Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4031/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(004)- 797/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 40 ildən artıq müddətdir ki, qeydiyyatdadır və həmin mənzildə doğulub böyümüşdür. Həmin mənzil 5 otaqdan ibarətdir. 20 il öncə atası X4, 8 il bundan qabaq isə anası X5 vəfat etmişlər. X1 və X6 ailə quraraq başqa mənzilə köçmüşlər. Cavabdeh isə ailə quraraq həmin mənzildə yaşayır. O isə 1994-cü ildə ailə qursa da 199 -ci ildə nikahı pozulmuş, bundan sonra isə valideyinləri sağ olduğu dövrddə həmin mənzildə yaşamışdır. Bir müddət əvvəl evə gələrkən qardaşı və yoldaşı qapını açmayaraq onu mənzilə buraxmadılar. Mənzilə daxil olmaq istəyərkən isə polisə şikayət etdilər. Həmin vaxtdan bu günədək Cavabdeh onu həmin mənzilə buraxmır. Həmin mənzilə maneəsiz gediş-gəlişinin təmin edilməsinə dair Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə hə müraciət etmiş, məhkəmənin 03.03.2020-ci il tarixli, 2(004)-691/2020 saylı qətnaməsi ilə iddası təmin edilmişdir. Bundan sora isə Yasamal rayon İcra və probasiya şöbəsi işi icra etməmiş, cavabında həmin mənzilə köçrülmə tələbinə dair məhkəmə qətanaməsinin olduğu təqdirdə onu həmin evə köçürə biləcəyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(004)- 797/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-797/2021 saylı iş üzrə 25.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, o, hələ kiçik yaşlarından xəstədir. 2003-cü ildən Azərbaycan Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda uçotdadır. 2018-ci ildə 1 saylı X10 (Semaşka) xəstəxanasında Qaraciyər və Hepatit “C” virusundan çox ağır vəziyyətdə müalicə olunmuş. Halhazırda evdə həkim nəzarəti altında müalicəsini davam etdirir. Səhhətilə əlaqədar indiyə kimi daimi iş yerim olmuyub. Günə iş olanda işləmiş. Həmişə valideynlərinin, bacılarının və qardaşının hörmətini saxlamış, onların sözlərinə qulaq asmış. Qardaşı İddiaçı oglu spirtli içki aludəçisi olduğuna görə onunla hər zaman küsülü olmuş. Həmişə onunla söhbətləri mübahisəli olmuş. Əvvəl ataları, sonra Analarının dünyasını dəyişəndən sonra onu evdən çıxarıb evi kirayə vermək istəyiblər. X2 ona demiş ki, gəl qal bizdə evi kirayə veririk. Elə vaxtlar olub ki, onu məcbur ediblər. O da, razılıq vermiş. Bacıları və qardaşı nə qədər çalışsalarda evi kirayə versinlər, evin şəraiti pis olduğuna görə (otaqların heç birinin pəncərəsi yoxdur) kirayə qalanlar az müddətə evdən çıxıblar. Bu evə görə o qədər çətinliklərə saldılar ki, axır 1-ci ailəsini dağıtdılar. Bir müddət keçəndən sonra ona dedilər ki, səni evləndiririk, bu evdə qal yaşa, səndən başqa bu evdə kim qalmalıdır? Bizim 3-cümüzündə evə ehtiyacımız yoxdur. Yenədə onlara inanmış, onlar həmişə səhhətinin ağır olmasından istifadə ediblər. Öz razılıqları ilə onu evləndirmişlər. Bir qədər keçəndən sonra yenədə evi kirayə vermək söhbəti başlanmış. 2018-ci ildə o, 1 saylı X10 xəstəxanada çox ağır vəziyyətdə müalicə olunandan ( 2 bacısı, 1 qardaşı birləşib yaşadığı evi kirayə vermək qərarına gəlmişlər. O, onlardan soruşanda ki, evi kirayə verirsiniz, bəs ailəsi ilə harada qalacaq? Demişlər ki, bir müddət kirayə verəcəyik. Gəlib qalarsız bizdə. Müalicə kursunun 1 -ni alandan sonra bu evə qayıdarsınız. Bacısı Nənəş onu aparmiş evlərinə, bir müddət bir bacısım Göyçay şəhərində yaşayan Bacısı gildə qalmış. 2-3 ay keçəndən sonra Bacıları ona demişlər ki, kirayə qalanlar evin şəraitini bəyənməyib. Evdən çıxırlar. Çünki qeyd etdiyi kimi otaqların heç birinin pəncərəsi yoxdur. Nəhayət başladılar evə kirayəişin axtarmağa. O, artıq bu çətinliklərə dözə bilmirdi. Çox çətinliklər içində olduğunu bildirmişdir. Onların bu hərəkətləri ona əziyyət verirdi. Anlamış ki, yenədə bacıları və qardaşı onun ailəsini dağıtmaq istəyirlər. Çalışırdı ki, bu niyyətləri baş tutmasın. Ailəsi ilə birlikdə evə qayıtmış. Evdə olan əşyaları nəmişlikdən xarab olmağa başlamışdır. Evi səliqə səhmana salıb evdə qaldıqlarını, buda onların xoşlarına gəlmədiyini, onunla mübahisə aparmağa başladıqlarını və dəfələrlə ona ya evdən çıxın, ya da hərəmizə hər ay 100 manat verəcəyini qeyd etmişdir. Artıq ona məlum olmuş ki, onları qardaş yox, maddi maraq düşündürür. Onlar ancaq öz xeyrlərini güdürlər. Axı onlar onun bütün xəstəliklərini, ailəli olduğunu maddi imkanının aşağı olduğunu yaxşı bilirlər. Artıq onların heç bir sözlərinə inanmamış. Bacıları onun evdən çıxmadığını görmüşlər və nəticədə qardaşları İddiaçıı götürdülər ki, gəlib burda qalacaq. Qalmağa yer yoxdur. Çünki onlar yaxşı bilirlər İddiaçı bu evə gəlib qalsa, o, evdən çıxmaq məcburiyyətində qalacaqdır. Evin quruluşu elə vəziyyətdədir ki, ikinci bir şəxsin və ya ailənin burada gediş-gəlişi qalması mümkünsüzdür. Ona görə də o, onun gəlib qalmasına razılıq verməmiş. İddiaçı yaşadığı evə maneəsiz köçürülməsi iddiası ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş. Bacısı ailə həyatı quraraq bu evdən köçüb gediblər İddiaçı ailə həyatı qurandan sonra, 1997-ci ildən bu evdə yaşamır. Masazırda tikdirdiyi evlərində öz ailəsilə birlikdə baxmayaraq nigahları pozulmuşdur) yaşayır. İddiaçı iddia ərizəsində yazır ki, ev 5-otaqdan ibarətdir. Yalandır guya həmişə bu evdə yaşayıb, yalandır. Məhkəmə zalında ona böhtan atır ki, guya o, İddiaçıı ailəsi ilə birlikdə əlində sübut olmaya-olmaya polisə vermiş, yalandır. Otaqların heç birinin pəncərəsi yoxdur. Otaqlara giriş yerin divarında yuxarıda fortuşka vardır. Buda yayda havasızlıq, qışda nəmişlik yaradır. İddiaçının öz ailəsi onu içki içməsinə, bir neçə xəstəliklərinə görə evdən qovub çıxarır, rəftarları tutumursa, onun ailəsinə zorakılıq və körpə övladına xəta yetirsə, bəs o cür adamı necə qəbul edə bilər? Bacılarına və qardaşına dəfələrlə bildirmiş ki, vəziyyətini nəzərə alıb evdə yaşamağına imkan versinlər. Nə vaxt ev plana düşərsə, onda hər kəs öz payına yiyələnərlər. Onlar onun bu sözünədə məhəl qoymamışlar. Məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl qardaşı ona sms yazmış ki, o, evlənib gəlib bu evdə qalacaq. Məhkəmənin qərarından sonra yenə sms-lə yazmış ki, artıq onu təbrik edə bilər. Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə qalsa o, evdən çıxmaq məcburiyyətində olduğunu, kirayə getməyədə maddi imkanının olmadğını bildirmişdir. Bir tərəfdən xəstəlikləri, dərmanları, bir tərəfdən evsizlik onun üçün çox çətinliklər törədəcəyini qeyd etmişdir. Bu səbəbdən ailəsinin təkrar dağılmasına imkan yaradacaqdır. Məhkəmə iddiaçının yazdıqlarını araşdırmadan evə baxış keçirmədən, bir neçə xəstəliyinə diqqət yetirmədən öz qərarını verdi. İddiaçının yazdıqlarını əsas tutaraq, 3 nəfərin (onun, ailəsinin və kiçik yaşlı övladının evdən didərgin düşməsinə imkan yaratdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 2(004)-691/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə maneəsiz gediş-gəlişin təmin edilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə gediş-gəlişinə maneçilik törədilməsi cavabdehə qadağan edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla mübahisəli mənzilin iddiaçının valideyninə məxsus olması, uşaqlıqdan həmin mənzildə yaşaması və qeydiyyatda olması, bununla da həmin mənzilə istifadə hüquqlarının mövcud olması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə ki, məhkəmə kollegiyası 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə istifadı hüququ olan şəxs olmasına baxmayaraq, Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan mübahisəli mənzilə buraxılmır. Hazırda iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ olduğundan, cavabdeh onu yaşadığı mənzildən məhrum edə bilməz. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi, iddiaçının mübahisəli mənzilə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(004)-797/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4031/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4031/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver