Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4059/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndəsi Lalə Orucevanın iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbində böyük kitabxanaçı vəzifəsinə bərpa olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbində böyük kitabxanaçı vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin 05.10.2020-ci il tarixli, 64 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə ləğv edilib. Müəyyən olunur ki, həqiqətən də iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olub, müqavilənin müddəti 03.10.2020-ci il tarixdə bitib, həmin gün və ondan sonrakı gün qeyri-iş günü olduğundan 05.10.2020-ci il tarixdə işəgötürənin əmri ilə əmək müqaviləsinə xitam verilməsi əmr edilib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4059/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4059/2021
16.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver