Məhkəmə qərarları › İş №2(103)-4056/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4056/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4056/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5282/2024 nömrəll, 26 avqust 2024-cü il qərarı qismən, üçüncü şəxslər İddiaçı və onun yetkinlik yaşına çatmamış övladı X13 münasibətdə ləğv edilməsi, üçüncü şəxslər İddiaçı və X11 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddia rədd edilməsi, qalan hissədə qərar dəyişdirilmədən saxlanılması, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024cü il tarixli qərarının icrasında İddiaçı və onun yetkinlik yaşına catmamış övladı X13 münasibətdə dönüş edilərək üçüncü şəxslər xx.xx.1972-ci il təvəllüdlü İddiaçı və 3.07.2009-cu il təvəllüdlü X11 ünvan 1 ünvanına qeydiyyatları bərpa edilməsi qərara alınmışdır.

2. İş materiallarında olan Daxili Qoşunların Baş İdarəsinin Maddi Texniki Təminat İdarəsinin verdiyi 15 nömrəli xx.xx.2025-ci il tarixli arayışa əsasən X7 ailə üzvləri İddiaçı, X14 və X15 ilə birlikdə 2014- cü il 18 apreldən Bakı şəhəri Nərimanov rayonu Y.Çəmənzəminli küçəsi 129 mənzil 91-də müvəqqəti yerləşdirilmişdir.

3. İş materiallarında olan X7 ilə N saylı hərbi hissə komandiri arasında bağlanmış xx.xx.2014-cü il tarixli 91 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən N saylı hərbi hissə komandiri ünvan 3 ünvanda yerləşən mənzil müddətsiz olaraq X1 və istifadəsinə vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı-xx.xx.2009-cu il təvəllüdlü X15 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı - X8 ilə nikahları Bakı şəhəri Səadət sarayında xx.xx.1998-ci il tarixdə nikahın bağlanması haqqında Aktın qeydlər kitabında 202 №-li qeyd etdirərək və rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2 (iki) övladları-xx.xx.1999-cu il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X15 adlı anadan olmuşdur.Qeyd edir ki, İddiaçı və övladları X14 və X15 ünvan 5 ünvanda yerləşən evin mülkiyyətçisi, hazırki iş üzrə Cavabdeh özünün razılığı və icazəsi ilə 1998-ci ildən İddiaçı həmin mənzilə gəlin köçmüş və daimi pasport qeydiyyatına alınmış,həmin vaxtdan cavabdeh- Cavabdeh icazəsi ilə həmin mənzildə birgə yaşamışlar. Mənzilə istifadə huquqları yaranmış və bu günə qədər davam edir. Eyni zamanda, övladları X14 və X15 da doğulduqları gündən sonra cavabdeh- Cavabdeh nəvələr kimi (ailə üzvləri kimi) həmin mənzilə daimi pasport qeydiyyatına düşmüşlər. İddiaçı- İddiaçı və övladları X12, X11 qeyd olunan mənzilə dair istifadə hüquqları yaranmışdır.Hal-hazırda Cavabdeh oğlu X6 öyrətməsi ilə onu və övladlarını mübahisəli mənzilə dair hüquqlardan məhrum etmək istəyir. Bir daha qeyd edir ki, cavabdeh- Cavabdeh ilə ailə münasibətlərindən yaranmış mübahisə nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. Cavabdeh- Cavabdeh həmin mübahisəli mənzildə yaşamaqlarına problem yaradır və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Daha sonra, cavabdeh xx.xx.2025-ci il tarixd iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, qeyd edilən mübahisəli mənzilə dair istifadə hüquqları vardır.Lakin eyni zamanda özü də etiraf edir ki, mübahisəli mənzildə 25 ildən çoxdur ki, yaşamır.Belə olan halda iddiaçının iddia ərizəsində qeyd etdiyi halları sübut etmək va mübahisəli mənzilə dair istifadə hüquqlarının yaranmasını sübut etmək vəzifəsi vardır. 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasəm həll edilərək iddia tələbi rədd edilməlidir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəmə iclaslarında, araşdırma apararkən bu hala diqqət yetirməmişdir ki, mübahisə olunan- Yasamal rayon A.Şaiq küçəsi dalan-12, ev-2 ünvanda yerləşən mənzilə (evə) iddiaçı –İddiaçı 1998-ci ildə gəlin köçərkən, həmin vaxt mənzilin (evin) mülkiyyətçisi, hazırki iş üzrə iddaçı- Cavabdeh mülkiyyətçi olmamışdır. Belə ki, həmin mübahisə olunan -ünvan 6 ünvanda yerləşən mənzilin (evin) mülkiyyətçisi (icarədarı) – mərhumə X4 olmuşdur. (yəni, hazırki iş üzrə cavabdeh- Cavabdeh qayınanası idi) Hazırki iş üzrə iddiaçı- İddiaçı Yasamal rayon A.Şaiq küçəsi dalan-12, ev-2 ünvanda yerləşən mənzilə (evə) qeydiyyata evin (mənzilin) mülkiyyətçisi (icarədarı) – mərhumə X3 bir başa özünün razılığı ilə oraya gəlin köçən zaman qeydiyyata salınmışdır. İş üzrə iddiaçı- İddiaçı həmin ünvana qeydiyyata düşərkən, həmin ünvanda 4 nəfər qeydiyyatda olan şəxslər olmuşdur. Belə ki, iddiaçı- İddiaçı həmin mənzilə (evə) gəlin köçərkən, mənzildə qeydiyyatda 1-ci mənzilin (evin) mülkiyyətçisi (icarədarı) – mərhumə X4, 2-ci- Nurəddin Əliyev (mülkiyyətçinin (icarədarı) oğlu), 3-cü hazırkiiş üzrə cavabdeh- Cavabdeh (mülkiyyətçinin gəlini) və 4-cü isə X8 (mülkiyyətçinin Gülnaz Qulu qızı (mülkiyyətçinin gəlini) və 4-cü isə X8 (mülkiyyətçinin nəvəsi, yəni iddiaçının həyat yoldaşı) mənzildə qeydiyyatda olmuşlar. Həmin dövrdə 1982-ci ildə qəbul olunmuş və iddiaçı- İddiaçı 1998-ci ildə Yasamal rayon A.Şaiq küçəsi dalan-12, ev-2 ünvanda yerləşən mənzilə(evə) gəlin köçərkən Azərbaycan Respublikası (SSR) Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası (SSR) Mənzil Məcəlləsinin 123- cü maddəsində qeyd edilmişdir ki, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul olunmuş) 53.-cü maddəsində göstərilmişdir ki, “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq vəvəzifələrinə onlar da malik olurlar.” Qeyd edir ki, mübahisə olunan mənzilin (evin) mülkiyyətçisi (həmin müddətdə icarədarı) - mərhumə X3 nəvəsi- X8 1998-ci ildə iddiaçı - İddiaçı ilə rəsmi nikaha girərək ailə qurarkən və iddaçı- İddiaçı həmin ünvana gəlin köçən zaman mübahisə olunan mənzilin(evin) mülkiyyətçisi(həmin müddətdəicarədarı) -mərhumə X3 və həmin - Yasamal rayon A.Şaiq küçəsi dalan-12, ev-2 ünvanda yerləşən evdə (mənzildə) qeydiyyatda olan bütün şəxslərin razılıqları ilə qeydiyyata alınmış və həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşamışdır. Həmin müddətdən sonra iddaçı- İddiaçı övladları- 1999- cu ildə X14 və xx.xx.2009-cu il təvəllüdlü X15 həmin mənzildə (evdə) anadan olduqdan sonra yuxarıda göstərilən mənzilə (evə) qeydiyyata alınmışlar və onların da mübahisə olunan mənzilə(evə) istifadə hüquqları yaranmışdır. Bundan sonra, iddiaçı - İddiaçı övladları- 1999-cu ildə X14 və xx.xx.2009-cu il təvəllüdlü X15 və həyat yoldaşı- X8 ilə 2001-ci ilədək Yasamal rayon A.Şaiq küçəsi dalan-12, ev-2 ünvanda yerləşən evdə (mənzildə) həmin mənzildə qeydiyyatda olan digər şəxslərlə birlikdə yaşamışlar. Həmin müddətdən sonra hazırki iş üzrə cavabdeh- Cavabdeh təzyiqlərindən, qısnamalarından və qovulmasından sonra iddiaçı- İddiaçı məcburiyyət qarşısında qalaraq, mənzili müvəqqəti tərk edərək, övladları və ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamalı olmuşdur. Lakin, arasıra mübahisə olunan mənzilə getmiş və orada olan cehiz əşyalarına və digər əmlakına baş çəkmişdir. Həmin müddətdə iddiaçı - İddiaçı kirayədə yaşamağa məcbur olduğundan və kirayə pulunu ödəməkdə çətinlik çəkdiyindən iddaçının anası xarici ölkəyə pul qazanmaq üçün köçmüş və oradan iddiaçı- Həsənova S əbinə Rəhimbala qızına kirayə pulunu ödəmək və digər xərclərini qarşılamaq üçün pul göndərmişdir. Hal-hazırda isə iddiaçı - İddiaçı övladları- 1999-cu ildə X14 və xx.xx.2009-cu il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri N.Nərimanov rayonu Y.Çəmənzəminli küçəsi-129, mənzil-91 (yataqxana) ünvanda müvəqqəti müqavilə əsasında yaşamağa məcbur qalmışlar. Qeyd edir ki, işə baxan Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəmə iclaslarında iddiaçı - İddiaçı tərəfindən təqdim olunmuş bu sübutlara diqqət yetirməmiş və cavabdehin nümayəndəsinin (vəkilinin) şifahi sözlə dediyi və reallığı əks etdirməyən sübutları isə möhtəbər sübutlar kimi qəbul edərək, son anda cavabdehin mövqeyindən çıxış edərək, iddiaçı – İddiaçı “mənzilə istifadə huququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddiasının rədd edilməsi barədə əsassız, qanunsuz, qeyriobyektiv və qərəzli olaraq iddiaçının mənzilə dair huquqlarının kobud surətdə pozulmasına səbəb olan xx.xx.2025-ci il tarixli, iş № 2 (004)- 2621\2025 nömrəli məhkəmə qətnaməsi qəbul etmişdir. Bildirir ki, işə baxan Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul olunmuş) 123-cü və 53.cü maddələrinə istinad etmiş və həmin maddələrdə bir başa göstərilir ki,“yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə,evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvlərisayılırlar. (AR.Mənzil Məcəlləsi 123-cü maddə) və “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. (AR.Mənzil Məcəlləsi 53-cü maddə)” kimi Qanunvericilıiyin bu müddəalarını qeyd etmiş və lakin, son anda isə Bakı şəhəri Yasamal rayon Məhkəməsi çox ziddiyətli nəticəyə gəlmiş və iddanın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəməsi məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.” Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəməsi məhkəmə qətnaməsinin təsviriəsaslandırıcı hissəsində Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına istinad edərkən, sözügedən Qərarın təsviri hissəsində göstərilən hissəsini yəni, “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.” hissəsini qeyd etmişdir. Lakin, Konistitusiya Məhkəməsinin sözügedən qərarının təsviri hissəsində göstərilən, “Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.” kimi müddəalarını nədənsə məhkəmə qətnaməsində göstərməmiş və qəsdən əsassız olaraq AR. Mənzil Məcəlləsinin və AR. Konistitusiya Məhkəməsi qərarına zidd məhkəmə qətnaməsi qəbul edərək, iddiaçı –İddiaçı hüquqları kobud surətdə pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəməsi məhkəmə qətnaməsinin təsviriəsaslandırıcı hissəsində nədənsə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” 20 fevral 2020-ci il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə istinad edərək, “. Kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla, iş yerindən çıxıb yeni yaşayış sahəsinə işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir.” qüvvədən düşmüş müddalarını qeyd etmiş və heç bir hüquqi qüvvəsi olmayan bu qərarın müddəasına istinad etmişdir. Buradan da aydın olur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsi bütün vasitələrə əl ataraq, iddiaçı –İddiaçı mübahisə olunan “mənzilə istifadə huququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddiasını rədd etməyə çalışmış və son anda iddiaçının huquqlarının pozulmasına səbəb olan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi nədənsə aydın və tam izahlı formada qəbul olunmuş Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarına istinad etməmişdir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarında göstərilmişdir ki, “belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.” Bundan başqa, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun qərarının mətnində göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsi bir tərəfli, qeyri- obyektiv və əsassız qətnamə qəbul etməklə iddiaçı –İddiaçı və himayəsində olan yetkinlik yaşına çatmamış övladı- xx.xx.2009-cu il təvəllüdlü X11 huquqları kobud surətdə pozulmuş və onların Konistitusion huquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci ildə məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.” Həmçinin, Konstitusiya Məhkəməsinin sözügedən Plenumunun qərarında göstərilir ki, “Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.” Bir daha qeyd edirik ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsi nədənsə bu mülki işi araşdırarkən, yuxarıda göstərilən AR. Mənzil Qanunvericilityinin tələblərinə və Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin qəbuletdiyi Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına və Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin plenimumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarlarının tələblərini pozmuş və iddiaçı –İddiaçı mübahisə olunan “mənzilə istifadə huququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddiasını rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli, iş № 2 (004)- 2621\2025 nömrəli qanunsuz vəəsassız qətnamə qəbul etmişdir. Ona görə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, iş № 2 (004)-2621/2025 nömrəli məhkəməsi qətnaməsi qanunsuz, qeyri-obyektiv və ədalətsiz və qanunsuz olduğundan apellyasiya məhkəməsi tərəfindən ləğv edilməli və işin hallarına uyğun yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçı- İddiaçı təqdim etdiyi sübutlara məhkəmə nədənsə ikinci dərəcəli sübutlar kimi baxmış, lakin cavabdehin nümayəndəsinin (vəkilin) təqdim etdiyi və heç bir reallığa əsaslanmayan sübutları isə əsassız olaraq möhtəbər sübutlar kimi qiymətləndirmişdir. Qeyd olunan Maddənin 9.3.-cü bəndində “Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.” müddəlarının göstərilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsi AR. Mülki Prosessual Qanunvericiliyin bu tələblərinə riayyət etməmiş və iddiaçı tərəfindən təqdim olunmuş sübutlara, dəlillərə, sənədlərə və verilmiş izahatlara düzgün qiymət vermədən əsassız və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi MPM-nin bu tələblərinə əməl etməmiş, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, iddiaçı- İddiaçı və yetkinlik yaşına çatmamış övladı- xx.xx.2009-cu il təvəllüdlü X11 hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı- İddiaçı təqdim etdiyi möhtəbər sübutlara baxmayaraq, əsassız olaraq məhkəmə qətnaməsinin təsviri hissəsində, təqdim olunmuş sübutlara və sənədlərə düzgün qiymət verilməmiş və AR. Konistitusiyasında təsbit olunmuş məhkəmə qarşısında bərabərlik huquq normalarının pozulmasına səbəb olan əsassız, qeyri-obyektiv prosessual qətnamə qəbul olunmuşdur. Məhkəmə MPM-nin tələblərinə əsasən, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməli olduğu halda, iddiaçı- İddiaçı köməklik göstərməmiş, əksinə qətnamənin təsviri hissəsində mənzillə bağlı irəli gələn mübahisəni cavabdehin xeyrinə olaraq həll edərək, iddiaçı- İddiaçı və yetkinlik yaşına çatmamış övladı- xx.xx.2009-cu il təvəllüdlü X11 huqularının pozulmasına səbəb olun məhkəmə qətnaməsi qəbul etmişdir. Ona görə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsi AR. MPM-nin tələblərini kobud surətdə pozduğuna, qeyri-obyektiv və qanunsuz qətnamə qəbul etdiyinə görə qətnamə apellyasiya qaydasında ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin

14. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

15. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

20. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda qətnamə iddiaçı tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.

33. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 1998-ci ildə yaranmışdır. İddia tələbi və apellyasiya şikayətinin dəlili mənzilə olan istifadə hüququnun tanınması və mənzilə köçürülmədir.

35. Belə ki, 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

36. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

37. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı və azyaşlı övladı ünvan 8 ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, iddiaçının özünündə qeyd etdiyi kimi artıq uzun müddətdir ki, mənzili tərk etmişdir və onun həmin mənzildə qeydiyyatı formal xarakterlidir. 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən şəxs başqa yerə köçdükdə onun yaşayış sahəsində istifadə hüququ 06 ay saxlanılır. Göründüyü kimi, iddiaçı 06 aydan çox müddəti həmin mənzili tərk etmiş, özünə başqa yaşayış yeri seçmiş, hal-hazırda Bakı şəhəri Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, 129 mənzil 91-də yaşayır. Bu səbəbdən də, onun həmin mənzildə istifadə hüququ artıq mövcud deyildir. İddiaçı özünündə qeyd etdiyi kimi 2000-2001-ci ildən mübahisəli mənzili tərk etmiş, onu həmin mənzildən qovmuşlar. Lakin iddiaçının həmin mənzildən qovulduğunu göstərən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin mənzilə köçürülmə vəya digər tələblə bu illər ərzində məhkəməyə müraciət etməmişdir. Bu da onun həmin mənzili könüllü olaraq tərk edərək, özünə başqa yaşayış yeri seçdiyini göstərir.

38. Eyni zamanda kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı və 3.07.2009-cu il təvəllüdlü X11 ünvan 1 ünvanına qeydiyyatı bərpa edilsə də mənzildə şəxsin qeydiyyatının olması, istifadə hüququnun yaranması deyildir. Mənzildə qeydiyyat şəxsə çatımlılığı təmin etmək üçündür. Qeydiyyatın olması istifadə hüququnun olması anlamına gəlmir.

39. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi istifadə hüqunun tanınması hissəsində təmin edilməməlidir. Həmçinin iddia tələbi istifadə hüqunun tanınması hissəsində təmin edilmədiyindən mənzilə köçürülmə hissəsində də təmin edilməməlidir.

40. Kollegiya şikayətin “qüvvədən düşmüş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə istinad etməsi” dəlilinə münasibətdə qeyd edir ki, kollegiya qeyd olunan dəlili qəbul etməklə hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə digər maddi hüquq normalarını tətbiq etməklə mahiyyət etibarilə hüquqi cəhətdən düzgün qənaətə gəldiyindən hazırki halda məhz bu dəlil əsasında qətnamənin ləğv edilməsi işin halları və obyektivlik prinsipi baxımından əsaslı hesab edilə bilməz.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2621/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar