Məhkəmə qərarları › İş №2(103)-4061/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4061/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4061/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)-2833/2020 saylı qərardadından X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, arvadı Məmmədova (Mətlubi) Gülsüm Seyfulla qızının və övladı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 otaqlı özbaşına yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2833/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, onun Bakı şəhəri, ünvan 1 ünvanda 3 yaşayış otağından ibarət bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. Qətnamədən cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X7 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Belə ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmuş, heç bir sənədi olmamış, X9 həmin evi etibarnamə ilə X11, sonuncu isə xx.xx.2021-ci il tarixdə ona satmışdır. Əmlak rəsmi reyestrdə qeydiyyatdan keçmədiyindən məhkəmə mübahisəsindən onun, məhkəmənin isə evin qeyri-rəsmi satıldığı barədə məlumatı olmamışdır. Həmin evi 37 500 manata X3 almış, hətta üzərinə 10000 manatdan da artıq xərc qoymuşdur. Odur ki, Sabunçu Rayon məhkəməsinin sözgedən qətnaməsi birbaşa onun maraqlarına toxunur. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)-2833/2020 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-2833/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlər ilə birlikdə X5 geri qaytarılmışdır. X2 həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu normanın pozuntusu onda ifadə olunur ki, o mülkiyyətçi olmaya bilər. Lakin qanun deyir ki, bu halda hətta mülkiyyətçinin özü belə onun hüquqularını poza bilməz. Bu mənada cavabdeh keçmiş ərinin dərdini və problemini özü həll etməlidir. Onun aldığı evdən əl çəkməlidirlər. Cavabdeh evi Murada sataraq əvəzində isə pul alıb, indi də Muraddan aldığı pulu keçmiş yoldaşı İsmayıla verməlidir. Qanun onu şəxsi hüquqlarına toxunulan və apellyasiya şikayəti vermək hüququ olan şəxs qismində tanıyır. Nədənsə qərardadda bu məsələyə fərqli münasibət bəslənilmiş və 357-ci maddəyə aidiyyəti olmayan 403.2-ci maddənin şərhinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardaddı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdətutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Kollegiya qeyd edir ki, mübahisəli mənzildə X4 yaşayıb-yaşamamsı, həmin mənzilə hər hansı aidiyyətinin olub-olmaması, hazırki qətnamənin onun maraqlarına toxunubtoxunmamasını tərəfin iştirakını təmin etməklə müəyyən etməli, yalnız bundan sonra qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və ya qətnamənin sonuncunun maraqlarına toxunmasını müəyyən etdiyi halda apellyasiya şikayətinin baxılmasını üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilənlər araşdırılmadan apellyasiya şikayətinin qətnamə maraqlarına toxunmayan şəxs tərəfindən verilmiş kimi geri qaytarılmışdır. Kollegiya hesab edir ki, bu hallar araşdırılmadan apellyasiya şikayətinin bu əsasla geri qaytarılması məhkəməyə çatımlılıq hüququnun pozulması kimi qəbul edilər ki, bu da yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hala aydınlıq gətirilməklə yanaşı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu da yoxlanılmalıdır. Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməklə birinci instyansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsininin X4 maraqlarlarına toxunubtoxunmamasının müəyyən edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)- 2833/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsininin X4 maraqlarlarına toxunub-toxunmamasının müəyyən edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar