Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4032/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departmentinin 47 M nömrəli, 16 may 2011-ci il tarixli əmrinə əsasən o, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi 72 saylı evin, ümumi sahəsi 72 m2 yaşayış sahəsi 48 m2 olan 4 otaqdan ibarət 7 saylı mənzilində şəxsi hesabı 3 nəfər ailə üzvü ilə birlikdə yaşaması və qeydiyyata alınması sosial kirayə müqaviləsi bağlanılmışdır. O, cavabdehlərlə birlikdə mübahisəli mənzildə bir müddət yaşamış, sonra isə müxtəlif səbəblərə, o cümlədən həmin evin hansı qaydada və kimin adına özəlləşdirilməsi məsələsi ilə bağlı cavabdehlərlə aralarında münaqişəli vəziyyət yaranmış və o müxtəlif yerlərdə qalaraq yaşamaq məcburiyyətində olmuşdur. İddiaçı adı gedən mübahisəli ünvandan daimi çıxıb getməmişdir. İddiaçının harada yaşaması cavabdehlər olan bacı və qardaşına hər zaman məlum olmuşdur. İddiaçı cavabdehlərlə daim ailə tədbirlərində, toy və yas mərasimlərində görüşmüş, bütün bunlara baxmayaraq, cavabdehlər ona bildirmədən, barəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən “istifadə hüququnun itirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçıların tələbi təmin edilmişdir. İddiaçının qət edilmiş məhkəmə qətnaməsindən heç bir xəbəri olmamışdır. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən narazı olduğundan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qət edilmiş, qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, 15 iyul 2021ci il tarixli qərardadı ilə, həmin məhkəmənin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cavabdehlər ləğv edilmiş qiyabi qətnamə üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-5068/2021 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbini təmin edilməməsini qət etmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə, həmin ünvanda yaşamaq üçün dəfələrlə getsə də, cavabdehlər iddiaçını mənzilə buraxmamışlar. Bu səbəbdən də, o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun tanınması tələbinə dair hissədə iddiaya xitam verilməsi, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülməyə dair hissədə iddiasının təmin edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürülməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 72 saylı evin 7 saylı mənzildə qeydiyyatı olmuşdur, lakin onun həmin mənzildən istifadə hüququ olmamışdır. Onların atası X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin satışından əldə edilmiş 180.000 (bir yüz səksən min) manat məbləğ mərhumun ailə üzvləri, yəni onların arasında bölünmüş və İddiaçı özünə düşən məbləği alaraq, həyat yoldaşının adına başqa bir mənzil almaqla orada yaşamışdır. Hesab edir ki, mənzildə qeydiyyatı hələ ondan istifadə etmək hüququ demək deyildir. Burada məhkəmə nəzərə almalı idi ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır, məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzilin hüququ rejimi 2015-ci il tarixdən etibarən davam edən və 2019-cu il tarixdə yekunlaşan məhkəmə qətnamələri ilə müəyyən edilmiş və nəticədə Cavabdeh2 həmin mənzilə xüsusi mülkiyyət hüququ öz təsdiqini tapmışdır. Xüsusilə qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin mənzilə olan qeydiyyatı bərpa edilmiş, onun həmin mənzildən istifadə etmək hüququna dair hər hansı dəlil və sübutlar olmamışdır. Məhkəmə öz qətnaməsini yalnız iddiaçının verdiyi izahata uyğun qəbul etmiş, işin aydınlaşdırılmalı olan halları kimi mübahisə edilən hüquqa dair hansı əsasların olması və ümumiyyətlə bu müddət ərzində iddiaçının mübahisə edilən mənzildən nə üçün istifadə etməməsini araşdırmamışdır. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsələr də, mübahisələndirilən qətnamədən görünür ki, iddiaçının mübahisəli mənzilə yaşayış hüququnun tanınması barədə iddiasına münasibətdə icraata xitam verilmişdir. Bu səbəbdən hazırkı apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin iddianın təmin edilməsinə dair hissəsi təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilərək, iddiaçılar Cavabdeh1 və X2 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 47 saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə dair 3 nəfər ailə üzvü ilə (İddiaçı, Cavabdeh1, Cavabdeh2) iddiaçı Cavabdeh2 adına açılmış və onun adına kirayə müqaviləsi bağlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi 2011-ci ildə köçərək qeydiyyata alındığı zaman mənzil xüsusi mülkiyyətdə olmamışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixdə iddiaçı X2 adına özəlləşdirilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzilə 2011-ci ildə ailə üzvü kimi qeyd edilmiş və mənzil dövlət mənzil fonduna aid olmuş, iddiaçı X4 həmin mənzilin kirayəçisi olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun mövcudluğu artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən iddiaçının mübahisəli evdə yaşamaqdan məhrum edilməsi qanunsuzdur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya qeyd edir ki, hazırkı iddianın əsaslı olması iddiaçının mübahisəli mənzilə hüquqi bağlılığının olması, həmin mənzildən istifadə hüququnun olub-olmadığının müəyyən edilməsi ilə bağlıdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli 47M saylı «Sosial kirayə müqaviləsinin bağlanması şəxsi hesabın açılması və qeydiyyata alınma barədə» əmrinə əsasən mübahisəli mənzilə dair vətəndaş X3 3 nəfər ailə üzvü ilə birlikdə – özü, qardaşı İddiaçı və bacısı Cavabdeh1) sosial kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Bu əmrin məzmunundan görünür ki, əmrdə adları qeyd edilən hər üç şəxs, o cümlədən İddiaçı mübahisəli mənzildə qeydiyyatsız yaşayırlar. Həmçinin, Suraxanı rayon məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair sosial kirayə müqaviləsi bağlandıqdan sonra tərəflər arasında mübahisəli mənzilin kimin adına özəlləşdirilməsi ilə bağlı münaqişəli vəziyyət olmuşdur. İddiaçı başqa mənzildə hansı vaxtdan yaşaması, cavabdehin mübahisəli mənzili daimi tərk etməsi və daimi yaşamaq üçün başqa yaşayış yerinə getməsi ilə bağlı hər hansı sübut iddiaçılar tərəfindən təqdim edilmədiyindən məhkəmə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olmaması barədə iddia əsassız hesab olunmuş, iddiaçılar Cavabdeh1 və X2 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbi təmin edilməmişdir. Həmin iddia tamamilə rədd edildiyindən icrada dönüş edilməsinə dair tədbirlər görülmüş və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə qeydiyyatı bərpa edilmişdir. Azərbaycan Respublikası Mənzil məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvad), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. İşin müəyyən edilmiş hallarına, habelə qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququnun mövcud olması mübahisəsiz olduğundan, habelə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından onun mübahisəli mənzildə yaşamaqdan məhrum edilməsi qanunsuz olmuşdur. Bu səbəbdən də İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürülməsinə dair iddiası əsaslı olmuşdur. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə köçürülməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. AR Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4032/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4032/2022
16.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver