Məhkəmə qərarları › İş №2(103)-4076/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4076/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4076/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh5, Tərcüməçi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)- 14469/2016 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehlərdən 12000 manat məbləğində pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinavətlər Məhkəməsinin xx.xx.2013-cü il hökmü ilə cavabdehlər müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdirlər. Hökmə əsasən “xxxxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni . Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanında inşa etdiyi 16 mərtəbəli üçgirişli yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbədə yerləşən 48 kv.m sahəsi olan mənzilin 13440 manata satılmasına dair xx.xx.2009-cu il tarixli müqavilə bağlanılaraq ondan 12000 manat məbləğində pul alınmış və ona külli miqdarda zərər vurulmuşdur. Həmin hökmlə o zərərçəkmiş şəxs qismində tanınmış və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)- 14469/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “xxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqaviləyə əsasən ödənilmiş 12000 (on iki min) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 alınıb İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh5 apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14469/2016 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin Cavabdeh5 aid hissədə ləğv olunmasını və iddia tələbinin ona münasibətdə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, ilk öncə onu qeyd edir ki, o, "xxxxx" MMC-də ümumiyyətlə işləməmiş, orada heç bir vəzifə tutmamış. MMC-nin əməkdaşları tərəfindən cinayətin törədildiyi dövrdə (2005-ci ildən 2011-ci ilədək) "Azərbaycan" Nəşriyyatında işləmişdir. "xxxxx" MMC-nin tikdiyi binada mənzillərin satışında heç vaxt iştirak etməmiş, mənzillərin satışı ilə əlaqədar hər hansı bir alıcı ilə ünsiyyət olmamış, alıcılar onu, o isə onları tanımamışdır. “xxxxx" MMC-nin təsisçisi və direktoru olmuş Cavabdeh1 cinayət işi üzrə aparılan araşdırmalar zamanı öz ifadəsində onun qeyd olunan şirkətlə heç bir aidiyyətinin olmadığı, onlarla əlbir olmadığını, heç bir cinayət törətmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı «xxxxx» MMCnin yeganə təsisçisi və sahibi olan B.Hüseynov verdiyi ifadələrdə, eləcə də Azərbaycan Respublikasının müxtəlif orqanlarına ünvanladığı Cavabdeh5 təqsirləndirlən şəxslərlə, ümumiyyətlə zərərçəkmişlərlə hər hansı bir əlaqəsinin olmamasını və ona borclu olduğunu etiraf etmiş, onun bu işlə bağlı zərərçəkmişlərlə münasibətdə hər hansı bir hüquq pozuntusuna yol vermədiyi təsdiqlənmişdir. Cavabdeh5 ümumiyyətlə «xxxxx» MMC-nin mənzillərin satmasında hər hansı bir iştirakı olmadığını, yalnız yaxından tanıdığı Cavabdeh6 vasitəsilə Cəmiyyətin təsisçisi və direktoru olan Cavabdeh1la tanış olduğunu, onun “Azərbaycan” nəşriyyatında işlədiyinə görə cəmiyyətin mətbuatda reklam olunması və sonradan müəyyən sənədləşmə işlərinin görülməsində ona köməklik etməsini xahiş etdiyini bildirmişdir. Ounun zərərçəkmiş şəxslərə mənzil satılmasında, digər təqsirləndirilən şəxslərlə əldə olunmuş gəlirin və cinayətin törədilməsi ilə bağlı hər hansı bir razılaşma əldə etmədiyini, yalnız və yalnız Cavabdeh1 iştirakı ilə gördüyü işlər üçün bəzi hallarda onun, bəzi hallarda isə öz vəsaitini də xərclədiyini və nəticədə Cəmiyyət adından Cavabdeh1 ona 200 000 ABŞ dolları həcmində borcu yarandığını bildirmişdir. Bütün bu qeyd olunanlar məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır.Məhkəmə baxışı zamanı bütün təqsirləndirlən şəxslər istintaq zamanı onlara təzyiq göstərildiyi, bununla əlaqədar müxtəlif dövlət orqanlarına, ölkə başçısına müraciət etdiklərini, müstəntiq M.Hüseynov tərəfindən aldadılaraq ifadələrə imza etdirldiklərini, əsl həqiqəti isə məhkəmə istintaqı zamanı bildirdiklərini bildirsələr də məhkəmə onların bildirdiklərinə heç bir əhəmiyyət vermədiyini qeyd etmişdir. İş materialları ilə sübut olunmuşdur ki, Cavabdeh5 digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girməmiş, onlarla cinayət törədilməsi ilə bağlı hər hansı razılşama əldə etmədiyini bildirmişdir. Ümumiyyətlə Cavabdeh5 heç bir səlahiyyəti və ya vəzifəsi olmadığı halda hər hansı himayədarlıqdan söhbət gedə bilmədiyini bildirmişdir. Həmçinin Cavabdeh5 himayədarlığının nədən ibarət olması, onun "xxxxx” MMC-nin fəaliyyət göstərdiyi dövrdə himayədarlıq edərək hər hansı bir dövlət orqanına təsir göstərməsi müəyyən olunmamışdır. Cavabdeh5 törədilmiş cinayət əməlində rolunun nədən ibarət olması qeyri-müəyyən olmaqla yanaşı, himayədarlığın cinayət əməli olub-olmamasına hüquqi qiymət verilməmiş, cinayət nəticəsində nə qədər pul vəsaitinə yiyələnməsi qeyd olunanlarla bağlı digər təqsirləndirilən şəxslərlə üzləşdirmə keçirilməsi təmin edilmədiyini bildirmişdir. Bundan başqa bildirir ki, ziyanın ödənilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər 10 icra orqanları ilə «Şərur» Mənzil Tikinti Kooperativi arasında müqavilə bağlanmış tərəflər bir sıra öhdəliklər götürmüşlər. Razılaşmaya əsasən "Şərur" M TK «xxxxx» MMC-nin bütün əmlak hüquqlarım qəbul edərək, yaranmış, eləcə də 3-cü şəxslər qarşısında yarana biləcək öhdəlikləri, yəni «xxxxx»MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən zərərçəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsini öz üzərinə götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin Cavabdeh5 aid hissədə ləğv olunmasını və iddia tələbinin ona münasibətdə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, tələb etdiyi pulu ayrılıqda cavabdehin hansına verdiyini deyə bilmir.Belə ki, tələb etdiyi pul keçmiş həyat yoldaşı tərəfindən cavabdehlərə verilmişdir.Cavabdehlər birgə məsuliyyət daşıyırlar, belə ki ona birgə zərər vurmuşlar. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə apelyatora münasibətdə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14469/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh5 münasibətdə yoxlanılmır.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(103)-23/2014 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli ilə Cavabdeh1 xx.xx.2006-cı il tarixdə “xxxxxx” MMC-ni təsis edib özünü həmin cəmiyyətin direktoru vəzifəsinə təyin edərək tamah niyyəti ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə qabaqcadan birləşib yaratdığı, 2009-cu ilin yanvarından isə Cavabdeh6 Mehtixan oğlunu və X2 da cəlb etdiyi sabit cinayətkar qrup mütəşəkkil dəstə halında “xxxxxx” MMC tərəfindən müvafiq icra orqanlarının icazəsi olmadan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanında 16 mərtəbəli bir və üçgirişli iki yaşayış binasının tikintisinə başlamış, özləri və ya tanışları vasitəsi ilə, habelə qəzetlərdə elan verməklə satışa çıxardıqları 2 bina üzrə cəmi 317 bir, iki və üç otaqlı mənzillərə və qeyri-yaşayış sahələrinə müştərilər cəlb edib, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, sonradan isə həm də Cavabdeh6 və S.Ağayevin müştərilərə həmin mənzil |və qeyri-yaşayış sahələrini təklif edərək sonuncuların bəyəndikləri əmlakları razılaşdırılmış qiymətlərlə adlarına sənədləşdirəcəkləri, bu əmlaka görə bir və ya bir neçə dəfəyə ödənilən pul vəsaitlərini alıcılardan qəbul edərək Cavabdeh1 çatdıracaqları, ödənilən pulun bir hissəsinin verilməsi müqabilində Cavabdeh5 nüfuzlu tanışlarının köməyi ilə onların qanunsuz fəaliyyətlərinə himayədarlıq edəcəyi barədə razılığa gəlib rolları bölüşdürdükdən sonra, Cavabdeh1 əvvəlcədən hazırlanmış, lakin doldurulmamış, mənzillərin alqı- satqısına dair müqavilə, pul ödənilməsi haqqında maliyyə arayışları və kassa mədaxil orderlərinin qəbzləri blanklarını öz imzası və “xxxxxx” MMC-nin möhürü ilə təsdiq edərək onlara vermiş, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, bəzi hallarda isə Cavabdeh1 özü 2006-cı ilin iyun ayından 2010-cu ilin noyabr ayınadək, Cavabdeh6la Səhliyar Ağayev isə 2009-cu ilin yanvar ayından 2010-cu ilin noyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34 “a” ünvanında, Yasamal rayonu, Ə.Əhmədov küçəsində və M.Xiyabani küçəsi, 8 ünvanlarında yerləşən ofislərində müştərilərin etibarından sui-istifadə edərək onların hər birini ayrı-ayrılıqda aldadıb onlara təklif etdikləri mənzil və qeyriyaşayış sahəsinin rekvizitlərinə dair bilə-bilə saxta məlumatlar daxil etdikləri müqavilə, maliyyə arayışı və digər rəsmi sənədlər tərtib etməklə alqı-satqını rəsmiləşdirmiş və bu yolla bir mənzili müxtəlif qiymətlərlə bir neçə dəfə, yəni binaların inşa layihələrində nəzərdə tutulmuş cəmi 317 mənzil və qeyri-yaşayış sahəsini təkrarən satmaqla 1084 halda 960 payçıdan, o cümlədən Cavabdeh6la Səhliyar Ağayevin fəaliyyət göstərdiyi 2009-cu ilin yanvarından sonrakı dövrdə isə 773 halda 732 payçıdan biri olan İddiaçı ilə üç girişli binada 1-ci giriş, 7-ci mərtəbədə yerləşən 48 kv.m sahəsi olan mənzilin 13440 manata satılmasına dair xx.xx.2009-cu il tarixli miiqavilə bağlayaraq ondan 12000 manat alaraq külli miqdarda zərər vurmaları müəyyən olunmuş, törədilmiş cinayət əməlinə görə “xxxxxx” MMC-nin direktoru Cavabdeh1 başda olmaqla onunla əlbir olmuş şəxslər cinayət məsiliyyətinə cəlb edilmiş, təqsirli bilinək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2013 nömrəli xx xxx 2013-cü il tarixli Hökmünün surətinə baxış keçirərək 1-ci və 140-cı səhifəsindən surət çıxarılaraq iş materiallarına əlavə olunmuşdur.Hökmün surətindən də görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı cavabdehlərdən Səhliyar Ağayevi tanıdığını göstərsə də (mənzil almaq üçün gedərkən gördüyünü bildirmişdir) , izahatında tələb etdiyi pulu birbaşa ona təqdim etməsi müəyyən olunmur.Məhkəmə kollegiyasının iclasında İddiaçı əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, tələb etdiyi pulu ayrılıqda cavabdehin hansına verdiyini deyə bilmir.Belə ki, tələb etdiyi pul keçmiş həyat yoldaşı tərəfindən cavabdehlərə verilmişdir.Cavabdehlər birgə məsuliyyət daşıyırlar, belə ki ona birgə zərər vurmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun, ilə'müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci məhkəmə instansiyasında araşdırılmış halları ilə Cavabdeh1 xx.xx.2006-Cİ il tarixdə “xxxxxx” MMC-ni təsis edib özünü həmin cəmiyyətin direktoru vəzifəsinə təyin edərək tamah niyyəti ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə qabaqcadan birləşib yaratdığı, 2009-cu ilin yanvarından isə Cavabdeh6 Mehtixan oğlunu və X2 da cəlb etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstə halında 732 payçıdan- o cümlədən, X4 ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi, 18 saylı ünvanda inşa etdiyi 16 mərtəbəli üç girişli binada 1-ci giriş, 7-ci mərtəbədə yerləşən 48 kv.m sahəsi olan mənzilin 13440 manata satılmasına dair xx.xx.2009-cu il tarixli müqavilə bağlayaraq ondan 12000 manat pulu alaraq dələduzluq etməsi və iddiaçıya ziyan vurması təsdiq edildiyindən apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-14469/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)- 14469/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar