Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4036/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əşyaların evdən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiаçı İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh məxsus yataq dəsti (taxt çarpayı, dolab, termo), qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük), qolbağın (əmisinin hədiyyəsi) ona məxsus ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus olan ünvan 1 ünvanına köçərək onunla birlikdə həmin ünvanda yaşamışdır. Sonradan isə oğlu ilə münasibətləri pozulduğundan evdən getmiş, lakin aşağıdakı sadalanan cehiz və zinət əşyalarını aparmamışdır. Onlar aşağıdakılardır: yataq dəsti (taxt çarpayı, dolab, termo) qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük), qolbağın (əmisinin hədiyyəsi). O həmin əşyaların saxlandığı evdən normal şəkildə istifadə edə bilmir. Bu isə onun mülkiyyətçi kimi hüquqlarını pozmaqdadır.
4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiа təmin edilərək, Cavabdeh məxsus yataq dəsti (taxt çarpayı, dolab, termo), qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük) və qolbaq İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarından göründüyü kimi cavabdehə məxsus cehiz və qızıl-zinət əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindədir. İşin bu halını məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) də mübahisələndirməmiş, sadəcə olaraq iddia ərizəsində cavabdehə məxsus əşyaların tam göstərilmədiyini iddia etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının razılığı olmadan cavabdehə məxsus əşyaların iddiaçının evində qalmaqda davam etməsi iddiaçının mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bu əşyaların öz evindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. İddia ərizəsində əşyaların tam göstərilməməsi ilə bağlı cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qeyd edilənlərə münasibətdə məhkəmə qeyd edir ki, əgər cavabdeh iddiaçının evində iddia ərizəsində göstərilənlərdən başqa da özünə məxsus əşyaların olduğunu iddia edirsə, həmin əşyaların tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Hazırkı iddia tələbi iddiaçının cavabdehə məxsus olduğunu iddia etdiyi əşyaların iddiaçının evindən çıxarılması ilə bağlıdır və cavabdehin də mövcudluğunu mübahisələndirmədiyi bu əşyalar iddiaçının evindən istifadə hüququnu məhdudlaşdırdığına görə evdən çıxarılmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə yalnız iddiaçının “arzu və istəklərinə” uyğun qərar qəbul etmişdir, yəni işin hallarını tam araşdırmadan, mübahisəli evə baxış belə keçirmədən qətnamə qəbul etmişdir. Cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu X7 xx.xx.2021-ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra İddiaçı gəlinini-cavabdehi ailə üzvü qısmində qəbul etmiş, xüsusi mülkiyyətində olduğu Yeni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürmüşdür. İddiaçı, cavabdeh bir ailədə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. Cavabdeh həmin evdə övlad dünyaya gətirərək Ana olmuşdur. Oğlu dünyaya gəldikdən sonra cavabdeh rahatlıq üçün, yəni uşağının körpə olduğuna görə əri Nicat Sultanova cehiz gətirdiyi paltaryuyan və qabyuyanı yaşadııqları evin 3-cü mərtəbəsində quraşdırılmasını xahiş etdikdə, İddiaçı ona və oğluna evində heç kimin əmr verə bilməyəcəyinin və qeyd olunan avadanlıqların quraşdırılmasına icazə verməyəcəyinin demiş və və bu kiçicik söhbətə görə iddiaçı yeganə oğlu ilə gəlininin ailə münasibətlərini pozmuşdur. İddiaçı başladığı həmin mübahisəni böyütmüş və oğlunun ailəsində narazılıq yaratmış, bu səbəbdən də cavabdeh İlahə xanım təkcə əynindəki paltarda körpə oğlunu da götürərək atasının evinə getmişdir. Yəni bütün pal-paltarları, qır-qızılları, yəni bütün əmlakı mübahisəli evdə qalmışdır. Bu xüsusatı iddiaçı məhkəmədə verdiyi sərbəst ifadəsində xüsusilə qeyd etmişdir. Bu səbəbdən qayınata-iddiaçı bu iddia ilə məhkəməyə müraciət edərək yeganə oğlu Nicat Sultanovun ailəsinin faktiki olaraq dağıdaraq evdə olan cehiz əşyalarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində İlahə xanıma aid olan bir sıra qızıl-zinət və digər əşyaların hamısı iddia ərizəsində əks olunmamışdır. İddiaçı məhkəmədə verdiyi izahatında qeyd etdiyi xüsusatı təsdiq edib, əlavə olaraq bildirdi ki, “Cavabdehin tələb etdiyi bütün əşyalarının hamısı evindədir.” Bunlar aşağıdakı qızıl-zinət və digər əşyalarıdır:
1. İddiaçı “nişan” mərasimində cavabdehə bağışladığı (cəlinin barmağına taxdığı üzük) 2.500 manat dəyərində olan briliyant qaşlı qızıl üzük; 2. Xatirə Sultanovanın (iddiaçının arvadı) xx.xx.2022-ci il tarixində hədiyyə etdiyi brilliant qaşlı sırğa, “Yeni İl” hədiyəsi; 3. Məlahət Sultanovanın (iddiaçının bacısı) gəlinə iş üzrə cavabdehə bağışladığı təqribən 4.500-5.000 manat dəyərində olan “Sünbül” formalı qızıl boyunbağı; 4. Zərfdə olan 1.200 manat və əlavə 1 ədəd 100 ABŞ dolları (cavabdehin oğlunun şərəfinə təşkil etdiyi şənlik ziyafətindəki qonaqların uşağına verdiyi pullar); 5. Uşağın çarpayısı; 6. Uşağın maşını. İddiaçının arvadı Xatirəxanım (qaynana) xx.xx.2022-ci il tarixində cavabdehə hədiyyə etdiyi brilliant qaşlı sırğaları artıq özününküləşdirmişdir!? İddia ərizəsində göstərilənlərlə yanaşı yuxarıda qeyd olunan qızıl-zinət və digər əşyalar da həmin ünvanda-mübahisəli evdədır. İddiaçı yalnız və yalnız mal davası edir. Lakin o, bir neçə gündən sonra 1 yaşı tamam olacaq nəvəsi Sultanın üzünü belə görməmişdir. Cavabdehin əziyyət çəkməyi bir reallıqdır. Məhkəmə isə yalnız iddiaçının xeyrinə uyğun qərar qəbul etməyə fokuslandığına görə bu reallığı görmək istəməməmişdir. İddiaçının isə maddi vəziyyəti yüksək səviyyədədir, onun bu evə ehtiyacı yoxdur, onun bir neçə evi vardır. İddiaçı heç bir işlə məşğul olmadığına görə boş vaxtını ancaq məhkəmələrə ərizə verməklə keçirir. Bu çox gülməli haldır. Ona görə də hesab edir ki, məhkəmə Kollegiyası bu gənc ailənin dağılmaması üçün bütün tədbirləri görməlidir. Suraxanı rayon Məhkəməsi iş üzrə tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmiş, prosessual qaydalara riayət etməmiş, mütəxəssi funksiyasını da icra etməklə də birtərəfli qərar qəbul edilmişdir. İddia tələbi təmin edilməli və cavabdehin əşyaları evdən çıxarılmalıdır. Məhkəmə səhv olaraq bu qənaətə gəlmişdir. Çünki cavabdeh və oğlu X3 həmin evdə daimi qeydiyyadadır. Cavabdeh de-yure olaraq iddiaçının oğlunun, yəni ailə üzvünün qanuni arvadıdır və həmçinin körpə oğlu ilə birlikdə onların ailə üzvüdür. Məhkəmə nəzərə almali idi ki, iddiaçının nəvəsi (ailə üzvü, soyadının daşıyıcısı, nəslinin davamçısı) xx.xx.2022-ci il təvəllüdlü X4 cavabdehin yanında və himayəsindədir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2021-ci ilin 21 iyunda tarixində cavabdeh onların evinə gəlmişdir. 28 iyunda toy olmuşdur. Hazırda uşaqları da var. 1 yaşı uşağın təzə olmuşdur. 2022-ci ilin avqustunda cavabdeh çıxıb getmişdir. Uşaq həmin vaxt 2 aylıq idi, qızıllarını, cehizlərini aparmayıb. Nikahları hələ rəsmi pozulmamışdır. Məhkəmə prosesi davam edir. Barışıq mümkün deyil.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
13. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .
19. Belə ki, iddiaçı hazırkı iddiasında Cavabdeh oğlu ilə ailə qurduqdan sonra cehiz olaraq gətirdiyi əşyaların ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
21. Qətnamədən şikayət verən cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh iddiaçının gəlinidir, oğlu ilə boşanmamışdır, bu səbəbdən ona məxsus əşyaların iddiaçının evində qalması qanunazidd deyildir.
22. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehə məxsus əşyaların yerləşdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətidir. İddiaçının mülkiyyətində olan əmlakı qanunsuz hesab etdiyi qəsdlərdən qorunması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır, həmçinin həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. İddiaçı bildirir ki, 2021-ci ildə cavabdeh mübahisəli evə gəlin olaraq köçmüş və 2022ci ildə evi tərk etmiş, həmin əmlakla bağlı heç bir mülkiyyət hüququ yoxdur.
24. Digər tərəfdən işə baxılması zamanı iddiaçı öz izahatında bildirir ki, oğlu və ilə gəlini arasında nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, məhkəmə prosesi hələ davam edir.
25. İddiaçının tərəfindən cavabdehə məxsus əmlakların, qızıl-ziynət əşyalarının hamısının verilməməsi ilə bağlı şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bununla bağlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçının iddia tələbi həddində işə baxılmış və məhkəmə aktı qəbul edilmişdir.
26. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev