Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4043/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədova (İbrahimova) Əsmər Ənvər qızına qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3072/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədova (İbrahimova) Əsmər Ənvər qızına qarşı “borc” barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddia təmin etmə tədbiri barədə vəsatətlə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 birgə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 86 saylı mənzilinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını və həmin qərardadın Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3072/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia təmin etmə tədbiri barədə vəsatət qismən təmin edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 86 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilməklə, üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3072/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13460/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3072/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınm 2(102)-2257/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13460/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh Əsmər Məmmədovanın nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia rədd edildiyindən, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 86 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3072/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 86 saylı mənzilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3072/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 86 saylı mənzilinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh1 şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həbsin götürülməsi barədə ərizəyə baxılarkən onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3072/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi, məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlak üzrə məhkəmə çəkişməsi başa çatdığına görə, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin məlum olan son yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri və SMS-bildiriş göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3072/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3072/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4043/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4043/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver