Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4053/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil6 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxslər X6 nümayəndəsi və vəkili Vəkil3, X1 nümayəndəsi və vəkili Vəkil9, X3 nümayəndəsi və vəkili Vəkil3, X5 nümayəndəsi və vəkili Vəkil8 (ayrı-ayrılıqda), Maraqlı şəxs1, X7 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil4 (birgə) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 tərəfindən alınmış, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m. olan 71, 72, 73, 74, 75, 76 və 77 saylı mənzillərin; - İddiaçı1 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m. olan 40 saylı mənzilin; - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 2 saylı mənzilin; - iddiaçı İlqar İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 9 saylı mənzilin; - İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m. olan 63 saylı mənzilin; - İddiaçı6 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 27 saylı mənzilin; - İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m. olan 78 saylı mənzilin; - İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m. olan 1 saylı mənzilin; - İddiaçı4 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m. olan 24 saylı mənzillərin boşaldılaraq təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-ya həvalə ediməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmuş, cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m. olan 71, 72, 73, 74, 75, 76 və 77 saylı mənzillərin; ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m. olan 40 saylı mənzilin boşaldılması və İddiaçı1 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 9 saylı mənzilin boşaldılması və İddiaçı2 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m. olan 63 saylı mənzilin boşaldılması və İddiaçı7 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 27 saylı mənzil boşaldılması və İddiaçı6 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m. olan 78 saylı mənzil boşaldılması və İddiaçı3 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m. olan 1 saylı mənzil boşaldılması və İddiaçı5 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzil boşaldılması və İddiaçı4 təhvil verilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb olunmayan X6 nümayəndəsi və vəkili Vəkil3, X1 nümayəndəsi və vəkili Vəkil9, X3 nümayəndəsi və vəkili Vəkil3, X5 nümayəndəsi və vəkili Vəkil8 ayrı-ayrılıqda, Maraqlı şəxs1, X7 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil4 birgə apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) Könül Əzəminın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunmuş; birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunmuş; Zeynəb Məmmədovanın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 2 №-li mənzilə aid hissədə ləğv edilmiş, İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmuş; Ceyhun Vəliyevin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 27 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı6 bu mənzil barədə iddiası rədd olunmuş; Fariz Rəsulovun apellyasiya şikayəti təmin edilmiş, . birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı3 bu mənzil barədə iddiası rədd olunmuş; birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunmuş; Maraqlı şəxs1 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 №-li mənzilə aid hissəsi Könül Əzəminin apellyasiya şikayəti əsasında ləğv edilmiş və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunmuş; Turan İslamovun apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissəsi Zeynəb Məmmədovanın apellyasiya şikayəti əsasında ləğv edilmiş və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmuş; Maraqlı şəxs2 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 9 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı1 (Vəkil6) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin onlara aid hissədə təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1004/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi, - “X6 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022- ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı1 bu mənzil barədə iddiasının rədd olunması”, -“X3 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı6 bu mənzil barədə iddiasının rədd olunması”, -“X5 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı3 bu mənzil barədə iddiasının rədd olunması”, -“Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı1 bu mənzil barədə iddiasının rədd olunması” hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ayrı-ayrı iddiaçılar tərəfindən müxtəlif vaxtlarda bağlanmış müqavilələrə əsasən yaranmış mübahisələrə dair bu xarakterli iddialara ayrı-ayrılıqda baxılaraq tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədəuyğun olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən, müxtəlif iddiaçıların eyni cavabdehə qarşı iddialarına bir icraatda baxmasının məqsədəuyğun olması məsələsi düzgün əsaslandırılmamış, həmin hal üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərində qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlilə hər hansı hüquqi qiymət verilməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil3 üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində ərizənin məhkəmə tərəfindən baxılmamış saxlanılması əsasları müəyyən edilmişdir. Qeyd olunan maddədə müəyyən olunmuşdur ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla hazırki iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən ayrı-ayrı iddiaçılar tərəfindən müxtəlif vaxtlarda bağlanmış müqavilələrə əsasən yaranmış mübahisələrə dair birgə iddianın verildiyi və qeyd olunan mübahisələndirilən hallar üzrə yeddi iddiaçı tərəfindən cəmi 100,00 manat dövlət rüsumu ödənildiyi məlum olmuşdur. Mülki prosessual qanunvericiliyin 150.1.2-ci maddəsi tələb edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hakim tərəfindən geri qaytarılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddianın mümkünlüyü yoxlanılarkən qeyd olunan hala (7 iddiaçı tərəfindən müxtəlif vaxtlarda bağlanmış müqavilələrdən yaranan mübahisəyə dair 100 manat rüsumun ödənilməsi) qiymət verilmədiyindən hazırkı mərhələdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, ayrı-ayrı iddiaçılar tərəfindən müxtəlif vaxtlarda bağlanmış müqavilələrə əsasən yaranmış mübahisələrə dair bu xarakterli iddialara ayrıayrılıqda baxılaraq tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədəuyğun olduğu halda, iddiaçılar birgə iddia qaldırmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə uyğun olaraq, iddia ərizəsi geri qaytarılmalı olduğu halda məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Kollegiya hesab edir ki, mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Belə ki, hazırkı halda qeyd olunan mübahisənin məhkəmə tərəfindən baxılması həm bir-biri ilə əlaqəsi olmayan müqavilələrdən yaranan mübahisələr bir icraatda birləşdirildiyindən tam, obyektiv, hərtərəfli məhkəmə araşdırmasının aparılmasına məhdudiyyət yaradır, həm də ayır-ayrı işlər üzrə məhkəmə mübahisəsinə dair dövlət rüsumunun ödənilməsindən mülki mübahisə üzrə tərəflərin yayınması mənfi məhkəmə təcrübəsinin yaranması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da izah edir ki, Azərbaycan Respublikası MPM-in 402.2-ci maddəsinin tələblərinə uyğun olaraq qərardaddan kassasiya şikayəti verilə bilməz. Kollegiya eyni zamanda bildirir ki, ərizənin baxılmamış saxlanması tərəflərin yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, həmin maddənin tələbinə görə yalnız apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə və iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4053/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4053/2024
03.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver