Məhkəmə qərarları › İş №2(103)-406/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-406/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-406/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının İddiaçı, onun nümayəndəsi (anası) X1, vəkili X2 iştirakı ilə, Cavabdeh1 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-141/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxxx 2020ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və “xxxxxxxxxxxxxxxx” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh1, Cavabdeh2 2 dəfə səhv diaqnozlu cərrahi əməliyyatın icrası səbəbindən sağlamlığına vurduqları maddi zərərin 3000 manat məbləğində, digər cavabdeh “xxxxxxxxxxxxxxxx”na 2 dəfə olmaqla ödənilmiş 2000 manat pulun, cəmi 5000 manatın alınıb İddiaçı ödənilməsi, sözügedən səhv cərrahiyyə əməliyyatı ilə əlaqədar İddiaçı güclü stress keçirməklə, həmin mənəvi zərəri aradan qaldırmaq üçün təxirəsalınmaz tibbi müalicəyə sərf etdiyi 2500 manat dəyərində, cəmi 7500 manat maddi və mənəvi zərərin dəyərinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia tələbində tələb etmiş olduğu vəsaitlərdən əlavə hüquqi xidmətin göstərilməsi üçün Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 200 manat pulun da cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-141/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə verərək, Cavabdeh1 2000 manat məbləğində pul vəsaitini aldığı üçün iddiadan imtina etdiyini bildirmiş və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili iddiaçının iddiadan imtina ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsini xahiş etdilər. İşdə iştirak edən Cavabdeh1 və vəkili X4 iddiaçının iddiadan imtina ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir (262.4). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasından imtinası qəbul edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-141/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar