Məhkəmə qərarları › İş №2(103)-4062/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4062/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4062/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə İddiaçı X2 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-780/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı adına (abonent kodu: **********00000) əsassız hesablanmış 1213.91 manat məbləğində borcun silinməsiqət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh» İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1213.91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndələri tərəfindən, 2012-ci ildə yaşadığı ünvan 1 ünvana smart tipli, G4 markalı, 1202AQ**********8 № li sayğac quraşdırılmışdır və sayğac quraşdırılarkən hesab koduna əsassız olaraq 402.1 manat borc yazılmışdır. 2015-ci ildə isə G4 markalı, 1202AQ**********8 № li sayğacın giriş klapanında boşluq yarandığı üçün qaz sızması aşkar edilmiş və bu barədə əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşlarını şəxsən özü məlumatlandırmışdır. 1202AQ**********8 № li sayğaca baxış keçirilmiş və sayğac yararsız hesab edilərək yeni smart tipli, G4 markalı, 1202AQ**********8 № li sayğac ilə əvəz edilmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan xx.xx.2019-cu il tarixdə küçədə quraşdırılmış, istismar müddəti bitmiş, G4 markalı, 1202AQ**********8 № li köhnə qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş, ona məxsus evdən qaz sayğacının çıxarıldığı və yoxlanıldığı zaman ona heç bir rəsmi məlumat verilməmişdir. Buna baxmayaraq Cavabdeh İB-nin əməkdaşları köhnə qaz sayğacında qüsur aşkarlamamışlar. Çıxarılmış sayğac yeni, smart tipli, G4 markalı, 1202AQ**********5 № li sayğac ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə onunla “Cavabdeh» İstehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AKX-01683xx/xx-2019 № li müqavilə bağlanmışdır. 2012-ci ildə də hesab koduna əsassız olaraq 402.1 manat borc yazılmışdı və o bu borcu mübahisələndirmədiyimdən "Cavabdeh" İB indi də bu vasitə ilə ümumilikdə hesab koduna 1213.91 manat borc yazmışdır. Lakin onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, plomb qırılmamış və heç bir əlavə xətt qoşulmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və küçədəki qaz kəmərlərinə hər ay baxış keçirilir. Elektron tablodakı göstəricilər Cavabdeh İB- nin bazasına ötürülür. Cavabdeh» İB-nin nəzarətçilərinin gözündən müdaxilələr yayınmır. Ən azından sayğaca müdaxilə olunması üçün 04240987 № li plomb qırılmalı idi. Halbuki, plombun qırılması ilə bağlı və küçədəki qaz kəmərindən onun yaşadığı evə birləşmə xətti barədə də tərtib edilmiş AKTda heç bir məlumat qeyd edilməmişdir. Bu günə qədər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməmişdir. xx.xx.2019-cu il tarixdə "Abonentin Saldosu”nu aldıqda məlum olmuşdur ki, 2012-ci ildə də hesab koduna əsassız olaraq yazılmış 402 1 manat borcdan 218.71 manat borcu qalmışdır.Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh səlahiyyətli nümayəndəsi Pərviz Əliyev Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunun plastmasında deşik olduğu aşkar edilmişdir. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********00000 İddiaçı mütəmadi olaraq smart karta ödənişlər etmişdir. İşin faktiki hallarına görə, Cavabdeh tərəfindən tərtib edilmiş 02xx.xx.2019-cu il tarixli ******* saylı aktda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. İşin hallarından görünür ki, cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır. Kollegiya hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi hüquqi şəxs, yəni iş üzrə Cavabdeh daşıdığından, sözü gedən ünvanda quraşdırılmış qaz sayğacının zədələnməsində istehlakçı kimi İddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar