Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4034/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli srüməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdehlər X4, Cavabdeh2 Rafiq oğluna, Cavabdeh3 Rafiq qızına və Cavabdeh4 qarşı “cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2584/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh X6 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X6 şikayətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərardadını xx.xx.2021-ci il tarixində aldığını bildirmiş (iş səh.160) , lakin qeyd olunan qərardadın cavabdeh tərəfindən həmin tarixdə alındığını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, həmçinin qərardad xx.xx.2020-ci il tarixində tərəflərə sifarişli məktubla göndərilmiş (səh. 153), şikayət məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixində qeydə alınmışdır (səh 159). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətinin məzmun tələblərinə riayyət edilməyərək şikayəti verən şəxslərin iş yeri, yaşayış yeri, yaxud olduğu yeri göstərilməmiş, bununlada çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan suiistifadəyə şərait yaradılmışdır. Həmçinin diqqətə çatdırılmalıdır ki, hal-hazırda iş materiallarında olan etibarnamənin müddəti bitmişdir (səh 75). Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2584/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh X3 nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4034/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4034/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver