Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4054/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi G.Sadıqovun, Cavabdehin nümayəndəsi E. İskəndərovun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin və əmrlərin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin və əmrlərin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsi müraciət edərək iddiaçının da apellyasiya şikayəti verdiyini bildirək işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndəsi mülki işin baxışdan çıxarılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Apellyasiya şikayəti mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4054/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4054/2022
04.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver