarixdə aparılmış və 8İ-1734 nömrəli reyestrlə rəsmiləşdirilmiş icra qeydinə əsasən hər iki müqavilə üzrə 24243,19 manat (əsas borc 15623,51 manat, faiz borcu 4103,18 manat, dəbbə pulu 4516.50 manat) məbləğdə pulun tutularaq "xxxx" BOKT MMCyə verilməsi nəzərdə tutulmuşdur. Həmin icra qeydləri qanunda və müqavilədə nəzərdə tutulmuş şərtlərin tələblərinə ziddir. Belə ki, müqavilənin əsas şərtlərindən biri borcun qaytarılmadığı halda borc verən tərəfindən məhkəmədə iddia qaldırılması göstərilmişdir. Belə olan halda notarius tərəfindən həmin icra qeydlərinin aparılmasından imtina edilməli idi.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)- 314/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Qətnamənin əsaslarına görə, 9 saylı notariat ofisində icra qeydi 21 fevral 2022-ci il tarixdə aparılmış, bu barədə iddiaçıya 28 yanvar 2022-ci il tarixə bildiriş göndərilmişdir. “Azari Express” məktub və bağlama daşınması xidmətinin qəbzindən görünür ki, bildiriş 31 yanvar 2022-ci il tarixdə “Ağaəli əmisi” imzası ilə təhvil alınmışdır. İddiaçının nümayəndəsi və vəkilinin izahatından və Sabunçu Rayon Polis İdarəsinin 11 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X7 ilə münasibətləri gərgin olmuş, onlar qonşuluqda yaşasalar da, aralarında münasibətlər olmamışdır. Buna baxmayaraq, cavabdeh "xxxx" BOKT ASC bildirişlərin borc alanın əmisi tərəfindən təhvil alınması ilə kifayətlənmiş, iddiaçının icra qeydi barədə məlumatsız olmasını, bildirişin formal olaraq çatdırılmasını nəzərə almamışdır. Halbuki, iddiaçının əmisi ilə münasibətlərinin gərgin olması, əminin ümumiyyətlə ailə üzvü hesab edilməməsi halına, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, sifarişli poçt göndərişlərinin ünvançıya, ünvançı olmadığı halda isə yetkinlik yaşına çatmış ailə üzvünə təhvil verilməsi ilə bağlı imperativ normaya əhəmiyyət verməmişdir. Bundan başqa cavabdeh tərəfindən bildirişin forması ilə bağlı da normalar pozulmuşdur, belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq göstərilməli olduğu halda, hazırkı bildirişdə belə bir hal əks edilməmişdir. Eyni zamanda, “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 161-ci bəndinə əsasən, icra qeydinin borclunun olduğu yer üzrə aparılmalı olduğu halda göstərişə də əhəmiyyət verilməmiş, borclunun olduğu yer Sabunçu rayonu, Maştağa qəsəbəsi olduğu halda, icra qeydi 9 saylı notariat ofisi tərəfindən aparılmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası “İpoteka Haqqında” Qanununun 36.1, 36.2, 36.3, 38.1, 39.3-cü, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə, “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 39.1-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Üçüncü şəxs "xxxx" BOKT MMC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, 27 aprel 2021-ci il tarixli, 2021/00852 nömrəli və 21 may 2021-ci il tarixli, 2021/00863 nömrəli kredit müqavilələrinin müddəaları İddiaçı tərəfindən pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. Bununla əlaqadər İddiaçı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamışdır. Nəticə olaraq, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən icra qeydi ilə bağlı Bakı şəhəri 9 saylı Notariat ofisinə müraciət edilmişdir. İcra qeydində göstərilən məbləğlər tərəflər arasında bağlanmış 27 aprel 2021-ci il tarixli, 2021/00852 nömrəli və 21 may 2021-ci il tarixli, 2021/00863 nömrəli kredit müqavilələrinin müddəalarına uyğun hesablanmışdır. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin müddəaları nəzərə alınmamışdır. Kredit müqavilələrinin 3.1-ci bəndində göstərilmişdir: “Borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə Müqavilə məbləğinin 0,1% faizi qədər dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) Müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır.” Qətnamədə göstərilmişdir: Məhkəmə araşdırılmış işin hallarına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş icra qeydində qeyd edilən 3906,74 manat dəbbə pulu borcu əsas borc 36826,35 manat məbləğə mütənasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu əks edilməmişdir.” Tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddəalarına uyğun hesablanmış dəbbə pulu miqdarı məhkəmə tərəfindən tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakin məhkəmə tərəfindən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri.
16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir.
18. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.https://e-qanun.az/framework/488 Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 27 aprel 2021-ci il tarixli, 2021/00852 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 11000 manat, 21 may 2021-ci il tarixli 2021/00863 nömrəli kredit müqaviləsinə əsasən isə 5000 manat məbləğdə kredit götürmüşdür. İddiaçı həmin müqavilələr üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi öz mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24B ünvanında yerləşən 1209 nömrəli mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" BOKT MMC tərəfindən ipoteka predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, 21 fevral 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi ilə 27 aprel 2021-ci il tarixli 3M/516 reyestr nömrəli ipoteka müqaviləsi və 21 may 2021-ci il tarixli 3M/607 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı "xxxx" BOKT MMC-yə olan borcunun ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24B ünvanında yerləşən 1209 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat pulun İddiaçı tutulması qərara alınmışdır.
23. İddiaçı iddia ərizəsi icra qeydinin qanunsuz aparıldığını bildirmiş, ləğv edilməsini xahiş edərək, tələbini icra qeydlərini qanunda və müqavilədə nəzərdə tutulmuş şərtlərin tələblərinə zidd olması ilə əsaslandırmış, göstərmişdir ki, müqavilənin əsas şərtlərindən biri borcun qaytarılmadığı halda borc verən tərəfindən məhkəmədə iddia qaldırılması olmuşdur.
24. İddiaçı “İcra haqqında” Qanunun 8.3-cü maddəsi və “İpoteka haqqında” Qanunun 36, 37 və 39-cu maddələrinin şərtlərinin pozulduğunu göstərmişdir.
25. İşin halları baxımında araşdırılma aparılarkən müəyyən olunur ki, "xxxx" BOKT MMC tərəfindən icra qeydinin verilməsi barədə prosedurlara əməl edilmişdir, icra qeydinin ləğv olunması üçün əsaslar müəyyən olunmur.
26. İddiaçı müqaviləyə əsasən borc qaytarılmadığı halda məhkəməyə müraciət edilməli olmasıı qeyd etsə də, müqavilələrin 2.3.5-ci bəndindən görünür ki, borc alanın öhdəliklərini pozması borc verənin borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa mürəciət etmək imkanını təsbit etmişdir.
27. İddiaçının “İcra haqqında” Qanunun 8.3-cü maddəsinin tələblərinin pozulmasına istinad etməsi də əsassızdır. Çünki, hazırkı mübahisənin predmeti icra qeydinin düzgün aparılmamasıdır və icra mərhələsi sonrakı mərhələ olmaqla, icra prosedurunda hər hansı pozuntu olması, icra sənədi sayılan icra qeydinin ləğvi üçün əsas deyildir.
28. İddiaçının tələbkar tərəfindən icra qeydinin aparılması barədə bildirişin ona çatdırılmaması barədə mövqeyi və birinci instansiya məhkəməsinin bu hala istinad etməklə iddianı təmin etməsi də əsaslı olmamışdır.
29. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Göründüyü kimi, icra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir və hazırkı halda da tələbkar bu tələbə əməl etməklə bildirişi borclunun ünvanına göndərmiş və həmin ünvanda da bildiriş qəbul olunmuşdur.
30. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslandığı hallardan biri ondan ibarət olmuşdur ki, “... cavabdeh "xxxx" BOKT ASC bildirişlərin borc alanın əmisi tərəfindən təhvil alınması ilə kifayətlənmiş, iddiaçının icra qeydi barədə məlumatsız olmasını, bildirişin formal olaraq çatdırılmasını nəzərə almamışdır. Halbuki, iddiaçının əmisi ilə münasibətlərinin gərgin olması, əminin ümumiyyətlə ailə üzvü hesab edilməməsi halına, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, sifarişli poçt göndərişlərinin ünvançıya, ünvançı olmadığı halda isə yetkinlik yaşına çatmış ailə üzvünə təhvil verilməsi ilə bağlı imperativ normaya əhəmiyyət verməmişdir.”
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunduğu kimi, qanunvericilikdə icra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir. Digər tərəfdən bildiriş borclunun yaxın eyni soyaddan olan yaxın qohumuna təqdim olunmuş, yəni, çatdırılmışdır. Qətnamədə qeyd olunduğu kimi, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X7 ilə münasibətlərinin gərgin olması, aralarında münasibətlərin olmamaması çatdırılma ilə bağlı pozuntu kimi qiymətləndirilə bilməz. Çünki, nə "xxxx" BOKT MMC, nə də notarius bu haldan məlumatsız olmuşlar və qanunvericilik bu barədə məlumatlı olmaları ilə bağlı onların üzərinə imperativ olaraq bir öhdəlik qoymur.
32. Bundan başqa, icra qeydi 21 fevral 2023-cü il tarixdə aparılsa da, qətnamədə istinad olunan Sabunçu rayon Polis idarəsinin Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X7 barəsində şikayəti ilə bağlı araşdırma aparılması barədə məktub 11 yanvar 2023-cü il tarixdə göndərilmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Cavadov Ağa- Əli Qasım oğlunun qardaşı X7 barəsində olan şikayətinin bildirişin çatdırılmaması faktının təsdiq edilməsi məqsədini daşıması istisna olunmur.
33. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinə əsas kimi göstərilmiş digər hal ondan ibarət olmuşdur ki, “... bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq göstərilməli olduğu halda, hazırkı bildirişdə belə bir hal əks edilməmişdir.” Məhkəmənin bununla bağlı gəldiyi qənaət də əsassızdır. Çünki, iş materiallarının 108-ci vərəqəsində olan bildirişin giriş hissəsində “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında yönləndirilməsinə dair” olduğu göstərilmiş, sonuncu – 7-ci abzasında qeyd olunmuşdur ki, “... kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda bu bildiriş Sizə göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacaqdır.”
34. Birinci instansiya məhkəməsinin icra qeydinin borclunun olduğu yer üzrə aparılmalı olduğu halda göstərişə də əhəmiyyət verilmədiyi, borclunun olduğu yer Sabunçu rayonu, Maştağa qəsəbəsi olduğu halda, icra qeydinin 9 saylı notariat ofisi tərəfindən aparılması ilə bağlı gəldiyi qənaət də əsassızdır. Belə ki, borclunun yaşayış yeri Bakı şəhəri olduğundan notarial hərəkət onun yaşayış yeri üzrə Bakı şəhərində yerləşən notariat ofisi tərəfindən aparılmışdır.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia rədd edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)- 314/2023 nömrəli qətnaməsindən üçüncü şəxs üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)- 314/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev