Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4037/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(009)-1328/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh qarşı “evə köçürülmə” barədə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsinə əsasən, iddia təmin edilmişdir. İddiaçı 10.03.2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(009)- 1328/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(009)- 1328/2021 saylı qərardadı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və apelyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ilk olaraq məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin apellyasiya şikayətinə əlavə edilməməsi və apellyasiya şikayəti konkret maddi və ya prosessual hüquq normalarının pozulmasına istinad edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardadın surəti ona təqdim edilməmiş, habelə «e- Mehkeme.gov.az» internet portalında şəxsi elektron kabinetinə yüklənməmişdir. Apellyasiya şikayətinin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılması halı isə ona yalnız iş üzrə 01 mart 2022-ci il tarixdə keçirilən apellyasiya baxışı zamanı məlum olmuşdur. Daha sonra 17 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət rüsumunun ödənilməsinə dair qəbz 09 mart 2022-ci il tarixli ərizə ilə Elektron ünvan elektron poçt vasitəsi ilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin ərizədə də 09 dekabr 2021-ci il tarixli qərardad haqqında yalnız 01 mart 2022-ci il tarixdə məlumatlı olmaqları barədə ətraflı izah olunmuşdur. Bununla da göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət nə dolayısı ilə, nə də ki bilavasitə ötürülməmiş, bu səbəbdən də prosessual müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək üçün heç bir zərurət yoxdur. Lakin 04 aprel 2022-ci il tarixli qərardadda bu hallar ümumiyyətlə nəzərə alınmamış və onlara heç bir hüquqi qiymət verilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(009)-1328/2021 saylı qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən qətnaməni 03.08.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Lakin, İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti 10.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Dolayısı ilə, iddiaçı, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüş və həmin müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilk olaraq məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin apellyasiya şikayətinə əlavə edilməməsi və apellyasiya şikayəti konkret maddi və ya prosessual hüquq normalarının pozulmasına istinad edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Şikayətin dəlillərindən, eləcə də iş materiallarından göründüyü kimi, həmin qərardadın iddiaçıya çatdırılması barədə hər hansı bir məlumat yoxdur. Kollegiya eləcə də qeyd edir ki, şikayətin dəlillərindən göründüyü kimi, iddiaçı apelyasiya şikayətinin geri qaytarılması barədə, cavabdehin apelyasiya şikayətinə apelyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olmuş və apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadda göstərilmiş yanlışlıqları aradan qaldıraraq, apellyasiya şikayəti və dövlət rüsumunun ödənilməsinə dair qəbzi 09 mart 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytararkən, işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış və nəticədə apelyasiya şikayətini geri qaytarmaqla, səhv nəticəyə gəlmişdir. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X6 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(009)-1328/2021 saylı qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(009)- 1328/2021 saylı qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4037/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4037/2022
24.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver