Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4036/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Kəlbəla qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Kəlbəla qızının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(008)-4705/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kəlbəla qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1620 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, 4 il bundan əvvəl işdə tanış olduğu Dilarə adlı qadın ondan qızıl-zinət və geyim əşyaları almışdır. O, həmin əşyaların pulunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Amma pulun bir hissəsini versə də sonradan qalan hissəsini müxtəlif bəhanələrlə verməmişir. Artıq bir ildən çoxdur ki, onun pulunu qaytarmaq istəmir, ya deyir ərim pul göndərəcək, ya da deyir işləmirəm. Dilarə dəfələrlə bunu ona yazdığı mesajlarla etiraf etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın qismən təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən yalnız smslərə istinad etmişdir. Hansı ki, həmin smslərdən sonra da ödənişləri olmuşdur. Məhkəmə iclasının bir tərəfli aparılması qanuna ziddir. Həmçinin, məhkəmə iclası barədə bildirişin ona gəlib çatmaması da məhkəmədə iştirak hüququnu pozmuş, müdafiəsini qura bilməmişdir. Məhkəmənin yalnız smslərə istinad etməsi onu sübut edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübut yalnız odur. Cavabdehin idiaçıya olan borcu təxminən 890 manat civarındadır. Apelyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayət qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı Kəlbəla qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1620 manat pulun tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddiaçı həmin tələbini əsaslandığı sübut qismində mobil telefon yazışmalarını əks etdirən fotosurətlər təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə həmin fotosurətlərə əsaslanaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Belə olan halda, sübutun surətinə əsaslanaraq iddianın təmin edilməsi qanunvericiliyin pozulmasıdır və bu barədə qətnamənin ləğvi üçün əsasdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh mübahisələndirilən qətnamədə verdiyi apelyasiya şikayətində İddiaçı Kəlbəla qızına 890 manat borcu qaldığını bildirmiş, beləliklə qeyd edilən məbləğdə borcu etiraf etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh 890 manat hissəsində borcu etiraf etdiyindən, İddiaçı Kəlbəla qızı həmin hissədə tələbi sübutetmə vəzifəsindən azad olmaqla, etiraf edilən hissədə borcu ödəmək vəzifəsi Cavabdeh üzərinə düşməkdədir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, etiraf edilmiş hissədə borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4705/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 890 (səkkiz yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat pul tutularaq İddiaçı Kəlbəla qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4036/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4036/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver