Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-408/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “bağ sahəsinə keçid üçün verilmiş yolun eninin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istifadəyə maneələrin aradan qaldırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh2 Kəmaləddin qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı “bağ sahəsinə keçid üçün verilmiş yolun eninin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1450/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 Kəmaləddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resystrindən ******* nömrəli çıxarış surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsiində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 520 saylı bağ evinin mülkiyyətçisi İddiaçıdur.
2. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 520a saylı bağ sahəsini Cavabdeh2n 80.000 manata satmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********89 nömrəli, xx.xx.2020-ci il tarixli X1 ünvanlamış məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsi üzrə mülkiyyət hüququ, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş kadastr planına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsinə dair kadastr planında 2-2.5 m şərti sərhədlə keçid yolu nəzərdə tutulmuşdur. Müraciətinizlə əlaəqdar yerində aparılmış təkrara texniki müayinə zamanı müəyyən olunmuşdur ki, qonşu bağ sahəsinə yol 3 metr olmaqla hasara alınmış və nəticədə oğlunuza məxsus 0.12 ha bağ sahəsi 35 kv.m azalaraq 0.1165 ha təşkil etmişdir. Oğlunuza və arasında mübahisə yaranmış qonşu bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) tərtib edilmiş və həmin sənədlərdə bağ sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Qonşu ilə hasarın yerinin dəyişdirərək bağ sahənin 35,0 kv.m azalan hissəsinin qonşu bağın qərb hissəsində yerləşən artıq torpaq sahənin bir hissəsini birləşdirmək hesabına bərpa etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 520a saylı bağ sahəsi keçmiş X3 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 24468 saylı icarə müqaviləsi və X15 kitabında xx.xx.2009-cu il tarixdə 15996 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-1421 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 04.l0.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olmuş Bilgəh qəsəbəsi, 520a saylı bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi 2 saylı Bakı "ASAN xidmət” mərkəzində təsdiq edilmiş 4Ə-289 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Kəmaləddin qızının adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-137/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh2 oğluna qarşı "onun torpaq sahəsinin azalmasına səbəb olmuş və cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbi təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Kəmaləddin qızına qarşı «bağ sahəsinə keçid üçün verilmiş yolun eninin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və ona məxsus olan 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş və sənədlərə uyğun olaraq 2,0-2,5 m olması nəzərdə tutulan, lakin faktiki olararq 3,0 m olmaqla Cavabdeh1 tərəfindən zəbt edilmiş yol hissəsinin 71 sm azaldılması, yol hissəsindəki 49,2 m hasarın cavabdehin hesabına sökülərərk geri çəkilməsi və torpaq sahəsinin 0,12 ha ölçüyə çatdırılması, istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 oktyabr 2014-cü il tarixli ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ evinin mülkiyyətçisidir. Onun mülkiyyətində olan torpaq sahəsinin ölçüsü sənədlər üzrə 0,12 hadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ona verilmiş reyestr nömrəsi **********77-11301 olan bağ evinin texniki pasportuna əsasən qeyd olunan bağ sahəsi 3 tərəfdən digər qonşuların bağ sahələri ilə, bir tərəfdən isə 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol ilə əhatələnir. Onun bağının qonşuluğunda yerləşən 520 A saylı bağ sahəsi əvvəllər vahid bağ sahəsinin hissələri olmuş, cəmi 0,25 ha sahədən ibarət həmin bağ sahəsi keçmiş mülkiyyətçisi X4 ərizəsinə əsasən qızları-X9 və X2 arasında bərabər paylarla bölüşdürülmüşdür. Bu bölgü məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarları ilə də təsdiq olunur, 520A saylı bağ evinin mülkiyyətçisi halhazırda X11r. Bir neçə il bundan əvvəl Cavabdeh1 bağ evində müvəqqəti olaraq ailə üzvlərinin (orada atam Tofiq Mustafayev yaşayırdı) olmamasından istifadə edərək, bağ sahələrinin arasında olan ayırıcı divarı sökərək onun torpaq sahəsinin içərisinə doğru irəli çəkmiş, bununla da onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Nəticə etibarı ilə ona məxsus olan torpaq sahəsi azalmış, Cavabdeh1 məxsus sahə isə artmışdır. Onlar bunu biləndən sonra məsələni, sülh yolu ilə qaydaya qoymaq istəsə də, cavabdehin günahı ucbatından onu alınmamışdır. Ona görə də onlar məcbur olub həmin hasarın sökülərək geri çəklməsi tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olmuşlar. Məhkəmə araşdırması zamanı mütəxəssislər dəvət edildi və ekspertizalar keçirildi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 oktyabr 2019-cu il tarixli **********35 saylı məktub-rəyinə əsasən sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında yerləşdirilmiş sxemlərə uyğun olaraq Cavabdeh1 istifadəsində olan 520 A saylı bağ sahəsinin künc koordinatlarını müəyyən etmək mümkündür. Guya ona məxsus olan bağ sahəsinin künc koordinatları araşdırmaya təqdim edilmədiyi üçün onun koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh1 məxsus 520 A saylı bağ sahəsi sənəd üzrə 1200 kv.m olsa da faktiki araşdırma zamanı onun 1302 kv.m olduğu, onun istifadəsində olan bağ sahəsinin ölçüsünün isə 1365 kv.m olduğu müəyyənləşdirilmişdir. Cavabdeh1 qanunsuz olaraq 102 kv.m bağ sahəsindən istifadə etdiyindən həmin sahəyə keçid üçün onun bağ sahəsindən kəsilib verilən yola görə sahəsi azalaraq 1365 kv.m-ə enmişdir. Həmin rəyə əsasən bağ sahələrini ayıran divarı söküb yerini dəyişməklə torpaq sahələri arasında bərabərliyi təmin etmək mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsində bu halın araşdırılması üçün iki dəfə rəy alınmışdır. 29 noyabr 2019-cu il tarixli 15654 saylı ekspert rəyi ilə mütəxəssislərin gəlmiş olduğu nəticə təsdiqlənmiş, lakin nəticə hissəsində səhvə yol verilərək 1302 kv.m torpaq sahəsindən guya onun istifadə etdiyi, 1365 kv.m torpaq sahəsindən isə Cavabdeh1 istifadə etməsi yazılmışdır. Halbuki rəyin 3- cü suala cavabında aydın göstərilmişdir ki, Cavabdeh1 102 kv.m artıq torpaq sahəsindən istifadəsi nəticəsində 520 A saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı torpaq sahəsinin, yəni onun bağ sahəsinin ölçülərinin azalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin 17 avqust 2021-ci il tarixli 10/1599 saylı rəyinə əsasən mütəxəssislərin gəlmiş olduğu nəticə təsdiqlənmiş, tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, onun bağ sahəsinin faktiki vəziyyətdə şərq istiqamətində eni 24.1 m, yəni texniki pasportda göstəriləndən (25,65 m) 1,55 m az, qərb istiqamətində eni 22,6 m, yəni texniki pasportda göstəriləndən (23,18 m) 0,58 m az olduğundan onun bağ torpağının faktiki vəziyyətdə sahəsi azalmışdır. Lakin ekspert rəyində Cavabdeh1lə qeyri-prosessual münasibətlərinin nəticəsi olararq belə bir qeyd də vermişdir ki, guya Cavabdeh1 qanunsuz olaraq zəbt etdiyi 102 kv.m torpaq sahəsini mişar daşı ilə hasar çəkməklə istifadəsindən təcrid etmişdir. Bunlar yalandır və həmin sahə hər tərəfdən hasar içərisindədir və Cavabdeh1 həmin ərazini zəbt etməsi də şəksizdir. Fotoşəkillərdə də bu aydın görünür. Ekspertin rəyində guya ona məxsus olan 520 saylı bağ sahəsinin künc koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı barədə qeydi də əsassızdır. DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən "Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A saylı bağ sahəsindən 2,0-2,5 m enində olmaq şərti ilə sərhədlə keçid yolu müəyyən edilmişdir. Yerində aparılmış təkrar texniki müayinə zamanı müəyyən olunmuşdur ki, 520 A saylı bağ sahəsinə keçid üçün yol 3,0 m olmaqla hasara alınmış və nəticədə ona məxsus olan 0,12 ha bağ sahəsi 35 kv.m azalmış, 0,1165 ha təşkil etmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) tərtib edilmişdir və həmin sənədlərdə də onun bağ sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş Sxemdə də ona məxsus olan bağ sahəsinin Döngə nöqtələrinin koordinatları dəqiq və aydın göstərilmişdir. Ekspert rəyində həqiqəti gizləmək üçün keçid yolunun yalnız sahəsini (149 kv.m) göstərməklə kifayətlənmişdir.Halbuki bütün Sxem və təsdiqedici sənədlərdə də göstərilmişdir ki, keçid yolunun eni 3,0 m,uzunluğu isə 49,2 m-dir. Lakin Bakı şəhəri Sabunçu rayon məhkəməsi ekspertizanın qüsurlu rəyinə istinad edərək 05 noyabr 2021-ci il tarixli 2(008)-137/2021 saylı qətnaməsi ilə onun iddia tələbini (cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək onun əvvəlki vəziyyətinə qaytarılmasına dair) təmin etməmişdir. Ona görə də, o iddianın predmetini dəyişdirib yeni iddia ilə məhkəməyə müraciət etməyi zəruri hesab etməklə,keçid yolunun eninin DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən "Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A saylı bağ sahəsindən ayrılmış 3,0 mdən sənəd üzrə ayrılmalı olan 2,0-2,5 m enindəkı ölçülərə uyğun olaraq azaldılmaqla hasarın geri çəkilməsi, azalmış torpaq sahəsinin 0,12 ha ölçüsünə çatdırılması, bunun üçün isə 49,2 m uzunluğunda hasarın cavabdehin hesabına sökülməsi, istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məqsədəmüvafiq sayır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri,Sabunçu rayonu,Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yolun 71 sm hissədə azaldılması, keçid yol hissəsindəki 49,2 m hasarın Cavabdeh2 hesabına sökülərək geri çəkilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı ilə Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində olan torpaq sahələri ayrı-ayrılqda 0.12 ha təşkil edir. İddiaçı ilə cavabdehə məxsus torpaq sahəsi əvvəllər bir torpaq sahəsi olduğundan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə keçid yol iddiaçıya məxsus olan torpaq sahəsinin qarşısından 2-2.5 metr olmaqla nəzərə alınmışdır. Lakin Cavabdeh2 Kəmaləddin qızının öz mülkiyyətində olan torpaq sahəsindən əlavə 102 kv.m torpaq sahəsindən qanunsuz olarq istifadə etməsi (bu hal məhkəmə iclaslarında habelə cavabdehin vəkili tərəfindən qəbul edilmişdir) cavabdehin torpaq sahəsinə gedən yolun iddiaçının torpaq sahəsi hesabına artmasına səbəb olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmeti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş sexmdən görünür ki, 520 A bağ sahəsinə keçid yolu 206 kv.m olması nəzərdə tutulmuş olduğu halda yəni cavabdeh mülkiyyətçi onun torpaq sahəsinə gedən keçid yola 2-2.5 metr sərhəd saxlamaqla hasar çəkməli olduğundan o, hasarı 3 metr məsafədən çəkmişdir. Qeyd edilmiş hallar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-137/2021 nömrəli mülki iş üzrə təyin edilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli rəyi ilə sübüt olunur. Belə ki sözügedən rəydə göstərilmişdir ki, tərəflər arasında cəmi mübahisələndirilən ərazi 2606 kv.metr təşkil edir. Eyni zamanda ekspertiza rəyində qeyd edilmişdir ki, Cavabdeh2 Kəmaləddin qızının istifadəsində sənəd üzrə olan torpaq sahəsindən 102 kv.metr artıq torpaq sahəsindən artıq istifadə etdiyindən, 520 a saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı yənin iddiaçının torpaq sahəsinin ölçülərinin azalmasına səbəb omuşdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********89 nömrəli, xx.xx.2020-ci il tarixli X1 ünvanlamış məktubunda da bu hal bir daha təsdiqlənmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 520 və 520 a bağ sahəsinə dair kadastr planında 2-2.5 m şərti sərhədlə keçid yolu nəzərdə tutulmuş olduğu olduğu halda, qonşu 520 a bağ sahəsinə yol 3 metr olmaqla hasara alınmış və nəticədə iddiaçıya məxsus 0.12 ha bağ sahəsi 35 kv.m azalaraq 0.1165 ha təşkil etməkdədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol 71 sm hissədə azaldılmalı, keçid yol hissəsindəki 49,2 m hasar Cavabdeh2 hesabına sökülərək geri çəkilməlidir. Məhkəmə iddia tələbinin istifadəyə maneələrin aradan qaldırılması hissəsinin Cavabdeh2 münasibətdə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı Cavabdeh2 iddiaçının torpaq sahəsinə başqa hansı maneə yaratmış olduğunu dəqiq qeyd etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinə digər Cavabdeh1 münasibətdə hüquqi qiymət verərək bildirir ki, mülki işin matriallarından məlum olur ki, Cavabdeh1 520A saylı bağ sahəsinin keçmiş mülkiyyətçisi olmuşdur. Hazırda sözügedən cavabdeh həmin ünvanda yaşamır və iddiaçının bağ sahəsinə hər hansı bir maneə yaratmadığından iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh2 Kəmaləddin qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zəbt halı müəyyən olunmadığından və hasarda məhz iddiaçı tərəfindən çəkildiyindən cavabdehin həmin hasarın sökülməsinə dair hər hansı bir öhdəliyi yoxdur. İddia ərizəsində Cavabdeh2 cavabdeh qismində qeyd olunmamış və ona qarşı hər hansı iddia irəli sürülməmişdir. Eyni şəxs tərəfindən başqa bir iddiada qaldırılmışdır. Sabunçu rayon məhkəməsində həmin bağ sahəsi ilə əlaqədar 2 ekspert rəyi mövcuddur. Hər iki rəy üzrə cavabdehlər tərəfindən iddiaçının bağ sahəsinin zəbt olunması sübut olunmamışdır. Birinci instansiya məhkəmənin bununla bağlı qanuni qüvvəyə minmiş qətnaməsi vardır ki, bağ sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Onun iddia etdiyi zəbt olunmumuş torpaq sahəsi bağın cavabdehlə sərhəd olmayan hissəsindədir. Cizgi planlardanda bunu gözlə görmək mümkündür. 2019-2021-ci illərdə Sabunçu rayon məhkəməsində iş üzrə araşdırma aparılmış, ekspertizalarda iddiaçı iştirak etmişdir. Cavabdeh tərəfindən iddiaçının topağının zəbt olunmadığı təsdiq olunur. iddiaçı iddia tələblərini əsaslandıra bilməmiş, cavabdehin qanunsuz sahibliyini, özünün qanuni sahibliyini sübut edə bilməmişdir. Belə ki, qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmuş, bağ sahələri bölünmüş və sərhədlər müəyyənləşdirilmişdir. Qeyd edirik ki, məhkəmə hasarın nə vaxt və kim tərəfindən tikilməsinin müəyyən etmədən, onun inşa edilməsinin qanuni olubolmamasına qiymət vermişdir. Bundan başqa hasarın tikinti sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsində aparılması və inşa edilməsi, mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz iddiaçının istifadəsində olmasını təsdiq edən hər hansı sübutla təsdiq olunmur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilədən, iddiaçının hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə yazılı etirazı iddia ərizəsinə uyğyn əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, keçid yolunun eninin DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən “Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A saylı bağ sahəsindən ayrılmış 3,0 m-dən sənəd üzrə ayrılmalı olan 2,0-2,5 m enindəki ölçülərə uyğun olaraq azaldılmaqla hasarın geri çəkilməsi, azalmış torpaq sahəsinin 0,12 ha ölçüsünə çatdırılması,bunun üçün isə 49,2 m uzunluğunda hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiası bu hissədə təmin edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında Cavabdeh2 Kəmaləddin qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişlər.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi xahiş edilsə də apellyasiya şikayətinin əsaslandırmasından müəyyən edildiyi kimi, cavabdeh ona qarşı iddianın təmin edilməsini mübahisələndirməklə qətnamənin ləğv edilməklə ona qarşı tələbin təmin edilməməsini istəyir. Bu baxımdan da kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi Cavabdeh2 aid hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
22. Belə ki, işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın DövlətReyestr Xidmətinin 11 oktyabr 2014-cü il tarixli ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ evinin mülkiyyətçisi İddiaçıdur. Bağ evinin texniki pasportuna əsasən qeyd olunan bağ sahəsi 3 tərəfdən digər qonşuların bağ sahələri ilə, bir tərəfdən isə 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol ilə əhatələnir. Onun bağının qonşuluğunda yerləşən 520 A saylı bağ sahəsi əvvəllər vahid bağ sahəsinin hissələri olmuş, cəmi 0,25 ha sahədən ibarət həmin bağ sahəsi keçmiş mülkiyyətçisi X4 ərizəsinə və məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən qızları - X9 və X2 arasında bərabər paylarla bölüşdürülmüşdür. Daha sonra qeyd olunan bağ sahələrini müvafiq olaraq İddiaçı və Cavabdeh1 əldə etmişlər. İddiaçı isə iddia edir ki, 520A saylı bağ evinin mülkiyyətçisi Cavabdeh1 bir neçə il bundan əvvəl bağ sahələrinin arasında olan ayırıcı divarı sökərək onun torpaq sahəsinin içərisinə doğru irəli çəkmiş, bununla da onun torpaq sahəsi azalmış, Cavabdeh1 məxsus sahə isə artmışdır. Hazırda isə Cavabdeh1 məxsus sahə Cavabdeh2 mülkiyyətindədir.
23. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-137/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən də görüdüyü kimi, İddiaçı Cavabdeh2 oğluna qarşı "onun torpaq sahəsinin azalmasına səbəb olmuş cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Bundan başqa, hasarın məhz cavabdeh tərəfindən eyni zamanda Cavabdeh2 daşınmaz əmlakı əldə etdiyi digər cacavbdeh tərəfindən inşa edilməsi hər hansı sübutla təsdiq olunmur. Əksinə məhkəmə araşıdrması zamanı iddianın özünündə təsdiq etdiyi kimi məhz həmin hasarın onun özü tərəfindən çəkilməsi müəyən edilir. Belə olduğu halda iddiaçının hüquqlarının Cavabdeh2 tərəfindən hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz.
24. Eyni zamanda apellyasiya icraatı zamanı keçirilmiş 24 iyun 2024-cü il tarixli 3- 16-16/2-10/3846 nömrəli məhkəmə tikinti texniki ekspertiza rəyinə əsasən ARİN yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri”publik hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-3911/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd edilir ki, Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində (həmçinin istfadəsində olan) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 520 A bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsinə müdaxiləsi yoxdur. Lakin 520A saylı bağ sahəsinə gələn keçid boyu müdaxilə olmuşdur. İddiaçı tərəfindən cavabdehin hesabına sökülməsi tələb edilən hasar İddiaçı mülkiyyətində olan sahəsinin 520A saylı bağ sahəsinə gedən keçid boyu olan hasardır. İddiaçı məxsus torpaq sahəsi faktiki sahə ilə eynilik təşkil etsə də, azalma 520A saylı bağ sahəsinə gedən keçid tərəfdəndir.
25. Göründüyü kimi, Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində olan torpaq sahəsi həm faktiki olaraq həm də rəsmi sənədlrərə əsasən yerindədir və onun tərəfinən X5 bağ sahəsinin hər hansı bir zəbt halı müəyyən olunmadığından və hasarda məhz iddiaçı tərəfindən çəkildiyindən cavabdehin həmin hasarın sökülməsinə dair hər hansı bir öhdəliyi yoxdur. 24 iyun 2024-cü il tarixli ekspert rəyindən də cavabdehlər tərəfindən iddiaçının bağ sahəsinə hər hansı bir müdaxilənin olmadığı və sonuncuya məxsus torpaq sahəsinin zəbt edilmədiyi təsdiqlənmişdir. Nə qədərki, sözügedən hasar məhz iddiaçı tərəfindən çəkilmişdir (məhkəmə iclasında da təsdiq etmişdir) və onun torpaq sahəsində olan azalma məhz həmin hasarla bağlıdır. Bu halda həmin hasarın onun özü tərəfindən sökülməsinə hər hansı bir maneə yoxdur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, zəbt edilmiş yol hissəsinin 71 sm azaldılması, torpaq sahəsinin 0,12 ha ölçüyə çatdırılması, istifadəyə maneələrin aradan qaldırılması hissədə də Cavabdeh2 qarşı iddia tələbi təmin edilə bilməz. Belə ki, yolun azadılması və iddiaçının torpaq sahəsinin tamamlanması da Cavabdeh2 hesabına ediləsi bir öhdəlik olmamaqla yanaşı, onun tərəfindən iddaçıya hər hansı bir maneə də yaradılmadığından sonuncuya qarşı bu tələb də təmin edilə bilməz.
26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə Cavabdeh2 üzərinə heç bir qanuni əsas olmadan öhdəliyin qoyulması barədə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.
27. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh2 Kəmaləddin qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1450/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsi hesabına köçürülməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 Kəmaləddin qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1450/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni Bakı şəhəri,Sabunçu rayonu,Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yolun 71 sm hissədə azaldılması, keçid yol hissəsindəki 49,2 m hasarın Cavabdeh2 hesabına sökülərək geri çəkilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 Kəmaləddin qızına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsi hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.