Məhkəmə qərarları › İş №2(103)-4082/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4082/2025

08.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4082/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər: X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Nəbizadə Nigar Xeyrulla ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2861/2025 saylı, 8 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində işə götürənin işdən azad olunma ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının digər dövrlərdə gecikdirilməsinə görə əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, 2 illik 39 günlük (cəmi 78 gün) məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi, məzuniyyət haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsi, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunması, 15 oktyabr 2024-cü il tarixli 352/k nömrəli əmrin ləğv edilməsi, öz işinə bərpa edilməsi və eləcə də "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsi, xx.xx.2024-cü il tarixdən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki olan əmək haqqı üzrə ödənilməsi, 2023-2024-cü illərdə Yen il, Novruz bayramı, Ramazan bayramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günlərində əmək haqqının bir aklad dəyərində ödəniş almadığından, iki il müddətində həmin ödənişlərin ona ödənilməsi və gecikdirilmiş gününə görə bir faiz ödənişin ödənilməsi, "xxxx" ASC-nin Nərimanov filialından xx.xx.2022-ci il tarixdə götürdüyü 10.000 manat kreditin işləmədiyindən baş verdiyindən ödədiyi faiz məbləği 3.015,72 manat pulun da "xxxx" MMC-dən tutulub ona ödənilməsi, işə başladığı 11 iyun 2003-cü il tarixdən işə bərpa olunacağı tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi, məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi ilə yanaşı, ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 20.000 manat məbləğin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən xx.xx.2019-cu il tarixədək X1 hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilmiş, onun tabeliyindəki X2 və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 və Bakı Kartoqrafiya Fabriki birləşərək onların nəzdində "xxxx" MMC yaradılmışdır. 01 may 2019cu il tarixdən hər iki müəssisənin işçilərinin yerləşdirilməsi aparılarkən ştat cədvəlində 1 (bir) hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsi olduğuna görə, həmin ştata Bakı Kartoqrafiya Fabrikinin hüquqşünası təyin olunmuşdur. Onu isə Nümayəndə2 müvəqqəti olaraq başqa şöbəyə - Geodeziya və kartoqrafiya fonduna keçirmişdir, ixtisasça hüquqşünas olduğu üçün buna etiraz etsə də, Nümayəndə2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resursları şöbəsinin keçmiş rəisi və Xüsusi şöbənin keçmiş rəisi Elman Qurbanovun yanında ona bildirmişdir ki, əgər cəmiyyətin hal-hazırki hüquqşünası nə vaxtsa işdən çıxarsa, həmin yerə onu hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə keçirəcəkdir. xx.xx.2021-ci il tarixdə hüquq məsələləri üzrə baş mütəxəssis (Ruslan Bayramov) öz xahişi ilə işdən azad edilmişdir. Nümayəndə2 onu yanına çağırmış, həmin ştata keçirəcəyini söz versə də, sonradan nazirlikdən həmin yerə başqa namizədlərin olduğunu bidirmiş və onu həmin ştata keçirməkdən imtina etmişdir. Hətta müəssisədə işləməyən başqa şəxsi həmin vəzifəyə təyin etmək üçün ərizəsini idarənin elektron sisteminə yerləşdirmiş, onun şikayətindən sonra ərizə sistemdən götürülmüşdür. Həmin vəzifəyə keçirilməsi ilə bağlı ərizəsilə əlaqədar olaraq o, dəfələrlə Nümayəndə2 yanında olmuşdur və hər dəfə də onu bəhanələrlə yola salmışdır. Daha sonra xx.xx.2021-ci il tarixli 28/ö-018 saylı məktubla bildirmişdir ki, yaxın aylarda "xxxx" MMC-nin təşkilatının hüquqi forması dəyişdirilərək X7 statusu alacaqdır. Bununla əlaqədar olaraq təşkilatda mövcud boş vakansiyalarla bağlı müsahibələr keçiriləcəkdir. Müsahibələrdə həm onun, həm də digər namizədlərin iştirakı təmin olunacaqdır. Təşkil olunan müsahibə zamanı vakant olan yerlərə uyğun namizədlər seçiləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 425 saylı Qərarı ilə Cavabdehn nizamnaməsi təsdiq olunmuşdur. Nümayəndə2 təxminən 1 il 5 ay müddətdə həmin ştatı boş saxlamış, onu həmin ştata keçirməsə də "xxxx" MMC X7ə çevrilənədək müxtəlif şöbələrə xeyli sayda işçi qəbul etmişdir. Hansı ki, onların heç biri müsahibə və müsabiqədə iştirak etməmişlər. "xxxx" MMC-nin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 037/k saylı əmrinə əsasən qanunsuz olaraq işdən azad olunmuşdur. Məcburiyyət qarşısında qalaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2346/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 037/K saylı əmrinin ləğv edilməsi, onun, yəni İddiaçı «Geodeziya və Kartoqrafıya Agentliyi» X6 təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona, yəni İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalmış cavabdeh tərəf Apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4142/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, onun, yəni İddiaçı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehnə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" MMC rəhbərliyi güclü tərəf olaraq məhkəmə qərarının icrasından müxtəlif yollar və metodlar vasitəsilə yayınmaqla, növbəti süründürməçilik əməllərini həyata keçirmişdir. Onu 06 avqust 2024-cü il tarixdə işə bərpa etmişlər. İki ay sonra yəni 15 oktyabr 2024-cii il tarixdə yenidən heç bir əsas olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyətinə xitam vermişlər. Məhkəmə qərarını heçə sayaraq işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqını 27 noyabr 2024-cü il tarixdə ödəmişlər. Buna görə də, ən azından dövlətin adından çıxarılmış məhkəmə qərarına işəgötürən tərəfindən hörmət göstərilmədiyi üçün, açıq-aşkar işçiyə qarşı təqib üsulu həyata keçirilmişdir. 06 avqust 2024-cü il tarixdə işə bərpa olunandan sonra "xxxx" MMC rəhbərliyinin ona qarşı çox sayda qanunsuz hərəkətləri, uzun sürən süründürməçilikləri, təzyiqləri, təhdidləri və eləcə də psixoloji (təzyiq) təsirləri olmuşdur. "xxxx" MMC rəhbərliyi tərəfindən işdən azad olunandan sonra az yaşlı qız övladının səhhətində problem yaranmışdır. "xxxx" ASC-nin Nərimanov filialından xx.xx.2022-ci il tarixdə 10.000 manat kreditə pul götürmüşdür. Məhkəmə qərarı əsasında hesablanmış əmək haqqı 27 noyabr 2024-cü il tarixdə ona ödəniləndən sonra "xxxx" ASC-dən götürdüyü kreditin qalan hissəsini - 2029.69 manat pulu ödəmişdir. O, hesab edir ki, "xxxx" ASC-nin Nərimanov filialından götürdüyü kredit işləmədiyindən baş verdiyindən ödədiyi faiz məbləği - 3015.72 manat pul da "xxxx" MMCdən tutularaq ona ödənilməlidir. Hazırda faktiki hallardan biri odur ki, "xxxx" MMC rəhbərliyi təkrarən öz müqəddəs andlarına sadiq qalaraq 15 oktyabr 2024-cü il tarixdə yenidən heç bir əsas olmadan, faktiki təhvil-təslim və qanuni məzuniyyətindən istifadə etməsinə imkan verilmədən, onun işəgötürənin özünün yazıb hazırladığı işdənçıxma ərizəsinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. Halbuki, Əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməyə həm qanunla, həm də əmək müqaviləsinə əsasən borcludur. Çünki Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən çıxdığı gün son iş günü hesab edildiyi üçün, rəsmi sənəd ilə əmək qabiliyyətsiz olan işçinin əmək müqaviləsinin ləğv olunması halı qanunvericiliyə ziddir. Belə ki, cavabdeh tabeçiliyində olan işçinin köməksiz vəziyyətindən sui-istifadə edərək işəgötürənin özünün yazıb hazırladığı faktiki olaraq əmək müqaviləsinin ərizədə göstərilən gün üçün ləğv olunmasına heç bir əsas (xüsusi hal) olmadan belə, işçinin əmək müqaviləsini elə həmin günü təcili olaraq qanunsuz şəkildə ləğv etmişdir. Bir anlıq düşünün ki, tam olaraq iki il ərzində məhkəmə yolu ilə gecə-gündüz mübarizə apararaq işə bərpa olmaq və işləmək məqsədi (arzusu) ilə məhkəməni udduğu halda, zorakılıq və təzyiq altında işdən çıxma və ya başqa hansı real səbəb ola bilər ki, o, hazırkı ağır iqtisadi vəziyyətdə öz işindən imtina etsin? Sizcə ona qarşı hər hansı bir təzyiq olmadığı halda, öz maddi ziyanına hansı səbəbdən addım atmağa təşəbbüs etməlidirki? Xüsusi olaraq da qeyd etmişdir ki, heç bir yerdə işləməyən, iqtisadi cəhətdən daha zəif tərəf olan, himayəsində 1 azyaşlı qız uşağı olan, eyni zamanda ailəsini yeganə dolandıran şəxs olan bir işçi barəsində işəgötürənin çox ətraflı məlumatı olmasına baxmayaraq, şəxsən işəgötürənin özünün hazırladığı işdənçıxma Əmrini hazırlamaqla əmək müqaviləsinin ləğv edilməsi halını (faktını), hüquqi bir dövlətə və onun vətəndaşına qarşı barbarlıq və özbaşınalıq hesab edir. Ümumilikdə isə, "xxxx" MMC rəhbərliyinin düşüncəsi uzun illərdi ki, bu şəkildə formalaşmışdır ki, "xxxx" MMC məhkəməyə verən və qanunvericilikdən irəli gələn hüquqlarını tələb edən bir sadə işçi ilə, iş münasibətinin davam etdirilməsi halı, sözügedən "xxxx" MMC-nin dünyəvi hegemonluq imicinə ləkə gətirə bilər. Bu səbəb ilə işçiyə və onun yaxınlarına qarşı təhdid, təzyiq və hərbə-zorbalıq yolu seçilsə belə, işçinin işə davam etməsinə imkan verilməməlidir şüarı büsbütün qanlarına işləmişdir. Buna görə də, ən azından dövlətin adından çıxarılmış məhkəmə Qərarına işəgötürən tərəfindən hörmət göstərilmədiyi üçün, açıq-aşkar işçiyə qarşı təqib üsulu həyata keçirilmişdir. O, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləli işçi olduğuna, işəgötürən tərəfindən məcburi sığorta edildiyinə görə, qanunla müəyyən edilmiş qaydada işə davam etməyinə və müvafiq məbləğdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. Konstitusiya Məhkəməsi də öz növbəsində, Əmək Məcəlləsinin 172.5-ci maddəsini şərh edərkən qeyd etmişdir ki, sözügedən maddə həm işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, AR ƏƏSMN yanında X4 Xidmətinə və Mediasiya xidmətinə müraciət edirlər. O da, öz növbəsində, zamanında X4 və Mediasiya xidmətinə rəsmi şəkildə müraciətlər etməsinə baxmayaraq, "xxxx" MMC rəhbərliyi tutduğu mövqeyini dəyişməmişdir. O, isə "xxxx" MMC rəhbərliyindən fərqli olaraq əmindir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqının hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu səbəblə də böyük ümid hissləriylə dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnın nümayəndəsi Nümayəndə1 cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin də ötürüldüyü bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2861/2025 saylı, 8 may 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2861/2025 saylı, 8 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfdən məhkəmə qətnaməsinin bir ildən artıq yubadılmasına münasibət bildirməmiş və nəticədə qərəzli və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hakimi ancaq cavabdehin dediklərinə inanmış onun bildirdiklərini nəzərə almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyinin idarə heyətinin sədri Nümayəndə2 tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi barədə 352/k nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Geodeziya və Kartoqrafiya Agentliyinin Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsinin “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi” onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən tam qanunsuz tərtib olunmuşdur. Ali Məhkəmənin təqdirə layiq mövqeyində belə ardıcılıq ilə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən əmək müqaviləsinə hansı əsasla хitam verilməsindən asılı olmayaraq, xitam əmrində Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərindən yalnız birinin göstərilməməsi halı pozuntudur. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi Qaydaları"nın 2-ci və 8-ci maddəsinin 1-ci bəndinə zidd olaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin (5 nömrəli əlavəyə uyğun) formasıda yanlış tərtib olunmuşdur, məzuniyyət əvəzi kompensasiya və son haqqhesab işçiyə ödənilməmişdir. Çünki mübahisələndirilən xitam əmri görüntü xatirinə tərtib olunmuş əhəmiyyətsiz (xəyali) bir sənəddir. Ali Məhkəmə də öz mövqeyində göstərmişdir ki, əmək hüququnun konstitusion əhəmiyyəti nəzərə alınmaqla, işçinin hüquqlarının qorunmasını təmin etmək məqsədi ilə müəyyən olunur ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verilə bilər. Həmçinin, ƏMAS Alt sistemində belə əmək müqaviləsinə xitamın daha konkret əsasla qeyd olunması nəzərdə tutulmuşdur. ƏMAS Altsistemi tərəfindən belə bu cür tənzimlənmənin konkret olaraq qeyd olunmasına baxmayaraq, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən 69-cu maddəyə istinad edilməməsi halı, sadəcə qanunvericiliyə ziddir. Çünki sözügedən 69-cu maddə konkret olaraq əsasdır və Əmək Məcəlləsinin 76 və 300-cü maddələrində də, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi təsbit olunmuşdur. Mübahisələndirilən xitam əmrindən göründüyü kimi, heç bir əsaslandırma yoxdur. Qüvvədə olan əmək qanunvericiliyi də əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirməsinidə cavabdehə həvalə etmişdir. Bu səbəblə də, cavabdeh tərəfindən həm əmrdə, həm də əmək kitabçasında əmək müqaviləsinin хitam edilməsinin əsasları haqqında qeydlər qüvvədə olan əmək qanunvericiliyinin müddəalarına müvafiq surətdə istinad edilməklə dəqiq yazılmalıdır. Buna baxmayaraq, mübahisələndirilən xitam əmrində "tərəflərdən birini təşəbbüsü", əmək kitabçasında isə "öz xahişi" olaraq yazılması halı sadəcə qanunsuzluqdur. Eləcə də, işçinin sonuncu iş günü hüququnun pozulması da digər bir qanunsuzluqdur. Bu faktlarda onun sübutudur ki, cavabdehin vəzifəli şəxsləri belə xitam əmrini əhəmiyyətsiz sənəd kimi qəbul ediblər. Məhkəmənin diqqət etməsini istərdi ki, ona məxsus əmək müqavilələri Əmək Məcəlləsinin və normativ hüquqi aktların tələblərinə uyğun olaraq tərtib olunmadığına görə etibarsızdır və qanunsuzdur. Belə ki, qanunsuz olan bir sənəd də əhəmiyyətsiz sənəddir. Bu səbəb ilə əhəmiyyətsiz bir sənədin xitamına səbəb olan əmr də əhəmiyyətsiz sənəddir. Çünki Ali Məhkəmədə xüsusilə qeyd etmişdir ki, əmək müqaviləsində iş saatlarının çox göstərilməsi, əmək haqqının və eləcə də məzuniyyət hüququ günlərinin qəsdən az göstərilməsi halları qanunsuzdur və nəticədə ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən də, işdənçıxma ərizəsini qanunsuz hesab edir. Çünki hər bir vətəndaşın Konstisiyon əmək hüquqlarından da görünən odur ki, işçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qanunvericiliklə qadağandır. Hazırki iş üzrədə könüllülük prinsipindən hər hansı söz belə gedə bilməz; Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsi pozularaq, cavabdeh tərəfindən işçinin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməmişdir; Əmək Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsi pozularaq, cavabdeh tərəfindən onun bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və məhz əmək məzuniyyətindən istifadə qaydaları qəsdən, bilərəkdən və düşməncəsinə məhdudlaşdırılmışdır; Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi pozularaq, cavabdeh tərəfindən onun məzuniyyətdən istifadə etmək hüququ məhdudlaşdırıldığına görə, əmək stajı da məhdudlaşmışdır; Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü hissəsinin ə-bəndi pozularaq, əlil işçinin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ olduğu halda, cavabdeh tərəfindən onun məzuniyyət hüququ nəinki birinci iş ili ərzində, hətta sonrakı illər ərzində də bilə-bilə məhdudlaşdırılmışdır; sadaladığı mühüm əhəmiyyətli olan faktları məhkəmə araşdırmamış və nəzərə almamışdır. İşçi öz ərizəsini yazaraq işdən çıxdığı halda, DSMF-dən işsiz şəxs kimi minumum 6+3= ümumən 9 aylıq müddət üçün işsizlik müavinətini almaq hüququnu belə itirmiş olur. Faktiki olaraq da, işçinin öz xahişi ilə ərizə yazması ağlabatan bir səbəblə izah olunmadıqda, bu cür ərizələrin işəgötürənin təzyiqi altında tərtib olunması daha inandırıcı görünməklə yanaşı, reallığa daha uyğundur; O da işçi olaraq heç kəsdən artıq bir şey tələb etmir. Sadəcə qanunun tələbi olaraq vətəndə işləmək və yaşamaq istəyir. Göstərdiyi faktları məhkəmə araşdırmamış və nəzərə almamışdır. Hesab edir ki , sadaladığı hüquqi müstəvidə olan faktlar iddia tələbinin təmin olunmasına əsasdır. Apellyasiya baxışı zamanı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəməyə barışıq sazişini təqdim etməklə hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı olan bütün iddia tələblərindən imtina edir o şərtlə ki, ƏMAS-da barəsində qeyd edilmiş ƏM-nin 70(ç)-ci maddəsinin ƏM-nin 68-ci maddəsinin “a” bəndi ilə əvəz edilməsinə köməklik göstərilsin.

2. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh qeyd edilən şərtlə razılaşır və maddələrin müvafiq şəkildə əvəz edilməsini öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 8 oktyabr 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi həmin mülki işə aid hissədə ləğv edilməklə, mülki işin icraatının bu hissəsinə xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 8 oktyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

3. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı olan bütün iddia tələblərindən imtina edir o şərtlə ki, ƏMAS-da barəsində qeyd edilmiş ƏM-nin 70(ç)-ci maddəsinin ƏM-nin 68-ci maddəsinin “a” bəndi ilə əvəz edilməsinə köməklik göstərilsin.

4. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh qeyd edilən şərtlə razılaşır və maddələrin müvafiq şəkildə əvəz edilməsini öz öhdəsinə götürür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2861/2025 saylı, 8 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları ona geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar