Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-404/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması və sair” tələbi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28 və X7 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması və sair” tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər X21 və X8 nümayəndəsi və vəkili Qanuni nümayəndə, Müstəqil tələb irəli sürən üçünçü şəxs X9 nümayəndəsi X6, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər T.Şalumova və N.Ruvinova tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “miras əmlakı üzrə vərəsə kimi tanınma və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, birotaqlı mənzili üzrə onun vərəsə kimi tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və anası X22 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv. metrdan ibarət olan, birotaqlı mənzil qalmışdır. xx.xx.2018-ci ildə X10 yoldaşı X29 rəhmətə getmişdir. Onun ölümündən sonra xx.xx.2021-ci il tarixdə onların oğlu X23, xx.xx.2022-ci il tarixdə isə digər oğlu X30 vəfat etmişdir. Hal-hazırda X10 ölümündən sonra onun bir uşağı - İddiaçı, yəni özü sağ qalmışdır. Hazırda da o, RF-nin Moskva şəhərində daimi olaraq yaşayır, Rusiya Federasiyasının vətəndaşıdır. Buna baxmayaq, bir il bundan qabaq vəfat etmiş X14 yoldaşı Cavabdeh2 və qızları X18, X11 X10 ölümündən sonra miras qalmış mənzilə vərəsəlik hüququna daxil olmuşlar. Bundan sonra X18 və X2ra düşən payları anası Cavabdeh2 bağışlamışlar. Bunun əsasında Cavabdeh2 miras qalmış mənzilə mülkiyyət hüququna daxil olmuşdur. Hazırda da mənzilin mülkiyyətçisidir. Cavabdeh2 vərəsəlik hüququna daxil olarkən mərhum X10 birbaşa varisini - oğlu İddiaçı Yaruhomoviçi gizlətmişdir. O, səhhəti ilə əlaqədar uzun müddətdir ki, Bakıya gələ bilmir. Lakin o, hesab edir ki, Cavabdeh2 və qızları Cəmilə Xananayeva, Zinaida Şalumova onu vərəsə kimi gizlədərək anasının əmlakı üzərində qanunsuz olaraq vərəsəlik hüququ əldə etmişlər. Bu barədə məlumatı AR ƏMDX-ti DƏDK və R-ri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən almışdır. Vəkilin sorğusuna xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktub ilə bildirmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 saylı mənzil X19 adi olan hissədə Bakı şəhəri 5 saylı DNK-nin 2V-39 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-404 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bundan sonra Cavabdeh2 və qızlarının mübahisəli mənzilə vərəsəlik hüququna daxil olması ilə bağlı notariat işini tələb etmişdir. Notariat işindən görünür ki, onlar vərəsəlik hüququna daxil olarkən Tamara Şalumovanın sağ olan varisi İddiaçı gizlətmişlər.
3. Daha sonra müstəqil tələb irəli sürən üçünçü şəxslər X24 və X25 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onların X31 ölümündən sonra qalmış miras əmlaka vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, bir otaqlı mənzili üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin vərəsə kimi tanınması və onların paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Müstəqil tələb irəli sürən üçünçü şəxslər ərizəsini onunla əsaslandırılmışdır ki, bir il bundan qabaq vəfat etmiş X14 yoldaşı Cavabdeh2 və qızları X18 və X11 X10 ölümündən sonra miras qalmış mənzilə vərəsəlik hüququna daxil olmuşlar. Bundan sonra X18 və X2ra düşən payı anası Cavabdeh2 bağışlamışlar. Cavabdeh2 vərəsəlik hüququna daxil olarkən, X10 birbaşa vərəsəsi İddiaçı Yaroxomoviçi gizlətmişdir. Bununla əlaqədar İddiaçı anası Tamara Şalumovanın ölümündən sonra miras qalmış mənzilə onun vərəsə kimi tanınması və ona payın müəyyən edilməsini xahiş etmişdir. Həmin əmlakı qəbul edərkən Cavabdeh2 digər vərəsələrin sayını gizlətmişdir. Belə ki, o, Tamara Şalumovanın mərhum oğlu Sergey Şalumovanın qızları Nərminə Ruvinovanı və Tamilla Şalumovanı gizlətmişdir. Hal-hazırda həmin mülki iş üzrə Nərminə Ruvinova və Tamilla Şalumova üçüncü şəxslər qismində daxil olmaq və nənəsi Tamara Şalumovadan miras qalmış ünvan 1 ünvanında yerləşən 15,0 kv.m-dən ibarət olan 1 otaqlı mənzilə vərəsələr kimi tanınmaları və paylarının müəyyən olunmalarını istəyirlər. Nərminə Ruvinovanın və Tamilla Şalumovanın ataları Yaqub Şalumovanın və nənələri Tamara Şalumovanın ölümündən sonra hər hansı əmlakın olubolmaması barədə heç bir məlumat olmamışdır. X34 və nənəsi Şalumova Tamaranın Bakıda miras əmlaklarının olub-olmadığını öyrənmək üçün hüquqi yardım almaq məqsədilə vəkilə müraciət etmişlər. Daşınmaz əmlakın dövlət reyestrinin vəkilin sorğusuna verdiyi cavabdan məlum olub ki, Tamara Şalumova 2012-ci ildə vəfat etdikdən sonra onun adına mübahisəli mənzil qalmışdır. Eyni cavabdan məlum olub ki, Cavabdeh2 və qızları Sergey Şalumovun ölümündən sonra Şalumova Tamaranın əmlakına vərəsəlik hüququna daxil olmuşlar. Bundan sonra vəkil 5 saylı Notariat Ofisindən həmin vərəsəlik işini tələb etmişdir. Notariat işindən məlum olmuşdur ki, vərəsəlik hüququna daxil olarkən Cavabdeh2 və onun qızları Tamara Şalumovanın digər vərəsələrini gizlətmişlər. müstəqil tələb irəli sürən üçünçü şəxslər Rusiya Federasiyasının Moskva şəhərində daimi yaşayırlar. X31 və atası Yaqub Şalumovanın ölümündən sonra hər hansı daşınmaz əmlakın olub-olmaması barədə heç bir məlumat olmamışdır. X33 adına olan miras əmlakı barədə məlumatı yalnız vəkilin sorğusuna cavab aldıqdan sonra öyrənmişlər. Ona görə də, Nərminə Ruvinova və Tamilla Şalumova X31 ölümdən sonra vərəsəlik hüququna daxil olmaq üçün Qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşlər və bu müddət məhkəmə tərəfindən uzadılmalıdır.
5. Eyni zamanda İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər X24 və X7 nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı anası Tamara Şalumovanın ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, birotaqlı mənzilə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, miras əmlakı olan mənzil üzrə İddiaçı vərəsə kimi tanınması və onun payının müəyyən edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir.
6. Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Sultanova-Məmmədova Ayşən) ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” barədə iddia tələbi, müstəqil tələb irəli sürən üçünçü şəxslər X24 və X7 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər T.Şalumova və N.Ruvinova tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
8. Hazırkı işə apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5869/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Mülki Məcəllənin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır.
9. Bundan sonra Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı dərc edilmiş, hazırkı iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
10. İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər T.Şalumova və N.Ruvinova qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, eyniməzmunlu həmin apellyasiya şikayətlərində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, İddiaçı və müstəqil tələb irəli sürən X24 və X7 cavabdeh Şalumova A sya Nisanovna və digərlərinə qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi“ tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər T.Şalumova və N.Ruvinovanın nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək və məzmununa uyğun izahat verərək, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, iddia tələbinin əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçünçü şəxs T.Şalumovanın nümayəndəsi V.Şalumova apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
15. 2V-39 saylı vərəsəlik işində olan: xx.xx.2012-ci il tarixli, 2V-2-779 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi: əri - X15. Şəhadətnamə əsasında verilən miras əmlak "xxxx" ASC-də 89650 saylı hesabda olan əmanət və faizdən ibarətdir.
16. AZ-İİ seriyalı, 219383 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
17. X-MЮ seriyalı, 725307 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X26 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür.
18. V-ЮМ seriyalı, 843264 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1933-cü ildə Quba raronunda anadan olmuş X22 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür.
19. Vİİ-ИK seriyalı, 557880 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X29 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür.
20. Azərbaycan Respublikası DİN tərəfindən 2022-ci ilin fevral ayıda verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2004cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda arayışdan X18 və Şalumova (Xananyayeva) Cəmilə Sergeyevnanın da qeyd olunan ünvan 3 ünvanı üzrə qeydiyyatda olduqları görünür.
21. X18 tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizədən görünür ki, ərizəçi xx.xx.2012-ci il tarixdə vəfat etmiş nənəsi X5mış mirasın tərkibinə daxil olan ünvan 6-də yerləşən yaşayış evindən (habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ondan başqa mirasçının gəlini Asya və nəvəsi Cəmilənin vərəsə olduğunu bildirmişdir.
22. X11 tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizədən görünür ki, ərizəçi xx.xx.2012-ci il tarixdə vəfat etmiş nənəsi X5mış mirasın tərkibinə daxil olan ünvan 6-də yerləşən yaşayış evindən (habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ondan başqa mirasçının gəlini Asya və nəvəsi Zinaidanın vərəsə olduğunu bildirmişdir.
23. xx.xx.2022-ci il tarixli, 2V-39 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 vərəsələri: xx.xx.2018-ci il tarixdə ölmüş vərəsə əri - X20 vərəsəsi; xx.xx.2021-ci il tarixdə ölmüş vərəsə oğlu X14 vərəsəsi: 1-ci ölmuş vərəsənin gəlini, 2-ci ölmüş vərəsənin arvadı - Cavabdeh2; 1-ci ölmuş vərəsənin nəvəsi, 2-ci ölmüş vərəsənin qızı - X11; 1-ci ölmuş vərəsənin nəvəsi, 2-ci ölmüş vərəsənin qızı - X18 miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ölmüş X20 arvadı və ölmüş X14 anası - X16 məxsudur. Şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X10 adına verilmiş **********63- 05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 115.4 kv.m. olan mənzilin paylı mülkiyyət hüququ üzrə 2-ci mərtəbəsindəki 1 otaq (y/s-15,0 kv.m)-dan ibarətdir.
24. 3M-404 saylı vərəsəlik işində olan: xx.xx.2022-ci il tarixli Miras payının bağışlanması müqaviləsindən görünür ki, X18 və X11 xx.xx.2022-ci il tarixli, 2V/39 reyestr nömrəli Bakı şəhəri 5 saylı Notariat Ofisinin Notariusu tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X12 miras qalmış əmlakdan hər birinə çatan 1/3 hissə paylarını anaları Cavabdeh2 bağışlamışlar.
25. AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 saylı mənzil (3 otaqlı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 180/23 nömrəli sərəncamına, Bakı şəhəri 5 saylı DNK-nın 3Ə-588 reyestr nömrəli, xx.xx.1995-ci il tarixli müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1995-ci il tarixdə X10 adına qeydiyyatdan keçmişdir.
26. ünvan 5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 203 saylı cavab məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş miras qoyan X10 yeganə vərəsəsi əri X15 və ona "xxxx" ASC-dəki əmanət və faizlərə dair xx.xx.2012-ci il tarixdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak, yəni S.Əskərova küçəsi 64-də yerləşən mənzili adına rəsmiləşdirmədən xx.xx.2018-ci il tarixdə X29 ölmüşdür. X29 və X1 Sergey Yaruxomoviç xx.xx.2021-ci ildə ölmüşdür. X14 aryadı Cavabdeh2 və qızları X11, X18 vərəsəliyin qəbuluna dair ərizə vermişlər. Vəfat etmiş, X12 miras qalmış S. Əsgərova küçəsi ev 64-də yerləşən mənzildə qeydiyyatda olduqlarına görə onlar faktiki mirası qəbul etmişlər. Bununla əlaqədar Mülki Məcəllənin 1252- ci maddəsinə əsasən irsi transmissiya qaydasında vərəsələrin hər birinə 1\3 hissədə miras paya vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verildikdən sonra xx.xx.2022-ci ildə Zinaida və Cəmilə öz vərəsəlik paylarını anaları Cavabdeh2 bağışlamışlar. Eyni zamanda İddiaçı anası Tamara, atası Yaruxom öləndən sonra mirası nə faktiki qəbul etmiş, nə də heç bir notariat ofisinə yazılı müraciət etməmişdir. Tətbiq edilən maddi hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
29. Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
30. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:
31. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
32. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər T.Şalumova və N.Ruvinova tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməlidir.
34. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
35. X27 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.
36. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.
37. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
38. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
39. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
40. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
41. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Həmin qərarda qeyd edilir ki, ...qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
42. Hazırkı işə baxan rayon məhkəməsi iddia tələblərini yalnız Mülki Məcəllənin 1246-cı maddəsinə istinad etməklə, yəni iddiaçıların miras əmlakı qanunla müıyyən olunmuş müddətlər daxilində qəbul etməmələri əsasına görə təmin etməmişdir.
43. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
44. Həmin qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
45. Hazırkı İddiaçı və müstəqil tələb irəli sürən iddiaçılar T.Şalumova və N.Ruvinova miras əmlakdan imtina etməmişlər, belə olan halda məlum olur ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi baxımından onlar mirası qəbul etmişlər. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
46. Hazırkı halda iddia tələblərini təmin etməyən rayon məhkəməsinin istinad etdiyi maddi hüquq norması Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edildiyindən, hazırkı iddiaçı və müstəqil tələb irəli sürən iddiaçılar da miras əmlakdan imtina etmədiklərindən, müəyyən olunur ki, hər iki iddia tələbi əsaslıdır və təmin edilməlidir.
47. AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 saylı mənzil (3 otaqlı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 180/23 nömrəli sərəncamına, Bakı şəhəri 5 saylı DNK-nın 3Ə-588 reyestr nömrəli, xx.xx.1995-ci il tarixli müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1995-ci il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. Beləliklə də müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh İddiaçı miras əmlaka dair vərəsəlik şəhadətnaməsi alarkən həmin əmlak- mənzil daşınmaz əmlakın reyestrində X10 adına qeydiyyatda olmuşdur. Bu baxımdan, rayon məhkəməsi tərəfindən miras qoyan kimi T.Şalumovanın qəbul olunması həmin reyestr qeydinə uyğun olmuşdur.
48. Hazırkı mülki iş üzrə X10 (xx.xx.2012-ci il tarixdə vəfat etmişdir) vərəsələri onun övladı-yəni İddiaçı, övladı Sergey Şalumov (xx.xx.2021-ci il tarixdə vəfat etmişdir), övladı Şalumov Yaqub (xx.xx.2022-ci il tarixdə ölmüşdür), əri X15 (xx.xx.2018-ci il tarixdə ölmüşdür).
49. X10 övladları birinci dərəcə vərəsələr övladı Sergey Şalumov xx.xx.2021-ci il tarixdə, övladı Şalumov Yaqub xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Sergey Şalumovun arvadı Cavabdeh2; qızı - X11; qızı - X18, Şalumov Yaqubun övladları N.Ruvinova və T.Şalumova MM-in 1159.1.3-cü maddəsinə əsasən, birinci növbə vərəsələr vəfat etdiyi üçün onlara çatası paydan bərabər miras payı almalıdır.
50. Mülki iş materiallarındakı 3M-404 saylı vərəsəlik işində olan: xx.xx.2022-ci il tarixli miras payının bağışlanması müqaviləsindən görünür ki, X18 və X11 xx.xx.2022-ci il tarixli, 2V/39 reyestr nömrəli Bakı şəhəri 5 saylı Notariat Ofisinin Notariusu tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X12 miras qalmış əmlakdan hər birinə çatan 1/3 hissə paylarını anaları Cavabdeh2 bağışlamışlar.
51. Hazırkı iddia tələblərinin məzmunundan müəyyən olunur ki, iddiaçılar cavabdeh tərəfindən vərəslərin dairəsi barədə notariat orqanına düzgün olmayan məlumat verilməklə, yəni digər vərəsələrin olması gizlədilməklə, əslində onlara çatası miras paya dair də Cavabdeh2 öz adına qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi almasını, demək ki, dolayısıyla iddiaçılar həmin vərəsəlik şəhadətnaməsinin də mübahisələndirmişlər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələblərinin xahiş hissəsində cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin və müvafiq olaraq da cavabdehin adına aparılmış qeydiyyatın ləğv edilməsi xüsusi olaraq qeyd olunmasa da, həmin tələb iddiaçıların ərizələrinin mahiyyətindən irəli gəlir, yəni onların tələbləri ilə əhatə olunur və MPM-in 218.3-cü maddəsinin birinci cümləsinin təsiri altına düşür.
52. Həmçinin müəyyən olunur ki, iddiaçılar ərizələrində digər tələblərlə yanaşı, həm də mirasın qəbulu üçün müddətin uzadılmasını da xahiş etmişlər. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, nə qədər ki, onlar qanunla müəyyən edilmiş qaydada mirasdan imtina etməmişlər, demək ki, mirası qəbul etmişlər, odur ki, həmin tələb də əhəmiyyətsiz hala gəlmişdir.
53. Beləliklə də, yuxarıda qeyd olunanlara əsəsən X12 miras qalmış ünvan 6 ünvanındakı əmlaka dair verilmiş xx.xx.2022-ci il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və buna müvafiq olaraq da cavabdehin adına aparılmış qeydiyyat ləğv olunmalı, miras qoyan X12 miras qalmış ünvan 6 miras əmlaka münasibətdə onun övladı, yəni İddiaçı 6/18, Cavabdeh2 6/18 (nə qədər ki, onun övladları X18 və X11 X12 miras qalmış əmlakdan hər birinə çatan 1/3 hissə paylarını anaları Cavabdeh2 bağışlamışlar), N.Ruvinovanın 3/18 və T.Şalumovanın 3/18 payı müəyyən edilməlidir. Nəticə:
54. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənatə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməli, X12 miras qalmış ünvan 6 ünvanındakı əmlaka dair verilmiş xx.xx.2022-ci il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və buna müvafiq olaraq da cavabdehin adına aparılmış qeydiyyat ləğv olunmalı, X12 miras qalmış ünvan 6 miras əmlaka münasibətdə onun övladı, yəni İddiaçı 6/18, Cavabdeh2 6/18 (nə qədər ki, onun övladları X18 və X11 X12 miras qalmış əmlakdan hər birinə çatan 1/3 hissə paylarını anaları Cavabdeh2 bağışlamışlar və bu məsələ mübahisələndirilmir), N.Ruvinovanın 3/18 və T.Şalumovanın 3/18 payı müəyyən edilməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizələri və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsümu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı, müstəqil tələb irəli sürən üçünçü şəxslər X24 və X25 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. X12 miras qalmış ünvan 6 ünvanındakı əmlaka dair verilmiş xx.xx.2022-ci il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin əmlaka dair Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeyd ləğv edilsin, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 6 miras əmlaka İddiaçı 6/18, Cavabdeh2 6/18, müstəqil tələb irəli sürən üçünçü şəxslər X13 3/18 və X25 3/18 payı müəyyən edilsin. İddia ərizələri və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (100+50=150) 150 (bir yüz əlli) manat İddiaçı, (100+50+50=200) 200 manat alınaraq müstəqil tələb irəli sürən üçünçü şəxslər X24 və X17 (hər birinə 100 manat verilməklə) Cavabdeh2 alınaraq verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.